Məhkəmə qərarları › İş №2(102)-4552/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4552/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4552/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaç ı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli x saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 ay müddətinə, 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Tərəflərin xx.xx.2013-cü il tarixli, xxx saylı kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, 220.000 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

3. Tərəflərin xx.xx.2014-cü il tarixli, xxx saylı kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 100.000 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

4. İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 22S000007186, 22S000007187, 22S000007188 saylı zaminlik müqavilələri ilə əsas borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilmişdir.

5. Bundan əlavə, xx.xx.2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən, Cavabdeh4 xx mənzili, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evini, Cavabdeh2 isə xlini ipoteka ilə yüklü edərək İddiaçı QSC-nin tələb hüququna təminat vermişdir.

6. İpoteka qoyanlar ödəniş planları ilə tanış olaraq ona razılıqlarını bildirmiş və imzaları ilə təsdiqləmişlər.

7. Cavabdeh4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqq ında şəhadətnaməyə əsasən əri Cavabdeh4 vərəsəsi kimi sonuncudan miras qalmış - xx və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzillərdən ibarət miras əmlaklardan pay almışdır.

8. Əsas borclu Cavabdeh1, borcunu qrafik üzrə qaytarmayaraq öhdəiliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıqlar etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli x saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 22R00006479 saylı, xx.xx.2014-cü il tarixli xxx saylı kre dit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə - xxx saylı kredit razılaşması üzrə 79114,21 ABŞ dolları kredit borcu, 38784,35 ABŞ dolları faiz borcu, 73984,63 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 191913,19 ABŞ dolları məbləğində borcun; xxx saylı kredit razılaşması üzrə 53402,51 ABŞ dolları kredit borcu, 35467,15 ABŞ dolları faiz borcu, 74749,65 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 163619,15 ABŞ dolları məbləğində borcun; hər iki kredit razılaşması üzrə ümumilikdə 355532,50 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının tutulması, tələbin - Bakı ş əhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 271T bağ evinə, - xinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə 355532,50 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 271T bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması, bağ evinin boşaldılması və alıcıya təhvil verilməs i, xinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11471 nömrəli ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2013-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 117782,12 ABŞ dolları məbləğində əsas və 25028,70 ABŞ dolları faiz borcunun; xx.xx.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 95 664,10 ABŞ dolları məbləğində əsas və 42780,45 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. Eyni nömrəli və tarixli ekspert rəyinə əsasən, xx.xx.2013-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 117782,12 ABŞ dolları məbləğində əsas və 25028,70 ABŞ dolları faiz borcunun; - xx.xx.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 95664,10 ABŞ dolları məbləğində əsas və 42780,45 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur.

11. «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli, 218, 218/1, 218/2, 218/3 nömrəli hesabatlarına əsasən, Cavabdeh2 məxsus xlin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 65000 (altmış beş min) manat; Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 54000 (əlli dörd min) manat; Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 130000 (yüz otuz min) manat; Cavabdeh4 məxsus xx mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 33000 (otuz üç min) manat təşkil edir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-12/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli x saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış x x.xx.2013-cü il tarixli, xxx saylı və xx.xx.2014-cü il tarixli xxx saylı kredit razılaşmalarına xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xxx saylı kredit razılaşması üzrə 53402,51 (əlli üç min dörd yüz iki dollar 51 sent) ABŞ dolları əsas, 25028,70 (iyirmi beş min iyirmi səkkiz dollar 70 sent) ABŞ dolları faiz və 10000 (on min) ABŞ dolları cərimə olmaqla, cəmi 88431,21 (səksən səkkiz min dörd yüz otuz bir dollar 21 sent) ABŞ dolları və xx.xx.2014cü il tarixli xxx saylı kredit razılaşması üzrə 79144,21 (yetmiş doqquz min yüz qırx dörd dollar 21 sent) ABŞ dolları əsas, 38784,35 (otuz səkkiz min yeddi yüz səksən dörd dollar 35 sent) ABŞ dolları faiz və 15000 (on beş min) ABŞ dolları cərimə olmaqla, cəmi 132928,56 (yüz otuz iki min doqquz yüz iyir mi səkkiz dollar 56 sent) ABŞ dolları, ümumilikdə isə hər iki kredit razılaşması üzrə 221359,77 (iki yüz iyirmi bir min üç yüz əlli doqquz dollar 77 sent) ABŞ dolları məbləğində pul ödəniş vaxtı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, X1 Komitəsi yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 42 (qırx iki) manat xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus xlinə, əmlakın ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evinə, əmlakın ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nin borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, qeyd olunan əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər ipoteka predmeti olan əmlaklardan (mənzildən və bağdan) çıxmazsa, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçiv əsində əsaslıdır. Həmçinin məhkəmə tələb edilən cərimə məbləğlərini tənasübsüz surətdə yüksək sayaraq onları azaltmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür və Cavabdeh1 xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək özünün Cavabdeh2 prosessual hüquq varisi kimi tanınmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi, Cavabdeh1 Cavabdeh2 porsessual hüquqi varisi kimi əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1, kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə bir müqavilə üzrə 10.000 ABŞ dolları cərimə, digər müqavilə üzrə 15.000 ABŞ dolları cərimə məbləği cavabdehlərdən tutulmuşdur. Qətnamədən göründüyü kimi fantastik məbləğdə faiz borcunun tutulmasını müəyyən etmişdir. Halbuki, Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Şişirdilmiş cərimə məbləğlərinin Cavabdeh1 bankln xeyrinə tutulmasını müəyyən etməklə, onun maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Həmçinin əmlaklardan biri könüllü satış əsasında satılmış və banka olan borca yönəldilmişdir. Bununla bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. Lakin məhkəmə, Cavabdeh1 tərəfindən edilmiş ödənişləri nəzərə almamış, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız olaraq qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

22. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

23. Maddə 739.1. Borc müqaviləsi nə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası, qətnaməni Cavabdeh1 mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit razılaşmaları üzrə öhdəliyini icra edərək göstərilən məbləğlərdə pulu Cavabdeh1 borc vermişdir. Tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş qrafiklərində razılaşdırmışlar. Buna baxmayaraq Cavabdeh1, borcunu vaxtında qaytarmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmidir. Belə olan halda, iddiaçının borc məbləğlərinin tutulması tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının (§21-24) dispozisiya şərtləri ilə uzlaşır. Ona görə də, həmin iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıdır.

31. Kassator tutulmuş cərimələrin yuxarı olduğunu bildirsə d ə, Kollegiya nəzərə alır ki, bankın tələb etdiyi 73984,63 ABŞ dolları və 74749,65 ABŞ dolları cərimə məbləğləri məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsi nəzərə alınmaqla azaldılmış, müvafiq olaraq 10.000 və 15.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit borcu üzrə sonradan banka ödənilmiş məbləğlər isə qətnamənin icrası çərçivəsində həll edilməli olan məsələdir.

32. Beləliklə, Kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar