Məhkəmə qərarları › İş №2(102)-456/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-456/2025

27.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-456/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğvi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarə müqaviləsinin qüvvədə olduğu müddətdə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası, Cavabdeh1 (nümayəndəsi və vəkili Məmmədli Ənnağı oğlu) qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutulub Cavabdeh1 ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-237/2024 nömrəli iş üzrə 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 dekabr 2019-cu il tarixdə tərəflər aralarında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh özünə məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ni (223.3 kv.m anbar, 223.3, kv.m ticarət sahəsi) iddiaçıya icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2 049-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti 1 il müddətinə uzadılmış hesab olunur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən icarəyə götürən İddiaçı icarəyə verən Cavabdeh1 aylıq 900 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən İcarəyə verən - Cavabdeh1 öhdəsinə götürür ki, icarə müqaviləsi tərəfindən pozularsa qiymətləndirmə aktında göstərilən xərclərlə birlikdə büün maddi və dəymiş ziyanı (vergi və kommunal xərcləri daxil olmaqla) tam olaraq İddiaçı qaytaracaq.

2. Cavabdeh1lə Nuriyev İlkin arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri- yaşa yış binasının 300 kv.m hissəsini X2 xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. 3. 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini X2 xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

4. İlkin Nuriyev tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə 1800 xx.xx.2022-ci il tarixdə Nuriyev İlkin tərəfindən cavabdehə 2700, xx.xx.2022-ci il tarixdə 1800 manat məbləğində pul ödənilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı iddia tələbi təmin edilərək Cavabdeh1 ilə X3 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, X3, ona məxsus əşyaları ilə birlikdə, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, X1 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı məbləği tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən iş üzrə Cavabdeh1 ilə X3 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə istinad etmişdir.

6. Həmin qətnamədən cavabdeh İlkin Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2-2(103)-575/2023 nömrəli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(103)- 1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın 9900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nuriyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14400 manat icarə haqqı borcunun tutlması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m olan qeyri- yaşayış sahəsinin 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023 -cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, həmin iş üzrə iddiaçı olan Cavabdeh1 həmin iş üzrə cavabdeh İlkin Nuriyeva qarşı irəli sürdüyü iddianın “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi üzrə iş üzrə icraata xitam verilməsini qərara almışdır.

8. Cavabdeh1 İlkin Nuriyevə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda aralarında bağlanan xx.xx.2020-ci il tarixli İcarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyi, icarəyə verilmiş sahədən xeyli artıq sahənin də qanunsuz olaraq istifadə edildiyi bildirilmiş və icarə haqqının ödənilməklə, sahənin 1 ay müddətinə boşaldılaraq ona təhvil verilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə ərizə ilə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmə məcburiyyətində qalınacağı barə də xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən icarədara məxsus ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ndə 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçının fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən, Cavabdeh1 məxsus qeyri yaşayış-sahəsini icarəyə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Qeyri-yaşayış sahəsi əslində Cavabdeh2 məxsus olsa da, sonuncunun övladı Cavabdeh1 adına rəsmiləşdirlmişdir. Buna görə də, iddiaçı müqaviləni Cavabdeh1 ilə bağlamışdır. İddiaçı, qeyri-yaşayış sahəsini istifadəsinə qəbul etdikdən sonra oranı təmir etdirmiş və işlətməyə başlamışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, icarə haqqını ödəməsinə, icarə haqqı ilə bağlı borcunun olmamasına baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirmir, iddiaçının icarə obyektindən istifadə etməsinə maneələr yaradırlar. Cavabdeh1 kommunal xidmətlər göstərən müəssisələrə müraciət edərək icarə obyektinə qazın verilməsini dayandırmışdır. İddiaçı maneələrin aradan qaldırılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Cavabdeh1 öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, iddiaçının əşyaları ilə birlikdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri yaşayış binasından çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 100 manat məbləğində pulun iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdı r ki, “İcarə müqaviləsi” iddiaçı ilə bağlansa da, müqavilənin şərtləri ilə bağlı bütün müzakirələr iddiaçının oğlu Elnar Əliyev ilə aparılmışdır və obyekt hazırda da onun tərəfindən istifadə olunur. İddiaçı tərəfindən hər hansı məbləğdə icarə haqqı ödənişi edilməmişdir. Elnar daha sonra “İcarə müqaviləsinin” Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan X3 ilə bağlanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 24 saylı Notariat Ofisində, ümumi sahəsi 623,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 212 kv.metr hissəsinə dair onunla “İcarə müqaviləsi” bağlanmışdır. Aylıq icarə haqqının müqavilədə 900 manat olaraq göstərilməsini Elnar istəmişdir. Əslində isə şifahi razılaşmaya görə aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur. Elnar icarə götürülən sahənin ölçüsünün və icarə haqqının məbləğin az göstərilməsini ödəyəcəyi vergi məbləğinin az olması ilə əlaqələndirmişdir. Sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə 1 ay ərzində icarə obyektinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Lakin icarə obyekti boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək İlkin Nuriyevin ona məxsus əşyaları ilə birlikdə sahədən çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

13. Məhkəmə iclasında dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun atası olmuş və mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə edirlər. İlkin olaraq cavabdehin atası Səyyub, yəni icarə obyektini faktiki sahiblik edən şəxsə 2 ilin pulunu, yəni 60000 manatı o vermiş, mart ayına kimi bütün ödənişləri etmişlər. İcarəyə götürəndə icarəçi 3 ay təmir üçün möhlət də vermişdir, lakin təmir 1 il çəkmişdir. Faktiki icra haqqı atası ilə bağlanan müqavilədə qeyd edilməmişdir. Sonradan iki dəfə atasının işçisi olan Nuriyev İlkin ilə formal olaraq iki müqavilə də bağlanmışdır. Bunda məqsəd atasının yaşlı olması və sənədləşmə dalınca çox gedib-gələ bilməməsi olmuşdur. Cavabdehlə aralarında narazılıq icarə haqqının 3500 manata qaldırması ilə bağlı olmuşdur.

14. Məhkəmə iclasında X8 ifadəsində göstərmişdir ki, cavabdehin atası Səyyubu və iddiaçının oğlu Elnarı tanımışdır. İcarə obyektini icarəyə verilməsi üçün tərəfləri o tanış etmişdir. Müqavilə bağlanan gün cavabdehin atası Səyyuba 60000 manat verilmiş, aylığı isə 2500 manata razılaşdırılmışdır. O İlkin Nuriyevi tanımadığını və ikinci müqavilədən xəbəri olmadığını bildirmişdir.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(008)1121/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) ilk iddia tələbinin təmin edilərək Cavabdeh1 tərəfindən ona məxsus olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446.6 kv.m-ndə 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması, Cavabdeh1 və Cavabdeh2 gələcəkdə maneələr yaradılmasının qadağan edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir.

16. Məhkə mə qeyd etmişdir ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, icarə münasibətləri Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinə əsasən yaranmış və davam etməkdədir. Müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 ilə X3 arasında 37 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində bağlanmış icarə müqavilələri ən azından ona görə əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik deyillər ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi hazırki vaxta kimi qüvvədə olmaqla ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Sonuncu iki mü qavilənin predmetini də 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin predmeti təşkil edir.

17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il və 21 dekabr 2020-ci il tarixlərində özünə məxsus sahəyə dair icarə müqavilələri bağlayarkən onunla İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi qüvvədə olmasını bilirdi və qanunvericilikdə müqavilə tərəfinin digər tərəfə yeni müqavilənin bağlanması ilə əvvəlkinin qüvvədən düşməsi barədə şifahi qaydada razılaşdırılması ilə müqavilənin ləğvi nəzərdə tutulmamışdır.

18. Belə ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin 10-cu bəndinə əsaən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq hə yata keçirilir.

19. Müəyyən edilmişdir ki, İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair yazılı ərizəsi olmamışdır.

20. Həmçinin, məhkəmə qeyd etməyi zəruri saymışdır ki, Cavabdeh1 X2 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi iddianı irəli sürərkən onun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, Cavabdeh1 X2 qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin predmeti də 623.2 kv.m olan qeyri-yaşayış sahəsi də tam deyil, onun 212 kv.m hissəsi olmuşdur.

21. Məh kəmə qeyd etmişdir ki, bu qənaəti ilə heç də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə qiymət vermək fikrində deyildir. Lakin qeyd edilməlidir ki, Cavabdeh1 hazırki qarşılıqlı iddiası ilə faktiki olaraq onunla İddiaçı arasında bağlanmış 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin hazırki vaxta kimi mövcudluğunu tanıyır. Tələbində qətnamə icra olunan günə kimi hər ay icarə haqqının ödənilməsi irəli surməsi də məhz İddiaçı ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli müqavilənin şərtləri əsasındadır. Görünən odur ki, Cavabdeh1 hər iki iddiası ilə öz mülkiyyətində olan sahənin icarəsinə görə iki icarədarın ayrılıqda ona icarə haqqlarının ödənilməsini tələb edir.

22. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 icarə münasibətlərini məhz X3 ilə qurmuşdursa və sonuncunun da onun qarşısında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi əsasında məsuliyyət daşıyıcısı hesab edirdisə, İddiaçı ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli müqaviləsini hazırki qarşılıqlı iddiası ilə qanuniliyini mubahisələndirməsi onun X3 ilə bağladığı icarə müqavilələrinin formal və hüquqi qüvvəyə malik olmamasını təsdiq etməsinə bir növ dəlalət edir.

23. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi qanunun tələblərinə uyğun aparılmış və qüvvədədir. Məhkəmə verilən tələblərin qanuniliyinə məhz bu konteskdən yanaşaraq qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsi nə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə o lunmuş vəzifəni daşımaqdan azad edilirlər.

24. Müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi üzrə ilk iddiaçının fəaliyyət göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılmış və o, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehin hazırki iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır.

25. Məhkəmə ilk iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, 21 dekabr 2019cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qa ldırılması və gələcəkdə yaradılacaq maneələrin Cavabdeh1 qadağan edilməsi barədə ilk iddia tələbləri əsaslıdır.

26. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

27. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəb ər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, işin araşdırılmış hallarından, eləcə də ilk iddia tələblərinə verilən hüquqi qiymətdən də görünür ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir. Bu isə bağlanmış müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas vermir. Məhkəmə qarşılıqlı iddianın ilk iddia veriləndən sonra verilməsi halının mühüm və diqqətəlayiq məqam olmasını qeyd etməklə yanaşı qarşılıqlı iddia tələbində göstərilənlərin qarşılıqlı iddiaçının subyektiv mülahizələri kimi qiymətləndirir və qeyd edir ki, o müqavilə tərəfi olaraq qanuni əsaslarla bağlanmış icarə müqaviləsi üzrə icarədarın fəaliyyət göstərməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

28. Məhkəmə qarşılıqlı iddia tələbərinə qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, tələbin xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi hissələri əsassız olduğundan tələbin digər hissələri də əsassız sayılmalı, ümumilikdə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 422.1, 422.4, 425.1, 425.2 və 700.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

31. Qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsindən istifadəyə görə sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə sahənin 1 ay müddətinə boşaldaraq təhvil verilməsi xahiş olunmuşdur. İcarə sahəsi İlkin Nuriyev tərəfindən boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan həmin iş baxılmamış saxlanılmışdır. Ona görə də Cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Lakin məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan, iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

32. Apellyasiya baxışında iştirak etmiş Cavabdeh2, onun və digər Cavabdeh1 birgə vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişlər ki, mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən və 1 mərtəbədən ibarətdir. Qeyri-yaşayış sahəsinə dair müqavilə iddiaçı ilə bağlansa da, əslində oranı iddiaçının oğlu Elnar Əliyev işlədirdi, amma “İcarə müqaviləsi” xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Bu, Elnarın istəyi ilə olmuşdur ki, vergi ödənişləri az olsun. Razılığa görə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, Elnar 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara lazımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır. Sonra isə icarə haqqı ödənilməmişdir.

33. İddiaçı əvvəlki vəkili (nümayəndəsi) Vəkil1 və sonrakı vəkili Vəkil3 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.

34. İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclaslarında iştirak edərək bildirmişdir ki, İlkin Nuriyev ilə bağlanmış “İcarə müqavilələri” formal olmuşdur, çünki iddiaçıya lazım idi ki, müqavilə VÖEN-i olan şəxslə bağlansın. İddiaçının özünün və oğlu Elnarın VÖEN-i olmamış, lakin onların işçisi olan İlkin Nuriyevin VÖEN-i var idi. Cavabdeh tərəf icarə haqqının ödənilmədiyi bildirsə də, özləri etiraf edirlər ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə “İcarə müqaviləsi” bağlanılan zaman iddiaçının oğlu Elnar 24 ayın, yəni xx.xx.2021-ci il tarixədək icarə haqqını ö dəmişdir. İddiaçı tərəfindən cavabdehlərə 900 manat rəsmi, qalan məbləğ isə qeyri-rəsmi olaraq ödənilirdi. Bunu “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri” də təsdiq edir.

35. Mülki işə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən İlkin Nuriyevin verdiyi kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni icarəyə verilmiş mübahisəli qeyri-yaşayış sahəsindən cavabdeh İlkin Nuriyevin çıxarılması hissəsinin ləğv edilməsi və həmin hissədə işin ya ni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

36. Həmin hissədə işə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə İlkin Nuriyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirlməsi, həmin tələbin qismən təmin edilməsi, İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsinin 212 kv. metr hissəsində çıxarılmasını qət etmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruz əçi), Xumar Mərdanova və Elnur Həsənov) 3 sentyabr 2024-cü il tarixli, 2(103)-237/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki,r ki, xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri 37 saylı Notariat Ofisində bağlanmış “İcarə müqaviləsindən” görünür ki, Cavabdeh1 özünə məxsus ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 446,6 kv.m-ni (223,3 kv.m anbar, 223,3 kv.m ticarət sahəsi) iddiaçıya icarəyə vermişdir.

39. Müqavilənin şərtlərinə görə, icarə müddəti xx.xx.2049-cu il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin 1 i l müddətinə uzadılmış hesab olunması razılaşdırılmışdır (bənd 3.). İcarəyə götürən iddiaçı icarəyə verən Cavabdeh1 aylıq 900 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.). Cavabdeh1 icarə müqaviləsi tərəfindən pozularsa qiymətləndirmə aktında göstərilən xərclərlə birlikdə bütün maddi və dəymiş ziyanı (vergi və kommunal xərcləri daxil olmaqla) tam olaraq iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür (bənd 8.).

40. Cavabdeh1 ilə İlkin Nuriyev arasında 37 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsindən” isə görünür ki, Cavabdeh1 mülkiyyətində olan və ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsinin 300 kv.m hissəsini İlkin Nuriyevə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, İlkin Nuriyev isə ona aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə göt ürmüşlər.

41. Bakı Şəhəri 24 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinə” əsasən, Cavabdeh1 mülkiyyətində olan və ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini İlkin Nuriyevə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, İlkin Nuriyev isə ona aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

42. Cavabdeh1 İlkin Nuriyevə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında bağlanan xx.xx.2020-ci il tarixli İcarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyi, icarəyə verilmiş sahədən xeyli artıq sahənin də qanunsuz olaraq istifadə edildiyi bildirilmiş və icarə haqqının ödənilməklə, sahənin 1 ay müddətinə boşaldılaraq ona təhvil verilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə ərizə ilə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmə məcburiyyətində qalınacağı barədə xəbərdarlıq edilmişdir.

43. İş materiallarında olan poçt qəbzlərindən görünür ki, İlkin Nuriyev tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul ödənilmişdir.

44. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İlkin Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən iş üzrə Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə istinad edilmişdir.

45. Həmin qətnamədən cavabdeh İlkin Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2-2(103)-575/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın 9.900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nur iyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsini, qətnamənin 14.400 manat icarə haqqı borcunun tutulması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, həmin iş üzrə iddiaçı olan Cavabdeh1 həmin iş üzrə cavabdeh İlkin Nuriyeva qarşı irəli sürdüyü iddianın “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi üzrə iş üzrə icraata xitam verilməsini qərara almışdır.

47. Rayon Məhkəməsi tərəfindən şahid qi smində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun atasıdır və mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə edirlər. Cavabdeh1 atası Cavabdeh2 icarə obyektini faktiki sahiblik edən şəxsə 2 ilin pulunu, yəni, 60.000 manatı o vermiş, mart ayına kimi bütün ödənişləri etmişlər. İcarəyə götürəndə icarəçi 3 ay möhlət də verdi təmir üçün, lakin təmir 1 il çəkdi. Faktiki icra haqqı atası ilə bağlanan müqavilədə qeyd edilməyib. Sonradan iki dəfə atasının işçisi olan Nuriyev İlkin ilə formal olaraq iki müqavilə də bağlanmışdır. Bunda məqsəd atasının yaşlı olması və sənədləşmə dalınca çox gedib-gələ bilməməsi olmuşdur. Cavabdehlə aralarında narazılıq icarə haqqının 3.500 manata qaldırması ilə bağlı olmuşdur.

48. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 ifad əsində göstərmişdir ki, o, Cavabdeh2 və iddiaçının oğlu Elnar Əliyevi tanıyır. İcarə obyektini icarəyə verilməsi üçün tərəfləri o tanış edib. Müqavilə bağlanan gün Cavabdeh2 60.000 manat verilmiş, aylığı isə 2.500 manata razılaşdırıldı. O İlkin Nuriyevi tanımır və ikinci müqavilədən xəbəri yoxdur.

49. İddiaçı tərəfin təqdim etdiyi və Rayon Məhkəməsi tərəfindən tədqiq edilmiş səs yazısından müəyyən edilir ki, həmin danışıq iddiaçının oğlu Elnar Əliyev ilə cavabdeh Seyyub Əmirovun arasında gedir və sonuncu onlara icarə pullarının əlbəəl olaraq 60.000 manat məbləğində verilməsini etiraf edir.

50. İşə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən (bax: hazırkı qətnamənin 18-ci bəndinə) İlkin Nuriyevin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (iş 2-2(102)-622/2023) kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni, icarəyə verilmiş mübahisəli qeyri-yaşayış sahəsindən cavabdeh İlkin Nuriyevin çıxarılması hissəsinin ləğv edilməsini və həmin hissədə işin yani apellyasiya baxışına göndərilməsini qərara almışdır.

51. Həmin hissədə işə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2-2(103)-276/2024) ilə İlkin Nuriyevin apellyasiya şikayətinin qismən təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirlməsini, həmin tələbin qismən təmin edilməsini, İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyriyaşayış sahəsinin 212 kv. metr hissəsində çıxarılmasını qət etmişdir.

52. Qüvvəyə minmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İlkin Nuriyev, onunla Cavabdeh1 arasında bağlanmış “İcarə müqaviləsinin” şərtlərini pozmuş. icarə haqını tam deyil, qismən ödəmişdir.

53. Göstərilənlərə və iş üzrə tərəflərin Məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sa həsi Cavabdeh1 məxsusdur. O, özünə məxsus sözügedən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş və bununla bağlı onların arasında xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində 30 il müddətinə “İcarə müqaviləsi” bağlamışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Tərəflərin bildirdiklərinə görə bu kimi addım vergi ödənişlərin az ödənilməsi üçün edilmişdir. Müqavilə bağlanan ərəfədə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, iddiaçının övladı Elnar Əliyev 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara lazımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır.

54. Tərəflər arasında mübahisə doğuran hal sonrakı, yəni 2021-ci ilin dekabr atından sonrakı icarə haqqılarının ödənilib-ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı icarə haqqının cavabdehə ödənildiyini bildirsə də, cavabdeh tərəf bunu inkar edir.

55. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 3 saylı Poçt Filialının xx.xx.2023cü il tarixli, 3 PF-1-77 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, iddiaçının işçisi olan İlkin Nuriyev tərəfindən xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir.

56. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Məhkəməyə təqdim etdiyi “Ödəniş qəbzlərindən” görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 2.700 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir.

57. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin yanvar ayında qarılıqlı iddia verənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, onunla icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını icarəyə verənə ödəmişdir.

58. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə “İcarə müqaviləs i” bağlandıqdan sonra Cavabdeh1 ilə iddiaçının işçisi İlkin Nuriyev arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “İcarə müqavilələri” bağlanmış olsa da, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur.

59. Belə ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında icarə münasibətləri xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” əsasında yaranmış və sonradan müqavilələrin İlkin Nuriyev ilə bağlanmasına baxmayaraq iddiaçı ilə davam etmişdir. 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Ca vabdeh2 icarə haqqının iddiaçı tərəfindən ödənilmədiyini bildirərək, iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını ödəmişdir.

60. Məhkəmə bildirmişşdir ki, icarəyə verən olan Cavabdeh1 özünə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə dair İlkin Nuriyev ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “İcarə müqavilələri” bağlayarkən onunla iddiaçı arasında 1 il əvvəl notarial qaydada bağlanmış “İcarə müqaviləsinin” mövcud olmasını bilirdi və yeni müqavilələri bağlanması zamanı əvvəlki müqavilənin ləğv edilməsini arzulamırdı. Həmin müqavilə Cavabdeh1 ilə iddiaçı arasında nə şifahi, nə də ki yaz ılı qaydada ləğv edilməmişdir. İlkin Nuriyev ilə müqavilələr bağlanan zaman iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsinə dair, həmin müqavilənin şərtinə görə, 1 ay qabaqcadan ləğv edilməsi ilə bağlı müqavilə tərəflərinin bir-birinə yazılı müraciəti olmamışdır.

61. Məhkəmə qeyd etmişdir ki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” vaxtından əvvəl ləğv edilməsi iddiasını irəli sürərkən onun mübahisəli və ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” predmeti də 623,2 kv.m olan qeyriyaşayış sahəsi d ə tam deyil, onun 212 kv.m hissəsi olmuşdur.

62. Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir.

63. Göründüyü kimi, əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyri-mümkündür.

64. Beləliklə müəyyən edilmişir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” qanunvericiliyin tələblərinə uyğun bağlanmış və qüvvədədir.

65. Göstərilənləri nəzərə alan məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükl əri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

66. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “İcarə müqaviləsi” üzrə iddiaçının fəaliyyət göstərməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış və iddiaçı, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehlərin hazırki iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır.

67. Məhkəmə hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” tələblərinin icarədar olan iddiaçı tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin cavabdehlərə qadağan edilməsi barədə ilk iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin həmin nəticəsinə dair dəlilləri əsassızdır.

68. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə bildirmişdir ki, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsini n” tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilmədiyindən müqavilənin Mülki Məcəllənin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas yaranmamışdır. 69. xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi barədə qarşılıqlı iddiada ifadə edilmiş tələb əsassız olması barədə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsassızdır.

70. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinin” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə da ir” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe baxımdan da ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, müqavilənin bağlanmasından sonra şəraitin əhəmiyyətli dərəcədə pozulması mövcud deyil, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə dair sonradan İlkin Nuriyev ilə 2 müqavilə bağlasa da, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” üzrə münasibətlər davam etmişdir.

71. Odur ki, bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi əsassızdır.

72. Qarşılıqlı iddianın “icarə haqqının ödənilməsi barədə” hissəsi də əsassızdır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” bağlandıqdan sonra icarəyə götürən iddiaçı tərəfindən icarəyə verən Cava bdeh1 2 il üçün, yəni xx.xx.2021-ci il tarixədək və sonrakı müddətdə, yəni 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia verilənə qədər və qarşılıqlı iddia verildikdən sonra da iddiaçı tərəfindən Cavabdeh1 ödənişlər olmuşdur.

73. Bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə haqqının ödənilməsi barədə” hissəsi əsassızdır və Rayon Məhkəməsi həmin tələbi də təmin etməməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsassızdır.

74. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 421, 424, 422.1, 422.2, 425.1, 425.2, 700.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə də istinad edilmişdir. Kassas iya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

75. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (vəkili Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 22(103)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yenidən araşdırılması üçün appelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

76. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tamamilə əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Mübahisənin məğzinin daha yaxşı başa düşülməsi üçün işin hallarının qısa xülasəsi aşağıda təqdim ediləcəkdir: Tərəflər arasındakı mübahisə qeyri-yaşayış sahəsi üzərindəki icarə münas ibəti ilə bağlıdır. İcarə müqaviləsinin predmeti olan qeyri yaşayış sahəsinin ümumi sahəsi 623.2 kv.m olub, ünvan 2 ünvanında yerləşir və Cavabdeh1 məxsusdur. Sözügedən qeyri yaşayış sahəsinin icarəyə götürülməsi məqsədi ilə iddiaçının oğlu Elnar Əliyev ilə razılıq əldə edilmişdir. Lakin müqavilədə icarədar olaraq iddiaçı(Elnarın atası) İddiaçı qeyd edilmiş və müqavilə xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiqlənmişdir. Sözügedən icarə müqaviləsi 30 illiyinə bağlanmış, aylıq kirayə haqqı isə 900 manat göstərilmişdir. Halbuki tərəflərin izhatlarından və apelyasiya məhkməsinin özünün gəldiyi qənaətdən (bax:qətnamənin 28ci bəndi) məlum olur ki, həmin məbləğ formal göstərilmiş və faktiki icarə haqqı 3500 manat olmuşdur. İddiaçı tərəf 2019-cu ildə müqavilə bağlanarkən aylıq 3500 AZN olma qla 2 illik icarə haqqını 84.000 AZN (24.000 AZN təmir xərclərinə sərf edilmişdir) ödəmişdir. Qeyd edilməlidir ki, icarə müqaviləsi üzrə qeyri yaşayış sahəsinin tamamı yəni, 623.2 kv.m-nin hamısı icarəyə verilsə də müqavilədə 446,6 kv.m göstərilmişdir.

5. Daha sonra faktiki icarəçi Elnar Əliyev atasının (iş üzrə iddiaçı) yaşlı olması və sənədlər dalınca gedib gələ bilməməsini əsas gətirərək icarə müqaviləsinin atasının sürücüsü İlkin Nuriyev ilə bağlanmasını xahiş etmişdir (Elnar Əliyev bu faktı izahatında etiraf edir. Bax. apelyasiya qətnaməsinin 22-ci bəndi). Bu səbəblə də İddiaçı ilə bağlanan müqavilə tərəflərin şifahi razılaşmasına görə ləğv edilmiş və xx.xx.2020-ci il tarixində yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh1 qeyri-yaşayış binasının 300 kv.m hissəsi ni X2 icarəyə vermişdir. xx.xx.2020-ci il tarixində həmin müqavilənin yerinə yeni icarə müqaviləsi bağlanaraq qeyri-yaşayış binasının 212 kv.m hissəsini X2 icarəyə vermişdir. 2021-ci ildə öncədən ödənilən iki illik icarə haqqının müddəti bitdikdən sonra iddiaçı tərəf tərəf icarə haqqının müqavilədə 3500 AZN deyil, 900 AZN olduğunu bildirərək icarə haqqını tam ödəməmişdir. Qarşı tərəfin məkirli niyyətini anlayan Cavabdeh1 tərəfindən X2 qarşı iddia ilə məhkəməyə müraciət edilmiş və yekunda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2-2(103)-276/2024) ilə İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsinin 212 kv. metr hissəsində çıxarılması, 14.400 manat icarə haqqı borcunun tutulm ası qət edilmişdir. Qətnamə icraya yönəldilsə də, bugünə kimi icra edilməmişdir. Bu azmış kimi İddiaçı tərəfindən Cavabdeh1 qarşı icarə müqaviləsinin qüvvədə olduğu müddətdə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini İddiaçı qeyri yaşayış binasından çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qeyd etdiyimiz kimi, məhkəmə tamamilə əsassız və yalnış əsaslarla ilkin iddianı təmin etmiş və qarşılıqlı iddianı rədd etmişdir. Hüquqi əsaslandırmanı xülasə şəklində təqdim edirlər: Birincisi tərəflər arasında bir icarə münasibəti və dolayısıyla bir icarə müqaviləsi vardır. Tərəflər arasında 3 ayrı müqavilə bağlansa da əslində 1 ədəd müqavilə münasibəti mövcuddur. Çünki əsas müqavilə münasibətinin tərəfi olaraq Elnar Əliyev (iddiaçının oğlu) olmuş, razılaşma olnunla əldə edilmiş və faktiki olaraq da bütün icarə predmetini Elnar Əliyev istifadədir. Müqavilənin İddiaçı və sonradan da Nuriyev ilkin ilə rəsmiləşdirilməsi tamami ilə onun xahişi ilə olmuşdur. Təsadüfi deyildir ki, İddiaçı oğlunun vəkili icarə müqaviləsi üzrə birdən çox müqavilə olmasına baxmayaraq qeyri-yaşayış sahəsini kimin istfadəsində hansı hissəsinin olduğu müəyyən edilmədiyini etiraf etmişdir. Əslində bu ifadə d ə onu göstərir ki, birdən çox formal müqavilə olsada əslində bir müqavilə münasibəti olmuş və faktiki olaraq bir sahibkarlıq fəaliyyətinin obyekti kimi fəaliyyət göstərdiyini açıq şəkildə göstərir (bax: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2024 saylı qətnaməsinin 13- cü bəndi). Nəticə etibari ilə işin halları, iddiaçı tərəfin etirafı və izahatları və xüsusi olaraq da qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2024 saylı qətnaməsi ilə tərəflər arasında bir müqavilə münasibəti olduğu təkzibedilməz şəkildə öz təsdiqini tapmişdır. Belə olan halda Cavabdeh1 sonuncu icarədara (Nuriyev İlkinə) qarşı iddia qaldırarkən əslində tərəflər arasında olan icarə münasibətinin ləğv edilməsi niyyəti açıq ifadə edilmişdir. Belə ki, tərəflər arasında münasibətin əsl tərəfi Elnar Əliyev olmuş, mübahisə də onunla yaranmış faktiki istifadəçi də o olmuşdur. Cavabdeh1 müqavilənin ləğvi ilə bağlı iddia qaldırarkən aralarında sadəcə bir etibarlı müqavilə münasibəti olduğunu düşünərək sonuncu bağlanan icarə müqaviləsinin ləğvini və icarə predmetinin boşaldılmasını tələb etmişdir. Qısacası, Elnar Əliyev ilk başda atası(iş üzrə iddiaçı) İddiaçı ilə daha sonra iddiaçının sürücüsü İlkin Nuriyev ilə müqavilənin rəsmiləşdirilməsini istədiyi üçün müqavilə həmin şəxslərlə formal bağlanmışdır. Bu səbəblə də sonuncu müqavilənin ləğvi ilə bağlı məhkəmə qərarı əslində tərəflər arasında olan ümumiyyətlə bütün icarə münasibətlərinin ləğvi olaraq başa düşülməlidir. Çünki Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2024 saylı qətnaməsi ilə İlkin Nuriyev ilə bağlanan müqavilə münasibəti ləğv edil ərkən məhkəmə tərələr arasında formal bir münasibət olduğuna əsaslanmışdır. Bu əsas şübhəsiz İddiaçı ilə bağlanan müqavilə münasibəti üçün də keçərlidir. Onunla bağlanan müqavilə münasibəti də formal xarakter daşıyır. Nəticə etibariylə tərəflər arasında bir müqavilə münasibəti olduğu, icarədar olaraq rəsmiləşdirilən şəxslər formal xarakter daşıdığı və Cavabdeh1 müqavilənin ləğvi ilə bağlı iddia qaldırarkən heç şübhəsiz bütün icarə obyektinin boşaldılması niyyətini daşıdığı aydındır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 22(103)-276/2024 saylı qətnamə ilə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi əslində həm xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələrin də ləğv edilməsi, ümumil ikdə İlkin Səyyub oğlu və X4 arasında yaranan icarə münasibətlərinə xitam verilməsi deməkdir. İkincisi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə müqavilə ləğv edilmişdir. İşin təkzibedilməz halı olaraq görünür ki, Əliyev Elnar birinci instansiya məhkəməsində ifadə verərək icarə müqaviləsinin əvvəl atası İddiaçılə bağlandığını, lakin atasının yaşlı olması səbəbindən və gedib-gələ bilmədiyinə görə müqavilənin İlkin Nuriyevlə bağlandığını bildirmişdir (bax: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 22-ci bəndinə). X9 bu şəkildə iradə ifadəsi əslində xx.xx.2019-cu il tarixli müqavilənin xitam verilərək başqa bir şəxslə yeni müqavilə bağlamasını bildirir. Digər tərəfdən Cavabdeh1 də Nuriyev İlkinə qarşı iddia qaldırarkən ə vvəlki müqavilənin ləğv edildiyini nəzərə alaraq bu iddianı qaldırmışdır. Dolayısı ilə İddiaçı xəstə və yaşlı olması səbəbindən İlkin Nuriyevlə yeni bir müqavilənin bağlanması əslində tərəflər arasındakı xx.xx.2019-cu il tarixi müqavilənin xitamına dair bir razılaşma olduğunu göstərir. Məhz bu səbəbdən Cavabdeh1 iddia qaldırarkən sonuncu yəni, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğvini tələb etmişdir. Yəni Cavabdeh1 bir müqaviləni ləğv edib, digərini qüvvədə saxlamaq niyyəti olmamış və bu niyyətlə hərəkət etməmişdir. Beləliklə, həm Əliyev Elnarın ifadəsi, həm də Cavabdeh1 əvvəlki müqavilənin ləğv edildiyini nəzərə alaraq Nuriyev İlkinə qarşı iddia qaldırması İddiaçılə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edildiyini göstərir. Üçüncüsü, icarə haqqının tam ödə nilməməsi müqavilənin ləğvi üçün əsasdır. 77. xx.xx.2019-cu il tarixli müqavilə üzrə icarə haqqı 900 AZN müəyyən edilsə də, faktiki olaraq 3500 AZN olaraq razılaşdırılmışdır. Hətta bu hal işin faktiki halları ilə və qarşı tərəfin öz izahatlarında da öz təsdiqini tapır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 28-ci bəndinə “Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Tərəflərin bildirdiklərinə görə bu kimi addım vergi ödənişlərin az ödənilməsi üçün edilmişdir. Müqavilə bağlanan ərəfədə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, iddiaçının övladı Elnar Əliyev 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir” deyə qeyd edilmişdi r. Həmçinin sözügedən qətnamənin 12-ci bəndində “İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək bildirmişdir ki,..... İddiaçı tərəfindən cavabdehlərə 900 manat rəsmi, qalan məbləğ isə qeyri-rəsmi olaraq ödənilirdi” deyə göstərilmişdir. Göründüyü kimi iddiaçı tərəf icarə haqqının daha çox olduğunu etiraf edir və məhkəmə də icarə haqqının 3.500 AZN olduğunu qeyd edir. İddiaçı tərəf bu icarə haqqının ödənildiyini və bunun “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri” də təsdiq edildiyini bildirir. Bildiririk ki, həmin məktuba və “ödəniş qəbzlərinə” diqqət yetirsək aylıq ödənilən məbləğ razılaşdırılmış icarə haqqından (3500 AZN) daha az olduğu görünməməkdədir. Dolayısı ilə bu hal qarşı tərəfin müqavilə üzrə öhdəliklərini icra etmədiyini sübut et məkdədir. Lakin məhkəmə bu hala biganə yanaşaraq iddiaçının göstərilən icarə haqqını tam ödədiyini və xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini və icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur deyə qeyd edir. Məhkəmənin bu mövqeyi heç cürə anlayışan deyildir. Çünki bir tərəfdən icarə haqqının 3500 AZN olduğunu qəbul edir, digər tərəfdən isə icarə haqqının iddiaçı tərəfindən tam ödənildiyini, icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur deyə bildirir. “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri”ndə göstərilən aylıq məbləğlər (2(103)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin 30 və 31-ci bəndlərində göstərilmişdir) icarə haqqından azdır və iddiaçının müqavilə üzrə öhdəliklərini icra etmədiyini sübut edir. Digər tərəfdən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 30 illiyinə sadəcə 900 AZN icarə haqqı ilə icarəyə verilməsi faktını qəbul etmək heç bir məntiqə sığmır. Dolayısı ilə bu hal xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi üçün əsasdır. Digər tərəfdən Mülki Məcəllənin 700.1-ci maddəsində də göstərildiyi kimi “İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur”. Məhz bu norma icarə haqqının tam ödənilməsinin müqavilənin mühüm şərti olduğunu, onun icra edilməməsinin müqavilənin ləğvinə, yaranmış münasibətə xitam verilməsinə səbəb olduğunu göstərməkdədir. Beləliklə, bu hallar İddiaçı (X4) tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmədiyini sübut edir.

78. Digər t ərəfdən məhkəmənin Mülki Məcəllənin 422-ci maddəsinə əsaslanması adi icarə münasibətlərinin ləğvi əsaslarını bilməməsini ortaya qoyur. Çünki şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı(422-ci maddə) müqavilənin ləğvi ilə bağlı haldır. Müqavilənin ləğvi instiutu isə yalnız şəraitin əhəmiyyətli dərəcə dəyişməsi ilə məhdudlaşmır. Yəni şəraitin əhəmiyyətli dərəcə dəyişməsi müqavilənin ləğvinə əsas ola bilər, lakin müqavilənin ləğvi yalnız o halla məhdud deyildir. Qanunda, müqavilədə müqavilənin ləğvi üçün müxtəlif əsaslar mövcuddur və onlardan biri də icarə haqqının ödənilməməsidir. Mülki Məcəllənin 685.2.1-ci maddəsi də icarə haqqının 2 ardıcıl müddətdə tam ödənilməməsinin icarə müqaviləsinin ləğvi üçün əsas olduğunu göstərmişdir. Dolayısı ilə iş materiallarında olan “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri”ndə göstərilən aylıq məbləğlər (2(103)237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin 30 və 31-ci bəndlərində göstərilmişdir) icarə haqqının tam ödənilmədiyini sübut etməkdədir və bu müqavilənin ləğvi üçün əsasdır. Nəticədə qeyd etdikləri bu hallar Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin əsassızlığını göstərir və bu səbəbdən sözegedən qətnamə ləğv olunmalı, Cavabdeh1 qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilməlidir.

79. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qeyd etdikləri normalarla müəyyən edilmiş tələblərə cavab vermir. Belə ki, məhkəmə sözügedən qətnamənin 28-ci bəndində aylıq icarə haqqının 3500 AZN olduğunu qəbul edir və eyni zamanda iddiaçının vəkili də bunu etiraf edir. Lakin qətnamənin 30-31-ci bəndlərində göstərilən “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri”ndə əks olunan aylıq ödənilmiş məbləğlərə diqqət yetirdikdə onların 3500 AZNdən az olduğu və dolayısı ilə iddiaçının xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyi açıqca görünməkdədir. Lakin məhkəmə qətnamənin 52-ci bəndində qarşılıqlı iddianın “icarə haqqının” ödənilməsi hissəsində əsassız olduğunu, İddiaçı qarşılıqlı iddia verilənədək xx.xx.2019-cu il tarixli müqavilə üzrə icarə haqqını ödədiyini göstərmişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə icarə haqqı 3500 AZN olmuşdur və bu hal həm iddiaçı tərəfindən etiraf edilir həm də məhkəmə bu faktı qəbul edir. Lakin “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri”ndə göstərilən aylıq məbləğlər 3500 AZN-dən daha azdır və iddiaçının icarə haqqını tam ödəmədiyini göstərməkdədir. Bu halların məhkəmənin 2(103)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində açıq şəkildə göstərilməsinə baxmayaraq məhkəmənin sonda icarə haqqının tam ödənilməsi nəticəsinə gəlməsi heç cürə anlaşılmır. Dolayısı ilə bu hal məhkəmə qətnaməsinin əsassızlığını sübut etməklə onun ləğvi üçün də əsas yaradır. Beləliklə, bu hallar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilməsi dair yeni qərarın qəbul edilməsini labüd edir.

80. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. 421.2, 424.5, 685.2.1, 700.1, 700.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

81. İddiaçı kasassiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti təmin olunmamaqla apellyasiya instansiyası məhkəməsinin 2(103)-237/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

82. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat orqanında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)

83. Maddə 421.1. Müqavilənin d əyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

84. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

85. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş say ılır.

86. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

87. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəs inin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

88. Maddə 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur.

89. Maddə 700.1. icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirlmiş icarə haqqa ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı

90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

91. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

93. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

94. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

95. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

96. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı r.

97. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

98. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

99. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ın ləğv edilməsi üçün əsasdır.

100. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

101. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

102. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

103. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

104. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə “İcarə müqaviləsi” bağlandıqdan sonra Cavabdeh1 ilə iddiaçının işçisi İlkin Nuriyev arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020ci il tarixli “İcarə müqavilələri” bağlanmış olsa da, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməs i və ya dəyişdirilməsi, habelə iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmamışdır.

105. Məhkəmə kollegiyası göstərilən əsaslandırma ilə razılaşmır.Belə ki, Cavabdeh1 qarşılıqlı iddiasında göstərilmişdir ki, aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur, iddiaçı nəzərdə tutulmuş öhdəliyi vaxtı-vaxtında yerinə yetirdiyini qeyd etsə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

106. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur.O. özünə məxsus sözügedən qeyri -yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş və bununla bağlı onlar arasında xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində 30 il müddə tinə “İcarə müqaviləsi” bağlanmışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv. metr olsa da müqavilədə sahənin ölçüsü 446, 6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir.

107. İş materialları ilə təsdiq edilir ki, Cavabdeh1 qarşılıqlı iddiası 30 yanvar 2023-cü il tarixində məhkəməyə təqdim edilmişdir.

108. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 685.2 və 685.2.1, 685.2.2 -ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.

109. Apellyasiya instansiyası məhkəməsi məhz o halı tərəflərlə müzakirə edərək araşdırmalı idi ki, müəyyən etdiyi icarə haqqı məbləği nəzərə alınmaqla iddia verilən tarixə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 685.2.1 və 685.2.2-ci maddələrində nəzərdə tutulmuş və Cavabdeh1 tərəfindən müqavilənin ləğvinə əsas verən hallar mövcud olub, ya yox. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmayıb.

110. Əksinə apellyasiya instansiyası məhkəməsi icarə haqqının ödənilməsi ilə bağlı qarşılıqlı iddia verildikdən sonrakı tarixdə aparılmış bir sıra ödəmə sənədlərinə istinad etmiş, qarşılıqlı iddia ərizəsi verildiyi tarixdən əvvəlki ödəmələrin isə iddiaçı Cavabdeh1 cavabdeh İlkin Nuriyevə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-575/2023 nömrəli qətnaməsi ilə iddianın 9900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nuriyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14400 manat icarə haqqı borcunun tutlması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m olan qeyriyaşayış sahəsinin 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilərkən həmin iş üzrə cavabdeh tərəfin iddiaçıya ödəmələri kimi nəzərə alınıb-alınmamasına da -həmin iş üzrə müvafiq qətnaməyə və aparılmış ödəmələrə istinad etsə də-hüquqi qiymət verməmişdir.Həmin iş və hazırkı iş üzrə predmet və tərəflər fərqlidir.Belə olan təqdirdə kommersiya mübahisəsi kimi baxılmış iş üzrə müəyyənləşdirilmiş ödəmələrin hazırkı iş üzrə də nəzərə alınmalı olmasını apellyasiya instansiyası məhkəməsi əsaslandıra bilməmişdir.

111. Nəzərə alınmalıdır ki, məhz iddia qaldırıldığı ana müqavilə tərəfinin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozub-pozmaması və bu pozuntunun digər tərəfə müqaviləni ləğv etməyə əsas verib-vermədiyi müəyyənləşdirilməlidir.Əhəmiyyətli pozuntu törədən tərəf müqavilənin digər tərəfinə münasibətdə etibarlı tərəfdaş olma xüsusiyyətini itirir, beləliklə pozuntu törədən tərəfin müqavilənin şərtlərini gələcəkdə vicdanla yerinə yetirəcəyin ə inam qalmır.İcarə haqlarının qanunvericilikdə müəyyənləşdirilmiş qaydada ödənilməməsi ( məsələn, iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi) digər tərəfə müqavilənin ləğvi üçün əsas verir.

112. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

113. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

114. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin ləğvi Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarında qeyd edilən qaydada baş verdikdə mübahisə halında məhkəmə tərəfindən ləğvin baş verdiyinin təsbiti istisna edilmir.

115. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 422-ci maddəsinə (Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) də istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinin” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe baxımdan da ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, müqavilənin bağlanmasından sonra şəraitin əhəmiyyətli dərəcədə pozulması mövcud deyil, Cavabdeh1 mübahisəli qeyriyaşayış sahəsinə dair sonradan İlkin Nuriyev ilə 2 müqavilə bağlasa da, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” üzrə münasibətlər davam etmişdir.Odur ki, bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi əsassızdır.

116. Məhkəmə kollegiyası göstərilən əsaslandırma ilə də razılaşmır. Belə ki, qarşılıqlı iddiaçı icarə haqlarının ödənilməməsinə də istinad edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icarə haqlarının ödənilib-ödənilməməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqəsini əsaslandıra bilməmişdir.

117. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bərabər qanunvericilkdə müqavilənin ləğvinin digər əsasları, o cümlədən müqavilənin tərəflərindən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, konkret müqavilələrin ləğvinin əsasları da nəzərdə tutulmuşdur.

118. Apellya siya instansiyası məhkəməsi icarəçinin iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin və ya ikidən çox müddət üçün iki aylıq icarə haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilibgecikdirilməməsini müvafiq araşdırma nəticəsində müəyyənləşdirməklə, müəyyənləşdirilən hallara Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2, 685.2.1 və 685.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi qiymət verməli idi.

119. Belə qiymətləndirmə aparılarkən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 685.3-cü maddəsinə əsasən bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir.

120. Göstərilən maddədə “müqavilə ləğv edilənədək” dedikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinin həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verməsinə münasibətdə, göstərilən qaydada müqavilənin ləğvinin baş verdiyi anadək olan müddət nəzərdə tutulur.

121. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.

122. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

123. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

124. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

125. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

126. Qeyd edilənlərə görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təm in edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 sentyabr 2024-cü il tarixli 2(103)-237/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

127. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 sentyabr 2024-cü il tarixli 2(103)-237/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq ü çün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar