Məhkəmə qərarları › İş №2(102)-455/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-455/2021

01.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-455/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X2, İddiaçı3 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı, mənzildə qeydiyyatda olan şəxslərin razılığı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X9 qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun kat ibliyi, cavabdeh ləğv prosesində olan «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin vəkili X6, Cavabdeh4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2357/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 ilə Cavabdeh4 xx.xx.1973-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, digər iddiaçılar İddiaçı3 və İddiaçı2 onların övladlarıdır. İddiaçı ilə Cavabdeh4 araslndakı nikahın pozulması xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 ilə «Texnikabank» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank, hazırda ləğv prosesindədir) arasında bağlanmış xx.xx.2009- cu il tarixli ipoteka müqaviləsinə (bundan sonra – mübahisəli müqavilə) əsasən eyni tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 xx.xx.1998-ci il tarixdə adına mülkiyyət hüququ üzrə ilkin qeydiyyatdan keçmiş Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 43 saylı evin 46 saylı mənzilini (bundan sonra – mübahisəli mənzil) Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-248/2014 nömrəli iş üzrə xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-dən iddiaçının xeyrinə 55979 manat əsas borc, 768,30 manat faiz, 228 manat dəbbə pulu, cəmi 56995,30 manat borcun tutulması, tutmanın mübahisəli mənzilə və X4 məxsus olan Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən 7B nömrəli ev in 43 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracdan 120000 manata və 50000 manata satılması və satışdan əldə edilmiş vəsait hesabına Banka olan borcun ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli müqavilənin aldatma yolu ilə və saxtakarlıqla bağlandığı üçün etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 1991-ci ildən mübahisəli mənzildə daimi qeydiyyatdadırlar. İddiaçı3 2018-ci ildə ailə qurması ilə bağlı xx.xx.2018-ci il tarixdə həmin mənzildən qeydiyyatdan çıxmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçılara Cavabdeh 4 dediklərindən məlum olmuşdur ki, mənzil ipoteka ilə yüklü edilmişdir. Halbuki, mübahisəli mənzil İddiaçı1 ilə Cavabdeh4 birgə nikahı dövründə əldə edilmişdir. Həmçinin, iddiaçılar mübahisəli mənzildə qeydiyyatda olmaqla yetkinlik yaşına çatmış şəxslər olduqları halda, mənzil ipoteka ilə yüklü edilərkən onların qanunvericiliklə tələb olunan razılıqları alınmamış, həmin mənzilə mülkiyyət, mənzildə yaşamaq və istifadə hüquqları pozulmuşdur. Belə ki, İddiaçı1 Cavabdeh4 ilə rəsmi nikaha daxil olandan hazıra kimi birlikdə yaşayırlar. Birgə nikah dövründə 1988-ci ilin sonunda faktiki olaraq mübahisəli mənzili almışlar, o vaxtdan da hazıra kimi birlikdə ailə üzvləri ilə həmin mənzildə yaşayırlar. Həmin mənzilin alğı-satqısını rəsmiləşdirmək üçün formal olaraq cavabdeh iddiaçıdan xx.xx.1991-ci il tarixdə boşanmış və bu mənzilə mülkiyət hüququ əldə etmək üçün mənzilin sahibəsi X5 ilə nikaha girmiş, xx.xx.1993-cü il tarixdə ondan boşanaraq mənzili məhkəmə qydasında öz adına keçirmişdir. Bütün bu müddət ərzində cavabdeh İddiaçı1 ilə ailə münasibətlərini davam etdirmiş, birlikdə yaşamışlar. Yəni, faktiki olaraq ipotekaya qoyulmuş mənzil qeyd edilən tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakdır. İddiaçı1 həmin əmlakda qanunvericiliklə təsbit edilmiş mülkiyyət hüququ vardır. Mübahisəli mənzil ipotekaya qoyulduqda onun mülkiyyət hüququ pozulmuş, razılığı alınmamışdır. İddiaçılar yaşadıqları mənzilin ipotekaya qoyulmasına razılıq verməmiş və ona tutma yönəldikdə mənzildən çıxma öhdəliyi götürməmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məh kəməsi) 2(006)-5719/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil İddiaçı1 ilə birgə nikah dövründə əldə edilməmişdir, mənzil mülkiyyətçi Cavabdeh4 tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilərkən həmin müqavilənin etibarlılığı iddiaçının razılığından asılı olmamışdır. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2357/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, mübahisəli mənzil xx.xx.1998-ci il tarixdə Cavabdeh4 adına ilkin qeydiyyat keçdiyindən və İddiaçı1 ilə Cavabdeh4 arasında bağlanmış nikah xx.xx.1991-ci il tarixdə pozulduğundan həmin əmlak ər-arvadın birgə m ülkiyyəti sayıla bilməz. Bu mənada, sözügedən mənzil cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bankın xeyrinə ipoteka ilə yüklü edilərkən həmin müqavilənin etibarlılığı İddiaçı1 razılığından asılı olmamışdır. Başqa sözlə, “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinin tələbi hazırkı mübahisədə əhəmiyyət kəsb etmir. Apellyatorun, ipoteka müqaviləsi bağlanarkən mənzildə qeydiyyatda olan digər şəxslərin razılığının alınmaması barədə bildirdikləri ilə əlaqədar isə Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər və girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alı nmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarında da öz əksini tapmış, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmamasının müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığı vurğulanmışdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx xxxxx 2004-cü il tarixli Qərarında da oxşar mövqe ifadə edilmişdir. Kollegiya onu da nəzərə almışdır ki, ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı ipoteka predmetində qeydiyyatda olan şəxslərin razılığının alınmalı olması, bu müqavilənin bağlanma formasını və hansı subyektlər tərəfindən imzalanmalı olduğunu müəyyənləşdirən qanunda (Mülki Məcəllə) deyil, qanundan aşağı səviyyəli normativ akt olan təlimatda nəzərdə tutulmuşdur; həmin təlimat isə müqavilənin rəsmiləşdirilməsinin notarius tərəfindən əməl olunmalı olan qaydasını tənzimləməklə mülkiyyət hüququnun Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla biləcəyi haqqında həmin Məcəllənin 169.1-ci maddəsinin tələbi nəzərə alınmaqla şərh olunmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka müqavilənin etibarsız hesab edilməsi ü çün hər hansı əsas mövcud deyildir, həmin müqavilə qanunvericiliyin tələblərinə riayət edilməklə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır və iddiaçı tərəf bu müqavilənin etibarsız sayılmasını tələb etmək üçün ümumiyyətlə subyektiv hüquq sahibi deyildir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəri lməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən Bankın vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar və digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apar mır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin ptedmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (maddə 148.2). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir (maddə 271.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 337.3 və 339-cu maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27 1.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunn xx xxxxxx 2015-ci il tarixli qərarı....Girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyil. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarı. “…müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bel ə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2357/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar