Məhkəmə qərarları › İş №2(102)-4593/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4593/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4593/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması barədə icra qeydi olduğuna görə iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə mülki işin icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı faiz və dəbbə pulunun silinməsi, əsas məbləğin ödənişlərə uyğun azaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-5288/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Borcalan İddiaçı ilə kreditor Cavabdeh BOKT MMC arasında xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə 25 faiz dərəcəsi ilə qaytarmaq şərti ilə 70000 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsindəki 7 saylı evin 211 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir.

2. Kreditorun tələbi ilə kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55437.83 manat əsas borc, 20765.64 manat faiz, 72.77 manat dəbbə pulu olmaqla, cəmi 76276.24 manat məbləğində pulun tutul ması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7, mənzil 211 nömrəli mənzilə yönəldilməsi barədə Bakı şəhəri 43 saylı Notariat kontoru tərəfindən xx.xx.2021-cü il tarixli icra qeydi verilmişdir.

3. İcra qeydi verildikdən sonra İddiaçı tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ödənişlər edilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh BOKT MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 970 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən sözügedən kredit müqaviləsi üzrə böyük məbləğlər ödənilmişdir. Sonuncu dəfə 2022-ci ilin dekabr ayında bir dəfəyə 34000 manat ödənilmişdir. MMC tərəfindən onun borcu düzgün hesablanmamışdır. İcra qeydi verilərkən də təqdim edilən hesabdan çıxarış düzgün hesablanmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-2921/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim S.C.Hacıyeva) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə məhkəmə qətnaməsi və notariat orqanlarının icra qeydləri - hər ikisi icra sənədi hesab edildiyindən, bununla da mövcud iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddia tələbi kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması ilə bağlıdır. Halbuki icra qeydindən görünür ki, öhdəliklə müəyyən edilmiş 970 saylı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55437.83 manat əsas borc, 20765.64 manat faiz, 72.77 manat dəbbə pulu olmaqla cəmi 76276.24 manat həcmində tələb üzrə tutma İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7, mənzil 211 saylı mənzilə yönəldilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, notariusun icra qeydinin mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında 76276.24 manat məbləğində borcun olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən isə icra qeydi üzrə icraat gedə-gedə onun ümumi borcunun hesablanması və onun tərəfindən edilən ödənişlərin mütənasib olaraq əsas, faiz və dəbbə pulundan silinməməsidir. Göründüyü kimi iş üzrə bir icra sənədi ola-ola, yenidən həmin məbləğ in mübahisələndirilməsi yolverilməzdir.

11. Məhkəmə hesab etmişdir ki, mülki iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş 320 manat dövlət rüsumu (qəbzin nömrəsi **********) geri qaytarılmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 114.1.4, 170.1, 261.0.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadından şikayət vermişdir.

14. Birinci instansiya məhkəməsinin e-2(011)-2921/2023 nömrəli iş üzrə 13 iyul 2023cü il tarixli qərardadı ilə (haki m S.C.Hacıyeva) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və MPM-nin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5288/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnam əsi və notariat orqanlarının icra qeydləri-hər ikisi icra sənədi hesab edildiyindən, bununla da mövcud iddia tələbinə məhkəmədə baxılmalı olmadığından birinci instansiya məhkəməsi məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hazırkı iş üzrə MPM-in 261.0.1-ci maddəsinə əsasən icraata xitam verməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti MPM-in 261.0.1 və “Notariat haqqında” Qanunun 76-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, tərəfind ən icra qeydi Nəsimi Rayon Məhkəməsində borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməsi tələbinin pozulması əsası ilə mübahisələndirilmiş və icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. Hazırkı mübahisələndirmə isə müqavilə üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun müəyyən edilməsi ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən ödənişlər edilən zaman icra qeydinin mövcudluğundan məlumatsız olmuş, ödənişləri MMC-nin hesabına ödənilməsi üçün MMCnin əməkdaşlarına göndərmişdir. Bu, borclunun icra qeydində göstərilən məbləğlərlə razılaşması anlamına gələ bilməz. Məhkəmə qərardadı əsaslandırarkən iş üzrə mövcud icra qeydinin olması halında yenidən həmin məbləğin mübahisələndirilməsinin yolverilməz olduğunu qeyd et mişdir. Lakin bu zaman nəzərə alınmır ki, qeyd edilən icra qeydinin verilməsi üçün əsas olmuş müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmamış və icra qeydində göstərilən məbləğ mübahisəli olmuşdur. Bununla əlaqədar məhkəməyə iddiaçı tərəfindən ödənilmiş pulların qəbzləri əlavə edilmişdir. Həmin qəbizlər üzrə ödənişlərə nəzər saldıqda isə borcun icra qeydində göstərilən həcmdə olması mümkünsüz olmuşdur. Məhkəmə işin mahiyyətini və tərəflərin qarşılıqlı münasibətlərini və ödənişləri araşdırmadan yalnız icra qeydinin mövcudluğunu əsas götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, notariusun icra qeydinin mövcud olduğu ədəvvüq) olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Halbuki, icra qeydinin məhkəmə qaydasında mübahisələndirilməsi “Notariat haqqında” Qanunun 76-cı maddəsi ilə müəyyən edilmişdir. Bu mübahisələndirmə icra qeydində olan məbləğlərin düzgün hesablanılmaması, mübahisəli olduğu səbəbi ilə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

21. Maddə 4.1. Bü tün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkə mə icraatı qaydasında baxılmalı deyildirsə;...

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasi ya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdaf iəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

34. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

36. Məhkəməyə müraciət etmək hüq uqunun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

37. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasıdır.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə gör ə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.

39. İş materiallarından göründüyü kimi, kreditorun tələbi ilə kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55437.83 manat əsas borc, 20765.64 manat faiz, 72.77 manat dəbbə pulu olmaqla, cəmi 76276.24 manat məbləğində pulun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7, mənzil 211 nömrəli mənzilə yönəldilməsi barədə Bakı şəhəri 43 saylı Notariat kontoru tərəfindən xx.xx.2021-cü il tarixli icra qeydi verilmişdir.

40. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının cavabdehlərə qarşı borcun tutulması barədə icra qeydinin ləğv olunması barədə iddia tələbi rədd olunmuşdur və həmin qətnamə qanuni qüvvəsini almışdır.

41. Q eyd edilməlidir ki, icra qeydi müqaviləyə əsaslanan öhdəliyin məcburi icrası üsuludur və öhdəliyin mübahisəsiz olduğu hallarda tətbiq edilir. İcra qeydi hüquqi təbiəti etibarilə müqavilə öhdəliyinin icra olunması ilə bağlı qəti vəzifə müəyyən edir. Bundan sonra yaranan fikir ayrılıqları icra sənədi olaraq icra qeydinin icrası məsələlərinə aid olmaqla, “İcra yaqqında” Qanunun təsiri altına düşür.

42. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnaməsi və notariat orqanlarının icra qeydləri-hər ikisi icra sənədi hesab edildiyindən, mövcud iddia tələbinə məhkəmədə baxılmalı deyildir.

43. Kassatorun «... qeyd edilən icra qeydinin verilməsi üçün əsas olmuş müqavilə üzrə iddiaçı tərəfindən ödənilm iş məbləğlər nəzərə alınmamış və icra qeydində göstərilən məbləğ mübahisəli olmuşdur. Bununla əlaqədar məhkəməyə iddiaçı tərəfindən ödənilmiş pulların qəbzləri əlavə edilmişdir. Həmin qəbizlər üzrə ödənişlərə nəzər saldıqda isə borcun icra qeydində göstərilən həcmdə olması mümkünsüz olmuşdur.... İcra qeydinin məhkəmə qaydasında mübahisələndirilməsi “Notariat haqqında” Qanunun 76-cı maddəsi ilə müəyyən edilmişdir. Bu mübahisələndirmə icra qeydində olan məbləğlərin düzgün hesablanılmaması, mübahisəli olduğu səbəbi ilə verilmişdir» dəlilləri, hazırda baxılan iş üzrə fərqli nəticəyə gəlməyə, qərardadın ləğvinə əsas vermir.

44. Çünki borcun düzgün hesablanmaması ilə bağlı dəlillər İddiaçı Cavabdeh BOKT MMC və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə da ir mülki işdə də irəli sürülmüşdü. Həmin iş üzrə apelyasiya şikayətində İddiaçı qeyd etmişdi ki, «Tələbkarın icra qeydi alınması üçün notariusa təqdim etdiyi sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmir». Kassasiya şikayətində isə qeyd etmişdi ki, «Tələbkar tərəfindən faizlər və peniya düzgün hesablanılmamışdır. Bu xüsusatın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olmuş, lakin məhkəmələr müvafiq ekspertizanı təyin etmədən hesablamanın düzgün olduğu qənaətinə gəlmişlər».

45. İddiaçı həmin dəlilləri isə qeyd olunan tələb üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5128/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-233/2023 nömrəli, xx.xx.2023-cü i l tarixli qərarı ilə rədd olunmuşdur. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də hazırki iş üzrə borcun düzgün hesablanmadığı barədə kassasiya dəlillərinə qiymət verilmir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə (borcun düzgün hesablanmaması və s.) əlaqədardır ki, həmin hall ar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5288/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar