Məhkəmə qərarları › İş №2(102)-460/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-460/2018

18.01.2018 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-460/2018 18.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-460/2018 Bakı şəhəri 18 yanvar 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Abdullayev İkram Yusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərardadından x1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov, iş 2(003)-3502/2017) x1 x2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası və x3 x4 və qeyrilərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev, R.Ə.Qurbanov iş 2(103)-11638/2017) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsindən x4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması qərar alınmışdır. Həmin qərardaddan ilkin iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edili b apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələblərini pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhk əməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və bununla da ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə i lə razılaşmaq olmaz. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında qaimədən görünür ki, iddiaçının nümayəndəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsinin surətini 09.08.2017-ci il tarixdə rəsmi qaydada almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçının apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət 09.09.2017-ci il tarixdə bitmişdir. Həmin Məcəllənin prosessual müddətlərin qurtarması əsaslarını müəyyən edən 129-cu maddəsinin tələblərinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Qeyri-iş günü dedikdə, əmək qanunvericiliyinə uyğun olaraq həftələrarası istirahət günləri (şənbə və bazar günləri), habelə işin iş günü hesab edilməyən bayram günləri nəzərdə tutulur. Prosessual müddətin son günü-09 avqust 2017-ci il həftənin şənbə günü, yəni qeyri-iş günü olmaqla ondan sonrakı iş günü kimi 11.09.2017-ci il hesab edilir. Apellyasiya məhkəməsi işin qeyd olunan halına düzgün hüquqi qiymət verməməklə prosessual müddət ötürüldüyündən və bərpası üçün vəsatət verilmədiyindən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə nəticəyə gəlməklə prosessual müddətlərin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar