Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4563/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və maraqlarına toxunan şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4563/22 (Açar sözlər: maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsin sahiblik hüququnun tanınması) Bakı şəhəri 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və maraqlarına toxunan şəxs Maraqlı şəxs qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, m aneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7222/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Meqa-Siti Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - cavabdeh) arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır.
2. Müqaviləyə əsasən satıcı "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini (bundan sonra m übahisəli qeyri- yaşayış sahəsi) alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 372.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. 3. 207 saylı xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC-yə borcu qalmamışdır. 4. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-111 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin əmlak Maraqlı şəxs adına qeydə alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 114.4 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qeyriyaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, mübahisəli qeyri- yaşayış sahəsi sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış müqaviləyə əsaəsən mübahisəli qeyriyaşayış sahəsinin hər bir kvadra t metri üçün 3000 AZN manat, ümumilikdə 372000 manat tam ödəmiş və ona xx.xx.2014-cü il tarixində şirkətə borcunun olmaması barədə 207 nömrəli maliyyə arayış verilmişdir. Cavabdeh "xxxx" MMC həmin müqavilənin 3.2. bəndinə əsasən 24 ay müddətinə qeyri-yaşayış sahəsini onun mülkiyyətinə vermək öhdəliyini müqavilənin 1.1. bəndinə əsasən müəyyənləşdirilmişdir. Lakin bu günə kimi dəfələrlə bu barədə "xxxx" MMC-yə müraciət etsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yetirməkdən yayınaraq müxtəlif bəhanələr gətirir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün mübahisəli qeyri- yaşayış sahəsinə sahiblik hüququndan məhrum olmuşdur. Odur ki, hazırda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinin tə min olmasina dair ərizə təqdim edərək mübahisəli qeyri- yaşayış sahəsinin iddiaçı tərəfindən dəyəri tam ödənilməklə əldə edildiyini, heç bir borcunun olmadığını göstərmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-678/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır.
10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilərək, mübahi səli qeyriyaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və həmin qeyriyaşayış sahəsinin (mağazanın) maneələrin aradan qaldırılaraq iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə qeyd olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 52.1, 152.5, 157.8, 178.8- -cü maddələrinə,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 191.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
12. Maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmişdir ki, mübahisəli əmlak Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1-də yerləşən qeyriyaşayış sahəsi vətəndaş X3 pul vəsaiti hesabına əldə edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə ******* saylı çıxarış onun adına verilərək, mülkiyyətin ona məxsus olması qanunvericiliyə uyğun olaraq öz təsdiqini tapmışdır. İddiaçının qanunsuz hərəkətləri barəsində Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində qeyd edilən əmlakın bir qrup şəxs tərəfindən zəbt edilməsinə dair araşdırılan material üzrə adı çəkilən binanın keçmiş komendantı Maksim Zeynalov, Qədirov Aqil və Elnur Məmmədovla əlbir olaraq hansısa qanunsuz yolla İddiaçı ona məxsus mülkiyyətin zəbt edilməsinə və onların digər qanunsuz hərəkətləri barəsində Baş Prokurorluğun Korrupsiya İdarəsində cinayət işinin araşdırılması nəzərə alınaraq yuxarıda qeyd edilən material da Baş Prokurorluğa göndərilmişdir, məhkəmə gedişində hakim cavabdehin səlahiyyətlərini yoxlamayaraq, yəni X2 Cavabdeh MMC-yə aidiyyatı tamamilə olmamasını nəzərə almayaraq və aidiyyatı orqanlara sorğu göndərməyərək tez-tələsik qətnaməni qəbul edərək qanunsuz olaraq vətəndaşın əmlakını əlindən almağa çalışmışdır, ona görə ki, qətnamənin məzmunundan göründüyü ki mi, mülki iş üzrə heç bir araşdırma aparılmadan mülki işə aid edilməyən qanunvericilik toplusunu qətnamədə sadalamaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi bilərək ki, uzun müddətdir yeni tikilmiş binalarda mütamadi olaraq problemlər yaşayaraq vətəndaşlar günlərlə prokurorluq və məhkəmələr qarşısında zəlil olaraq, özlərinin halal əmlaklarından məhrum edilməsini nəzərə almayaraq, sadəcə olaraq yerli baxış keçirdikdə məlum olardı ki, həmin mübahisəli əmlak kimə məxsusdur. Sadalanan faktlardan göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydlə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə o lunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
14. Maraqlarına toxunan şəxs qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsini bağışlama müqaviləsi əsasında əldə etmiş və həmin əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmışdır. 15. "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə satıcı "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış bina sının 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini alıcı X5 təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 189.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. 16. xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən X4 "xxxx" MMC-yə borcu qalmamışdır. Sözügedən əmlak 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-111 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkişləşdirilmişdir.
17. Mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı qeyri-yaşayış sahəsinin cizgilərinə əsasən texniki pasportdakı ölçülərə uyğun olması müəyyən edilmişdir.
18. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, mübahisəl i qeyriyaşayış sahəsinə dair 2013-cü ildə təmsil etdiyi şəxslə cavabdeh arasında müqavilə bağlanmışdır. Maraqlı şəxs apellyasiya şikayətində istnad etdiyi P.Pənahovla "xxxx" MMC arasında bağlanmış müqavilə hazırda müstəqil iddia ilə mübahisələndirilmişdir. Buna görə də, iş üzrə icraatın dayandırılması barədə vəsatət vermişdir.
19. Apellyasiya instansiya məhkəməsi vəsatəti əsassız hesab edərək təmin etməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7222/21 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh "MeqaSiti Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
21. Həmçinin məhkəmə xüsusi qərardad çıxararaq, müqavilələr tərtib olunarkən dələduzuq, eləcə də sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət əlamətlərinin olubolmamasının araşdrılması üçün zə ruri sənədləri Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini qərara almışdır.
22. Məhkəmə işin faktiki halları üzrə müəyyən etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsinə dair iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanaraq, qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən edilmiş ödənişin iddiaçı tərəfindən edilməsinə baxmayaraq, həmin qeyri yaşayış sahəsi xx.xx.2014-cü il tarixli müqavilə ilə X1 sonuncu da öz növbəsində bağışlama müqaviləsi əsasında həmin əmlakı Maraqlı şəxs bağışlamışdır. ünvan 1 ünvanında yerləşən 114.4 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsusdur.
23. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, cavabdehin iddianı etiraf etməsinə və iddiaçının müvafiq müqavilə üzrə öhdəliklə rini tam olaraq yerinə yetirməsinə istinad etsə də, Maraqlı şəxs adına həmin əmlaka dair verilmiş çıxarış qüvvədə olmaqla mübahisəli əmlakın mülkiyyətçisi olmuşdur.
24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi hazırda Maraqlı şəxs xüsusi mülkiyyətində olmaqla həmin əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmışdır, bu isə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsini istisna etməklə yanaşı, sonuncunun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.4, 152.5, 152.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin ətrafında birinci instansiya məhkəməsinin baxışının yekununun nəticəsinin olmasına qədər, apellyasiya instansiya məhkəməsində üçüncü şəxsin apellyasiya şikayəti üzrə işin baxışının dayandırılmalı idi. İddiaçı ilə cavabdeh arasında mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin ilkin bağlayan məhz iddiaçı olmuşdur. Mübahisələndirilən obyekt üzra iddiaçının bağladığı alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası MM-nin 324 və 405-ci maddəsinə uyğun olan bütün şərtləri əhatə edən etibarlı əqddir. Pənahov Pənah ilə cavabdeh arasında bağlandığı xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi imzalandığı andan nəticə yaratmayan etibarsız əqddir. Apellyasiya Məhkəməsi Xəzər rayon Məhkəməsində müqavilələrin etibarlılıq və etibarsızlığı baxımından mülki mübahisə baxılıb bitənədək Bakı Apellyasiya Məhkəməsi mülki işin icraatını dayandırmalı idi.
28. Bakı Apellyasiya Məhkəməsi bu işlə bağlı Xəzər rayon Məhkəməsinin icraatında əlaqəli mülki mübahisənin olması həm şifahi, həm də yazılı ərizə ilə bildirilmişdir ki, məhkəmə icraatının həmin iş baxılanadək dayandırılması barədə qeydiyyatdan keçmiş ərizə və iddia ərizəsi, əmlakın üzərinə müvəqqəti təminat tədbiri olan özgəninkiləşdirmənin qadağan edilməsi barədə məhkəmə sənədləri barədə məlumat verilmiş, lakin məhkəmə icraatı dayandırmamış, MPM-nin 254.1.4-cü maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Maraqlarına toxunan şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(103)7222/2021 nömrəli qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.
30. Etirazını onunla əsaslandırmişdir ki, şikayətin özü heç bir qanunvericiliyə söykənməyərək tərtib edilmişdir, maddi və prosessual pozuntuları şikayətdə göstərə bilməmişlər və kassator əsas sübut növü kimi qanunsuz olaraq yalandan mübahisəli qeyriyaşayış sahəsini saxtakarlıqla daha əvvəl almasını göstərməklə nəzərə alınmamışdır ki, onun qanunvericiliyə uyğun olaraq dövlət orqanı tərəfindən verilmiş çıxarışı mövcuddur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinə onlar tərəfindən verilmi ş iddia tələbi Bakı Apellyasiya Məhkəməsində qəbul edilmiş qətnamədən sonrakı vaxtı əhatə edir, buna baxmayaraq hal-hazırda da Xəzər rayon Məhkəməsində baxılan işin Yasamal rayon Məhkəməsində baxılmış işlə heç bir əlaqəsi mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasınd a özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur..
33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə ed ə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, İddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cava bdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
50. Hazırki iş üzrə 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisəli əmlak iddiaçının deyil, 3-cü şəxsin mülkiyyətindədir, həmin əmlak cavabdehin sahibliyində yox, 3-cü şəxsin sahibliyindədir.
51. Məhkəmə kollegiyası hesab edir ki həmin əmlaka dair 3-cü şəxsin hüquqmüəyyənedici sənədləri ləğv edilmədən hazırki iddianın təmin edilməsi mümkün deyildir.
52. Kassasiya şikayətinin iş üzrə icraatın dayandırılması ilə bağlı dəlilinə gəldikdə isə, işdə olan bu barədə vəsatətdən görünür ki, Xəzər rayon Məhkəməsinin icraatında hazırki mülkiyyətçiyə qarşı deyil, Pənah Pənahova və “X10” MMC-yə qarşı müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırıldığına görə iş üzrə icraa tın dayandırılması xahiş edilmişdir. Bu isə hazırki iş üzrə icraatın dayandırılmasına əsas verməmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kоllеgiyаsının 2(103)-7222/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.