Məhkəmə qərarları › İş №2(102)-4500/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4500/2022

21.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4500/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “mənzildən sahiblik və istifadə hüquqları ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənzildən sahiblik və istifadə hüquqları ilə bağlı maneələrin aradan qaldırılması, əldən çıxmış fayda, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)1424/2022 nömrəli qətnaməsindən iddi açı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 07 aprel 2014-cü il tarixli, 22 nömrəli müqavilə ilə İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, 20 mərtəbəli bina, 1-ci blok, 13-cü mərtəbədə yerləşən 4 otaqlı 190 kv.m sahəsi olan 55 nömrəli mənzilini almışdır. Mənzilin dəyəri 1 kv.m üçün 1700 manat olmaqla, ümumi dəyəri 323000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 26 fevral 2015-ci il tarixdə 323000 manat pulu Cavabdeh MTK-ya ödəmişdir.

2. Binanın tikintisi başa çatsa da, İddiaçı mənzildən istifadəsinə və ona sahiblik etməsinə MTK tərəfindən maneələr yaradılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birin ci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasına qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, cavabdehdən 132600 manat m əbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, mənzilin dəyərinin cavabdehə tam ödənilməsinə baxmayaraq, mənzilin təmir olunması üçün gəlmiş ustalar cavabdeh MTK-nın rəhbərliyi tərəfindən mənzilə buraxılmır, onların işlərinə maneçilik törədilir, belə olan halda da mənzilin təmiri üçün iddiaçı tərəfindən alınmış xammal yararsız vəziyyətə düşür və gecikmə səbəbindən o, ailəsi ilə birgə həmin mənzilə köçüb yaşaya bilmir. Faktiki olaraq qarşı tərəf müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınmaqla bərabər, iddiaçının istifadə və sahiblik hüququnu həyata keçirə bilməməsi üçün maneələr yaradır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, e-2(011)6395/2 021 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzildən sahiblik və istifadə hüquqlarına Cavabdeh tərəfindən yaradılan maneələrin (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair iddiaçının sahiblik və istifadə hüququnu istisna edən hallar müəyyən olunmamışdır.

7. İddia tələbinin “cavabdehdən 132.600 manat məbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmiş dir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.2, 152.3, 157.4, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 80, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, e-2(011)-6395/2021 nömrəli qətnaməsinin əldən çıxmış faydaya görə 132000 manat məbləğində pulun tutulmasının rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edi lməsini xahiş etmişdir.

10. Həmçinin Cavabdeh MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, e-2(011)-6395/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)1424/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və E.C.Kazımovun iştirakı ilə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, e-2(011)-6395/2021 nömrəli qətnaməsi tərəflərin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, mübahisəli mənzilə dair iddiaçının sahiblik və istifadə hüquqları vardır və həmin hüquqlar təmin edilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya mənzilə sahiblik və istifadə ilə bağlı hər hansı maneçilik yaradılmadığını, İddiaçı mənzil üzərində sahiblik və istifadə hüquqlarının pozulmadığını bildirsə də, işin faktiki hallarından görünür ki, MTK bu hüquqların həyata keçirilməsini mənzilin ona təhvil verilməsi ilə şərtləndirmiş, beləliklə, iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törətdiyini dolayı yolla etiraf etmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.

13. İddiaçı tərəf in apellyasiya şikayəti ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı iddia tələbini belə əsaslandırmışdır ki, həmin mənzil ona 2015-ci ilin 4-cü rübündə təhvil verilməli idi. Əgər mənzil ona vaxtında təhvil verilsəydi, həmin mənzili kirayəyə verər və 01 yanvar 2016-cı il tarixdən 30 avqust 2021-ci il tarixinədək hər ay 1950 manat olmaqla 68 ay ərzində 132600 manat məbləğində gəlir əldə edə bilərdi. Tərəflər arasında bağlanmış müqavilədə MTK tərəfindən mənzilin tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmamışdır. Mənzilin iddiaçı tərəfindən hansı müddətdə təmir olunacağı da qeyrimüəyyəndir. İddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə tutarlı sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməm əkdə haqlı olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası MM-in 152.1, 157.4, 09 fevral 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada 178.8-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-1424/2022 nömrəli qətnaməsinin əldən çıxmış faydaya görə 132000 manat məbləğində pulun tutulmasının rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 21, Mülki Prosessual Məcəllənin 217-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçının tə qdim etdiyi sübutlara qiymət verilməmiş, əldən çıxmış fayda ilə bağlı kirayə haqqı qismində mütəxəssis rəyi iddia ərizəsinə əlavə olunmuş, qarşı tərəf həmin rəyi mübahisələndirməmişdir.

17. Həmçinin Cavabdeh MTK apellyasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-1424/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.4-cü, Mülki Prosessual Məcəllənin 4-cü maddələri pozulmuşdur. Belə ki, mübahisəli mənzil iddiaçıya təhvil verilməlidir. Cavabdeh iddiaçının mülkiyyətinə qəsd etmir. İddiaçının adından ü çüncü şəxslər MTK-ya müraciət etmiş, lakin etibarnamə təqdim etməmişlər. İddiaçının hər hansı hüququ cavabdeh tərəfindən pozulmamışdır.

19. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ni tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət h üququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 443.1- ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştir ak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin hazırki kassasiya şikayətlərinin dəlillərinə uyğun olan apellyasiya şikayətləri üzrə araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, hər iki apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

27. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın tutulması istisna olunur. Belə ki, həmin maddəyə əsasən kreditorun (hazırki işdə iddiaçının) həmin faydanı əldə etmək üçün müəyyən tədbirlər görməsi, hazırlıq işləri aparması tələb olunur. İddiaçı isə tələbini yalnız mübahisə predmeti olmuş mənzilin kirayə dəyəri ilə əsaslandırmış, bu zaman ötən müddət ərzində həmin mənzili kirayə vermək imkanında olmasını, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etdiyini təsdiq edən sü butları təqdim etməmişdir. Əksinə apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, müqavilə şərtlərinə əsasən mənzil iddiaçıya təmirsiz təhvil verilməli, iddiaçı mənzili kirayəyə vermək üçün təmir etməlidir ki, bununla bağlı ağlabatan sübutlar iş materiallarında mövcud deyildir.

28. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

29. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

30. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti üzrə işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

31. Cavabdehin kassasiya şikayətinin dəlilləri həmçinin əsassızdır.

32. Belə ki, cavabdeh iddiaçının mülkiyyət hüququnun pozmadığını qeyd etsə də, sonuncunun iddiasına etiraz etməklə, qəbul edilmiş məhkəmə aktlarından şikayətlər verməklə, iddiaçının mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olduğunu faktiki etiraf etmişdir.

33. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh şikayətində mənzilin iddiaçının adından müraciət edən üçüncü şəxslərə təhvil verilməsinin qanunsuz olduğunu bildirsə də, mübahisəli qətnamə ilə belə tələb təmin olunmamışdır. Yuxarıda da qeyd olunduğunu kimi iddia olunan və birinci instansiya məhkəməsi tərəfindən təmin olunan tələb iddiaçının mənzildən sahiblik və istifadə hüquqlarının cavabdeh tərəfindən yaradılan maneələrin (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılmasından ibarət olmuşdur.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qət namə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-1424/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar