Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-450/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi ilə bağlı məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6331/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsindən ləğv prosesində o lan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 06.05.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditor borcalana 4475 ABŞ dolları məbləğində kredit verir; 2.3-cü bəndə əsasən kredit 24 ay müddətinə verilir; 2.4-cü bəndə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 30 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 31128 faiz təşkil edir; 2.5-ci bəndə əsasən gecikdirlən borc məbləğinə cərimə kimi illik 60 faiz dərəcəsilə, aylıq isə 5.00 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 16.10.2015-ci il tarixli ********* saylı 06.05.2014-cü il tarixli zaminlik müqaviləsinə 276/15 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 3255,8 ABŞ dolları təşkil edir. 06.05.2014-cü il tarixli ********* saylı 276/15 nömrəli girov müqaviləsinə əlavə sazişə dair 16.10.2015-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən 2.2-ci bəndə uyğun olaraq kreditin müddəti16.04.2017-ci il tarixədək təyin olunur. 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada o lan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesa bına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı lə ğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının h üquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsi və bütün adi sənədlərin həmin ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06.05.2014-cü ii tarixdə Cavabdeh ASC-nin Sabirabad rayon filialında ********* nömrəli müqavilə ilə 4475 USD (ABŞ dolları) məbləğində krediti illik 30% dərəcə ilə 24 ay müddətinə götürlmüşdür. Bundan əvvəl də iddiaçı həmin bankdan 2 dəfə kredik götürmüş və heç bir problemi olmamışdı. 2015-ci ilin məlum devalvasiyalarından sonra kreditin ödənilməsində çətinliklər yarandı və 16 oktyabr 2015-ci il tarixdə bankla 2 ci dəfə əlavə saziş bağladı və 3255 ABŞ dolları məbləğində qalıq borcunu faizlə birlikdə ödəməyi öhdəsinə götürdü və qalxmış məzənnə ilə krediti ödədi. Cənab Prezidentin 28 fevral 2019-cu il tarixli fərmanından əvvəl Cavabdeh ASC-nin Sabirabad rayon filialından telefon əlaqəsi ilə hələ 206 dollar borcun qaldığını bildirdilər. Prezidentin problemli kreditlər barədə Fərmanından sonra iddiaçı elektron qaydada Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdmişdir. Onlar bildirdilər ki, yuxarıda qeyd edilən kredit sənədləri Palataya göndərilməyib. İddiaçı əyani olaraq bir neçə aydır ki, bu məsələnin araşdırılması ilə məşğuldur. Nəhayət iddiaçıya məlum oldu ki, bəhs etdiyi kredit Mərkəzi kredit Reyestrinə yerləşdirilməyib. Həmin kreditə aid olan bütün sənədlərin surəti, ödəniş cədvəlləri və qəbzləri iddiaçıda qalır və proses zamanı məhkəməyə təqdim edəcəkdir. Beləliklə, iddiaçının konstitusiya hüquqları fəaliyyəti dayandırılmış Cavabdeh ASC və Əmanətlərin Sığortalanması Fondu tərəfindən kobud şəkildə pozulmuşdur. Eyni zamanda iddiaçı məhkəmə prosesində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək kredit müqaviləsi ilə bağlı məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 mə hkəməyə vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: 420004528-ci kredit hesabı üzrə qrafikə əsasən iddiaçı aylıq 194,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan kredit bürosunun çıxarışına əsasən, tam ödənilmiş kreditlərin cəmi məbləği 15805,10 manat, zamin olduğu öhdəliyin məbləği 2330.00 manat borcu vardır. 420004528-1861-USD-35 nömrəli hesab üzrə 01.01.2015/30.12.2015 tarixli dövrü əhatə edən əməliyyatlar səhifəsinin 1-1 də qeyd edilmişdir ki, dövriyyənin əvvəlinə qalıq məbləği 3440,23 manat olmaqla dövriyyənin axırına qalıq məbləği 2472,80 manatdır. 420000361-3811-USD-35 nömrəli hesab üzrə 01.01.2014/30.12.2014 tarixli dövrü əhatə edən əməliyyatlar səhifəsinin 2-3 də qeyd edilmişdir ki, dö vriyyənin əvvəlinə qalıq məbləği 0 manat olmaqla dövriyyənin axırına qalıq məbləği 0 manatdır. 420000361-3811-USD-35 nömrəli hesab üzrə 01.01.2016/18.03.2016 tarixli dövrü əhatə edən əməliyyatlar səhifəsinin 1-1 də qeyd edilmişdir ki, dövriyyənin əvvəlinə qalıq məbləği 0 manat olmaqla dövriyyənin axırına qalıq məbləği 0 manatdır. Hesabdan çıxarışın surətindən görünür ki, 28.03.2016-23.04.2019-cu il tarix aralığına əsasən dövrün əvvəlinə qalıq 0-dır. Hesabdan çıxarışın surətindən görünür ki, 01.04.2016-31.12.2017 tarix aralığına dövrün əvvəlinə qalıq 0-dır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 31 mart 2021-ci il tarixli, 2(005)-1638/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mövcud vəz iyyətdə kredit müqaviləsinin mərkəzləşdirilmiş kredit reyesterinə daxil edilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Bununla belə iddiaçı kredit müqaviləsinin mərkəzləşdirlmiş kredit reyestrinə daxil edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilməsi üçün vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşalara banka müraciət etmək imkanı da yaradılmışdır. Vətəndaşların banka müraciəti əsasında mərkəzləşdirilmiş kredit reyestrinə məlumatlar daxil edilməklə şəxsə kompensasiyanın hesablanması qaydası müəyyənləşmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən Fərmanın tətbiqinə dair vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasını və 31 dekabr 2019-cu il tarixədək güzəştli kredit müqaviləsinin bağlanılması müddəti bitdiyini nəzərə alaraq, cavabdehin hazırki iddia ərizəsində qeyd edildiyi kimi kredit müqaviləsi üzrə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi ilə bağlı 31 dekabr 201 9-cu il tarixədək müraciət etmək hüququ olduğu halda müraciət etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxalaraq iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməməsində birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, cavabdeh bankın nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli qərarına istinad edib, yəni bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli olduğundan hazırki mülki iş üzrə də icraata xitam verilməsini xahiş etmişdir. Lakin cavabdehin nümayəndəsi hazırki iddianı nəyə görə kreditor tələb hesab etdiyini göstərməmiş, eləcə də iddiaçının pozulmuş hüquqlarını müdafiə etmək üçün, yəni hazirki iddia üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edib nəyi xahiş edəcəyini də açıqlamamışdır. Göründüyü kimi, bu cür əsassız vəsatətin özü də hazırki iddianın əsaslı olduğuna cavabdehin də heç bir əsaslı etirazının olmadığını təsdiq etmiş olmalı idi. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin bu əsassız vəsatətinə münasibət bildirməsə də özü də iddia tələbi ilə bağlı olmayan əsassız qənaətə gəlməklə iddianı təmin etməmişdir. Belə ki, məhkəmə göstərir ki, vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşalara banka müraciət etmək imkanı da yaradılmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin bu mövqeyini əsaslı hesab etməyərək göstərmişdir ki, iddiaçı hazırki işdə cavabdeh bankdan onunla güzəştli kredit müqaviləsi bağlanmasını tələb etmir. Buna görə də həmin müddətin 31 dekabr 2019-cu ildə başa çatmasının hazırki iddia baxımından heç bir əhəmiyyəti yoxdur. Bundan başqa birinc i instansiya məhkəməsinin “kredit müqaviləsi üzrə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi ilə bağlı 31 dekabr 2019-cu il tarixədək müraciət etmək hüququ olduğu halda müraciət etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməməsi” barədə qənaəti də açıq-aşkar əsassız və hazırki tələbə aid olmayan bir qənaətdir. Çünki, məhkəmə hər hansı tələbə baxdığını özü üçün dəqiqləşdirə bilməmiş, həm də bilavasitə qanunvericiliyin tələbinə əsasən cavabdehin heç bir müddətlə məhdudlaşdırılmayan vəzifəsini yerinə yetirməli olduğu işə görə iddiaçının sübutlar təqdim etməli olduğunu düşünür. Başqa sözlə mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi üçün kredit müqavilələri ilə bağlı məlumatların verilməsi bilavasitə bankların və bank olmayan kredit təşkilatlarının etməli olduğu vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan hazırki münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin nəticəsi olduğundan iddiaçının da mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməsi tələb olunmurdu. Çünki, tələb olunan məlumatların “Azərbaycan kredit bürosu”na təqdim edilməsi cavabdehin qanunvericiliyin tələbinə əsasən vəzifəsi və borcudur və bu vəzifəni də icra etməli idi. Lakin icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə iddiaçının banka hər hansı bir müraciət etməməsi iş materialları ilə təkzib olunur. Çünki, əgər həqiqətən qeyd olunan kredit müqaviləsi, o cümlədən əsas borcun məbləği barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə dəqiq məlumat verilmiş olsa idi, ümumiyyətlə bu iddianın irəli sürülməsinə əsaslar olmazdı. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilməsi üçün vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşlara banka müraciət etmək imkanı da yaradılmışdır. Vətəndaşların banka müraciət əsasında mərkəzləşdirilmiş kredit reyestrinə məlumatlar daxil edilmə klə şəxsə kompensasiyanın hesablanması qaydası müəyyənləşmişdir. Qeyd edilənlərə əsasən sözügedən Fərmanın tətbiqinə dair vətəndaşlara güzəştli kredit müqaviləsinin bağlanması müddəti 31 dekabr 2019-cu ildə başa çatmasını və 31 dekabr 2019-cu il tarixədək güzəştli kredit müqaviləsinin bağlanılması müddətin bitdiyini nəzərə alaraq cavabdehin hazırki iddia ərizəsində qeyd edildiyi kimi kredit müqaviləsi üzrə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi ilə bağlı 31 dekabr 2019-cu il tarixədək müraciət etmək hüququ olduğu halda müraciət etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Madfə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xi dmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndl ərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya sı (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir. Eyni zamanda Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). Baxılan işdə cavabdeh bank dövlətin problemli kredit müqavilələri üzrə bankla ra maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi, mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi üçün kredit müqavilələri ilə bağlı məlumatların verilməsi bilavasitə bankların və bank olmayan kredit təşkilatlarının etməli olduğu vəzifəsidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6331/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.