Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4530/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X6” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Nəzərov Nadir Kazım oğluna qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcluya məxsus olmayan əmlakın hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət t ərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(103)1405/2022 nömrəli qətnaməsindən cavabdeh Nəzərov Nadir Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda 1 ədəd, 2 girişli və 4 ədəd 1 girişli 12 mərtəbəli (D,E, G, F, K və H blokları) (D və G bloklarında 3 səviyyəli Zirzəmi və E, F, K və H bloklarında 2 səviyyəli zirzəmi, texniki mərtəbə) yaşayış binaları Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 2005-ci il tarixli, 203 nömrəli Sərəncamına əsasən İddiaçı MMC tərəfindən inşa olunmuşdur.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2012-ci il tarixli hökmü ilə İddiaçı MMC “X8” MMC-nin vurduğu ziyana görə zərərçəkmiş şəxs qismində tanınmış, ona vurulan zərərlə bağlı mülki iddiası təmin olunmuş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində 12 mərtəbəli olan yaşayış binası İddiaçı MMC-nin sərəncamına verilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli icra vərəqəsinə əsasən Nəzərov Nadir Kazım oğlu ilə “X8” MMC arasında bağlanmış 16 iyul 2007-ci ıl tarixli müqavilə ləğv edilmiş, borclu “X8” MMC-dən Nəzərov Nadir Kazım oğlunun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa ediləcək “F” binasındakı iki otaqdan ibarət olan 515 saylı, ümumi sahəsi 78,41 kv.m. olan mənzilə dair ödədiyi 28455 manat, vurulmuş ziyana görə 4260,75 manat, cəmi 32715,75 manat pulun, həmçinin 20 manat dövlət rüsumunun tutularaq tələbkar N əzərov Nadir Kazım oğlunun xeyrinə ödənilməsi qət olunmuşdur.
4. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən “F” binasındakı iki otaqdan ibarət olan 515 saylı mənzil “Qiymətləndirmə Xidməti Mərkəzi’ MMC-nin 13 sentyabr 2018-cı il tarixli hesabatı ilə 34000 manat dəyərində qiymətləndirilmiş və həmin mənzilin hərracdan satılması “X6” MMC-yə həvalə edilmişdir. 5. “X6” MMC-nin 04 yanvar 2019-cu il tarixli, 006/1 nömrəli hərracın yekunları barədə protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzil tam dəyəri 34000 manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əml ak təkrar hərraca ilkin satış qiymətindən 10% endirimlə 30600 manat, 20% endirimlə 27200 manat, 30% endirimlə 23800 manat qiymətə tələbkar Nəzərov Nadir Kazım oğluna təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin şikayətinin təmin edilməsi, Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqdan ibarət 515 saylı mənzilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadla qeyd olunan mənzilin “X8” MMC-yə aid olmadığı, həmin mənzil in İddiaçı MMC-yə məxsus olduğu qeyd edilmişdir.
7. İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanladığı 08 may 2019-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 16 may 2018-ci il tarixli birgə fəaliyyət müqaviləsinə müvafiq olaraq, Bakı şəhər İcra Hakimiyyətinin 27 iyul 2005-ci il tarixli 203 saylı sərəncamı əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsində inşa olunmuş yaşayış kompleksindəki 82, 84, 86, 90 və 92 saylı binalar İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam təmir olunmuş, istifadəyə hazır vəziyyətə gətirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektu ra Komitəsi tərəfindən binanın istismarına icazə verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumat göndərilmişdir. İddiaçı MMC tərəfindən Yasamal rayonu, 7-ci Alatava 82, 84, 86, 90 və 92 ünvanında inşa edilmiş yaşayış binaları (9 ədəd mənzil istisna olmaq şərti ilə: D bloku, mərtəbə - 9, 2 otaqlı - 101.2 kv.m.; D bloku, mərtəbə 7, 3 otaqlı - 141.7 kv.m.; K bloku mərtəbə 2, 1 otaqlı - 74.7 kv.m.; K bloku, mərtəbə 5, 2 otaqlı 103.1 kv.m.; K bloku mansarda 14-cü mərtəbə, 2 otaqlı - 67,4 kv.m.; K bloku mansarda 14cü mərtəbə, 2 otaqlı - 81.21 kv.m.; K bloku mansarda 14-cü mərtəbə, 2 otaqlı - 62.96 kv.m.; H bloku, mərtəbə 11, 2 otaqlı - 103.1 kv.m.; H bloku, 14-cü mərtəbə mansarda, 2 otaqlı - 67.4 kv.m), həmçinin qeyri-yaşayış sahələri, zirzəmi, binalara aid həyətyanı sahə, su anb arı və digər kommunikasiya xətləri də daxil olmaqla, bütövlükdə 6 ədəd yüksək mərtəbəli yaşayış binaları qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının mülkiyyətinə əvəzsiz olaraq təqdim edilmiş və həmin mənzillərin Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin balansına və ya digər dövlət müəssisəsinin balansına verilməsinə etiraz edilməməsi göstərilmişdir.
8. X3 02 noyabr 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin bazar qiyməti ilə təqribi dəyəri 93543,00 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” b inasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin təmirinə çəkilmiş xərclərin dəyəri təqribən 12829,0 manat məbləğində müəyyən edilir.
9. İddiaçı MTK İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir. 10. 17 iyun 2008-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasında yerləşən, iki otaqlı 515 saylı mənzil İddiaçı MMC tərəfindən X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər “X6” MMC-yə, Cavabdeh1nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı MTK tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı təmirli mənzilin satılmasına dair “X6” MMC-nin (hazırda "xxxx" MMC-nin) 04 yanvar 2019-cu il tarixli açıq hərracın nəticələrinə dair tərtib etdiyi 006/1 saylı hərracın yekunları barədə protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, hərraca çıxarılaraq satılan mənzil “X8” MMCyə deyil, iddiaçıya məxsusdur.
13. Birinci instansiya məhkəməsində Nəzərov Nadir Kazım oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(005)-4722/2021 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzilin satılmasına dair “X6” MMC-nin hərracın yekunları barədə 04 yanvar 2019-cu il tarixli, 006/1 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İlk olaraq, mənzilin mülkiyyətçisi İddiaçı olduğu halda, mənzil hərraca çıxarılarkən əmlakın sahibi kimi "xxxx" MMC göstərilmişdir. Mənzilin İddiaçınə məxsus olması Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktı və 27 noyabr 2018-ci il tarixli, Ö/002322 №-li İstismara hazırlıq Aktı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, satılmış əmlak iddiaçının mülkiyyətində olduğundan əmlakın əsl sahibi İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
16. Bundan başqa, məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə alqı-satqı müqaviləsi ləğv edilmiş mənzil hərracı keçirilmiş mənzildir. İcra sənədi tələbkarın bağladığı müqaviləyə görə ödədiyi məbləğin borcludan alınaraq tələbkara ödənilməsi barədədir. Həmin pul vəsaitinin mənzilin baş tutmayan alqı-satqısına aid olması həmin mənzilin borcluya məxsus olması anlamını daşımır.
17. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, hərrac keçirilən zaman İddiaçınə hərrac təşkilatı tərəfindən məlumat verilməmişdir. Hərrac bildirişləri "xxxx" MMC göndərilmişdir. Beləliklə hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13-cü, Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 337.1, 337.2, 337.4, 415.1, 415.2, 416.1, 416.2-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 1.0.4-cü maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Mübahisə predm eti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nəzərov Nadir Kazım oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(005)-4722/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(103)-1405/2022 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovun və A.V.Tanrıverdiyevin iştirakı ilə) üçüncü şəxs Nəzərov Nadir Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(005)-4722/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, mülki iş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışla müəyyən olunur ki, İddiaçı MTK İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Həmçinin, məhkəmə iclasında iştirak edən üçüncü şəxs T.Balayev mənzili 2008-ci ildə İddiaçı MMC-dən aldığını, lakin maddi vəziyyətinin pisləşməsinə görə 30 sentyabr 2019-cu ildə müraciət edərək müqavilənin ləğv edilməsini, ödədiyi 54887 manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etdiyini, MMC həmin pulu ona qaytardığını, onun mənzili MTK-ya geri qaytardığını bildirmişdir. Beləliklə də, apellyasiya məhkəməs i müəyyən etmişdir ki, iddiaçının subyektiv hüquqa malik olmaması barədə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır və İddiaçı MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı MTK tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı təmirli mənzilin üçüncü şəxs N.Nəzərovun borclusu olan “X8” MMC-yə məxsus əmlak kimi açıq hərracın keçirilməsi barədə icra məmurunun sifarişi, müvafiq olaraq da mənzilin satılmasına dair "xxxx" MMC tərəfindən 04 yanvar 2019-cu il tarixli açıq hərracın keçirilməsi aşkar qanunsuz olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nəzərov Nadir Kazım oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(103)-1405/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 423.1, Mülki Prosessual Məcəllənin 4.1, 81-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli mənzil 17 iyun 2008-ci il tarixdə X2, həmin şəxs apellyasiya məhkəməsində iştirak etsə də, müqavilənin ləğv olunmasını təsdiq edən sübutu təqdim etməmişdir. Daşınmaz əmlaka dair iddiaçının hüquqları dövlət reyestrində qeydə alınmamış və buna dair çıxarış təqdim olunmamışdır. Belə olan halda iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməli olduğu təqdirdə onu təmin etmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Üçüncü şəxs kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surət də, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 29. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlum atlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasına yönəldilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin hazırki dəlillə eyni olan apellyasiya şikayətinin dəlilləri ətrafında araşdırma aparılmış və təqdim olunan sübutlara hüquqi qiymət verilməklə, əsaslı və qanuni yekun nəticəyə gəlinmişdir.
33. Belə ki, mübahisəli mənzilin iddiaçının qa nuni sahibliyində və istifadəsində olması təqdim olunmuş sənədlərlə, eyni zamanda apellyasiya məhkəməsində dindirilmiş X4 ifadə və ərizəsi ilə öz təsdiqini tapmışdır.
34. Həmçinin mübahisəli mənzilin üçüncü şəxsin qarşısında borclu kimi çıxış edən "xxxx" MMC-nin mülkiyyətində olmaması və bu səbəbdən üçüncü şəxsin tələbinin həmin əmlaka yönəldilməsinin qanunsuz olması məhkəmə araşdırmaları ilə təsdiqini tapmışdır.
35. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq keçirilmiş hərracın qanunsuz olması və onun nəticələrinin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Nəzərov Nadir Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(103)-1405/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.