Məhkəmə qərarları › İş №2(102)-4605/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4605/2020

29.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4605/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxnın cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, ştatın ixtisar olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdehin vəkili xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3220/2020 nömrəli qətnaməsindən iddiaçı xxx və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış xx xxxxxxxx 2019-cu il tarixli, 398 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və ona vurulmuş zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx x xxxxx 2019-cu il tarixli, 2(006)6486/2019 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3220/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) iddiaçı xxxnın apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6486/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xxx və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)-3220/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏ FLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işin halları ətraflı araşdırılmamış, təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, işəgötürənin əmri düzgün əsaslandırılmamış, əmrin çıxarılmasına əsas kimi göstərilmiş bildirişlərdən xx xxxx 2019-cu il tarixli bildiriş iddiaçıya verilməmişdir. İlk bildirişdən sonra iddiaçıya başqa vəzifəyə keçmək təklif olunmuş və o, həmin təkliflə razılaşmışdır. İşəgötürən həmin təkliflə iddiaçını işdən azad etmək istəmədiyi təəssüratı yaradaraq, onu qanunvericiliklə verilmiş yeni iş axtarmaq hüququnu məhdudlaşdırmışdır. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlilləri ni müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili xxx kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquq i qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının tələbləri təmin edilmədiyindən və onun tərəfindən apelyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qə tnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxx” MMC və xxx arasında xx xxxxxxx 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. “xxxx” MMC-də struktur dəyişikliyi edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 808 saylı əmri ilə Şəbəkə Texnologiyaları İdarəsinin Əsas Şəbəkə Şöbəsinin Şəbəkə Əməliyyatları Mərkəzi bölməsində Xidmət keyfiyyətinin demarkasiyası və hesabat üzrə qrup rəhbəri bir ştat vahidi ixtisar edilmişdir. İşəgötürənin iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli bildirişlə sonuncu tutduğu vəzifənin xx xxxx 2019-cu il tarixdən etibarən ixtisara salınacağı və bununla əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsas ən doqquz həftəlik xəbərdarlıq müddəti ərzində iş axtarmağına imkan yaradılması məqsədi ilə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad ediləcəyi barədə xəbərdar olunmuşdur. xxx imza etməklə bildirişlə tanış olmuşdur. xxxin “xxxx” MMC-nin baş icraçı direktoru xxxna ünvanladığı ərizələrə əsasən o, xəbərdarlıq müddəti ərzində yanvar, fevral, mart aylarının hər iş həftəsinin çərşənbə günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad edilmişdir. “xxxx” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli 398 nömrəli əmri ilə MMC-nin Şəbəkə Texnologiyaları İdarəsinin Xidmət keyfiyyətinin demarkasiyası və hesabat üzrə qrup rəhbəri xxx ilə bağlanmış həmin əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikas Əmək Məcəlləsin in 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi ilə) xitam verilmiş və işçi tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçilərin sayının azaldığı və ya ştatların ixtisar zamanı qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Apelyasiya şikayətinin elektron poçt vasitəsilə yazışma əsasında ona başqa iş təklifinin olunmasına dair hazırki kassasiya şikayətinin dəlillərinə uyğun olan iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə həmin məhkəmə qeyd etmişdir ki, həmin yazışmalar hansısa bir işçi tərəfindən aparılmış, rəsmi şəkildə icra olunmamış və iddiaçının işləmiş olduğu müəssisənin rəhbərliyi ilə hər hansı əlaqəsi olmamışdır. İddia tələbinin zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə hüquqi qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya məhkəməsinə, nə də ki apelyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xi tam verilməsinin əsasları həmin maddənin ikinci hissəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Məcəllənin 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi i lə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada tutduğu ştatın ixtisarı barədə vaxtında məlumatlandırılmasını özü də mübahisələndirmir. Belə olan halda, cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi sonuncu bildirişin ona faktiki verilib-verilməməsi əhəmiyyət kəsb etmir. Digər tərəfdən iddiaçının özünün imzaladığı ərizələrdən müəyyən olunur ki, o, iki aylıq xəbərdarlıq müddəti ərzində iş axtarması üçün hər həftənin bir iş günü ərzində əmək funksiyasının icrasından azad edilmi şdir. O, həmin müddət ərzində cavabdeh təşkilatın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən başqa işin təklif edilməsinə dair sübutları təqdim etməmişdir. Belə olan halda, iddiaçının yeni iş axtarmaq hüququnu məhdudlaşdırdığına dair kassasiya şikayətinin dəlili də əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin d əlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3220/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar