Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4542/2020 14.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “kredit məbləğinin geri qaytarılması və sair” tələbinə dair iddiası üzrə Cavabdeh1 MMC-nin və vəkili X1 apelyasiya şikayət i təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, prosessual qanunvericilikdə həmin qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh1 MMC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı istisnanı, o cümlədən apelyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsini nəzərdə tutmamışdır. Həmin qərarların “şikayətin geri qaytarılması” adlandırılması özlüyündə onlardan şikayət verilməsi imkanı vermir. Əsas məsələ həmin qərarın hansı məsəl ə ilə bağlı qəbul edilməsidir. Əgər qeyd olunan qərar ondan kassasiya şikayəti verilməsini nəzərdə tutmayan məsələ ilə bağlı qəbul edilmişdirsə, həmin şikayətin qaytarılması barədə qərara da kassasiya icraatında baxıl bilməz. Bu baxımdan MPM-nin qeyd edilən maddəsinin tələbinə görə Cavabdeh1 MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayətinin qaytarılmasından kassasiya şikayəti verilməsinin istisna olunması hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Çünki apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şika yətinin qaytarılması məsələsini ilkin olaraq apelyasiya instansiyası məhkəməsi həll etdiyi üçün həmin qərardadların düzgünlüyünü kassasiya instansiyası yoxladığı halda, apelyasiya şikayətinin qeri qaytarılması barədə qərardadları da ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə də MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apelyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Beləliklə, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403.1, 407.3, 408.1.1, 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Cavabdeh1 MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2627/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4542/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4542/2020
14.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver