Məhkəmə qərarları › İş №2(102)-46/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-46/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-46/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-747/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı kredit müqaviləşinin surətindən görünür ki, borc a!ana 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 80000 manat məbləğində kredit verilmiş, borc alan isə bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri cədvəl üzrə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı İpoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, ya şayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ünvanda yaşayan Ağayev Misir İsmi oğlunun, X2, X3 və X5 fərdi yaşayış evinin ipotekaya qoyulmasına və tutma yönəldikdə evdən çıxmağa razılıqları notariat qaydasında təsdiqlənərək ipoteka müqaviləsinə əlavə edilmişdir.

3. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır 4. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqı nda bildiriş xx.xx.2017-ci il tarixdə ipotekaqoyana göndərilmiş, qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı tərəfindən 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəbilmişdir. 5. “xxxx” ASC-nin maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixə Cavabdeh xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı saylı kredit müqaviləsi üzrə borcu 33391,61 manat əsas, 1759,45 manat faiz, 5000 manat cərimə, əldən çıxmış fayda qismində 3745,93 manat olmaqla, cəmi 43,896,99 manat təşkil edir. 6. 13.07.2018-ci il tarixli, 15324 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixə Cavabdeh “xxxx” ASC-yə olan borcu 19782,22 ABŞ dolları məbləğində müəyyən edilmişdir,o cümlədən: - əsas borc —33391,61 manat; - faiz borcu --1759,45 manat. 7. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 0466/19/MUB saylı hesabatına əsasən ipoteka predmeti olan Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi 240000 manat məbləğində qiymətləndirilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 33391,61 manat, faiz borcu üzrə 1759,45 manat, dəbbə pulu üzrə 5000 manat, əldən çıxmış fayda qismində 3745,93 manat olmaqla, cəmi 43,896,99 manat məbləğində borcun, qiymətləndirici şirkətə ödənilən 354 manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişinin qeydə alınması üçün-çəkilən 30 manat məbləğində xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması; tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv m yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boş aldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

9. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı kredit müqaviləsinə əsasən borc a!ana 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 80000 manat məbləğində kredit verilmiş, borc alan isə bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri cədvəl üzrə borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yar dımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin, kredit müqaviləsinin müddəaları pozularaq öhdəliklər icra edilməmişdir.

10. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli 2(011)-214/2019 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il tarixli, 4577/KTN saylı kredit müqaviləsinə əsasən 33391,61 manat əsas, 1759,45 manat faiz, 100 manat cərimə, olmaqla, cəmi 35251,06 (otuz beş min iki yüz əlli bir manat altı qəpik) manat borc, 354 (üç yüz əlli dörd) manat qiymətləndirici şirkətə ödənilmiş pul vəsaiti və ödənilmiş məhkəmə xərclərinin 48 (qırx səkkiz) manat hissəsi tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutma ipoteka predmet i olan, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 240000 (iki yüz qırx min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 275.5 kv.m, yaşayış sahəsi 110.3 kv.m, yardımçı sahəsi 165.2 kv.m olan 273 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdı r ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı Bank öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Cavabdeh iddiaçı “xxxx” ASC-yə xx.xx.2012- ci il tarixli, 4577/KTN saylı kredit müqaviləsi üzrə 33391,61 manat əsas və 1759,45 manat faiz borcunun qalması, borcun ipoteka ilə təmin olunması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən 354 manat ödənilməsi müəyyən olunmuşdur.

12. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin borc məbləği və 354 manat qiymətləndirici şirkətə ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir.

13. Birinci instansiya məhk əməsi tələbin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, 5000 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 100 manat məbləğinədək azaldılmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307, 319, 385.1, 386.1, 425.1., 427.3, 442, 445.1, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 34, 39.1, 39.3.3, 59.3, 59.3.1-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-747/2020 nömrəli iş üzrə xx xxxxxx 2 020-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehdən tutulan əsas borca hesablanmış faiz borcu hissəsində və əldən çıxmış fayda qismində 3745,93 manat tutulmasının rədd edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddialar qismən təmin olunaraq, Cavabdeh əsas borca hesablanmış faiz borcunun məbləği 331.65 manat müəyyən edilsin. Cavabdehdən iddiaçı bankın xeyrinə gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz hesablanmaqla 1251.9 (min iki yüz əlli bir manat doqquz qəpik) manat pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya sı məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Borclu kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində, bu müddət başa çatdıqdan sonra da borcu ödəməmiş, müqavilə ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməklə borcun ödənilməsini gecikdirmişdir. Məhkəmə kollegiyası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, gecikdirilmiş vaxt üçün beş faiz pulun tutulması qənaətinə gələrərk, iddiaçı müqavilə müddətinin bitdiyi tarixdən (xx xxxx 2017-ci il) məhkəməyə müraciət edildiyi tarixədək (xx.xx.2018-ci il) gecikməyə, yəni 9 aya görə əsas borcdan faiz tələb edir. Tutulmalı olan 33391,61 manat əsas borcun 5 %-i 1 669,6 manat, bu məbləği bir ilə böldükdə 139.1 manat təşkil edir. Həmin məbləği 9 aya vurduqda isə 1251.9 manat olduğu müəyyən olunur. Kassasiya şikayətini n və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

26. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

27. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

28. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

29. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgü zar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

30. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

31. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443)

32. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

33. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil ol an öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

34. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda əhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449)

35. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. (maddə 449.2)

36. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticə sində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. (maddə 449.3)

37. Həmin Məcəllənin maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. D əbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 449.4) “İpoteka haqqında” Qanun

38. Borclu əsas öhdəliyini icra et6mədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilə kimi qüvvədə olan 34-cü maddə)

39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. (xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilə kimi qüvvədə olan 39.1-ci maddə )

40. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiri cinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)

41. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. (maddə 59.3.1) Mülki Prossesual Məcəllə

42. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

43. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

45. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-747/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar