Məhkəmə qərarları › İş №2(102)-4549/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4549/2023

26.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4549/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1459/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekab r 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kirayə verən “Dövlətqaçqınkom”la kirayəçi İddiaçı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin təsdiqlənməmiş kserosurətindən görünür ki, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbə, bina 12, mənzil 52-də yerləşən, 2 otaqlı yaşayış sahəsi kirayəçi İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin 1.2-ci bəndində (“kirayəçinin ailə üzvləri” qrafasında) “anası X1, X2” kirayəçinin ailə üzvləri kimi göstərilmişdir.

2. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil istismar departamentinin Gəncə-Göygöl mənzil kommunal istismar s ahəsinin rəisi Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş 21 noyabr 2022-ci il tarixli 94 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə-1500, 12-ci bina, 52 saylı mənzil boşaldılarkən aşağıdakı ev əşyaları siyahıya alınaraq Mənzil Kommunal İstismar Sahəsinin xidməti otağına gətirilmişdir: 1) masa-1 ədəd, 2) stul-3 ədəd, 3) xalça-2 ədəd, 4) televizor-1 ədəd, 5) televizor altlığı- 1 ədəd, 6) yataq dəsti-2 ədəd, 7) qarderob- 1 ədəd, 8) tozsoran, 9) geyim dəsti- 1 ədəd, 10) kostyum- 1 ədəd, 11) dəri qadın geyimi- 1 ədəd, 12) ütü- 1 ədəd, 13) bakal dəsti- 1 ədəd, 14) hərbi geyim- 1 ədəd.

3. Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi ha qqında” qərardan görünür ki, İddiaçı 07 iyun 2022-ci il tarixdə saat 13:10-da Daxili İşlər Nazirliyinin "102” zəng xidmətinə və 10 iyun 2022-ci il tarixdə Kəlbəcər RPŞ-yə etmiş olduğu müraciətləri üzrə toplanmış HK-1/116 nömrəli material üzrə hər hansı şəxsin ünvan 1 ünvanına qanunsuz daxil olması təsdiqini tapmadığından, həmçinin toplanmış materialda heç bir cinayət xarakterli fakt aşkar edilmədiyindən, material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Həmin qərarda həmçinin o da qeyd edilmişdir ki, Gəncə-Göygöl Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş 07 yanvar 2022-ci il, 12 may 2022-ci il, 16 may 2022-ci il və 24 fevral 2022-ci il tarixli aktlardan ünvan 2 ünvanında İddiaçı və ailə üzvlərinin yaşamadığı təsdiq edilmişdir. İş üzrə qəb ul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ona aid ünvan 3 ünvanlı mənzilin qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, ondan və ailə üzvlərindən xəbərsiz, oğurluq yolu ilə apardığı, mənzili başqa şəxsə verməklə onları yenidən evsiz-eşiksiz qaçqın vəziyyətinə saldığı, qanunları pozmaqla vətəndaşla dövlət arasında münaqişə yaratmağa çalışdığı ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, cavabdehin üzərinə cinayət yolu ilə qəsb etdiyi ünvan 3 ünvanlı mənzilin ona qaytarılması və vurulmuş ziyanın ödənilməsi vəzifəsinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşərkən Gəncə Dövlət Universitetinin yataqxanasında məskunlaşmış, 2014-cü ildən etibarən isə ünvan 3 ünvanında yaşamışlar. Ailə tərkibi: anası-X1, qardaşı-X6 və özü-İddiaçı. X2 birinci Qarabağ müharibəsinin əvvəlindən etibarən əvvəlcə könüllü olaraq könüllülər dəstəsinin tərkibində, vahid ordu yarandıqdan sonra isə orduda bütün döyüşlərdə iştirak etmiş, müharibədən sonra ağır xəstəliyə tutulmuş, uzun müddət xəstə yatmış, birinci qrup əlil olmuş, sonra vəfat etmişdir. Sonradan anası İmamverdiyeva Gözəl xəstələnmiş, yoluxucu xəstəlik olan “covid-19” xəstəliyinə tutulmuş, xəstəliyi ağır keçm iş, sonradan isə daha ağır olan xərçəng xəstəliyinə tutulmuşdur. Bu xəstəliklərlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində, bacısı evində yaşamalı olmuşlar. Lakin Gəncəyə, mənzilinə gəlib-getmişdir: hər iki aydan bir gəlib mənzildə təmizlik işləri aparmışdır. 04 iyun 2022-ci il tarixdə onlar Bakı şəhərində olarkən “Dövlətqaçqınkom”un Gəncə mənzil kommunal istismar sahəsinin rəisi Cavabdeh bir neçə nəfərlə mənzilin qapısını sındıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri onlardan xəbərsiz oğurluq yolu ilə apardığı və mənzili başqa bir şəxsə verdiyi, qardaşı YYYin arvadı YYYnın evə baxmağa gəldiyi vaxt məlum olmuşdur. Onlar Cəbrayıl rayonundan olduqlarına və onlardan başqa burada Cəbrayıllı olmadığına görə Cavabdeh elə hesab etmişdir ki, mənzil sahibi bundan gec xəbər tuta caq, o da başqa bəhanələr uyduracaqdır. O, bunlardan xəbər tutduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayətçi olmuş, onların göstərişi ilə 10 iyun 2022-ci il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda, 06 iyun 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə gedərək şikayət ərizəsi yazmışdır. Məlum olmuşdur ki, mənzilin qarət edilməsində “Qaçqınkom”un işçisi 000 adlı nümayəndə də olub. Onunla telefonla danışmış 000 adlı şəxs ona şər ataraq “sən ailə qurub Beyləqan sakini ilə başqa yerdə yaşayırsan” deməklə özünə haqq qazandırmağa çalışmışdır. Qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli məqsədi ilə yaradılmış bu qurumun, yəni “Qaçqınkom”un işçilərinin vəzifəsi qaçqın ların problemlərini həll etmək olduğu halda, qaçqınlara problem yaratmaqdan ibarət olmuşdur. Kəlbəcər Rayon Polis Şöbəsinin HK - 1/116 nömrəli material üzrə qərarında göstərilir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə 10 iyun 2022-ci il tarixli 17050521222 nömrəli məktub göndərilmiş, həmin məktuba cavab məktubu daxil olduqda HK1/116 nömrəli materiala əlavə ediləcəkdir. “Qaçqınkom”dan onların şikayət ərizəsinə iki ay vaxt keçməsinə baxmayaraq, cavab verilməmişdir. Qanuna əsasən isə cavab 15 iş günü müddətində cavab verilməlidir. Polis Şöbəsinin HK-1/116 nömrəli material üzrə qərarında Qaçqın və X7 üzrə Dövlət Komitəsinin Gəncə mənzil kommunal istismar sahəsinin rəisi Cavabdeh izahatında onların kirayə müqaviləsinin şərtlərini dəfələrlə pozduqlarını, dəfələrlə x əbərdarlıq edilməsinə baxmayaraq mənzildə yaşayışı təmin etmədiklərini yazmışdır. Bununla əlaqədar bildirir ki, onların həmin evdə uzun müddət yaşamamalarının səbəbi, əvvəldə də qeyd etdiyi kimi, əvvəlcə qardaşı Rövşənin, sonra isə anasının uzun müddət xəstə olmaları olub. Cavabdeh onlara “dəfələrlə xəbərdarlıq etmişik” deməsi isə tamamilə yalandır. Çünki belə bir xəbərdarlıq olsaydı, onlardan evdə olmamalarının üzrlü səbəbdən olduğunu öyrənərdi. Cavabdeh eyni zamanda Gəncə MKİS tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyini, “Dövlətqaçqınkom” tərəfindən məcburi köçkünlərə verilmiş kirayə müqaviləsinin şərtlərinə əməl olunmadığına görə İddiaçı ilə bağlanmış müvəqqəti kirayə müqaviləsinin “Dövlətqaçqınkom” tərəfindən ləğv edildiyini göstərir. Kirayə müqaviləsi əllərində ola-ola, bütün m addələri əzbər bildikləri halda, “Dövlətqaçqınkom” tərəfindən bu müqavilənin qanuna zidd olaraq ləğv edilməsi və təcili olaraq mənzilin başqa birinə verilməsi, bunu edənlərin qanunları bilə-bilə, qəsdən pozaraq öz şəxsi mənfəətlərini güddüklərini göstərir. Cavabdeh eyni zamanda mənzildə olan əşyaların akt tərtib edilərək “Dövlətqaçqınkom”un Gəncə mənzil kommunal istismarı sahəsinin inzibati binasının bir otağına yığıldığını, İddiaçı gələcəkdə müraciət edəcəyi təqdirdə həmin əşyaların aktla ona təhvil veriləcəyini bildirib. Belə bir müraciətin olmayacağını hamı başa düşə bilər, Cavabdeh başqa. Bütün bu cinayət hadisələrinin olmasına baxmayaraq, Kəlbəcər Rayon Polis Şöbəsi cavabdeh şəxslərdən, yəni Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə göndərdiyi 10 iyun 2022-ci il tarixli 170-5052-1222 n ömrəli məktuba iki aydan artıq bir müddətdə cavab almamış, Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Cavabdeh izahatına əsasən cinayət hadisəsi olmaması qərarına gəlmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(125)- 2299/2022 saylı qərardadı ilə iddianın “ünvan 4 ünvanındakı mənzilin iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsinə dair” hissəsində məhkəmə icraatı mümkün hesab edilmiş; iddianın “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçıya aid ünvan 4 ünvanlı mənzilin bir quldur kimi qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, onlardan xəbərsiz oğurluq yolu ilə apardığı, mənzili başqa şəxsə verməklə onları yenidən evsiz-eşiksiz qaçqın vəziyyətə saldığı, qanunları pozmaqla vətəndaşla d övlət arasında münaqişə yaratmağa çalışması ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi” hissəsi məhkəmədə baxılmalı olmadığından, həmin hissədə məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir (icraata qəbul etməkdən imtina ilə bağlı Mülki Prosessual Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş ayrıca əsaslandırılmış qərardad qəbul edilmədən).

7. Gəncə Şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Cavabdeh və Mənzil İstismar Departamentinin direktor müavini 000 Məmmədovun və bu oğurluqda iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, ünvan 5 ünvanının iddiaçıya qaytarılması, vurulmuş 4720 (dörd min yeddi yüz iyirmi) manat maddi ziyanın və 50000 (əlli min) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin direktor müavini 000 Məmmədovun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya cəmi 4720 (dörd min yeddi yüz iyirmi) manat maddi, 50000 (əlli min) manat mənəvi zərər dəymişdir. Belə ki, “Dövlətqaçqınkom”un səlahiyyətli vəzifəli şəxsləri olan Cavabdeh və 000 Məmmədov özlərinin təşkil etdiyi bir qrup adamla 04 iyun 2022-ci il tarixdə ictimaiyyətin gözü qarşısında, nümayişkaranə şəkildə iddiaçıya aid bina 12 mənzil 12 ünvanlı mənzilin bir quldur kimi qapısını qıraraq ev əşyalarını, geyim əşyaların ı, müxtəlif sənədləri iddiaçıdan xəbərsiz oğurluq yolu ilə sındırıb-tökməklə aparmışlar. Elə həmin gün də mənzilə X4 ailəsini yerləşdirmişlər. Cinayətin təşkilatçılarından biri olan Cavabdeh mənzili ələ keçirməyi “qanuniləşdirmək” üçün əvvəlcə “Dövlətqaçqınkom”a iddiaçının və ailə üzvlərinin mənzildə yaşamamalarının üzürsüz səbəbdən olduğu barədə yalan məlumat vermişdir. İddiaçının mənzilində olmuş və yoxa çıxmış əşyaların siyahısı və qiymətləri aşağıdakı kimi göstərilmişdir: 1) masa-1 (bir) ədəd-250 manat; 2) stul-3 (üç) ədəd-90 manat; 3) xalça-3 (üç) ədəd-750 manat; 4) televizor- 1(bir) ədəd-400 manat; 5) televizor altlığı- 1(bir) ədəd-100 manat; 6) yataq dəsti- 2(iki)-450 manat; 7) qarderob - 1(bir)-300 manat; 8) tozsoran- 1 (bir) ədəd-150 manat; 9) geyim dəsti-1 (bir)-100 manat; 10) ko styum- 1(bir)-150 manat; 11) dəri qadın geyimi- 1(bir) ədəd-500 manat; 12) ütü-1 (bir)-80 manat; 13) bakal dəsti-1(bir)- 25 manat; 14) hərbi geyim-1 (bir)-40 manat; 15) çexollar- 150 manat; 16) məhrəba-50 manat; 17) süfrə- 3 (üç) ədəd- 150 manat; 18) pərdələr- 150 manat; 19) örtük (pokrıvalo) dəsti- 200 manat; 20) yay yorğanı- 2(iki)- 60 manat; 21) ədyal- 2 (iki) ədəd-100 manat; 22) kiçik yastıq- 2 (iki) ədəd-20 manat; 23) böyük yastıq- 2(iki) ədəd-90 manat; 24) döşək- 2 (iki) ədəd-200 manat; 25) tabaq (podnos)- 4(dörd)-110 manat; 26) karniz- 2 (iki) ədəd-60 manat-əşyaların cəmi dəyəri 4720 (dörd min yeddi yüz iyirmi) manat. Mənəvi zərəri 50000 (əlli min) manat qiymətləndirir.

9. Gəncə Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(125)-2299/2022 saylı qərardadı ilə mülki işin ərazi ai diyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(040)-363/2023 saylı qərardadı ilə, 1) iddianın “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçıya aid ünvan 4 ünvanlı mənzilin bir quldur kimi qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, onlardan xəbərsiz oğurluq yolu ilə apardığı, mənzili başqa şəxsə verməklə onları yenidən evsiz-eşiksiz qaçqın vəziyyətə saldığı, qanunları pozmaqla vətəndaşla dövlət arasında münaqişə yaratmağa çalışması ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi” hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin hissədə mülki məhkəmə icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci m addəsinə əsasən xitam verilmiş; 2) iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilən tələbin də Cavabdeh, “Dövlətqaçqınkom”un Mənzil istismar departamentinin direktor müavini 000 Məmmədovun və “bu oğurluqda iştirak edən digər şəxslərin” cinayət məsuliyyətinə cəlb edilməsi hissəsində mülki məhkəmə icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilmiş; 3) mülki iş üzrə “Dövlətqaçqınkom”un Mənzil istismar departamentinin direktor müavini 000 Məmmədova yönəlmiş mülki tələb Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.

11. Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(040)-363/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən qey d etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsin Mənzil istismar departamentinin Gəncə-Göygöl mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsində işləmiş Cavabdeh tərəfindən hazırkı mübahisə ilə bağlı hər hansı qanunsuzluğa yol verildiyi, o cümlədən iddiaçıya maddi və mənəvi zərər yetirildiyi aşkar edilməmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 96, 97.1, 98.1 və 99.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.4, 1.5, 2.5, 2.6, 2.9, 3.2 və 3.7-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.3 və 216-220-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli mənzil Gəncə şəhərində olmağına baxmayaraq mülki işə Kəlbəcər Rayon Məhkəməsində baxılmışdır. Bundan əlavə onunla bağlanmış sosial kirayə müqaviləsi qüvvədə olduğu halda başqa birisi ilə kirayə müqaviləsi bağlanması əsassızdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1459/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (F.Meh diyev (sədrliyi və məruzəsi ilə), hakimlər Ə.Məmmədov və R.Muradovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir ki:

18. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə, bina 12, mənzil 52 nömrəli mənzildə yerləşən, 2 otaqlı yaşayış sahəsi kirayəçi İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Lakin, iddiaçı uzun müddət həmin mənzildə yaşamadığı üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən xx.xx.2022-ci il tarixdə mənzil boşaldılmı ş və bu zaman mənzildə olan əşyalar çıxarılaraq bu barədə akt tərtib olunmuşdur.

19. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildən istifadə hüququnun olmasını “Dövlət qaçqınkom”la onun arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə istinad etsə də, müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini məhkəmələrə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə yalnız həmin kirayə müqaviləsinin kserosurətini əlavə etmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.

20. Digər tərəfdən kollegiya göstərir ki, iddiaçı tərəfindən təqdim edilmiş sadə kserosurət olan 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinat lı yaşayış sahəsinin kirayə müqaviləsi” sübut növü kimi qəbul olunsa belə, iddia tələbinin əsaslı olmasına yenidən zəmin yaratmır. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi forması”na 5-ci bölməsinin 5.7.1-cı bəndində qeyd edilmişdir ki, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq üç aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilir.

21. Bu baxımdan iddiaçının yaşayış sahəsində üç ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli yaşayış yerindən könüllü çıxmış və uzun müddət Bakı şəhərində yaşamışdır.

22. İddiaçı isə şikayə tində uzun müddət mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığını və iddia ərizəsində iki aydan bir gəldiyini bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Belə ki, iş materiallarından görünür ki, cavabdehin hansı qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi ilə bağlı hər hansı sübut yoxdur. Ümumiyyətlə iddiaçı vurulmuş maddi ziyanın nədən ibarət olmasını, maddi ziyan vurulmuşsa əgər bunun cavabdehin hansı hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini aydın göstərə bilməmişdir. Sadəcə olaraq iddiaçı cavabdeh tərəfindən ona 4720 manat məbləğində maddi zərə r vurulduğunu bildirmişdir. Ona görə də maddi ziyan tələbi əsassızdır.

24. Göründüyü kimi iddiaçı əşyalarının hər birinin fərdi xüsusiyyətini (formasını, rəngini, ölçüsünü, istehsalçı şirkətini və s) göstərməmiş və göstərilən əmlakın dəyərini təsdiq edən sübutu məhkəmələrə təqdim edilməmişdir.

25. İddiaçı tərəfindən məhkəmələrə göstərilən əmlakların cavabdehdə qalması və sonuncunun hərəkətləri nəticəsində məhv olması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Göstərilən hal yalnız iddiaçının subyektiv mülahizələrinə söykənməklə onun izahatında öz əksini tapmışdır.

26. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə-1500, 12-ci bina, 52 saylı m ənzil boşaldılarkən ev əşyaları olan - 1) masa-1 ədəd, 2) stul- 3 ədəd, 3) xalça-2 ədəd, 4) televizor-1 ədəd, 5) televizor altlığı- 1 ədəd, 6) yataq dəsti-2 ədəd, 7) qarderob- 1 ədəd, 8) tozsoran, 9) geyim dəsti- 1 ədəd, 10) kostyum-1 ədəd, 11) dəri qadın geyimi- 1 ədəd, 12) ütü- 1 ədəd, 13) bakal dəsti- 1 ədəd, 14) 1 ədəd hərbi geyim siyahıya alınaraq Mənzil Kommunal İstismar Sahəsinin xidməti otağına gətirilmişdir.

27. Mənəvi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz.

28. Cavabdehin hərəkəti iddiaçının şüurunda müəyyən mənfi re aksiyaya səbəb olsa da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim olunmamış, eyni zamanda iddiaçı maddi xərc çəkdiyi barədə də sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmçinin, məhkəmə kollegiyası apellyatorun şikayətində göstərdiyi “iddianın mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə məhkəməyə verilməsi” dəlili ilə bağlı göstərmişdir ki, hazırkı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddia tələbi pulun alınması ilə bağlıdır. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, Kəlbəcər rayonunda qeydiyyatdadır.

30. Mə hkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, Mənzil Məcəlləsinin 17, 91.1, 91.1.6, 92, 96, 97.1, 98.1, 99.1, 99.2, 107-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarının 1.4, 1.5, 2.5, 2.6, 2.9, 3.2, 3.7, MPM-nin 14.1, 77.1, 88, 89.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə onunla bağlanılmış kirayə müqaviləsinin məhkəmə qaydasında ləğv edilməməsinə düzgün hüquqi qiymət verməmiş, bununla da şikayəti təmin edilmədən saxlanılmış nəticədə maddi hüquq norması kimi AR Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” formasının 5-ci bölməsinin 5.7.1-ci bəndinin tələbi kobud şəkildə pozulmuşdur. Bundan başqa, işə baxan məhkəmə onun apellyasiya şikayətini təmin etmədən saxlayarkən Mənzil Məcəlləsinin 96, 97.1, 98.1, 99.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, bu maddələrin tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri vətəndaşlara kirayə müqavil əsi əsasında verilir. Məhkəmə onunla bağlanılmış kirayə müqaviləsi qüvvədə ola-ola başqa birisi ilə kirayə müqaviləsi bağlanılmasına düzgün hüquqi qiymət verməmiş bununla da yuxarıda göstərilən maddi hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə aidiyyətinin tələbi pozulmuşdur. Belə ki, mübahisəli mənzil Gəncə şəhər İnzibati ərazisinə aid olduğu halda işin baxılması onun razılığı olmadan aidiyyət məsələsinin pozulması ilə Kəlbəcər Rayon Məhkəməsində baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 50.3. İddia tələbinin yönəldi yi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

38. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir.

39. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

40. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol ver ilmişdir.

48. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə, bina 12, mənzil 52 nömrəli mənzildə yerləşən, 2 otaqlı yaşayış sahəsi kirayəçi İddiaçı və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Lakin, iddiaçı uzun müddət həmin mənzildə yaşamadığı üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən xx.xx.2022-ci il tarixdə mənzil boşaldılmış və bu zaman mənzildə olan əşyalar çıxarılaraq bu barədə akt tərtib olunmuşdur. Daha sonra, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən həmin yaşayış sahəsi 13 iyun 2022ci il tarixli müqaqaviləyə (i.v. 24) əsasən X4 ailəsinin istifadəsinə verilmişdir.

49. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olmasını “Dövlət qaçqınkom”la onun arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin məhkəmələrə təqdim etməməsini vurğulamış və digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş sadə kserosurət olan 29 dekabr 2014-cü il tarixli 12/52 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” sübut növü kimi qəbul olunsa belə, iddia tələbinin əsaslı olmasına yenidən zəmin yaratmayacağını qeyd etmişdir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi forması”na 5-ci bölməsinin 5.7.1-cı bəndində qeyd edilmişdir ki, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq üç aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilir. Daha sonra maddi ziyanın nədən ibarət olduğunu iddiaçının əsaslandırmadığını qeyd etmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxmaqla, iddianın əsaslı olub-olmadığını araşdırmaqla səhvə yol vermişdir.

51. Belə ki, baxılan iş üzrə İddiaçı ünvan 3 ünvanındakı mənzilin ona qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsinə dair tələbi üzrə cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Lakin iş materialında olan “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri”ndən görünür ki, həmin müqavilə üzrə yaşayış sahəsini kirayəyə verən tərəf kimi hər hansı bir fiziki şəxs yox, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti çıxış edir. İddiaçının iddia tələbindən isə belə təəssürat yaranır ki, sanki yaşayış sahəsini iddiaçının istifadəsinə müqavilə üzrə verən şəxs fiziki şəxsdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən mübahisənin həllindən ilk öncə iddianın tələbə cavab verməli olan şəxsə qarşı qaldırılıb-qaldırılmadığı aydınlaşdırılmadan iş üzrə qətnamə qəbul etməklə prosessual hüquq normasının pozuntusuna yol verilmişdir.

53. Eyni zamanda məhkəmə kollegiyas ı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında onun məhrum olduğu yaşayış sahəsinə dair müqavilə məhkəmə qaydasında ləğv olunmamışdır. X8 ilə 13 iyun 2022-ci il tarixdə bağlanmış müqavilə qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməyib.

54. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Kassasiya məhkəməsi işə baxarkənapellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

56. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1459/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar