Məhkəmə qərarları › İş №2(102)-4522/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4522/2022

10.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4522/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4522/2022 Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyil Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sum qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2(105)-622/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11-G11-0-581-15 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 21% dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən, borcalan ona məxsus dəyəri 82.000 manat məbləğində qiymətləndiri lmiş ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, m1; bundan sonra – ipoteka predmeti olan mənzil) ipoteka ilə yüklü edərək, Bankın tələb hüququna təminat vermiş, ipoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.

2. Birinci cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, Bankın xeyrinə ondan 27486,87 manat borc, 1933,13 manat cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 29440 manatın tutulması müəyyən edilmişdir.

3. İcra qeydi üzrə Sumqayıt şəhər İcra İdarəsində icraat başlamış və Bank İcra İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, KBD-5359 nöm rəli məktubunda cavabdehə verilmiş kerditin ABŞ dolları ilə olmasına baxmayaraq icra qeydində manat kimi göstərildiyini və tələbin kreditin təminatı olan əmlaka yönəldilmədiyini bildirərək, icra qeydinin icra olunmadan geri qaytarılmasını və icra sənədi üzrə bütün icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qaytarılmışdır.

4. Bank, eyni zamanda, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında birinci cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdehdən onun xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.981,64 ABŞ dolları əsas, 17.918,98 ABŞ dolları faiz, 4477,29 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 943,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 38.279,96 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifay ət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaları, əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birinci cavabdeh kredit müqaviləsi ürzə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.

7. Birinci cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, kreditin götürülməsindən sonra ölkədə baş vermiş devalvasiya ilə bağlı borcun ödənilməsi ndə çətinlik yarandığını, lakin Bank tərəfindən borcunun Prezidentin müvafiq fərmanına uyğun olaraq kompensasiya edilmədiyini və bununla bağlı ona heç bir güzəşt olunmadığını bildirmişdir.

8. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra – Ekspertiza Mərkəzi) 30 iyul 2021-ci il tarixli, 9/4891 saylı ekspert rəyinə əsasən, birinci cavabdehin xx.xx.2021-ci il tarixə (iddianın verildiyi tarix) banka olan borcu - əsas borc üzrə 15.104,18 ABŞ dolları, faiz borcu üzrə 18.300,80 ABŞ dolları təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 50 ABŞ dolları ödəniş aparılmış, lakin ekspertiza qarşısında qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən həmin ödəniş nəzərə alınmamışdır.

9. İş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizası üzrə daxil olmuş "xxxx" MMC-nin 11 oktyabr 2021-ci il tarixli qiymətləndirmə barədə hesabatına əsasən, ipoteka predneti olan mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri isə 76.500 manat müəyyən edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-4846/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilərək, birinci cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.981,98 ABŞ dolları əsas, 17.918,98 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək geci kdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32.894,47 ABŞ dolları borcun (ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla), 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin likvid dəyəri ilə 76.500 manat məbləğində müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan vəsaitin birinci cavabdehə qaytarılması, iddianın qalan hissədə rədd olunması və ekspertiza xərcinin həmin cavabdehə aid edilməsi qə t edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci cavabdeh kredit möqaviləsinə və tərtib edilmiş qrafikə əməl etməmiş, kreditin və faizlərin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması və kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır.

12. Məhkəmə bu hissədə mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.4, 297, 298, 317, 319.1, 319.6, 385.1, 386.1, 449.1, 739-cu, “İpoteka haqqında” Qanunun 34.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaları, əmlakın boşaldılması və Banka təhvil verilməsi hissəsində iddianı rədd edərkən isə Mülki Məcəllənin 152.1, 203.1-ci və “İpoteka haqqında” Qanunun 59.3, 59.4cü maddələrinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-veməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamışdır. Belə olan halda, mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – faiz və cərimə hissəsində ləğv edilməsini xahiş etmiş və şikayətini iddiaya qarşı etirazı ilə eyni məzmunda əsaslandırmışdır.

15. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ekspertiza Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 9/1770 saylı ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə birinci cavabdehin xx.xx.2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarix) Banka olan borcu - əsas borc üzrə 15.154,18 ABŞ dolları, fazir borcu üzrə 18.053,28 ABŞ dolları təşkil edir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-622/2022 nömrəli iş üzrə 10 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə birinci cavabdehdən Bankın xeyrinə əsas, faiz və cərimə borcunun tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş və iş materia llarında həmin icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. Notariusun icra qeydi əsasında başlanmış icra icraatı üzrə icra sənədinin tələbkara qaytarılması isə icra qeydinin mövcud olmadığı (qüvvədən düşdüyü) anlamına gəlmir, çünki icra qeydinin tələbkara qaytarılması eyni şəxsin ərizəsi ilə onun yenidən icraya yönəldilməsini istisna etmir.

18. Məhkəmə kollegiyası qərardadını “İcra haqqında” Qanunun 7, 23.1, 23.3-cü və MPM-in 261.0, 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

20. Şikayə t onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydində cavabdehdən cəmi 29.440 manat tutulması göstərilsə də, kredit manat yox, dollar krediti olmuş, həmçinin icra qeydində tələbin yönəldiləcəyi əmlak da göstərilməmişdir. Bu səbəbdən, Bank icra qeydinin qaytarılması barədə İcra İdarəsinə ərizə vermişdir. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olammışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 23.1.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında.icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

23. Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qan unun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. məhkəmə icraatı

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, həm maddi və prosessual hüquq normalarının tətbiqi baxımından həmçinin işin doğru düzgün araşdırılması baxımından apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası məsələyə əsaslı yanaşmış və düzgün nəticəyə gəlmişdir.

31. Belə ki, iş materiallarından da göründüyü kimi kredit müqaviləsi üzrə borcla bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə notariat kontoru tərəfindən icra qeydi verilmişdir. Sözü gedən icra qeydi ilə əlaqədar icra işi açılmış, sonradan tələbkarın ərizəsi əsasında icra qeydi tələbkara qaytarılmışdır.

32. Belə olan halda, kredit müqaviləsi üzrə borcun tutulması barədə artıq icra sənədi mövcud olduğundan eyni predmetlə bağlı iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir.

33. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır.

34. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqan ların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

35. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

36. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin iddiaçı icra qeydinin icraatda olmaması, orada göstərilən məbləğlərin düzgün olmaması əsası ilə onun geri götürülməsi barədə dəlilləri mülki prossesual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş qərardadın ləğvi üçün əsas ola bilməz.

38. Belə ki, iddiaçı hüququndan istifadə edərək, notariat qaydasında bağlanmış əqd üzrə öhdəliklərin yerinə yetirilməsi üçün notariusa müraciət edərək müvafiq icra qeydi almışdır. İcra qeydində borc məbləği düzgün göstərilməmişdirsə, iddiaçı müvafiq düzəlişlərin edilməsini və yeni icra qeydinin verilməsini notariusdan tələb edə bilər. İddiaçının hüquqlarının müdafiəsi məhkəmədənkənar qaydada həlli mümkün olduğundan eyni məsələ ilə bağlı məhkəmə müd afiəsinə zərurət yoxdur.

39. Göstərilənlərə əsasən, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.

40. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadıdəyişiklik edilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2022-ci il tarixli 2(105)-622/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar