Məhkəmə qərarları › İş №2(102)-456/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-456/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-456/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı i lə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)1384/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)3/2019 qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxx 2013-cü il tarixli, RBN-5259/BK saylı krediti müqaviləsi üzrə 70688,51 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25855,93 ABŞ dolları faiz, 10603,27 ABŞ dolları əldən çıxmış fayda, 10000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 117647,71 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və cəmi 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus xxxküçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı evin, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması, yuxarıda qeyd olunan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən ge ci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onlarla yaşayan ailə üzvləri mənzildən çıxmadıqları təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(102)-3568/2020 nömrəli qətnaməs i ilə həmin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 nömrəli qətnaməsi həmin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş üzrə Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermiş və şikayətinə ərizə əlavə edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 nömrəli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2(103)-1384/20 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsin ə dair ərizəsi təmin edilməmiş və kasasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 qərardadının ləğv edilməsi və müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1384/20 nömrəli qətnaməsi rəsmi olaraq Cavabdeh1 təqdim olunmamış, xx xxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş, həmin müddətdə o, Bər də rayonunda olmuş və SMS icazə sistemi ləğv edildikdən sonra, xx xxxxxx 2020-ci il tarixində Bakıya gələrək və vəkillə müqavilə bağlamış və kasasiya şikayətini vermişdir. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 nömrəli qətnaməsi Cavabdeh1 rəsmi qeydə alındığı ünvana göndərilmiş və zərf ünvan üzrə “köçüb” qeydi ilə məhkəməyə qaytarılmışdır. İş materiallarında həmçinin müəyyən olunur ki, işə digər Cavabdeh2 kasasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılarkən Cavabdeh1 AZEMİS vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbərdarlıq göndərilmiş və həmin xəbər darlıq ona çatdırılmaqla, mövcud qətnamədən xəbərdar edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə müddətin bərpasi ilə əlaqədar kasasiya şikayətini apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Cavabdehin ərizəsini təmin etməyən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, kasasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılması iş materialları ilə öz təsdiqini tapmamış və hazırki iş üzrə çıxarılmış qətnamədən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməs inin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilm iş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalı nmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş s əbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə müəyyən olunur ki, Cavabdeh1 qəbul olunmuş qətnamədən xəbəri olmuş, l akin o, qanunla müəyyən olunmuş müddət ərzində kasasiya şikayətini verməmişdir. Xüsusən qeyd olunmalıdır ki, Cavabdeh1 hazırki vəkili olan Vəkil eyni zamanda onun və digər Cavabdeh2 nümayəndəsi olmuş və xx xxxx 2015-ci il tarixdə 5 il müddətinə verilmiş etibarnamədə sonuncuya məhkəmə aktlarından şikayət vermə səlahiyyəti verilmişdir. Vəkil Cavabdeh2 adından kasasiya şikayətini tərtib edərkən qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ona xx xxxxxx 2020-ci ildə poçt vasitəsi ilə təqdim olunmuşdur. Belə olan halda, Cavabdeh1 poçt vasitəsi ilə göndərilmiş qətnamənin geri qaytarılması, həmin qətnamənin ona çatdırılmaması kimi və buraxılmış prosessual müddətin bərpası üçün əsas kimi qiymətləndirilə bilməz. Cavabdehin kasasiya şikayətinin digər dəlili ilə bağlı qeyd olunmal ıdır ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında müəyyən olunmuş tədbirlərin bir qismi Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli qərarı ilə aradan qaldırılmış, o cümlədən xx xxx 2020-ci il tarixdən məhkəmələrin tam fəaliyyəti bərpa edilmişdir. Lakin cavabdeh kasasiya şikayətini həmin tarixdən sonra ağlabatan müddətdə deyil, 2 ay 20 gündən sonra vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsinə və həmin şikayətin geri qaytarılmasına dair apelyasiya məhkəməsinin qərardad ı qanuni və əsaslı olmuşdur. Kasasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-1384/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar