Məhkəmə qərarları › İş №2(102)-4575/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4575/2019

24.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4575/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdehin vəkili ***un iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: iddiaçı *** Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, nikah zamanı ona hədiyyə edilmiş, cavabdehin və valideynlərinin qanunsuz istifadəsində olan 11.000 manat dəyəri ndə qızılzinət əşyalarının naturada, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 dekabr 2017-ci ıl tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdehin şikayətinə əsasən Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra Cavabdeh iddiaçı ***na qarşı qarşılıqlı iddia verərək iddiaçı tərəfindən ona hədiyyə edilmiş 1 ədəd brılyant qaşlı, 550 əyarlı, 500 manat dəyərində kişi nişan üzüyünün, qətnamə icra olunan zaman həmin əmlak mövcud olmadıqda isə onun dəyərinin, nişan mərasimində ‘'Ovqat" restoranına ödədiyi 4.400 manatın yarısını təşkil edən 2.200 manat, iddiaç ının Sumqayıt Dövlət Universitetində qiyabi təhsil alması üçün ödədiyi 2.600 manat, habelə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun ***ndan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək ilk iddia üzrə Cavabdeh 1 ədəd nişan üzüyü və ya onun dəyərim təşkil edən 650 manat, 1 ədəd boyunbağı və ya onun dəyərini təşkil edən 170 manat, 1 ədəd üzük və ya onun dəyərini təşkil edən 450 manat, 1 ədəd qolbaq və ya onun dəyərini təşkil edən 450 manat, 1 ədəd üzük və ya onun dəyərini təşkil edən 350 manat, 1 qızıl-zinət dəsti (sırğa, üzük, boyunbağı və qolbaq) və ya onun dəyərini təşkil edən 1.700 manatın alınaraq ilk iddia üzrə iddiaçı ***na verilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ***na qarşı əmlak və pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən-məruzəçi), **** və ***, İş № 2(103)-640/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5017/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili X3 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi heç bir əsas olmadan işdə kifayət qədər sübutlar olduğu halda əsassız ola raq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Halbuki qarşılıqlı iddia tələbi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Mülki işə baxılan zaman apellyasiya məhkəməsi tərəfindən MPM-nin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilməmişdir. İşə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş edirlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili *** kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməs inin 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin təl əbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiyainstansiyasıməhkəməsinin gəldiyi nəticədən görünür ki, cavabdeh və qohumlar ı tərəfindən iddiaçıya 650 manat dəyərində 1 ədəd nişan üzüyü, 170 manat dəyərində 1 ədəd boyunbağı, 450 manat dəyərində 1 ədəd üzüyü, 450 manat dəyərində 1 ədəd qolbağı, 350 manat dəyərində 1 ədəa üzük və 1.700 manat dəyərində 1 qızıl-zinət dəsti hədiyyə edilmişdir. Cavabdeh tərəf iddiaçının bu əşyaları birlikdə yaşadıqları evdən çıxarıb gedərkən özü ilə apardığını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, ilkin iddia qismən təmin olunmalı, 650 manat dəyərində 1 ədəd nişan üzüyü, 170 manat dəyərində 1 ədəd boyunbağı, 450 manat dəyərində 1 ədəd üzük, 450 manat dəyərində 1 ədəd qolbaq, 350 manat dəyərində 1 ədəd üzük, 1.700 manat dəyərində 1 qızıl-zinət dəsti (sırğa, üzük, boyunbağı və qolbaq), bu əşyalar olmadıq da isə onların ümumi dəyərini təşkil edən 3.770 manat Cavabdeh alınaraq ***na verilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməkdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi kişi nişan üzüyünün iddiaçı tərəfindən aparılması dəlilini əsassız hesab etmişdir. Belə ki, cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Cavabdeh hədiyyə edilmiş kişi nişan üzüyünü isə Pərvanənin qardaşı Rəvana şəxsən özü (şahid) qaytarıb. Apellyasiya Məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikas Mülki Məcəlləsinin 106.3, 157.2, 181.4, 666.1 və 668.1.3-cü maddələrini tətbiq etmişd ir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbu l edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “***nın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş mate rialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Digər tərəfdən kassasiya kollegiyası cavabdehin nişan və toy mərasiminə çəkdiyi xərclərin, hbaelə təhsil haqqı ilə bağlı çəkdiyi xərclərin tələb edilməsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hərəkətləri nəticəsində həmin məbləğdə zərərə məruz qalması ilə bağlı sübutetmə yükü bu tələbi irəli sürən tərəfin üzərinə düşsə də o bu yükün öhdəsindən gələ bilməmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzr ə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. yanvar 2019-cu il tarixli qətnaməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar