Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4587/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cava bdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-288/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin Qazax filialı (bundan sonra – Bank) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında 18 mart 2015-ci il tarixdə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 6 faiz ödəməklə 14500 manat məbləğində kredit verilmişdir.
2. Kred itin təminatı kimi Bank ilə Cavabdeh2 Qələndar qızı (bundan sonra – zamin və ya ipoteka qoyan) arasında 18 mart 2015-ci il tarixdə zaminlik və ipoteka müqavilələri bağlanmış, Cavabdeh2 Qələndar qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 102 kv.m ümumi, 50.9 kv.m yaşayış və 51.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 27000 manat məbləğində müəyyənləşdirilmişdir.
3. Borcalan arvadı ipoteka qoyanın mülkiyyətində olan ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və tutmanın həmin ipoteka predmetinə yönəldiləcəyi halda evi qeyd şərtsiz tərk edəcəyi barədə öz üzərinə öhdəlik götürmüşdür.
4. Bank tərəfindən borcalan və ipoteka qoyana 19 aprel 2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bildiriş müvafiq Ərazi İdarəsində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – iddiaçı və ya Fond) iddia ərizəsi ilə və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcalandan xx.xx.2021-ci il tarixinə olan əsas borc üzrə 13880.08 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 2492.73 manat, cərimə borcu üzrə 1182.11 manat, müqavilənin gecikdirilmiş vaxt üçün hesablanmı ş 2086.33 manat illik faiz, cəmi 19641.25 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumunun və məhkəmədə işin baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyanın mülkiyyətində olan ipoteka predmetinin hərrac yolu ilə satılması, əmlakın likvid qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin borcalandan tutulması, ipoteka predmetinə tutma yönəldikdə və əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq ləğv prosesində olan Banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxar ıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır.
7. Qazax Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2018-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti 60000 manat məbləğində qiymətləndirilmişdir.
8. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(023)-24/2021 nömrəli mülki iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilmiş, borcalandan 13880.08 manat əsas, 2492.73 manat faiz, 150 manat cərimə, cəmi 16522.81 manat kre dit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Bankın xeyrinə ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 60000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracda satıldıqdan bir ay sonra borcalan və ipoteka qoyanın həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ekspertiza xərci olan 200 manatın müştərək qaydada ləğv prosesində olan Bank, borcalan və ipoteka qoyandan müştərək alınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borcalan müqavilə üzrə öhdəli klərini yerinə yetirmədiyindən tələb olunan əsas və faiz borc Bankın xeyrinə ödənilməli, cərimə borcu yüksək olduğundan azaldılmalıdır.
10. Məhkəmə iddia tələbinin kredit müddəti bitəndən sonra 5 faizlə hesablanmış 2086.33 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin tutulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissə ilə bağlı qeyd etmişdir ki, həmin hissədə də iddia əsaslı olduğundan təmin edilməli, ipoteka predmetinin dəyəri ekspert rəyi nəzərə alınmaqla müəyyən edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385.1, 442, 443.1, 448.1, 449.1, 465.2, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu nunun 4, 33, 34.1.1, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Gəncə Apellyasiya Məhkəməsinin 6 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 9 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə ipoteka predmetinin likvid qiyməti 80000 manat məbləğində müəyyən edilmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-288/2022 nömrəli mülki iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və mər uzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, Bank ilə borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1907 saylı kredit müqaviləsinə əsasən 13880,08 manat məbləğində əsas kredit borcu, 613,59 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə borcu olmaqla, umumilikdə 14643,67 (on dörd min altı yüz qırx üç) manat məbləğində pulun, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun borcalandan tutu laraq ləğv prosesində olan Bankın hesabına ödənilməsi, həmin məbləğdə borcun ödənilməsi ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın (evin torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti kimi onun likvid qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və əmlak açıq hərracda satıldıqdan bir ay sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri həmin yaşayış evini könüllü tərk etmədikləri halda, həmin evdən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, qalan hissələrdə irəli sürülən iddia əsassız olduğundan təmin edilməməsi, ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi üçün çəkilmiş məhkəmə xərci olan 300 (üç yüz) manat məbləğində pulun borcalandan tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyən hissəsi oxunmur, qətnamədə bu işə aid olmayan şəxslərin adları qeyd edilmiş, işdə Məhkəmə Ekspertizası Mərkəzinin hər hansı bir rəyinin olmamasına baxmayaraq, qətnamə ilə ekspertiza xərclərinin cavabdehlərdən tutulması qət edilmiş, qətnamə ilə cavabdehin kredit borcunun cəmi 16522.81 manat müəyyən olunmasına baxmayaraq, mötərizədə həmin məbləğ hərflərlə on bir min yüz yetmiş manat kimi göstərilmiş, yəni, qətnamə MPM-in 220-ci maddəsinin tələblərinə cavab verməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki işin materiallarına əlavə olunan hesabdan çıxarış məlumatlarına əsasən, borcala n krediti aldıqdan sonra kredit borcundan ümumilikdə 2000 manat məbləğində pul ödəmişdir, həmin məbləğin 619,92 manat hissəsi əsas borcdan, 1380,08 manat hissəsi isə faiz borcundan silinmişdir. Beləliklə, adi riyazi hesablama ilə müəyyən edilmişdir ki, borcalanın iddiaçı Banka (14500-619,92)=13880,08 manat məbləğində əsas borcu və (1993,67-1380,08)=613,59 manat məbləğində faiz borcu qalmışdır. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab etmişdir ki, əsas borc tələbi hissədə iddia əsaslı olsa da, faiz borcunun düzgün hesablanmadığı barədə apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Ona görə də iddia əsas borc tələbi hissədə təmin, faiz borcu tələbi hissədə qismən təmin edilməlidir. İşə baxmış birinci instansiya məhkəməsi cərimə üzrə borc tələbi hissədə iddianı qismən - 150 ma nat məbləğində təmin etmiş, müqavilədən sonrakı müddət üçün iddia edilən 2086,33 manat məbləğində gecikdirilmiş faiz borcu tələbi hissədə iddianı təmin etməmiş, buna baxmayaraq, iddiaçı Bank həmin hissələrdə qətnaməni mübahisələndirməmiş və məhkəmə kollegiyası bu məbləği məqsədəmüvafiq hesab etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, şikayətin həmin dəlili ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilərək, ipoteka predmetinin likvid satış qiyməti 80000 manat müəyyən edilmişdir.
19. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf kredit borcundan qeyd edilən məbləğdən daha çox məblədə pul ödədiyi barədə, bundan əlavə, kredit borcunun Azərbaycan Respublikas ında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir.
20. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra ipoteka qoyanın və onunla birlikdə həmin evdə yaşayan ailə üzvlərinin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması və əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılması hissələrdə iddianı əsaslı hesab edərək, təmin etmiş, ipoteka predmeti ilə bağlı qalan hissələrdə irəli sürülən iddia təmin edilməmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.5, 399.1, 442, 443.1, 445.2.1, 462.1, 464.1, 46 7, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ipoteka predmetinin qiymətinin dəyişdirilməsi hissəsində mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman apellyasiya instansiyası məhkəməsi əmlakın real bazar qiymətini nəzərə almamışdır. İpoteka predmetinə uy ğun olan Qazax şəhərində yerləşən əmlakların ümumi bazar qiymətinə nəzər saldıqda, ipoteka predmetinin qiymətinin 80000 manat olması mümkün olmamışdır. Daşınmaz əmlakların satışını özündə əks etdirən internet saytlarında yerləşdirilən elanlarda Qazax şəhərində yerləşən 4 otaqlı, ümumi sahəsi 65 kv.m. olan fərdi yaşayış evi 47.000 manat, 2 otaqlı, ümumi sahəsi 39 kv.m. olan fərdi yaşayış evi 42.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakın qiymətini qeyd olunan fərdi yaşayış evləri ilə müqayisə edərkən bu nəticəyə gəlmək mümkün olmuşdur ki, ipoteka predmetinin qiyməti 45.000-55.000 manat civarında olmuşdur. Ona görə də qətnamənin bu hissəsi ilə razı olmamışlar.
24. Kassator şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1, 39-cu, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 88, 103.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır.
33. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdir ildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
35. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyal ara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır.
38. Maddə 39.3.2. və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbu l edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
39. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
40. Maddə 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka q oyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər.
41. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
42. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;
43. Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
44. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş edilsə də, kassasiya şikayətinin dəlilləri ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı olmuşdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin aktı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
56. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzif əsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki halları nı ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(104)-288/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.