Məhkəmə qərarları › İş №2(102)-4584/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4584/2023

20.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4584/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi GəncəDaşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı QƏRARİ (Açar sözlər: işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və ödənilməmiş əmə k haqqının ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1716/2*23 saylı, 26.*7.2*23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. **91119 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə *1.*9.1995-ci il tarixli 129 nömrəli əmr ilə texniki işçi vəzifəsinə qəbul edilmişdir. *9.12.2*22-ci il tarixli, 239 nömrəli əmr ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2. *1.*9.1995-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzi fəsinə qəbul edilmişdir. 3. 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə *1.*9.1995-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında işləyir. Onun məşğulluq təsnifatı üzrə vəzifəsi xadimə, əmək müqaviləsi üzrə isə texniki işçidir.

4. AB-İİ seriyalı *97153 nömrəli diplomun surətinə əsasən, İddiaçı 2***-ci ildə X29 Kollecinə daxil olmuş və 2**3-cü ildə həmin kollecin «əmək təlimi» ixtisası üzrə tam kursunu bitirmişdir. 5. *9.*8.2*21-ci il tarixli, 63 nömrəli tibbi arayışa əsasən, Bağırova X19 Muxtar Respublikasında «Düzdağ Otel FTM-də» *4.*8.2*21-ci il tarixdən 11.*8.2*21-il tarixədək speleoterapiya müalicəsində olmuşdur.

6. M.P.Vaqif adına 8 nömrəli tam orta mək təbin 24.1*.2*22-ci il tarixli 191 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, işə vaxtında gəlmədiyi üçün yazılı xəbərdarlıq verilmişdir.

7. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 24.1*.2*22-ci il tarixli aktından görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə verilmiş yazılı xəbərdarlığa imza atmaqdan imtina etmişdir.

8. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 25.1*.2*22-ci il tarixli 192 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin texniki işçisi (xadiməsi) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq iş yerinə vaxtında gəlməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “2a” bəndinə uyğun olaraq töhmət elan edilmişdir. 9. *3.11.2*22 -ci il tarixindən M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin texniki işçilərinin vəzifə bölgüsündən görünür ki, İddiaçı 3-cü mərtəbədə sağ tərəfdə yerləşən 4 otaq və dəhliz həvalə edilmişdir. İddiaçı iş qrafiki saat *8:**-dan 16:**-dək müəyyən edilmişdir. Vəzifə bölgüsünü əks etdirən sənəd İddiaçı tərəfindən imzalanmamışdır.

10. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *3.11.2*22-ci il tarixli 2*9 nömrəli aktından görünür ki, *3.11.2*22-ci il tarixdə İddiaçı əri Hüseyn adlı şəxs məktəbə gələrək, məktəbin direktoru Aynur Həsənovaya, bəzi işçilərə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə təhsil sektorunun məsləhətçisi Aynur Əliyevaya səs tonunu yüksəldərək, yüksək səslə qışqıraraq hədələmiş, həmçinin onlara yuxarı orqanlardan zəng gələcəyi ilə şantaj etmişdir.

11. G əncə şəhəri üzrə təhsil sektorunun məsləhətçisi X3*-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanladığı məlumatdan görünür ki, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin texniki işçisi (xadimə) İddiaçı *1.*9.1995-ci il tarixdə öz ərizəsi ilə məktəbə texniki işçi (xadimə) təyin olunmuşdur. Lakin o, məktəbdə rəssam kimi işə təyin olunduğunu iddia edir. Ona görə də o, 27 ildir ki, hər ay xadimə maaşı almağına baxmayaraq, məktəbdə xadimə işini görməyibdir. Texniki işçilərin tabel kitabına baxış zamanı müəyyən olundu ki, İddiaçı 17.1*.2*22-ci il tarixdə texniki işçilərin tabel kitabına qol çəkmir. Səbəb olaraq isə tabel kitabının məktəbin direktorunun otağında olduğunu göstərir. Məktəb direktorunun məlumatına əsasən İddiaçı üzürsüz şəbədən işə vaxtında gəlib getmədiyinə görə tabel kitabına qol çəkmir. *3.11.2*22- ci il tarixdə saat *9:**-da texniki işçilərin davamiyyətinə baxış zamanı İddiaçı üzürsüz səbəbdən işdə deyildi. O, saat *8:**-da işdə olmağı təqdirdə saat *9:5*-də işə gəlmişdir. Səbəb olaraq isə yaşayış yerinin uzaq olmasını bildirir. *3.11.2*22-ci il tarixdən məktəbin texniki işçilərinin yeni iş bölgüsü təyin olundu. Bütün texniki işçilər iş bölgüsü ilə tanış olub imza çəkdilər. Lakin İddiaçı iş bölgüsü ilə tanış olub imza çəkmədi. Həmçinin o, İddiaçı iş bölgüsündə qeyd edilən ərazini təmizləməli olduğunu bildirdiyi üçün ona qarğış edərək, ona qarşı qərəzli olduğunu bildirdi. Təxminən saat 12:**-da İddiaçı həyat yoldaşı olduğunu iddia edən Hüseyn adlı şəxs məktəbə gələrək, yüksək səslə qışqıraraq, məktəbin bəzi işçilərini, direktoru və onu hədələyərək, yuxarı orqanlardan onlara zəng gələcəyi ilə şantaj etdi.

12. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11.11.2*22-ci il tarixli 2** nömrəli əmrinin surətindən görünür ki, İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə, üzərinə düşən əmək funksiyası öhdəliklərini yerinə yetirmədiyinə, iş rejimini dəfələrlə pozduğuna, tez-tez işə gecikdiyinə və işdən tez getdiyinə görə ona dəfələrlə şifahi, 24.1*.2*22-ci il tarixdə isə yazılı xəbərdarlıq, 25.1*.2*22-ci il tarixdə isə töhmət verilmişdir. Lakin İddiaçı bundan nəticə çıxarmamış və qeyd edilən hallar noyabr ayı ərzində dəfələrlə təkrarlanmışdır. Buna görə də, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

13. İddiaçı Azər baycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə ünvanladığı 14.11.2*22-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Həsənovanın iş bölgüsü ilə narazı olduğunu bildirmiş, ayrı-seçkiliyin aradan qaldırılmasında, qərəzli münasibətə son qoyulmasında ölçü götürülməsini xahiş etmişdir.

14. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 22.11.2*22-ci il tarixli 219 nömrəli aktından görünür ki, 22.11.2*22-ci il tarixdə məktəbin texniki işçisi İddiaçı noyabr ayı ərzində ona verilən iş bölgüsündə nəzərdə tutulmuş otaqları təmizləməmişdir. Sinif otaqlarına baxış keçirildikdə otaqların tozlu və zibilli olduğu aşkarlanmışdır. Üzrsüz səbəbdən iş saatı 16:**-da qurtarmağına baxma yaraq 14:1*-da işdən getmişdir.

15. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini X2 28.11.2*22-ci il tarixli təqdimatından görünür ki, məktəbin xadiməsi (kiçik xidmətedicisi) İddiaçı üçün ayrılmış təmizlik sahəsi, sinif otaqları 28.11.2*22-ci il tarixi üçün yenə də kirli, zibilli, natəmiz bir mənzərə əks etdirməkdədir.

16. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə X16 tərəfindən verilmiş *6.12.2*22-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı məktəbin texniki işçisi (xadiməsi) əmək intizamına riayət etmədiyinə görə, iş bölgüsünə uyğun olaraq ona verilən otaqları təmizləməməsi, vaxtında işə gəlmədiyi üçün 24.1*.2*22-ci il tarixdə yazılı xəbərdarlıq verilmiş, 25.1*.2*22-ci il tarixdə töhmət və 11.11.2*22-ci il tarixdə intiza m tənbehi barədə şiddətli töhmət verilmişdir. Bundan nəticə çıxardıb əməllərinə dönüş yaratmaqdansa, yenə də ona verilən otaqları təmizləməməkdə, məktəbə gəlib heç bir iş görməməkdə davam etmiş, məktəbin ştat işçisi olmağına baxmayaraq işə saat *9:**-dan sonra gəlib 15:**-dan tez iş yerini tərk etmişdir. Bütün bunları, ən əsası da əmək intizamını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddənin “ç” bəndinə əsasən tutduğu işdən azad edilməsinə münasibət bildirməsi xahiş edilmişdir (i.v.81).

17. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X1* sədri X6 *6.12.2*22-ci və *8.11.2*22-ci il tarixlərdə məktəb direktoru Aynur Həsənovaya ünvanladığı məlumatdan görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə *6.12.2*22-ci və *8.11.2*22-ci il tarixlərd ə həmkarlar iclaslarına dəvət edilmişdir. Hər iki dəfə İddiaçı dəvəti qəbul etməmiş və iclaslarda iştirak etməmişdir.

18. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *8.12.2*22-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, işçilərin əmək haqqı onların gəldiyi iş günlərinə uyğun ödənilir. İddiaçı *1.11.2*22, *2.11.2*22 və 11.11.2*22-ci il tarixlərində işə gəlmədiyi üçün Mərkəzləşdirilmiş mühasibatlığına təqdim edilən işə davamiyyət tabelində onun həmin günlər üçün iş günü göstərilməmişdir və həmin səbəbdən də noyabr ayın əmək haqqı əvvəlki aylara nisbətən az olduğu gözləniləndir. 19. *8.12.2*22-ci il tarixli 29 nömrəli protokoldan görünür ki, həmin tarixdə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclasda bütün heyət üzvləri iştirak edərək v erilmiş təqdimat müzakirə edilmiş, İddiaçı öz işinin öhdəsindən gəlmədiyinə, işə gec gəlib tez getdiyinə görə işdən azad olunmasına etiraz edilməmişdir.

20. M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən *9.12.2*22-ci il tarixdən ləğv edilmiş və son haqq hesabın ödənilməsi əmr edilmişdir.

21. X16 tərəfindən X23 Xidməti Gəncə Regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış məktubdan görünür ki, *6.12.2*22-ci il tarixdə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə İddiaçı əmək intizamına riayət etmədiyinə d air təqdimata əsasən, *9.12.2*22-ci il tarixdə onunla bağlanan əmək müqaviləsi ləğv edilmişdir.

22. X23 Xidməti Gəncə Regional ərazi şöbəsinin məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

23. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı Qərarına 1 və 2 nömrəli əlavələrdən görünür ki, Respublikada fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində rəssam-çertyojçu ştatı nəzərdə tutulmamışdır.

24. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 2*11-2*12-ci illər, 2*2*2*21-ci illər və 2*22-2*23-cü tədris illəri üçün inzibati təsərrüfatının yardımçı işçilərinin tarifləşmə siyahısından görünür ki, İddiaç ı digər xadimələr kimi eyni miqdarda aylıq əmək haqqı nəzərdə tutulmuşdur və onun vəzifəsi çertyojçu-rəssam yax, xadimə göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi GəncəDaşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı 16.*1.2*23-cü il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi GəncəDaşkəsən Regional Təhsil idarəsi 8 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın şəxsində verilmiş *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrini ləğv edərək onun həmin müəssisədəki işinə bərpa edilməsi, ona ödənilməmiş noyabr ayının əmək haqqından əksik ödənmi ş məbləğin və işdən əsassız çıxarılmağına görə məcburi buraxılmış müddət üçün əmək haqqının hesablanaraq, ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı 28.*2.2*23-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli orta məktəbinin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nömrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli tam orta məktəbin texniki işçisi vəzifəsinə bərpa olu nmağı, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. İddia onunla əsaslandırılmışdır ki, o, 1995-ci ildən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində çalışır. Fəaliyyəti müddətində həmişə nizam-intizamlı olmuş, əmək funksiyasını layiqli şəkildə yerinə yetirmişdir. İşdən azad olunduğu tarixədək heç vaxt rəhbərlik tərəfindən məzəmmət olunmamış, töhmət və ya xəbərdarlıq almamışdır. İşlədiyi məktəbin tərtibat işlərində, məktəb zalının tərtibatı və dizayn işlərində, tədbirlərin təşkilində, məktəbin cədvəllərinin tərtibatında - bir sözlə bütün işlərdə fəal olmuş, vicdanla işləmişdir. Orta məktəbi bitirən vaxtdan bu günlərə kimi bütün iş həyatı bu məktəblə bağlı olm uşdur. Qabiliyyətli olduğuna görə müəssisənin o vaxtkı rəhbəri Lətifə Quliyeva ona ixtisas təhsili almağı tövsiyə etmiş və onu məktəbdə rəsm üzrə dərnək rəhbəri və ya müəllimə vəzifəsinə qəbul etməyə söz vermişdir. Beləliklə, o, 2***2**3-cü illərdə əmək təlimi və rəsmxət müəllimi ixtisası üzrə X2* bitirmişdir. Lətifə müəllimə təqaüdə çıxdıqdan sonra müəssisəyə yeni rəhbər təyin edilmişdir. Bu zaman ona məlum olmuşdur ki, onun məktəbin rəsm dərnəyi üzrə dərnək rəhbəri vəzifəsinə keçməyi ona görə mümkün olmamışdır ki, keçmiş direktor Lətifə Quliyeva həmin vəzifəyə öz gəlinini işə götürmüşdür. 15 sentyabr 2*22-ci il tarixdə məktəbə direktor vəzifəsinin müvəqqəti icra edilməsi üçün Təhsil İdarəsindən metodist Aynur Həsənova təyin edilmişdir. Aynur Həsənova gələn vaxtdan etibarən nədənsə məhz o nunla sərt və qərəzli davranmağa başlamışdır. Aynur Həsənova Təhsil İdarəsindən məktəbə təhkim olunmuş məsləhətçi ilə birlikdə iclas etmiş və şifahi bölgü təyin etmişdir. Belə ki, tamamilə qərəzli münasibət göstərərək ona qarşı ədalətsizlik etmişdir. O, allergiyalı xroniki bronxit və xroniki rinit xəstəsi olduğunu Aynur Həsənovanın nəzərinə çatdırmış və bölgüyə etiraz etmişdir. Lakin buna baxmayaraq Aynur Həsənova onunla rəhbər işçiyə yaraşmayan tərzdə davranmaqda davam etmişdir. O, Təhsil İdarəsinə bu barədə rəsmi ərizə ilə məlumat vermişdir. Məktəbdə xadimə olmayan və onun kimi texniki işçi vəzifəsində olan cəmi 5 nəfər vardır və onlardan biri analıq məzuniyyətindədir. O, Təhsil İdarəsinə şikayət etdikdən sonra şikayətin cavabı Aynur Həsənovaya gəlmiş və o daha da hiddətlənərək həmin ay, yəni 2*22-ci ilin noyabr ayında onun əmək haqqını kəsmişdir. Aynur Həsənova nəinki onun hüquqlarını bərpa etməmiş, hətta daha sonra onun davamlı şəkildə işə gəlməyinə baxmayaraq heç bir rəsmi xəbərdarlıq etmədən, heç bir digər hüquqi addım atmadan bütün maddi hüquq normalarını pozaraq 13.12.2*22-ci il tarixdə onu işdən azad etmişdir. Beləliklə, ona məlum olmuşdur ki, onun iştirakı olmadan, izahatı alınmadan, xəbərdarlıq edilmədən *8.12.2*22-ci il tarixdə Həmkərlar Komitəsinin iclası keçirilmiş və *9.12.2*22-ci il tarixdə onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddənin «ç» bəndi ilə ləğv edilməsi barədə əmr imzalanmışdır. Beləliklə, ona qarşı haqsızlıq edilmişdir. Qadın olduğuna görə əmək qanunvericiliyində ona müəyyən güzəştlər edilməsi nəzərdə tutulduğu halda, əksinə ona qarşı a yrıseçkilik edilmiş və rəhbərliyin qərəzli münasibətinin qurbanı olmuşdur. Bütün yuxarıda göstərilən faktlar və hüquq normaları onu göstərir ki, onun əmək hüquqları çox kobud şəkildə pozulmuşdur. Əmək qanunvericiliyi ilə qadağan edildiyi halda, ona qarşı ayrıseçkilik edilmiş, qərəzli münasibət göstərilmiş, işə götürən Əmək Məcəlləsinin 71.2-ci bəndində göstərilmiş əsaslar olmadan qanunun 7*-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Onun əmək funksiyalarını yerinə yetirməməsi isə texniki işçi olduğu halda, ondan xadimə işlərinin görülməsinin tələb edilməsi ilə əlaqədar olmuşdur. Belə ki, o, xadimə olmadığına görə ondan xadiməyə aid işlərin icrasını tələb etmək qanunsuz və əsassızdır. Hətta hazırki tarixdən sonra da o, işinə bərpa edilsə belə xadiməyə aid işləri icra etməyəcəkdir. Bundan başqa, o, işə yalnız bir neçə dəfə gecikmiş, onun işə gecikməsi ilə əlaqədar akt tərtibolunarkən də o, işdə olmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli əmək müqaviləsi bildirişi ona 2*14-cü il tarixdə təqdim edilməsinə və rəsmi sənədlərdə peşəsinin xadimə kimi qeyd olunmasına baxmayaraq, bu formal xarakter daşımışdır.

28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

29. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi N.E.Fərzəliyev iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə işlədiyi təhsil müəssisəsindən müxtəlif məzmunlu şikayət xarakterli ərizələr yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə olmuş, həmin təhsil müəssisənin əməkdaşlarının əmək bölgüsü öyrənilmiş, İddiaçı şikayəti yerində araşdırılmışdır. Bu zaman İddiaçı ümumiyyətlə xadiməyə əmək funksiyalarını icra etməkdən imtina etdiyi müəyyən olunmuşdur. İddiaçı təkidllə xadimə olmadığını, yalnız rəssam kimi texniki işçi olduğunu bildirib, sonuncu vəzifəyə aid işlərin icrasını həyata keçirə biləcəyini göstərmişdir. Bununla belə İddiaçı xadimə kimi daha yüngül işlərin icrası həvalə olunmuşdur. Lakin İddiaçı ümumiyyətlə özünü xadiməyə aid işlərin icrasına laiq bilmədiyini və heç vaxt belə işləri yerinə yetirməyəciyi demişdir. Halbuki, orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə müəyyən edilmişdir. Həmin Qərarda isə orta ümumtəhsil məktəblərində texniki işçi, yaxud rəsm üzrə texniki işçi ştat vahidi nəzərdə tutulmamışdır. Buna görə də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə texniki işçi ştat vahidi ayrılmamışdır. İddiaçı isə 1995-ci il də M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə işə texniki işçi – xadimə kimi qəbul olunmuş, hətta 26.*9.2*14-cü il tarixli bildirişdə də bu barədə qeydlər edilmiş və İddiaçı da bundan məlumatı olmuşdur. İddiaçı heç bir halda öz əmək funksiyalarını yerinə yetirmədiyinə və xadiməyə aid işlərin icrasını həyata keçirməkdən imtina etdiyinə, eləcə də işə gec gəlib, tez getməklə işdə intizam qaydalarını pozduğuna görə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Buna görə də İddiaçı iddiası əsassızdır.

30. Cavabdeh Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru A.M.Həsənova iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləmişdir. Buna baxmayaraq İddiaçı xadimə kimi öhdəsinə düşən əmək funksiyalarını hə yata keçirməmişdir. O, İddiaçı bunun səbəbini soruşduqda, sonuncu rəssam olduğunu və keçmiş direktor X17 ilə aralarında bu məsələyə dair razılıq olduğunu bildirmişdir. Belə ki, həmin razılığa əsasən İddiaçı adı ştatda xadimə kimi qeyd olunsa da İddiaçı rəssam vəzifələrini həyata keçirməli, məktəbin müdriyyətinin isə buna heç bir etirazı olmamalı idi. O, İddiaçı bu razılığın əsassız olduğunu və onun təmizlik işlərini görməli olduğunu bildirdikdə, İddiaçı onunla razılaşmamış və onu qərəzli olmaqda ittiham etmişdir. Daha sonra məktəbə İddiaçı əri gələrək onu və məktəbin digər əməkdaşlarını təhdid edərək, onlardan şikayət etdiyini və tezliklə onlara yuxarı orqanlardan zəng gələcəyini bildirmişdir. O, dəfələrlə İddiaçı ilə fərdi söhbətlər keçirərək, ona vəzifə funskiyalarını həyata keçirməli ol duğunu başa salsa da, bunun bir nəticəsi olmamışdır. Vəzifə bölgüsü ilə İddiaçı ayrılmış sinif otaqlarına və dəhlizə baxış keçirərkən, həmin ayrılmış sahələrin natəmiz, tozlu və zibilli olduğu aşkar edilmişdir. Daha sonra məktəbin 9 c sinfinin şagirdləri ona müraciət edərək, xadiməçi ilə bu barədə ciddi söhbət aparmağını və təmizliklə bağlı problemi həll etməyini tələb etmişlər. Bundan başqa İddiaçı icazəsiz şəkildə işə tez-tez gecikmiş və işdən vaxtından əvvəl getmişdir. Halbuki İddiaçı iş saatı *8:**-dan 16:**-a qədər olmuşdur. Bütün bu məsələlərin həlli üçün X24 Komitəsi iclas keçirmişdir. İddiaçı isə bu iclaslarda iştirak etməkdən imtina etmişdir. İddiaçının özbaşına hərəkətlərinə görə ona dəfələrlə töhmət verilmişdir. Ancaq görülmüş bu tədbirlər bir nəticə verməmişdir. Buna görə də, o məcbur qalaraq *9.12.2*22-ci il tarixdə onun əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. İddiaçı aydın şəkildə işləmək istəmədiyini bütün məktəb kollektivinə nümayiş etdirmişdir. Buna görə də, iddiaçının işə bərpa edilməsinin heç bir hüquqi əsası və mənası yoxdur. Hətta İddiaçı ona ayrılmış sahəni təmizləmədiyinə görə həmin sahənin çirkli qalmaması üçün könüllü olaraq, təmizlik işləri aparmış başqa xadiməyə qarşı qeyri-etik və aşağılayıcı hərəkətlər etmiş, əmək funksiyalarını yerinə yetirən digər xadimələrə özünün daha üstün olduğunu nümayiş etdirməklə məktəbin digər əməkdaşları və eləcə də xadimələr arasında özünə qarşı mənfi emosiya formalaşdırmışdır.

31. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) C.M.X1 izahatını müdafiə edərək, iddianın təmin olunmamasın ı məhkəmədən xahiş etmişdir.

32. Şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, o, M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində işləyir. O, vəzifəsini bir gündən bir fasilərlə icra edir. O, bəzi vaxtlar səhər **:**-dan gecə *8:**-a kimi, bəzi vaxtlar gecə *8:**-dan səhər 16:**-a kimi, bəzi vaxtlar isə səhər 16:**- dan **:**-dək növbədə olur. 2*22-ci ilin oktyabr-noyabr aylarında saat *8:**-dan 16:**- dək növbədə olduğu vaxtlarda bir neçədə dəfə təxminən saat 11:** radələrində direktor A.M.Həsənova İddiaçı işə gəlib-gəlməməsi barədə ondan soruşmuşdur. Bununla əlaqədar o, İddiaçı məktəbdə axtarmış, lakin İddiaçı tapa bilməmiş və bu barədə müdriyyətə məlumat vermişdir. Bu hal 2*22-ci ilin oktyabrnoyabr aylarında 2-3 dəfə təkrarlanmışdır.

33. Şahid qismində dindiri lmiş X18 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini, tərbiyəçi və texnologiya müəllimi işləyir. İddiaçı o, məktəbin əməkdaşı olaraq tanıyır. İddiaçı «COVİD19» virusu ilə əlaqədar elan edilmiş pandemiya dövründən əvvəl məktəbdə rəsmlə əlaqədar işlərin həyata keçirilməsində kömək etmişdir. Lakin pandemiya dövründən sonra məktəbdə tədbirlər keçirilməmiş və buna görə də rəsm işlərinə ehtiyac aradan qalxmışdır. İddiaçı əvvəllər davamiyyəti yaxşı olsa da, sonradan tez-tez işə gecikməyə, iş saatı bitmədən məktəbi tərk etməyə və ümumiyyətlə işə gəlməməyə başlamışdır. İddiaçı dəfələrlə xəbərdarlıq olunmuş, barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Lakin İddiaçı barəsində görülən tədbirlərə heç bir məhəl qoymamış, hətta tərtib olunmuş sənədləri imzalamaqdan və onların surətlərini almaqdan imtina etmişdir.

34. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. O, İddiaçı məktəbin əməkdaşı olaraq tanıyır. İddiaçı mütəmadi olaraq işə gecikir və işdən evə tez gedirdi. İddiaçı tam ştatda olsa da, gün ərzində yalnız 3-4 saat işdə olurdu. İddiaçı əmək intizamına riayət etmədiyinə və əmək funksiyalarını yerinə yetirmədiyinə görə dəfələrlə töhmət elan edilmişdir. İddiaçı davamiyyəti və işinə olan laqeyd münasibətinə görə X24 Komitəsinin keçirdiyi iclasa dəvət olunmuşdur. Həmin iclas akt zalında keçirilmiş və o da orada iştirak etmişdir. İddiaçı iclasa gəlməkdən imtina etmişdir.

35. Şahi d qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə dalandar vəzifəsini icra edir. O, İddiaçı məktəbdə oranın əməkdaşı kimi tanımışdır. O, özü işə səhər *8:**-da gəlib 16:** gedir və iş bölgüsünə uyğun olaraq məktəbin həyətini süpürür. İddiaçı işə öz arzusundan aslı olaraq, işə istədiyi vaxt gəlib-gedirdi. Belə ki, İddiaçı müxtəlif vaxtlarda işə 1*:**-da, 11:**-da və yaxud 12:**-da gəlirdi. İddiaçı öz əmək funksiyalarının icrası tələb olunanda isə imtina edir və öz vəzifə öhdəliklərini həyata keçirməmişdir.

36. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləyir. İddiaçı əvvəllər həmin məktəbdə onunla eyni işdə işləmişdir. Lakin ondan fərqli olar aq, İddiaçı təmizlik işlərini görməkdən imtina etmiş və bununla yanaşı xadimələrə qarşı pis rəftarı, onlarla eqoist davranışları ilə xarakterizə olunmuşdur. Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə bütün əməkdaşların, eləcə xadimələrin əmək bölgüsü hamıya bəlli olsa da İddiaçı ayrılmış sahələri təmizələməmiş, sinif otaqları və dəhliz kirli vəziyyətdə qalmışdır. Bununla bağlı müəllimlər və şagirdlər mütəmadi olaraq öz narazılıqlarını bildirmişlər.

37. Şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə işləyir. İddiaçı o, işlədiyi məktəbin əməkdaşı olaraq tanımışdır. Son zamanlar isə məktəbdə İddiaçı öz vəzifəsini icra etmək istəmədiyinə görə problemlər yaranırmışdır. Belə ki, İddiaçı öz üzərinə düşən öhdəlik ləri həyata keçirməkdən imtina etmiş və buna səbəb olaraq isə əslində xadimə deyil, rəssam olduğunu göstərirmişdir. Həmçinin İddiaçı məktəbdən uzaq məsafədə yaşadığına istinad edərək, işə tez-tez gecikmiş və iş yerini iş saatından tez tərk etmişdir.

38. Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

39. Məhkəmə qeyd etmişdir ki, Beləliklə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb aral arında bağlanmış *1 sentyabr 1995-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən texniki işçi (xadimə) işinə qəbul edilmişdir. İddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə və müəssisədaxili intizam qaydalarını pozduğuna görə 24 oktyabr 2*22-ci il tarixdə ona xəbərdarlıq elan edilmiş, 25 oktyabr 2*22-ci il tarixdə töhmət və 11 noyabr 2*22-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri verilmişdir. Lakin İddiaçı bundan sonra da əmək funksiyasını yerinə yetirməmiş və müəssisədaxili intizam qaydalarını pozmaqda davam etmiş, bununla əlaqədar 22 noyabr 2*22-ci il tarixdə akt tərtib olunmuş və *6 dekabr 2*22-ci il tarixdə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə müraciət edilmişdir.

40. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb in X24 Komitəsinin *8 dekabr 2*22-ci il tarixdə keçirilmiş iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması məsələsi müzakirə edilmiş və həmin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *9 dekabr 2*22-ci il tarixli 239 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsi əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi *9 dekabr 2*22-ci il tarixdən ləğv edilmişdir

41. İddiaçı öz iddia tələbinin əsası kimi xadimə deyil, texniki işçi olmasına və əmək intizamını pozmamasına, eləcə də işə davamiyyət qaydalarına əməl etməsinə istinad etmiş, məhz texniki işçi olmasına görə də xadimə peşəsinə aid işləri icra etmədiyini, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə direktor vəzifəsini icra edən X7 təyin olunmasınadək yalnız rəsm işləri ilə məşğul olduğunu və A.M.Həsənovanın ona qərəzli münasibəti ilə xadiməyə aid işlərin yerinə yetirilməsinə məcbur edildiyini bildirmişdir. Lakin «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları təsdiq edilmiş, orta ümumtəhsil məktəblərində texniki işçi, eləcə r əssam və ya buna bənzər digər ştat nəzərdə tutulmamışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli və 2* oktyabr 2*22-ci il tarixli əmək müqaviləsi bildirişlərində isə İddiaçı məşğulluq təsnifatı üzrə peşəsi xadimə kimi qeyd olunmuş, bununla yanaşı iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş və öz izahatlarında həmin bildirişin 2*14-cü il tarixdə ona təqdim olunduğunu bildirmişdir. Lakin İddiaçı əmək funksiyasını yerinə yetirməmiş və müəssisədaxili intizam qaydalarını pozmuş, bununla əlaqədar əvvəlcə ona xəbərdarlıq, daha sonra isə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehləri verilmişdir. İddiaçı əmək funksiyalarını yerinə yetirməməkdə və əmək intizamı qaydalarını pozmaqda davam etdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə müraciət edilmiş və müvafiq razılıq verildikdən sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

42. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş X3, X8, X22, X4, X27 və X18 öz ifadələrində İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyini və əmək intizami qaydalarını pozduğunu, iş saatlarında işdə olmadığını bildirmişlər. Həmin şəxslərin ifadələrini şübhə altına alan, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*4.4-cü maddəsində göstərilən hallar isə müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassızdır və həmin hallar işdə olan sübutların məcmusu ilə təkzib olunur. Bununla yanaşı 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nömrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

43. Bundan başqa, İddiaçı mülki işin məhkəmə iclasları zamanı məhkəmənin tərəflər arasında razılıq əldə olunmasına və iddiaçının əvvəlki işinə bərpa edilməsinə dair barışdırıcı təşəbbüsünü qəbul etməmiş, xadiməyə aid işlərin ona aid olmadığını qeyd etmiş, həmin peşənin onun şəxsiyyəti ilə uzlaşmadığını dəfələrlə vurğulamış, hətta razılıq əldə olunmasına dair məhkəmənin cavabdehlərə təklifinə də əks mövqe nümayiş etdirmişdir.

44. Məhkəmə öz mövqeyini əs aslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə, 42–ci maddəsinin 1-ci, 44-cü maddəsinin 1ci və 2-ci, 68 ci maddəsinin 1-ci hissəsinə, 7*-ci maddəsinin “ç”, 72-ci maddəsinin “ə” bəndinə, 8*-ci maddəsinin 1-ci və 2-ci hissəinə, 95-ci maddəsinin 1-ci, 186-cı maddəsinin 1-ci və 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1,76.2, 77.1, 78.1, 89.1, 1*4.4, 1*6.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

45. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

46. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırm ışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, o, 1995-ci ildən texniki işçi işləyir, onun əmək müqaviləsində xadimə kimi işə qəbul olunmağı qeyd edilməmişdir və o, heç vaxtı xadimə işləməmiş, məktəbdə 1995-ci ildən çertyojçu-rəssam işləmişdir. Ancaq onu işdən çıxararkən xadimə vəzifələrini icra etmədiyinə görə işdən çıxarılmışdır. Bu səbəbdən hesab edir ki, qətnamə qanunsuzdur və o, əvvəlki, yəni texniki işçi (çetryojçu-rəssam) vəzifəsinə bərpa olunmalıdır. İş materiallarında olan *1.*9.1995-ci il tarixli əmək müqaviləsində vəzifəsi olaraq M.P.Vaqif adına 8 №-li məktəbin texniki işçisi qeyd olunub, lakin müqavilədə əmək funksiyası kimi ƏM 1*-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələr və əmək funksiyalar göstərilmişdir. Bununla bağlı qeyd edir ki, onunla bağ lanan əmək müqaviləsində əsas vəzifələr və əmək funksiyalardan başqa onun texniki işçi kimi əmək funksiyaları göstərilməmişdir. O dövrdə işə götürən direktor ona məktəbin çetryojçurəssam işlərinin görülməsini həvalə etmişdir. Həmin dövrdən də o, məktəbdə çetryojçurəssam olaraq işləyirdi. 2***-2**3-cü illərdə əmək təlimi və rəsmxət müəllimi ixtisası üzrə X2* bitirdiyindəm bu iş onun ixtisasına tam uyğun görülmüşdür. Lakin məhkəmə bu maddi hüquq normanı tətbiq etməmiş və nəticədə yanlış qərar qəbul etmişdir. Bu maddi hüquq normanı tətbiq etməyən məhkəmə nəzərə almamışdır ki, *9.12.2*22-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə 239 nömrəli əmrdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qeyd olunsa da, əmrdə hansı tarix də bağlanmış əmək müqavilənin ləğv edilməsi konkret olaraq ləğv olunması əsaslandırılmamışdır. Həmçinin, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə onun tərəfindən əmək müqaviləsi üzrə vəzifə funksiyalarının və öhdəliklərin yerinə yetirilməsi qeyd olunsa da, onun əmək müqaviləsi üzrə hansı vəzifə funksiyalarının və öhdəliklərin yerinə yetirilmədiyi göstərilməmişdir. Bundan başqa, əmrdə qeyd olunur ki, onun vəzifə funksiyaları və öhdəlikləri əmək müqaviləsində qeyd olunmuşdur, lakin onunla bağlanan *1.*9.1995-ci il tarixli əmək müqaviləsində texniki işçi kimi vəzifə funksiyaları və öhdəlikləri göstərilməmişdir. Hesab edir ki, məhkəmə qeyd olunan prosessul hüquq normanı pozaraq iddia ərizəsində, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizədə qoyulan tələblər üzrə yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli tam orta məktəbin texniki işçisi vəzifəsinəbərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi hissəsini təmin etməmişdır. Lakin məhkəmə iddia tələbinin 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nomrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi hissəsi ilə bağlı iddianın təmin olunub-olunmadığını müəyyən etməmişdir. Hesab edir ki, prosessual hüquq normanı pozan məhkəmə sübutları düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, məhkəmə *1.*9.1995-ci il tarixli cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsi ilə 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömr əli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini əlaqəli şəkildə təhlil etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında yeganə əmək müqaviləsi vardır və həmin əmək müqaviləsi *1.*9.1995-ci il tarixdə bağlanmışdır. 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişidir və həmin bildiriş əmək müqaviləsi deyil və bildiriş tərəflər arasında heç bir öhdəlik yaratmır. Qeyd edir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi tərəflərin iradə ifadəsini əks etdirən sənəd deyil. Əmək müqaviləsi bildirişinin verilməsi üçün onun nə məlumatı nə də ki, imzası olmur. Həmçinin Bildirişdə əmək müqaviləsinin bağlandığı tarix *1.*9.1995-ci il tarix qeyd olunmuşdur. Bu da onu göstərir ki, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə *1.*9.1995-ci il tarixdə bağlanmış müqavilədir. Lakin məhkəmə bu halları araşdırmamış və onları öz qətnaməsində təhlil etməmişdir. Bundan başqa, məhkəmə işəgötürənin X24 Komitəsinə göndərdiyi təqdimatı və Həmkarlar İttifaqının buna münasibətdə verdiyi qərarı qarşılıqlı şəkildə araşdırmamışdır. Belə ki, Əmək Məcəlləsinin 8*-ci maddəsinin 2- ci bəndinə əsasən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Lakin işəgötürən müvafiq təqdimatı həmkarlar ittifaqına göndərir, təqdimatda öz mülahizələrini qeyd edir, lakin təqdimata mü vafiq əsaslandırma sənədləri əlavə etmir. Təqdimat *6.12.2*22-ci il tarixdə göndərilir və *8.12.2*22-ci il tarixdə qərar qəbul edir. Həmkarlar İttifaqının qərarında iki nəfər sədrQalibə Tağıyevanın və katib Vüsalə Əmiraslanovanın iştirakı ilə baxıldığı qeyd olunur. Lakin qərarın çıxışlar hissəsinə Həmkarlar Təşkilatının sədr müavini Nazim Qarayevin və məktəbin direktor müavini Vüsal Tarverdiyevin çıxış etdikləri görünür. Xüsusilə də direktor müavini Vüsal Tarverdiyevin çıxıçı maraq yaratmışdır. Belə ki, o çıxışında onun tərəfindən üzərinə düşən işi yerinə yetirmədiyi və koridorlarda boş-bekar gəzərək tabelə qol çəkmədiyini bildirmişdir. Lakin direktorun təqdimatında isə onun işə 9:**-dan sonra gəlib 15:**-dan tez iş yerini tərk etdiyi qeyd olunmuşdur. Beləlilklə, Həmkarlar təşkilatının *8. 12.2*22-ci il tarixli 29 nömrəli qərarı həqiqəti əks etdirmir və qərarda şübhəli məqamlar çoxdur. Həmkarlar komitəsinin qərarına şübhə edən digər əsas odur ki, həmkarların üzvləri Qalibə Tağıyeva, Nazim Qarayev, Vüsal Tarverdiyev 19.1*.2*22-ci il tarixdə onun davamiyyəti ilə bağlı tərtib edilmiş aktı öz imzaları ilə təsdiq etmişlər. Həmkarların üzvlərinin belə bir aktda imza etmələri onların funksiyalarına aid deyil. Həmçinin Həmkarlar Komitəsi tərəfindən iki gün ərzində qərar verir və o, iclasa dəvət edilmədiyindən həmin qərarın sübut kimi qəbul edilməsində məhkəmə səhvə yol vermişdir. Hesab edir ki, məhkəmə prosessual huquq normanı pozaraq məhkəmə öz qərarını iclasında tədqiq olunmuş sübutlarla yox, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır.

47. Məhkəm ə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

48. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

49. Cavabdeh Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru X16 və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, ümumtəhsil məktəblərində ştatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı və həmin qərara eyni tarixli Əlavələr əsasında müəyyən edilmişdir ki, həmin qərarda da ümumtəhsil məktəblərində çertyojçu-rəssam ştatı nəzərdə tutulmamışdır.

50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X13) 2(1*4)-1716/2*23 saylı, 26.*7.2*23-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

51. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Gənc ə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı texniki işçi (xadimə) peşəsi üzrə əmək funksiyalarını yerinə yetirməli olmuşdur. Lakin İddiaçı əmək müqaviləsində nəzərdə tutulan iş üzrə əmək funksiyasını yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı əmək funksiyasını icra etməməsinin səbəbi kimi onun həmin məktəbdə əmək müqaviləsi bağlanılan andan çertijoçu-rəssam kimi işlədiyini göstərmişdir. Halbuki illər üzrə tarifləşmə cədvəllərindən də göründüyü kimi ona əmək haqqı xadimə vəzifəsi üzrə hesablanmışdır. İddiaçı həmçinin məktəbin daxili intizam qaydalarını pozaraq işə vaxtlı-vaxtında gəlib-getməmişdir. Məktəb rəhbərliyinin əvvəlcə dəfələrlə şifahi xəbərdarlıqlarına, daha sonra yazılı xəbərdarlığına baxmayaraq İddiaçı məktəbin daxili intizam qaydalarını pozmaqda davam etmişdir. Ona görə də İddiaçı töhmət verilmişdir. Lakin iddiaçı yenə də işə gec gəlmiş, vaxtından tez getmiş, əmək funsiyası üzrə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd olunan intizam tənbehlərindən iddiaçı heç bir nəticə çıxarmamış, göstərilən hərəkətlərinə davam edərək işə vaxtlı-vaxtında gəlib-getməmiş, əmək funksiyası üzrə vəzifələrini icra etməmişdir. Ona görə də, İddiaçı əmək müqaviləsi ləğv edilmişdir.

52. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, o, 1995-ci ildən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəblə əmək müqaviləsi bağlamış və çertiyojçurəssam işini icra etmişdir. Onun əmək müqaviləsində peşəsi kimi texniki işçi göstərilmiş, vəzifələrinin və öhd əliklərinin nədən ibarət olması qeyd olunmamışdır. O, heç vaxt xadimə işlərini görməmişdir. Əvvəlki işinə, yəni çertiyojçu-rəssam işinə bərpa olunmasını xahiş etmişdir. Əgər xadimə işinə bərpa olunarsa o, həmin işi icra etməyəcəkdir.

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru arasında bağlanmış *1.*9.1995-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı peşəsi məşğulluq təsnifatı üzrə xadimə, əmək müqaviləsi üzrə texniki işçidir və işlədiyi bütün illər üzrə xadimə kimi əmək haqqı almışdır. Lakin İddiaçı peşəsi üzrə vəzifələrini icra etməmiş, həmçinin işə gec gəlmiş, tez getmişdir. Göstərilən hallar iş materiallarına əlavə olunmuş sənədlərlə və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin if adələri ilə təsdiq olunur. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, intizam tənbehləri verilməsinə baxmayaraq iddiaçı heç bir nəticə çıxarmamışdır. Nəticə etibarilə İddiaçı əmək müqaviləsi Əmək Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanunidir və ləğv edilməsi üçün əsas yoxdur.

54. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları təsdiq edilmiş, orta ümumtəhsil məktəblərində texniki işçi, eləcə rəssam və ya buna bənzər digər ştat nəzərdə tutulmamışdır. Lakin apellyasiya şikayətində iddiaçı əvvəlki işinə, yəni çertiyojçu-rəssam işinə bərpa olunmasını xahiş etmiş və əgər xadimə işinə bərpa olunarsa o, həmin işi icra etməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini də əsassız sayır.

55. Bundan başqa iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia tələbinin 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nomrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi hissəsi ilə bağlı iddianın təmin olunub-olunmadığını müəyyən etmədi yini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı 28.*2.2*23-cü il tarixdə, yəni məhkəmənin hazırlıq iclasının keçirilməsindən sonra (məhkəmənin hazırlıq iclası *6.*2.2*23-cü ildə keçirilmişdir) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və həmçinin 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nomrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə qəbul edilməməlidir.

56. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predme tini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

57. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab etmişdir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir.

58. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci və 9-cu hissəsinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 44cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 68-ci maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “a” bəndinə, 7*-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “ə” bəndinə, 8*-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 95-ci maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

59. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1716/2*23 saylı, 26.*7.2*23-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

60. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissənin “c” bəndinə əsasən, işçinin iş yeri, vəzifəsi (peşəsi) və “e” bəndinə əsasən, işçinin əmək funksiyası əmək müqaviləsində mütləq göstərilməlidir. Lakin məhkəmə bu maddi hüquq normasını tətbiq etməmiş nə nəticədə yanlış qərar qəbul etmişdir. Bundan başqa o, əmək vəzifələrimi vaxtında yerinə yetirsə də, heç bir nöqsana yol verməsə də, Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən pozuntuları törətməsə belə, onu əsassız olaraq həmin məcəllənin 7*-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. İddiaçı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta mə ktəbə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil idarəsi 8 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Aynur Həsənova tərəfindən verilmiş *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrini ləğv edərək onun həmin müəssisədəki işinə bərpa edilməyi, ona ödənilməmiş noyabr ayının əmək haqqından əksik ödənmiş məbləğin və işdən əsassız çıxarılmağına görə məcburi buraxılmış müddət üçün əmək haqqının hesablanaraq ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi GəncəDaşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli orta məktəbinin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nömrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli tam orta məktəbin texniki işçisi vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələbində xüsusilə qeyd etmişdi ki, 1995-ci ildən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində çalışırdı, fəaliyyəti müddətində həmişə nizam-intizamlı olmuşdur, əmək funksiyasını layiqli şəkildə yerinə yetirmişdi. İşdən azad olunduğu tarixədək heç vaxt rəhbərlik tərəfindən ona hər hansı məzəmmət(irad) olunmamış, tö hmət və ya xəbərdarlıq almamışdır. İşlədiyi məktəbin tərtibat işlərində, məktəb zalının tərtibatı və dizayn işlərində (bununla bağlı diski də iş materiallarına əlavə etmişdir), tədbirlərin təşkilində, məktəbin cədvəllərinin tərtibatında - bir sözlə bütün işlərdə fəal olmuşdur, vicdanla işləmişdi. Orta məktəbi bitirən vaxtdan bu günə kimi bütün iş həyatı bu məktəblə bağlı olmuşdur. Qeyd etdiyi sahə üzrə məktəblə bağlı olmuşdur. Qeyd etdiyim sahə üzrə qabiliyyətli olduğuma görə müəssisənin o vaxtkı rəhbəri Lətifə Quliyeva ona ixtisas təhsili almağı tövsiyə etmiş və məktəbdə rəsm üzrə dərnək rəhbəri və ya müəllimə vəzifəsinə qəbul etməyə söz vermişdir. Beləliklə, o, 2***-2**3-cü illərdə əmək təlimi və rəsmxətt müəllimi ixtisası üzrə X2* bitirmişdi. Lətifə müəllimə təqaüdə çıxdıqdan sonra müəs sisəyə yeni rəhbər təyin edilmişdir. Bu zaman ona məlum olmuşdur ki, onun məktəbin rəsm dərnəyi üzrə dərnək rəhbəri vəzifəsinə keçməyi ona görə mümkün olmamışdır ki, keçmiş direktor Lətifə Quliyeva həmin vəzifəyə öz gəlinini işə götürmüşdür. 15 sentyabr 2*22-ci il tarixdə məktəbə direktor vəzifəsinin müvəqqəti icra edilməsi üçün Təhsil İdarəsindən metodist Aynur Həsənova təyin edilmişdir. Aynur Həsənova gələn vaxtdan etibarən nədənsə məhz onunla sərt və qərəzli davranmağa başlamışdır. Aynur Həsənova Təhsil İdarəsindən məktəbə təhkim olunmuş məsləhətçi ilə birlikdə iclas etmiş və şifahi bölgü təyin etmişdir. Hansı ki, ona qarşı tamamilə qərəzli münasibət göstərərək ədalətsizlik etmişdir. O. allergiyalı xroniki bronxit və xroniki rinit xəstəsi olduğunu Aynur Həsənovanın nəzərinə çatdırmışdır və bölgüyə etiraz etmişdi. Bu barədə o, Gəncə-Daşkəsən Regional təhsil idarəsinə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı, həmçinin ayrı-seçkilik etməsinə görə bölgünün dəyişdirilməsini xahiş etmişdir. Bu müraciətindən sonra Aynur Həsənova qərəzli olaraq onun maaşını qanunsuz olaraq 3 günlük kəsmişdir. Lakin buna məhəl qoymayaraq Aynur Həsənova onunla rəhbər işçiyə yaraşmayan tərzdə davranmaqda davam etmişdir. O, Təhsil İdarəsinə bu barədə rəsmi ərizə ilə məlumat vermişdi. Məktəbdə xadimə olmayan və onun kimi texniki işçi vəzifəsində olan cəmi 5 nəfər vardır və onlardan biri analıq məzuniyyətindədir. Bu barədə Təhsil İdarəsinə şikayət etdikdən sonra şikayətin cavabı direktor vəzifəsini müvəqqəti icra edən Aynur Həsənovaya gəlmiş və o, bundan daha da hiddətlənərək həmin ay, yəni 2*22-ci ilin noyabr ayında onun əmək haqqını kəsmişdir. Aynur Həsənova nəinki hüquqlarını bərpa etməmiş, hətta daha sonra davamlı şəkildə işə gəlməyinə baxmayaraq heç bir rəsmi xəbərdarlıq etmədən, heç bir digər hüquqi addım atmadan bütün maddi hüquq normalarını pozaraq 13.12.2*22-ci il tarixdə onu işdən azad etmişdir. Halbuki, ona sonradan məlum olmuşdur ki, iştirakı olmadan, ümumiyyətlə ona əvvəldən məlumat verilmədən, izahatı alınmadan, xəbərdarlıq edilmədən *8.12.2*22-ci il tarixdə Həmkarlar Komitəsinin iclası keçirilmiş və *9.12.2*22-ci il tarixdə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddənin «ç» bəndi ilə ləğv edilməsi barədə əmr imzalanmışdır. Beləliklə, ona qarşı haqsızlıq edilmiş, hüquqları açıq-aşkar pozulmuşdur. Qadın olduğuna görə əmək qanunvericiliyində ona müəyyən güzəştlər edilməsi nəzərdə tutulduğu halda, əksinə ona qarşı ayrı-seçkilik edilmiş və rəhbərliyin qərəzli münasibətinin qurbanı olmuşdur. Qeyd edilənlər, göstərilən faktlar və hüquq normaları onu göstərir ki, əmək hüquqları çox kobud açıq-aşkar şəkildə pozulmuşdur. Əmək qanunvericiliyi ilə qadağan edildiyi halda, ona qarşı ayrı-seçkilik edilmiş, qərəzli münasibət göstərilmiş, işə götürən Əmək Məcəlləsinin 71.2-ci bəndində göstərilmiş əsaslar olmadan qanunun 7*-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Texniki işçi olduğu halda, ondan xadimə işlərinin görülməsi tələb edilmişdir.

61. Kassator daha sonra bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndində də göstərildiyi kimi - işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəl lənin 55- işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55- ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Lakin ona sonradan məlum olmuşdur ki, 2*.11.2*22- ci il tarixdə onu elektron sistemə xadimə kimi daxil etmiş və bununla əlaqədar ona heç bir məlumat verilməmişdir. Belə ki, o, xadimə olmadığına görə xadiməyə aid işlərin icrasını ondan tələb etmək qanunsuz və əsassızdır. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-4-cü hissələrində göstərildiyi kimi - intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Əlavə o laraq bildirmək istəyir ki, işə yalnız bir neçə dəfə gecikmişdir, işə gecikməyi ilə əlaqədar akt tərtib olunarkən də işdə olmuşdu. Əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli əmək müqaviləsi bildirişi ona 2*14-cü il tarixdə təqdim edilməsinə və rəsmi sənədlərdə peşəsinin xadimə kimi qeyd olunmasına baxmayaraq, bu formal xarakter daşımışdır. 1995-ci ildən texniki işçi işləyir, onun əmək müqaviləsində xadimə kimi işə qəbul olunmağı qeyd edilməmişdir və heç vaxtı xadimə işləməmişdir, məktəbdə 1995-ci ildən çertyojçu-rəssam işləyir. Lakin işdən çıxarılarkən səbəb kimi xadimə vəzifələrini icra etmədiyinə görə işdən çıxarılmağı göstərilmişdir. Bu səbəbdən hesab edir qətnamə qanunsuzdur və əvvəlki, yəni texniki işçi (çertyojçu-rəssam) vəzifəsinə bərpa olunmalıdır. Bir d aha qeyd etmək istəyir ki, əgər o, işə vaxtlı-vaxtında gəlib getməsəydi davamiyyətlə bağlı cədvəldə imzaları olmazdı, həmçinin *9 dekabr 2*22-ci il tarixdə işdən çıxarılmağı (xəbəri olmadan) barədə əmrdən 13 dekabr 2*22-ci il tarixdə xəbəri olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26.7.2*23-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

63. Maddə

42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yarat mayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

64. Maddə

44. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

65. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

66. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

67. Maddə

71. Bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nə zərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

68. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:...ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

69. Maddə 8*. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandır ılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

70. Maddə

95. İş vaxtının rejimi-İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

71. Maddə

186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intiza m məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

81. Kollegi ya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Ona görə d ə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2*23-cü il tarixli 2(1*4)-1716/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar