Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4528/2020 07.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kommersiya mübahisəsi, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1767/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadındaniddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra - cavabdeh) borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ondan alınmış, lakin qaytarılmamış 2.000.000 manat məbləğində borcun, habelə iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev; iş № 2(005)3996/2019) iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya i nstansiyası məhkəməsi) xx.xx.2020-cu il tarixli qərardadı ilə (hakimlər M.Məmmədov sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev; iş № 2(103)-1767/2020) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamə ləğv olunmuş, iddia predmet aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan iddiaçı (vəkil X3) kassasiya şikayəti vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26-cı maddələrinə, həmçinin həmin Məcəllənin işə baxıldığı dövrdə qüvvədə olmuş 26-cı maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi” nə əsas ən cavabdehə verdiyi pulun qaytarılmasını tələb edir və o, həmin müqavilədə fiziki şəxs kimi qeyd olunsa da, fərdi sahibkardır (VÖEN **********). Bundan başqa, borcun məbləği və cavabdehin kommersiya hüquqi şəxs olması nəzərə alınaraq müəyyən edilmişdir ki, borc sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilmişdir. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxıla bilməzdi. Odur ki, işə həmin dövrdə mövcud olmuş inzibati-iqtisadi (hazırkı kommersiya) məhkəmədə baxılmalı olmuşdur. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbin ə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). Hazırkı işin icraata qəbul edildiyi xx.xx.2019-cu il tarixdə qüvvədə olmuş MPM-in 26cı maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüq uqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İşdən görünür ki, mübahisə tərəflərindən biri (iddiaçı) fiziki şəxs olsa da, xx.xx.2011ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh MMC-nin təsisçisidir, onun atası (hazırkı iş üzrə cavabdeh) X4 isə qeyd olunan hüquqi şəxsin direktorudur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətini müəyyən etmək üçün məhkəmənin elektron məhkəmə informasiya sisteminin imkanlarından istifadə edərək fiziki şəxsin vergi ö dəyicisi kimi qeydə alınıb-alınmadığı barədə məlumat əldə etməsi məhkəmənin öz təşəbbüsü ilə sübut toplaması və prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz. Bu baxımdan apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə göndərilməsi barədə düzgün qərar qəbul etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul olunduğu dövrdə və hazırda qüvvədə olan mülki prosessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Hazırkı iş kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayəti əsasında daxil olsa da, Məhkəmə kollegiyası həmin işə hazırda qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq baxılmasını qanuni hesab etmişdir. Belə ki, MPM-in qüvvədə olan redaksiyasına görə kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh MMC-yə qarşı borcun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1767/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4528/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4528/2020
07.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver