Məhkəmə qərarları › İş №2(102)-4589/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4589/2022

13.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4589/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhud Məsuliyyətli Cəmiyyətinə qarşı (əvvəlki adı “X6 MMC) (müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı “X6 MMC) qarşı (müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində X5 və Cavabdeh2 ASC cəlb edilməklə) “hərracın yekunl arına dair protokolun etibarsızlığı və mənzilin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2244/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixli Mövcud borcud etirafı haqqında mürəccəd müqaviləyə əsasən İddiaçı X2 5 il müddətinə 25000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. 2. 23.12.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsinə əsasən, satıcı X5 ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili alıcı X8 65000 manata satmışdır.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016 ci il tarixli 2(007)-1573 saylı qətnaməsi ilə İddiaçı 43712,86 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus Baki şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan evin 105 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satiş qiymətinin 70000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş məbləğdən banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin İddiaçı məxsus digər əmlaklarına yönəldilməsi qət edilmişdir.

4. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Baki şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

5. Baki şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(007)-1573 saylı icra vərəqəsi və Baki şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli 17/71-3M-76 saylı sifariş məktubu əsasında mənzil hərraca çıxarılmışdır.

6. «Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi» nin hərracın yekunları barədə 173 saylı xx.xx.2017-ci il tarixli protokolundan görünür ki, İddiaçı məxsus ünvan 4, 38.6 kv.m yaşayış sahəsinin ilkin satış qiyməti 70000 manat müəyyən edimiş, mənzil təkrar hərracdan satış qiyməti 59500 manata X1.

7. X3 mənzillə bağlı mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi» və Cavab deh2 ASC-yə qarşı “hərrac təşkilatının xx.xx.2017-ci il tarixli, 173 saylı protokolun etibarsızlığı və Cavabdeh2 ASC tərəfindən mənzilin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzinin xx.xx.2017-ci il tarixli, 173 sayli protokolunun etibarsız sayılmasını və mənzilin dəyəri olan rəyin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2 ASC-nin cavabdeh qismində cəlb edilməməsi və "xxxx" MMC-nin (əvvəlki adı “X6 MMC) cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, keçirilmiş hərracda mənzilin real dəyəri 180000 manat olduğu halda bazar qiymətindən 3 dəfə ucuz 59500 manata satılmışdır. Hərrac mərkəzi hərracın keçirilməsi ilə bağlı ona bildirişi vaxtında göndərmədən hərracın keçirilməsi qaydalarını pozmuşdur.

11. Məhkəmə tərəfindən Cavabdeh2 ASC və X5 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

12. Üçüncü şəxs X5 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyil, ona görə də iddia tələbi rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində mübahisəli mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməklə açıq hərrac yolu ilə satılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş qətnamədə mübahisəli mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində m üəyyən edildiyinə görə, həmin faktın indiki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Digər tərəfdən, iş materiallarından görünür ki, Hərracın Təşkilatçısı – “X6” MMC tərəfindən 12 avqust 2017-ci il tarixdə iddiaçının adına ünvan 2 ünvanda 11 sentyabr 2017-ci il, saat 11:00-da açıq hərracın keçirilməsinə dair 02/44 nömrəli bildiriş göndərilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə “Kaspi” qəzetində birinci elan verilmişdir (hərracın keçirilməsinə 30 gün qalmış). 21 sentyabr 2017-ci il tarixdə isə Hərracın Təşkilatçısı tərəfindən iddiaçının adına həmin ünvanda 20 oktyabr 2017-ci il, saat 11:00-da açıq hərracın keçirilməsinə dair 02/44-1 nömrəli təkrar bildiriş göndərilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə “Kaspi” qəzetində ikinci elan verilmişdir (hərracın keçirilməsinə 29 gün qalmış).

13. Üçüncü şəxs həmçinin bildirmişdir ki, İddiaçılə qonşuluqda yaşaydığından özünə məxsus ünvan 3 ünvanda yerləşən mənzilini satib həmin pula mübahisəli mənzili alıb. İddiaçı bir neçə banka borclu idi və mübahisəli mənzilin açıq hərracda satılmasından tam məlumatlı idi, Eyni zamanda, iddiaçı ona hal-hazırda 25000 manat pul borcludur, həmin fakt Bakı şəhəri 52 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş müqavilə ilə təsdiq olunur. Dəfələrlə iddiaçıdan pulunu tələb etsə də, lakin o hər dəfə möhlət verilməsini xahiş etmiş, hər cür bəhanələrlə vaxtı uzatmağa çalışmış, telefon zənglərə cavab verməmiş və telefon nömrəsini dəyişəndən sonra ümumiyyətlə onunla əlaqə kəsilmişdir.

14. Məhkəməyə təqdim edilmiş Hərracın keçirilməsinə dair 02 /44 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan 124 saylı evin 105 saylı mənzili üçün hərracın keçirilmə vaxtı xx.xx.2017-ci il saat 11:00dədir, ilkin satış qiyməti 70000 manatdır.

15. Hərracın keçirilməsinə dair 02/44-1 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan 124 saylı evin 105 saylı mənzili üçün hərracın keçirilmə vaxtı xx.xx.2017-ci il saat 11:00, ilkin satış qiyməti 70000 manatdır.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4407/2021 nömrəli iş üzrə 6 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbi rədd edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin açıq hərracdan satılması ilə bağlı “X6” MMC (hazırk i adı "xxxx" MMC) tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)1573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsdindən də aydın olur ki, mübahisəli əmlakın satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. İddiaçının mübahisə etdiyi əmlaka qiymət qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 42.5 və 42.6-cı maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53. 2 və 53.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş teleqramda qeyd edilmişdir ki, SS425333504AZ xx.xx.2017-ci il tarixli sifarişli məktub İddiaçı xx.xx.2017-ci il tarixdə çatdırılıb. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir, əmlak aşağı qiymətlə hərraca çıxarılmış, halbuki onun mənzilinin bazar dəyəri 180000 manat təşkil edir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mənzili onun evində kirayə qalan şəxslər alıb, həmin şəxslər onun evində beş il kirayədə qalıb, lakin kirayə haqqını ödəməmişlər, eləcə də evin bütün ləvazimatları və dəyərli əşyaları (təxminən 30-35 min manat dəyərində olan) da evdə həmin şəxslərdə qalıb.

24. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Y.Tağıyevanın vəkili A.Kərimov apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş edərək bildirmişdir ki, iddiaçı bütün proseslərdən tam məlumatlı olub, rabitə orqanının verdiyi məlumatdan da məlum olur ki, hərracın keçirilməsi barədə bildiriş ona çatdırılmışdır, sadəcə olaraq müxtəlif şəxslərə, o cümlədən də Y.Tağıyevaya da çoxlu borcu olduğundan o, bu məsələlərə əhəmiyyət verməmiş, yalnız hərracdan 3-4 il sonra hazırkı iddianı qaldırmışdır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2244/2022 nömrəli iş üzrə 7 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razlışan apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, mülki işdə olan bildirişlərdən məlum olur ki, hərrac barədə iddiaçının qeydiyyata olduğu ünvana bildiriş göndərilmiş və ona çatdırılmışdır. Həmçi nin, mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş teleqramdan görünür ki, SS425333504AZ xx.xx.2017-ci il tarixli sifarişli məktub İddiaçı xx.xx.2017-ci il tarixdə çatdırılıb.

27. Mənzilin qiymətinin 180000 olması barədə apellyasiya şikayətinin dəlilinə qiymət verən məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın açıq hərracdan satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Məhkəmə qətnaməsi əsasında qiymət müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir.

28. Məhkəmə iddiaçının məhkəmə iclasında xüsusi olaraq qeyd etdiyi dəlillərinə, yəni mənzilini əldə edən şəxsin hələ hərracdan beş il qabaqdan onun evində yaşamaları, lakin kirayə haqqını ödəməməsi, eləcə də evdə müxtəlif ləvazimatların və 25-30 min manat dəyərində ev əşyalarının qalması barədə dəlilləri üzrə isə qeyd etmişdir ki, iddiaçının bu hallarla əlaqədar 3-cü şəxsə qarşı müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 42.5 və 42.6-cı maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 53.2 və 53.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın təşkilatçısı qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka qoyana hərracın keçirilməsi barədə sifarişli poçt göndərişi ilə məlumat verməli idi. Təşkilat bunu düzgün həyata keçirməmişdir. Belə ki, iddiaçının həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində bildirdiyi kimi, o, mənzildə X5 yaşamış, iddiaçı isə faktiki olaraq Salyan rayonunda yaşamışdır. Bu proseslərdən əvvəl isə X5 Q.Qarayev prospekti, ev 124, mənzil 108 ünvanında yaşamış, onlar qonşu olmuşlar. Deməli məktublar ünvan 4 ünvanına göndərilmiş və hesab olunmuşdur ki, iddiaçının məlumatı olmuşdur. Halbuki iddiaçının hərracın keçirilməsindən məlumatı olmamış, heç bir məktub ona təqdim olunmamış, baş verən proseslərlə bağlı olan məlumatlar ona verilməmişdir. Məktubları mənzildə yaşayan şəxslər qəbul etmiş, ona görə də iddiaçının hərracın keçirilməsindən məlumatı olmamışdır.

32. Apellyasiya instansiyası hərrac təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdiribetdirməməsini araşdırmamışdır. Göstərilən dəlillər tamamilə təsdiq edir ki, hazırki iş üzrə qanunvericiliyin tələbləri pozulmuş, məhkəmələr tərəfindən isə bu hallara düzgün qiymət verilməmişdir.

33. Sifarişli poçt göndərişinin qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması barədə sənədlər məhkəməyə təqdim edilməmiş, ipoteka qoyan ünvan 4 ünvanında yaşamadığı halda məktubun çatdırılması qanunun tə ləbləri pozmaqla aparılmış, məhkəmələr isə bu halları araşdırıb münasibət bildirməmişdir. Cavabdeh poçt göndərişlərinin iddiaçı tərəfindən qəbul edilməsini nəinki sübut edə bilməmiş, heç buna ehtiyac belə duymamış, məhkəmələr isə bu hallara münasibət bildirməmişdir. Məhkəmələrin sübut olunmayan hallara istinad etməsi isə pozuntudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Üçüncü şəxs Cavabdeh2 ASC kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.

35. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ümumiyyətlə, kassatorun şikayəti formal mülahizələr əsasında verilmişdir. Kassator mübahisələndirdiyi hallar barədə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmasına dair sübutları məhkəməyə tədqim edə bilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

37. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

38. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə

41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində ə ldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.

40. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətind ə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası ha qqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən s übut edilmir.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Mə hkəmə kollegiyası hərracın keçirilməsi barədə bildirişlərin iddiaçının yaşadığı yerə göndərilməməsi barədə dəlillə bağl qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişi n yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2244/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar