Məhkəmə qərarları › İş №2(102)-4608/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4608/2021

21.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4608/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əşyalarının geri qaytarılması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 Ələsgər qızının, Cavabdeh2 və vəkili Abbasova Nuriyyə Rasim qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-531/2021 nömrəli, 09.02.2021-ci il tari xli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflər nikah münasibətlərində olmuşlar. Nikaha daxil olan zaman İddiaçı cehiz əmlak olaraq yataq və qonaq dəsti, ümumi dəyəri 700 manat civarında olan qab-qacaq dəstləri və qızıl-zinət əşyaları gətirmişdir. Ailə münasibətləri pozulduqdan sonra əmlakların qaytarılması ilə bağlı hazırkı mübahisə başlanmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 1 ədəd sep, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 dəst sırğanı n alınaraq ona qaytarılması və ya həmin qızıl əşyaları mövcud olmadıqda onların ümumi dəyəri 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutulması, yararsız vəziyyətə salınmış qonaq dəstinin (1 ədəd kamod, 1 ədəd qorka, 1 ədəd stol, 6 ədəd stul və TV altlığı) ümumi dəyəri 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin, sındırılmış qab-qacaq dəstlərinin ümumi dəyəri 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin, cəmi 5800 (beş min səkkiz yüz) manat pul vəsaitinin və 30 (otuz) manat ödədiyi dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı cavabdehlə 10.08.2018-ci il tarixdə el adəti ilə toy edilərək ailə qurmular. Cavabdeh ailə qurduqdan sonra nikahı rəsmiləşdirməkdən imtina etmiş və faktiki nikahdan 29. 05.2019- cu il tarixdə X1 anadan olmuşdur. Ailə quran zaman ona qiyməti 1800 manat dəyəri olan yataq dəsti (dolab, taxt, termo və iki ədəd tumba), 2100 manat dəyərində qonaq dəsti (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd stol, 6 ədəd stul və TV altlığı) və 70 manat dəyərində 1 ədəd dolça, 45 manat dəyərində 2 ədəd meyvə qabı, 40 manat dəyərində şirniyyat qabı, 300 manat dəyərində nahar dəsti, 20 manat dəyərində 6 ədəd fincan, 30 manat dəyərində 4 ədəd qənd qabı, 150 manat dəyərində 4 ədəd kampot qabları olmaqla ümumi dəyəri 700 manat dəyərində qab-qacaqlar verilmişdir. Bunlardan başqa 3000 manat dəyərində 1 ədəd sep, bir ədəd üzük, bir ədəd bilərzik və 1 ədəd sırğa olmaqla qızıl-zinət əşyaları toy zamanı hədiyyə şəklində ona verilmişdir. Cavabdehlə iddiaçının əvvəllər bir müddət mehriban ailə k imi yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və onlar artıq birlikdə yaşamırlar. Qeyd edilən cehiz və qızıl-zinət əşyalarının verilməsini toy şənliyində çəkilmiş video və fotoşəkillər də təsdiq edir. Həmçinin iddiaçı aldığı mebelin dəyəri barədə “Sarixanoğlu” mebel evinin qaiməsini də iddia ərizəsinə əlavə etmişdir. Hal-hazırda iddiaçı ilə Cavabdeh1 ayrılmış və cavabdehlər ona məsus cehiz əşyalarını sındırmış və yararsız hala salmışlar. 2019-cu ilin mart ayında cavabdehlər heç bir əsaslı səbəb olmadan mübahisə yaratmış və onu mənzildən zorla çıxarmışlar. O, cehiz və qızıl-zinət əşyalarının verilməsini tələb etmək üçün evə gəldikdə ona məxsus mebel və qab-qacaq dəstinə baxış keçirilərkən məlum olmuşdur ki, mebel dəsti və qab-qacaqlar cavabdehlər tərəfindən sındırılaraq yarar sız hala salınmışdır. O, mənzildən məcburi çıxarılarkən qızıl-zinət əşyaları cavabdehlərə məxsus evdə qalmışdır. İddiaçı özünə məxsus cehiz əmlaklarından yararlı olanları, yəni qiyməti 1800 manat olan yataq dəstini (dolab, taxt, termo və iki ədəd tumba) cavabdehlərin evindən aparmışdır. İddiaçı qızıl-zinət əşyalarının verilməsini tələb etsə də cavabdehlər bunları verməkdən imtina etmişlər. Cavabdehlər bildirmişlər ki, sındırılmış və yararsız hala salınmış cehiz əşyalarını təmir etdirib və ya yenisini alıb ona qaytaracaqlar. Qızıl-zinət əşyalarını isə ehtiyacları olduğu üçün satmışlar. Bu barədə Suraxanı Rayon Polis İdarəsinə şikayət edilmiş və cavabdeh qeyd edilənləri etiraf etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1019/2020 saylı 12 iyun 2020-ci il tarixli qətnaməsi i lə (hakim. T.Mahmudova) iddia qismən təmin edilmiş, sındırılmış qab-qacaq dəstlərinin ümumi dəyəri olan 700 (yeddi yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,62 (üç manat altmış iki qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulmuş, ödənilmiş dövlət rüsumunun qalan 26,38 (iyirmi altı manat otuz səkkiz qəpik) manat hissəsi iddiaçı X2 özünə aid edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 157.1, 157.2; Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə uyğun əsaslandırmışdır.

6. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.02.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2(103)-531/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1019/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş; İddia tələbi təmin edilməyən hissədə qismən təmin edilmiş; 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 dəst sırğanın dəyəri 2.000 manat Cavabdeh2 tutularaq, İddiaçı ödənilmiş; Mebel dəstinin bazar dəyəri 2070 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilmiş; Ödə nilmiş dövlət rüsumu 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilmiş; Məhkəmə ekspertizasının dəyəri 100 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 157.1, 157.2, 225.2; Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə uyğun əsaslandırmışdır.

9. Cavabdeh2 tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kasasi ya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. 10. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və vəkili Abbasova Nuriyyə Rasim qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 Ələsgər qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin tə min edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: Maddə.

13. Hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə.

29. Hissələr. l və İİ. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 15.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə. 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilm iş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə. 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Аzərbаycаn Rеspublikаsının Аilə Məcəlləsi: Maddə 34.1. Nikаhа dахil оlаnаdək оnlаrа məхsus оlаn əmlаk, hаbеlə nikаh dövründə hədiyyə şəklində və yа vər əsəlik qаydаsındа, digər əvəzsiz əqdlər üzrə əldə еtdikləri əmlаk ər-аrvаdın hər birinin аyrıcа mülkiyyətindədir. (ər-аrvаdın hər birinin əmlаklаrıdır).

22. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir apellyasiya instansiya məhkəməsi mbahisə ilə bağlı düzgün qənaətə gəlmişdir.

30. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər 10.08.2018-ci il tarixdə el adəti ilə toy edilərək ailə qurmuşlar. Cavabdeh ailə qurduqdan sonra nikahı rəsmiləşdirməkdən imtina etmiş və faktiki nikahdan 29.05.2019- cu il tarixdə X1 anadan olmuşdur. Sarixanoğlu mebel evi Elektroneks tərəfindən 25.08.2018-ci il tarixdə verilmiş 000325 nömrəli qaimə ilə təsdiq olunur ki, Nümayəndə yataq və qonaq mebel dəsti almışdır. “Laçın” Ticarət Mərkəzi tərəfindən qeyd edilmiş məlumatlarla təsdiq olunur ki, Cavabdeh2 22.02.2019-cu il tarixdə tarixdə qarnitur dəstini (15,1 qr) 585 əyar (sep klon, sırğa, üzük və qolbaq - hamısı birlikdə 15,1 qr) 550 manat satıb (sirkon qaşlı).

31. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsindən götürülmüş sənədlərlə təsdiq olunur ki, Nümayəndə qızına məxsus əşyaların keçmiş həyat yoldaşının evindən götürmək istəməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. 14.05.2019-cu il tarixli Nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, hazırda qızına məxsus cehizlər Sənanın evində olduğu üçün yataq dəstini götürmüşlər. Lakin qonaq dəsti və qab-qacaq sındırılmışdır. Sənan onlara sı ndırdığı əşyaların pulunu, yəni 2800 manatı verəcəyinə söz versə də qaytarmır. Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, 13.05.2019-cu il tarixdə həyat yoldaşı ilə aralarında ailə münaqişəsi olduğuna görə əsəbləşərək evdə qonaq otağı dəstinin rəfinin şüşəsini sındırmışdır. Sonradan qaynatası Rasim verdiyi bütün cehizləri gəlib aparmış, ancaq qonaq otağında olan mebelləri qəbul etməmişdir. O isə onlara ya təmir etdirib verəcəyini, ya da mülki qaydada məhkəmənin qəbul edəcəyi qərarı yerinə yetirəcəyini bildirmişdir. Hal-hazırda o, həmin qonaq otağının sınmış hissələrini təmir etdirmişdir, istənilən vaxt gəlib apara bilərlər. Ancaq qaynatası Rasim həmin mebelləri aparmaq istəmir və onun müqabilində ondan 2800 manat pul tələb edir. Onun da hal-hazırda həmin məbləği ödəməyə maddi imkan ı yoxdur.

32. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, mübahisəsiz 1 ədəd sep, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 dəst sırğanın iddiaçıya hədiyyə kimi verilməsi iş materialları ilə, həm də tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Kollegiya qeyd olunan zinyət əşyalarının iddiaçının razılığı ilə satılmasına münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında həmin qızılları tərəflərin razılığı ilə satdığını bildirmişdir.

33. İşə baxılan zaman birinci instansiya məhkəməsi hesab etmişdir ki, qızılzinyət əşyaları satılan zaman, yəni, 22.02.2019-cu il tarixdə tərəflərin faktiki olaraq ayrılmaması, həmin qızılların İddiaçı ilə Cavabdeh1 öz razılığı ilə satılması ehtimalını artırır. Kollegiya hesab etmişdir k i, birinci instansiya məhkəməsinin bu mövqeyi ehtimala əsaslanır. Lakin, dəlillərin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Belə olan halda iddia tələbinin qeyd olun hissəsinin şübhələr əsasında təmin edilməməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh2 mübahisəli qızıl-zinyət əşyalarını iddiaçının 29. razılığı ilə satılmasına istinad etsə də, həmin halları təstiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirmişdir ki, mübahisəli qızıl-zinyət əşyalarını iddiaçının onu məcbur etməsi nəticəsində satmışdır.

34. İddiaçının məcburetmə hərəkətlərinin nədən ibarət olması və səbəbi cavabdeh tərəfindən izah edilməmişdir. Məhkəmə baxışı zamanı kollegiya tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünas lıq ekspertizasının nəticələrinə dair "xxxx" MMC-nin ƏEM/O 65-596/20 saylı 29.10.2020-ci il tarixli rəyinə əsasən, qızıl komplekt dəstinin bazar dəyəri – 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd qızıl üzük və 1 dəst sırğadan ibarətdir, çəkisi 25-28 qr. əyar 585: sirkon daşla dəyəri 2.000-2.200 manat; qiymətli daş olduqda 2.700-2.900 manat təşkil edir. 1 ədəd qızıl üzük çəkisi 4-5 qr. əyar 585: 380-400 manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, qızıl-zinyət əşyalarının qiymətli daşlarla olması sübut edilmədiyindən qızıl komplekt dəstinin – 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd qızıl üzük və 1 dəst sırğanın dəyəri 2.000 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməldir.

35. Kollegiya həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq e kspertizasının rəyində bazar dəyəri: 380-400 manat, çəkisi 4-5 qram, 585 əyarlı 1 ədəd qızıl üzük də tədqiq edilmişdir. Lakin, tədqiq edilmiş bu üzük iddia tələbinin predmetinə aid edilmədiyindən Kollegiya tərəfindən həmin üzük əşyası ilə bağlı hüquqi qiymət verilməmişdir. Kollegiya iddia tələbinin qonaq dəstinə aid hissəsi ilə bağlı qeyd etmişdir ki, qonaq dəstinin hazırkı dəyəri təmir edildikdən sonra 450 manat müəyyən edilir. Lakin, iddiaçı tərəfindən həmin dəst 2100 manata alınmışdır. Dəstin halhazırkı vəziyyətinin ekspert rəyinə və foto-şəkillər ilə müəyyən edilir ki, qonaq dəsti ümumilikdə təmir-bərpa edilmişdir, qorkanın qapıları tərsinə bərkidilib, kamotun güzgüsü üzərində naxış-bəzəyi olsa da, sonradan sadə güzgü ilə əvəz edilmişdir. Digər mebellərdə eyni qaydada təmir-bərpa işlər inin izləri müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən sındırılmış mebellər ekspert rəyinə əsasən, istifadəyə yararlı vəziyyətə gətirilsə də, kollegiya hesab etmişdir ki, həmin mebel dəstinin bazar dəyəri ekspert rəyinə uyğun məbləğdə, yəni 2070 manat məbləğində pul Cavabdeh1 tutulmalıdır.

36. Məhkəmə kollegiyası sübutların dəyərləndirilməsi ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmsin məhkəmə təqdim edilmiş sübutlara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. O cümlədən, sübutların mötəbərliliyi, qəbul edilənliyi ilə bağlı düzgün qiymətləndirmə aparmışdır.

37. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci mad dəsi).

38. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-531/2021 nömrəli, 09.02.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar