Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4616/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-xx/18) iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xx 2014-cü il tarixli, 24-G-1-0-883-14 kredit müqaviləsinin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh1 32210,98 (otuz iki min iki yüz on dollar doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 16149,90 (on altı min yüz qırx doqquz dollar doxsan sent) ABŞ dolları faiz, 400,53 (dörd yüz dollar əlli üç sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 48761,41 (qırx səkkiz min yeddi yüz altmış bir dollar qırx bir sent) ABŞ dolları məbləğində pulun məzənnə üzrə Azərbaycan manatı ilə tutulması, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, EV1, mənzilin ilkin satış qiyməti 86000 (səksən altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən “xxxx” İKB ASC-yə olan borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova, iş № 2(103)-2991/19) Cavabdeh1 tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 16.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 32210,98 ABŞ dolları əsas, 16583,67 ABŞ dolları faiz, 400,53 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 49195,18 ABŞ dol ları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, EV2, həmin mənzilin açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, borc ipoteka predmetinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nun və Cavabdeh4 qeyd edilən ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3n un və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış 16.12.2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və vəkili Z.Musayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili O.Abbasov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahi ş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkili O.Abbasovun, avabdeh Cavabdeh1 və vəkili Z.Musayevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının iş üzrə xx xx2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh1 ilə iddiaçı “xxxx” İKB ASC-nin 12 saylı filialı arasında 16.12.2014-cü il tarixli, 24-G-1-0-883-14 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 25% olmaqla, 39700 ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh1 ilə iddiaçı “xxxx” İKB ASC-nin 12 saylı filialı arasında 16.12.2014-cü il tarixli kredit müqaviləsinə 28.08.2015-ci il tarixli əlavədən görünür ki, kredit müqaviləsinin müddəti 30.04.2019-cu il tarixinə qədər uzadılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında 16.12.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Bakı şəhəri,EV2 ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. Bildirişin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 02.11.2017-ci il tarixdə qeydə alınmışdır. “xxxx” İKB müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə istinad edərək 01.02.2018-ci il tarixdə məhkəmədə hazırkı iş üzrə iddianı qaldırmışdır. İddi açının tələbi kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. Arayışa əsasən Cavabdeh1 09.01.2018-ci il tarixə 32210,98 ABŞ dolları əsas borcu, 16583,67 ABŞ dolları faiz borcu, 400,53 ABŞ dolları cərimə üzrə borcu olmaqla, ümumilikdə 49195,18 ABŞ dolları məbləğində kredit borcu vardır. İddiaçı “xxxx” İKB ASC tərəfindən cavabdehə borcun ödənilməsinə dair və 26.10.2017-ci il tarixdə ipoteka predmetinə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan 96 saylı MKİS tərəfindən 24.11.2014-cü il tarixdə verilmiş Forma 2 arayışının surətindən görünür ki, cavabdehlər ünvan 1, mənzil 59-da qeydiyyatdadırlar. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx ” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən, 59 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə G-04/18-125 saylı, 26.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 86 000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 10127 saylı, 09.10.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 “xxxx” İKB-dən alınmış kredit vəsaiti üzrə 09.01.2018-ci il tarixə banka faiz borcu 16149,9 ABŞ dolları məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 739.1, 739.2, 442, 445, 448-ci və s. maddələrini rəhbər tutaraq iddianı qismən təmin etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmuş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirm işdir. Apellyasiya instansiyası məhkəməsi borcun düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert tərəfindən aparılmış hesablama üzrə cavabdehdən 16149,90 ABŞ dolları faiz və iddia tələbi üzrə 32210,98 ABŞ dolları əsas, 400,53 ABŞ dolları cərimə tutmaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdik ləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən h issədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx2019-cu il tarixli, 2(103)-XX/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4616/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4616/2019
14.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver