Məhkəmə qərarları › İş №2(102)-4592/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4592/2022

13.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4592/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4592/2022 Açar sözlər: Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan i barət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla maneənin aradan qaldırılması və torpaq sahəsinin çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1095/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli sərəncamı ilə İddiaçı ərizəsi nəzərə alınaraq Balaxanı qəsəbəsi, Yeni yaşayış massivi, H.Əliyev 86 ünvanında şəxsi mülk tikmək üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır.

2. X2 Komissiyası tərəfindən İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmasına dair 27 noyabr 2006-cı il tarixli torpaq sahəsinin eskiz planı tərtib edilmiş, həmin plana Balaxanı Bələdiyyəsinin möhürü vurulsa da, eskiz plan Bələdiyyə sədri tərəfindən imzalanmamışdır. 3. xx.xx.2007-ci il tarixli, 13 saylı Balaxanı Bələdiyyəsi üzvlərinin iclas protokoluna əsasən Cavabdeh1 Balaxanı Bələdiyyəsi 600 kv.m torpaq sahəsi ayrılması gündəliyə daxil edimişdir.

4. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 24 dekabr 2007-ci il tarixli, 554/07 nömrəl qərarı ilə Balaxanı Bələdiyyəsi fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi əlavə olu nmuş cizgi əsasında Cavabdeh1 ayrılmışdır.

5. X2 Komissiyası tərəfindən Cavabdeh1 600 kv.m torpaq sahəsi ayrılmasına dair eskiz planı verilmişdir. 6. xx.xx.2008-ciil tarixli qəbzə əsasən, Cavabdeh1 1056 manat məbləğində Balaxanı Bələdiyyəsinin hesabına torpaq haqqı ödəmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-352/2012 saylı, 01 may 2012-ci il tarixli qərarı ilə, torpaq sahəsindən istifadəyə görə qanunvericilik ilə müəyyən edilmiş vergi borcunun hansı üsulla ödənilməsi və tədiyyə bildirişinin İddiaçı təqdim edilməsi vəzifəsi Sabunçu rayon Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. 8. 06 fevral 2013-cü il tarixli qəbzə əsasən İddiaçı tərəfindən Balaxanı Bələdiyyəsinin hesabına 125/A xx.xx.2003-cü il tarixli sərancam əsasında 1480 manat torpaq vergisi ödənilmişdir.

9. Balaxanı Bələdiyyəsi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2018-ci il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh1 Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, (ərizənizdə xx.xx.2007-ci il kimi göstərilmişdir) 554/07 saylı qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin digər şəxsə aid olubolmamasının aydınlaşdırılmasına köməklik göstərilməsi barədə Balaxanı Bələdiyyəsinə ünvanlanmış ərizəyə baxılmış, ərizədə qaldırılmış məsələ ilə bağlı müvafiq araşdırmalar aparılmış və Bələdiyyədə saxlanılan arxiv sənədlərinə əsasən fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Cavabdeh1 ayrılmış torpaq sahəsinin başqa bir şəxsə verilib-verilməməsi barədə isə arxiv sənədl ərində hər hansı bir məlumat aşkar olunmamışdır. Araşdırma zamanı o da, məlum olmuşdur ki, torpaq sahəsindən istifadəyə görə İddiaçı adına tədiyyə bildirişinin verilməsi vəzifəsinin Balaxanı Bələdiyyəsinə həvalə edilməsi barədə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli Qərar qəbul edilmişdir. Bununla yanaşı, İddiaçı adına Balaxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə hər hansı bir Sərəncam, və yaxud Qərar verilməsi barədə Bələdiyyənin arxivində aşkar olunmamışdır.

10. İddiaçı Balaxanı Bələdiyyəsi tərəfindən 392 nömrəli xx.xx.2019-cu il tarixli tədiyyə bildirişi təqdim edilmişdir. 11. 06 avqust 2020-ci il tarixli qəbzə əsasən İddiaçı tərəfindən Balaxanı Bələdiyyəsinin hesabına 3.60 manat torpaq vergisi ödənilmişdir. İş üzrə qəbul edilmi ş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh1 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1988-ci ildə Ermənistan SSR-dən qaçqın kimi Azərbaycan SSR-də məskunlaşmışdır. Ailə tərkibinin sayının çox olması və yaşayış yerlərinin yaxşılaşdırması məqsədilə 2003-cü il tarixdə torpaq sahəsi ayrılması üçün Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə müraciət etmiş, müraciətinin nəticəsi kimi Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin 125/A saylı, 28 noyabr 2003-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, ünvan 2 ünvanda şəxsi ev tikmək üçün ona 600 kv.m torpaq sahəsi ayırmışdır. 2021-ci ilin əvvəlinə kimi o, istifadəsində olan torpağa qulluq etmiş, ağac əkmiş, torpaq vergisini ödəmiş və maddi imkanı düzələndən sonra müvafiq razılıqlar alıb fərdi yaşayış evi tikmək niyyətində olmuşdur. 2021-ci ildə özünü Cavabdeh1 adlı şəxs kimi təqdim edən, hazırkı iş üzrə cavabdeh onun 2003-cü il tarixdən sahiblik və istifadə etdiyi torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmaqdadır. Cavabdeh mübahisə edilən torpaq sahəsinin ona Bələdiyyə tərəfindən 2007-ci il tarixdə satıldığını qeyd etsə də, o, həmin şəxsi mübahisə edilən torpaq sahəsində bircə dəfə görmüşdür. Hazırda Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etmiş və onun torpaq sahəsi üzərində istifadə və sahibliyinə maneə yaratmaqdadır.

14. Məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-142 saylı, 19 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2003-cü il taqrixli 125/A nömrəli və xx.xx.2007-ci il tarixli 554/07 nömrəli qərarlarının X1 qeydiyyata alınıb-alınmaması barədə sorğuy a baxılaraq bildirilir ki, sorğuda göstərilən qərarlar X1 aşkar edilməmişdir.

15. Təqdim edilmiş Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-153 saylı, 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2003-cü il tarixdə qəbul olunmuş və həmin qanunun 6-cı maddəsinə əsasən mütləq təqdim olunmalı bələdiyyə aktları inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunur ki, Balaxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 nömrəli qərarı X1 aşkar edilməmişdir.

16. Təqdim edilmiş Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/5-216 saylı, xx.xx.2021-ci il tarixli Vəkil2 ünvanlanmış məktubundan görünür ki, bələdiyyələr tərəfindən göndər ilmiş ilk qərar (iclas protokolu) 2004-cü ilin may ayından qeydiyyata alınmışdır.

17. Təqdim edilmiş Balaxanı Bələdiyyəsinin sədri V.M.Səlimovanın məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 554-07 saylı Qərarı əsasında vətəndaş Cavabdeh1 alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış və bu barədə torpaq sahəsinin müvafiq eskiz planı tərtib edilmişdir. Vətəndaş Cavabdeh1 da xx.xx.2008-ci il tarixində 1056 (bir min əlli altı) manat (qeyd edilən Bələdiyyə Qərarına əsasən) Balaxanı Bələdiyyəsinin bank hesabına köçürmüşdür.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı vaxtı-vaxtında t orpaq sahəsinə dair vergiləri ödəmişdir. Lakin buna baxmayarq cavabdehlər əlbir olub həmin torpaq sahəsini hansısa maraqlar müqabilində Cavabdeh1 verməyə çalışmışlar. Əgər cavabdehlərin qeyd etdiyi kimi iddiaçıya verilmiş sərəncam qanunsuz və əsassızdırsa nəyə görə Simuzər xanım torpaq vergisini ödədiyi zaman Balaxanı Bələdiyəsi bundan imtina etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasın xahiş etdi və eyni zamanda Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu izhatını diqqət edilməsini, cavabdeh və bələdiyyə işçiləri vəzifə səlahiyyətlərdən suiistifadə və aşma halları mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tərkibinin əlamətləri aşkar olunduğu üçün bu barədə prokurora məlumat verilməsi barədə qərardad qəbul edilməs ini xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, İddiaçı Hüseyn qızının adına olan 125 nömrəli 28 noyabr 2003-cü il tarixli sərəncamın, bələdiyyədə qeydiyyatı və hüquqi əsası yoxdur. Haradan, necə əldə edilməsi bələdiyyəyə məlum deyil. Sərəncama əlavə edilmiş 27 noyabr 2006-cı ıl tarixli, (protokol nömrəsi məlum deyil) cizgidə Balaxanı Bələdiyyəsinin torpaq komissiyasının sədrinin imzası yoxdur. İddiaçı torpaq rüsumunu, bütün illər ərzində torpaq haqqını ödəməmişdir. Bundan başqa bələdiyyə torpaqları barədə qərar Bələdiyyə sədrinin Sərancamı əsasında deyil bələdiyyənin ümümi yığıncağı əsasında protokol tərtib edilir və bunun əsasında isə Bələdiyyə qərar qəbul edir.

20. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Bakı şəhəri Sabunçu rayon Balaxanı Bə lədiyyəsinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyək bildirmişdir ki, vətəndaş İddiaçı adına Balaxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə hər hansı bir Sərancam və ya Qərar üçün əsas olmuş səndələr Balaxanı Bələdiyyəsinin arxivində aşkar olunmamışdır. Eyni zamnada Balaxanı Bələdiyyəsi tərəfindən Sərancam, Qərar və icarə müqavilələri Milli Arxiv İdarəsinə verilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir Cavabdeh1 Balaxanı Bələdiyyəsinin xx.xx.2007-ci il taixli 554/07 saylı Qərarı əsasında fərdi yaşayış evinin tkintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış və bu torpaq sahəsinin müvafiq eksiz planı tərtib edilmişdir. Cavabdeh1 xx.xx.2008-ci ildə 1056 manat (qeyd edilən bələdiyyə qərarı əsasında) Balaxanı Bələdiyyəsinin bank hesabına birdəfəlik dövlət rüsumu ödəmişdi r. Cavabdeh1 torpaq sahəsinin ayrılması xx.xx.2007-ci il tarixli 13 saylı Balaxanı Bələdiyyəsi üzvlərinin iclas protokolunda öz əksini tapmışdır. Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü ehtimal olunan torpaq sahəsindən istifadəyə görə S.Abullayevanın adına tədiyyə bildirişinin verilməsi vəzifəsinin Balaxanı Bələdiyyəsinə həvalə edilməsi barədə iddiası əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2012-ci il tarixli qərar qəbul etmişdir.

21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4454/2021 nömrəli iş üzrə 30 sentybar 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi rədd edilmişdir.

22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bir torpaq sahəsi ilə bağlı inzibati orqan iki fərqli inzibati ak t qəbul etmişdir və hal-hazırda hər iki inzibati aktdan hansının qanunun tələblərinə uyğun olaraq qəbul edilməsi tərəflərin heç biri tərəfindən inzibati məhkəmədə mübahisləndirilməmiş və hər iki inzibati aktın hüquqi qüvvəsi mövcuddur. Belə olan halda hazırki iddia tələbi təmin edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 153.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 6.1, 6.2 və 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əs aslandırdığı apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin 06 iyun 2021-ci il tarixdə, saat 10:30-a təyin olunmuş məhkəmə baxış iclası zamanı izahatında qeyd etmişdir ki, "O, 2007ci ilin iyun ayında Balaxanı qəsəbəsi ərazisində torpaq sahəsi almaq niyyətində olmuş, bu məqsəd ilə orada olan maklerlər (rieltorlar) ilə torpaq sahələri barədə maraqlanmış, torpaq sahəsi onlarda qiyməti yüksək olduğu üçün Balaxanı Bələdiyyəsindən torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsəd ilə o, Balaxanı Bələdiyyəsinin o vaxtkı sədri Məmmədov ilə görüşərək, ondan torpaq sahəsi almaq istəmiş, bu məqsəd ilə Bələdiyyə sədrinə 10000,00 (on min) ABŞ dolları şəxsən ona verməklə və torpağın satış qiymətini isə banka köçürməklə həmin qəsəbədən 600,0 kv.m torpaq sahəsi almışdır. Məhkəmə bu hala qiymət verməmişdir.

26. Apellyasiya icraatı zamanı məhkəmənin 2(103)-1095/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mübahisəli 600 kv.m torpaq sahəsinin mülkiyyət növü, yəni dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olması və hansı şəxsin yaxud qurumun sahibliyində yaxud istifadəsində olduğu, kateqoriyası və təyinatı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsdən və 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınması qərara alınmış, qərardadın icrasının təmin olunması barədə 1 saylı Bakı Ərazi İdarəsinin 03 mart 2022-ci il tarixli məlumatında göstərilir ki, İdarənin elektron kadastr baza məlumatlarına ə sasən faktiki göstərilən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mübahisəli 600 kv.m torpaq sahəsi X4 Sovxozunun ərazisi daxilindədir. Torpaq sahəsinin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Eyni zamanda Bakı şəhəri üzrə Bələdiyyə torpaqlarının xəritə məlumatlarının təsdiq edilməsi məsələləri yekunlaşmadığı üçün İdarənin elektron kadastr bazasında sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması barədə məlumat yoxdur.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1095/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkə mə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş 03 mart 2022-ci il tarixli məlumatdan da təsdiq olunur ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə Bələdiyyənin mülkiyyətində yaxud sahibliyində və istifadəsində olmamışdır. Bu cür vəziyyətdə Balaxanı Bələdiyyəsinin mübahisəli torpaq sahəsini müxtəlif illərdə, əvvəlcə iddiaçıya, bundan bir neçə il sonra cavabdehə ayırmasının hüquqi əsası olmamışdır. Demək, istər iddiaçının, istərsə də cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ yarana bilməzdi. Torpaq sahəsinə hansısa hüquqları yaranmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq da yaranmamışdır.

29. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iddianın rədd olunması o demək deyil ki, Cavabdeh1 həmin torpaq sahəsinə hansısa hüquq u mövcuddur yaxud bu iddianın rədd olunması ona torpaq sahəsinə dair hansısa üstünlük yaxud imtiyaz verə bilər. Əlbətdə ki, cavabdehin də həmin torpaq sahəsi üzərində heç bir hüquqi mövcud deyildir. Ən azından həm də ona görə ki, Ədliyyə Nazirliyi X1 Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin Cavabdeh1 torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli 13 saylı qərarı aşkar edilməmişdir. Başqa sözlə Bələdiyyə tərəfindən cavabdehə qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilərdi.

30. Məhkəmə gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 6.1, 6.2, 6.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 65, 66.2, 67, 68, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə düzgün istinad etməsinə baxmayaraq işdə olan sənədlər ilə və işin halları ilə uzlaşdırmaqla maddi hüquq normasını səhv təfsir etmişdir. Birinci instansiya məhkəməsi cavabdehə verilən inzibati akta münasibətdə qeyd olunan maddi hüquq normasını tətbiq etmə mişdir. Bundan başqa, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 may 2012-ci il tarixli Qərarı məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haq qında” Azərbaycan Respublikasının Qanunu:

37. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

38. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

39. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquql arı və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

40. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaq Məcəlləs i:

41. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

42. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

43. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tut ulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

44. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

45. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməs i) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət və ya sahiblik hüququnu müdafiəsi ilə bağlı iddia irəli sürmək üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüquqnun olması və tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olması müəyyən edilməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

62. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

63. Baxılan işdə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halarına əsasən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, eləcə də başqa qanuni əsaslarla ona aid olması müəyyən edilməmişdir.

64. Belə olan halda iddiaçının hazırki iddi a tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. 65. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına məhkəmələrin qiymət verməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarla torpaq sahəsindən istifadəyə görə qanunvericilik ilə müəyyən edilmiş vergi borcunun hansı üsulla ödənilməsi və tədiyyə bildirişinin İddiaçı təqdim edilməsi vəzifəsi Sabunçu rayon Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmuşdur.

66. Bu isə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mənasına gəlməyə əsas vermir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüququn yaranması üçün əsas ola bilər. Lakin istinad edilən qərarda bu hal müəyyən edilmir.

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1095/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar