Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4573/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının və digər vəsaitlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)3367/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsini n inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-də “satış təmsilçisi” vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2020-ci il tarixdən əmək müqaviləsinə dəyişiklik edilərək “bölgə müdiri” vəzifəsinə keçirilmiş və əmək haqqısı 600 manat məbləğində müəyyən edilmişdir.
2. Cavabdeh MMC-nin 16 iyun 2021-ci il tarixli əmri ilə İddiaçı iş yerində vəzifə öhdəliklərinə səhlənkar yanaşması nəticəsində tabeçiliyində olan işçilər tərəfindən müəssisəyə xeyli miqdarda ziyan vurulduğu əsası ilə vəzifəsindən kənarlaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pozulan hüquqlarının bərpası, yəni əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması, son haqq-hesabının, yəni əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verdiyi 25 iyun 2021-ci il tarixdən qətnamə qəbul edilən günədək aylıq əmək haqqı olan 600 manat pul vəsaitinin hesablanaraq ona verilməsi, 2019-cu ayın sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddətinin orta əmək haqqına müvafiq hesablanıb ona ve rilməsi, amortizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin, eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15 iyun 2021-ci il tarixdə cavabdehə aralarında bağlanılan əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etsə də, əmək münasibətlərinə xitam verilməmişdir. Əmək mübahisəsi ilə əlaqədar olaraq Cəmiyyətə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etsə də, mübahisə öz həllini tapmamışdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)210/2022 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev ) iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması, 15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın MMC tərəfindən hesablanaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2021-ci ilin iyun ayının 15-də Cəmiyyətlə onun arasında bağlanılan əmə k müqaviləsinə xıtam verilməsi üçün ərizə ilə müraciət etdiyini bildirir. Lakin işəgötürən Cavabdeh MMC-nin məhkəmədə iştirak edən nümayəndəsi iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini qeyd etmiş və İddiaçı 16 iyun 2021-ci il tarixli əmrlə vəzifədən kənarlaşdırıldığını bildirmişdir. Məhkəmə işçinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verib-vermədiyini araşdırmaq məqsədi ilə cavabdehin nümayəndəsi Vəkil2 Cavabdeh MMC-də saxlanılan ərizə və müraciətlərin qeydiyyatı jurnalının məhkəməyə təqdim olunmasını tələb etmişdir. Lakin nümayəndə həmin jurnalı təqdim etməmişdir. Belə olan halda, məhkəmə sübutların yerində müayinəsi barədə qərar qəbul etmiş və işdə iştirak edən şəxslərlə birlikdə Cavabdeh MMC-yə getmişdir. Həmin müəssisədə özünü kommersiya direktoru kimi təqdim edən X 2 müəssisədə ərizə və müraciətlərin qeydiyyatı jurnalının olmadığını, İddiaçı isə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmədiyini bildirmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-in 106.2-ci maddəsinə istinad edərək, eləcə də iddiaçının qeyd etdiyi 15 iyun 2021-ci il tarixinin səhərisi günü 16 iyun 2021-ci il tarixdə işəgötürən tərəfindən “səlahiyyətlərinin alınması” barədə əmr imzalandığını nəzərə alaraq hesab etmişdir ki, həqiqətən də İddiaçı tərəfindən işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim olunmuşdur.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh MMC-nin direktoru S.Y.Sarıyev tərəfindən imzalanmış 16 iyun 2021-ci il tarixli, 03/İ saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə istinad olunmuşdur. Qeyd olunan maddə işəgötürənlə işçi arasında qarşılıqlı münasibətlərin prinsipini müəyyən edir və bu maddəyə istinad edərək işçinin “səlahiyyətlərini almaq” əmək qanunvericiliyinə ziddir. Ümumiyyətlə əmək qanunvericiliyində işçinin “səlahiyyətlərini almaq” anlayışı yoxdur. Cavabdeh qeyd olunan əmrlə 16 iyun 2021-ci il tarixdən İddiaçı qeyri-müəyyən müddətə işdən kənarlaşdırmış, həmin müddətdən başlayaraq ona əmək haqqı verməmiş və məzuniyyət hüququnu təmin etməmişdir. Halbuki, işçinin işdən kənarlaşdırılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. İşəgötürən iddiaçının işdən kənarlaşdırılmasını onunla əsaslandırır ki, onun tabeçiliyində olan işçilər tərəfindən mənimsəmə hallarına yol ver ilmiş və bununla şirkətə külli miqdarda ziyan dəymişdir. Ona görə də, müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və həmin araşdırmanın nəticəsindən asılı olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilibverilməməsi məsələsinə baxılacaq. Lakin, Əmək Məcəlləsinin 62-ci maddəsinin məzmunundan da görünür ki, işdən kənarlaşdırma konkret müddət ərzində olmalı və həmin müddət əmrdə göstərilməlidir. İddiaçı 16 iyun 2021-ci il tarixdən işdən kənarlaşdırılmışdır. 8 aya yaxındır ki, işləmək hüququndan məhrum edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “işləyən şəxs” kimi qeydiyyatda olduğundan onun başqa bir müəssisə ilə əmək müqaviləsi bağlaması imkanını məhdudlaşdırılmışdır. Bu müddət ərzində onun işdən kənarlaşdırılm asına səbəb olan halların araşdırılması başa çatmamışdır. Nə vaxt başa çatacağı məlum deyil. Barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur.
9. Göründüyü kimi işəgötürən Cavabdeh MMC özünün 16 iyun 2021-ci il tarixli qanunsuz və əsassız əmri ilə, işçi İddiaçı qeyri-müəyyən müddətə işdən kənarlaşdırmış, onu işləmək hüququndan məhrum etmiş, İddiaçı 15 iyun 2022-ci il tarixli ərizəsinə uyğun olaraq 1 aydan gec olmayaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsi ilə xitam verməli olduğu halda bunu etməmiş, nəticədə onun konstitusion əmək hüquqlarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə uyğun olaraq işçi qarşısında maddi məsuliyyət daşıyır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)-210/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovanın və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)210/2022 nömrəli qətnaməsinin Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam ve rilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının iddiaçıya rəsmi qaydada təqdim olunması” hissəsində ləğv edilməsi, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələblərinin təmin olunmaması, qətnamənin “15 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat = 4727 manat) cəmi 4727 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək h aqqı qismində hər ay 600 manat olmaqla, 4700 manatın (7 ay 25 gün x 600 manat = 4700 manat) tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələbləri, irəli sürülən faktiki hallar, onun həmin tələblərinin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır.
13. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün məhz 15 iyun 2021-ci il tarixdə c avabdehə ərizə ilə müraciət etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşməkdədir.
14. İş materiallarından Cavabdeh MMC-nin, iddiaçının oğurluq və dələduzluq cinayətləri törətməsi nəticəsində şirkətə 10889,40 manat zərər dəydiyini irəli sürməklə 05 iyun 2021-ci il tarixdə polis orqanına şikayət ərizəsi ünvanladığı, Nizami RPİ-nin 23-cü PBdə araşdırma aparıldığı və iddiaçının izahatının alındığı, 15 iyun 2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edildiyi aydın olur. İşəgötürən tərəfindən oğurluq və dələduzluq əməllərini törətməkdə ittiham olunan və işəgötürənlə münasibətləri gərginləşən işçinin isə, işdən çıxmaq istəməsi barədə ərizəni çatdırıldığına dair təsdiq qeydi olan poçt vasitəsilə göndərməmiş, yaxud təqdim etmə üsulu ilə verməmiş olması ağlabatan mühakimə ə sasında inandırıcı deyildir.
15. İddianın qalan hissəsi üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Belə ki, İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb etməkdədir, bu halda 2019-cu ilin sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış istifadə etmədiyi məzuniyyətə görə ona kompensasiya ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı hazırkı vaxtadək cavabdeh MMC-nin işçisi hesab olunduğundan o, Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş hüququndan istifadə edə, yəni məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. Əgər İddiaçı əmək müqaviləsinə işəgötürənin təşəbbüsü əsasında xitam veriləcəkdirsə, bu halda da hər hansı şərt və ya məhdudiyyət qoyulmadan ona, istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
16. Birinci instansiya məhkəməsinin “11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması” barədə gəldiyi nəticəni də kollegiya ümumən əsaslı hesab etmişdir. Belə ki, iddiaçının 16 iyun 2021-ci il tarixli əmrlə vəzifəsindən kənarlaşdırıldığı və həmin tarixdən etibarən ona əmək haqqı ödənilmədiyi işin mübahisələndirilməyən halıdır. Cavabdeh MMC-nin 16 iyun 2021-ci il tarixli əmri əsassız olmuş, iddiaçı qanunsuz olaraq əmək haqqı almaqdan məhrum edilmişdir. Belə ki, iddiaçının barəsində nə şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı, nə də inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar olmamışdır. Bununla belə, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli əmək haqqını 15 iyun 2021-ci il tarixindən etibarən hesablamaqla səhvə yol vermişdir. Belə ki, o, 15 iyun 2021-ci il tarixindən deyil, 16 iyun 2021-ci il tarixdən işdən kənarlaşdırılmış, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum olunduğu dövr birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı 11 fevral 2022-ci il tarixinə qədər 7 ay 25 gün təşkil etmişdir. Buna görə də kollegiya, iddiaçıya həmin dövr üçün 4700 manat (7 ay 25 gün x 600 manat = 4700 manat) ödənilməli olduğunu hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmuş hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1, 3-cü bəndləri, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 22.2, 88, 97.1, 152.1.2, 217, 218.3, 376.2, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. İddiaçı cavabdehlə əmək münasibətlərində ol arkən, kobud hüquq pozuntusuna yol vermiş və bu səbəbdən işəgötürən tərəfindən tutulduğu vəzifədən kənarlaşdırılmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya borclu olmasına dair fikirlər bildirərək, mövqe bildirmişdir. Apellyasiya məhkəməsindəki icraat zamanı cavabdehin iştirakı təmin edilməmiş, məhkəmə iclasının təxirə salınması üçün vəsatəti nəzər alınmamışdır. Nəhayət, məhkəmə nəzərə almamışdır ki, işçinin əmək haqqısı 600 manat olsa da, ona hər ay ƏDV və qanunvericiliklə nəzərdə tutulan xərclər çıxılmaqla yekun olaraq ödənilən məbləğ 600 manat təşkil etmir və təşkil edə bilməz. Bu məbləğin hesablanması üçün ekspert və ya mütəxəssis rəyinin alınması, riyazi məsələlərin onlar tərəfindən hesablanması zəruridir. Lakin bunlar istər birinci instansiya, istərsə də, apellyasiya in stansiya məhkəmələri tərəfindən nəzərə alınmamış, məhkəmə ekspert və mütəxəssis səlahiyyətləri mənimsənərək, həmin məbləğlər məhkəmələr tərəfindən qanunsuz olaraq hesablanmışdır.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh verdiyi üçün hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın....
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə
62. İşçinin işdən kənar edilməsi
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:... c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inz ibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;...
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir....
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə
135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə
144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi...
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə
154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.... Maddə
175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası
1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilik də nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları....
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.... Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iddia olunan prosessual hüquq normaları pozulmamışdır.
27. Həmçinin cavabdeh MMC-nin qəbul etdiyi 16 iyun 2021-ci il tarixli əmrinin qanunsuz olması qənaətinə gəlməklə, apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 62-ci maddəsini düzgün tətbiq etmişdir.
28. Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmi n etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.
29. Lakin, hazırki işdə cavabdeh iddiaçının işdən kənarlaşdırılması üçün əsas ola biləcək yuxarıda qeyd olunan cinayət prosesini həyata keçirən orqanını n qərarını və ya inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətində olan vəzifəli şəxsin (orqanın) aktını təqdim etməmiş və belə bir aktın mövcud olmaması faktını ümumiyyətlə mübahisələndirilməmişdir.
30. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin qeyd olunan əmri əsassız olmaqla, iddiaçının əmək hüquqlarını pozduğundan, iddia əmək haqqı və məzuniyyət pulu tutulması hissəsində əsaslı olmuşdur.
31. Bununla belə, məhkəmə kollegiyası, iddiaçının xeyrinə tutulan əmək haqqı məbləği ilə vergilərin və digər sosial ödəmələrin nəzərə alınmamasına dair kassasiya şikayətinin dəlili ilə razılaşır.
32. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC- də bölgə müdiri vəzifəsində işlədiyi zaman əmək haqqısı 600 manat təşkil etmişdir. Lakin həmin əmək haqqında Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinə uyğun qanunvericiliklə müəyyən olunan vergilər, sosial sığorta və s. ödəmələr nəzərə alınmamışdır. İddia cavabdehdən iddiaçının xeyrinə konkret məbləğdə və vaxt dövrü üçün əmək haqqının tutulmasından ibarət olduğundan, məhkəmə kollegiyasının qənaətinə görə məhz həmin ödəmələr çıxılmaqla, iddiaçıya yekun məbləğ ödənilməlidir.
33. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə əmək haqqının tutulması hissəsində dəyişdirilməli və qət olunan vəsaitdən qanunvericiliklə müəyyən olunan vergilərin, sosial sığorta və s. ödəmələrin çıxılmasına dair müddəa əlavə edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi əmək haqqının tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-c il tarixədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla, 4700 manat pul (həmin məbləğdən qanunvericiliklə müəyyən olunmuş vergilər, sosial sığorta və s. ödəmələr çıxılmaqla) tutularaq İddiaçı ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3367/2022 nömrəli qətnaməsi mübahisələndirilən qal an hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.