Məhkəmə qərarları › İş №2(102)-4622/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4622/2022

13.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4622/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) 13.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-632/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında nisyə meyvə alğı-satqısından irəli gələn münasibətlər yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20550 manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin noyabr-dekabr aylarında 20550 manat məbləğində nisyə xurma meyvəsi satmışdır. Cavabdeh 2020-ci ilin avqust ayınadək xurma meyvəsinin pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin pulu bu günədək qaytarmamışdır. Aralarında olan razılıq pozulduğundan qalan 20550 manat borcunu qaytarmağı cavabdehdən tələb etmiş, cavab olaraq cavabdeh bildirdimişdir ki, borcunu qaytaracaqdır. Lakin kecən müddət ərzində cavabdeh borcunu qaytarmamışdır.

4. İddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh tərəfindən yazıldığı iddia edilən xx.xx.2020-ci il tarixli qəbzdə cavabdehin İddiaçı 20.550 manat borclu olduğu qeyd edilmişdir.

5. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında və məhkəməyə göndərdiyi yazılı ərizəsində bildirmişdir ki, iddiaçıdan 2019-cu ilin noyabr ayının axırlarında 20.550 manat dəyərində xurma meyvəsini nisyə alıb, həmin pulu 2021-ci ilin iyun ayında ödəyəcəyini öhdəsinə götürmüşdür. Maddi imkanı olmadığından iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçıya olan 20.550 manat pulu ödəyəcəkdir.

6. Göyçay Rayon Məhkəməsinin 2(046)-1315/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş dur.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 2019-cu ilin noyabr ayında dəyəri 20550 manat olan xurma meyvəsini nisyə satmış, cavadbeh həmin pulu 2021-ci ilin iyun ayında iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh keçən müddət ərzində qeyd edilən pulu iddiaçıya qaytarmamışdır. 20.550 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir.

8. Məhkəmə öz mövqeyini Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 442, 157.2 və 600.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddia çının ona 2019-cu ilin noyabr-dekabr aylarında 20550 manat məbləğində nisyə xurma meyvəsi satması barədə heç bir sübut yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Məcəllənin 600.1-ci maddəsi düzgün tətbiq edilməmişdir.

11. İşə birinci instansiya məhkəməsində baxılarkən şifahi vəsatətinə əsasən dəvət edilməli olan şahidlərin iştirakı təmin edilməmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-632/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Günay Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şifah i nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır Cavabdeh də həmin halı etiraf etmişdir.

14. Mübahisəli məsələ cavabdehin iddiaçıya olan borcun məbləğidir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıdan həqiqətən 42500 manat dəyərində meyvə almasını, lakin qalıq borcunun 20550 manat olmasını göstərmişdir. Belə olan halda, işin faktiki hallarını araşdırmaqla borcun qalmamasını və bütünlüklə qaytarılmasının sübut edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış nisyə alğısatqı müqaviləsinin şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdü yü öhdəlikləri vaxtında icra etməmiş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır.

16. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, iş materiallarının 2-ci səhifəsindəki, xx.xx.2020-ci il tarixli yazılı qəbzdən görünür ki, cavabdeh iddiaçıya 20550 manat borclu olduğunu bildirmişdir. Digər tərəfdən cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddiaçıdan 2019-cu ilin noyabr ayının axırlarında 20550 manat dəyərində xurma meyvəsini nisyə aldığını, həmin pulu 2021-ci ilin iyun ayında ödəyəcəyini öhdəsinə götürmüşdür. Maddi imkanı olmadığından iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçıya olan 20550 manat pulu ödəyəcəkdir. Göründüyü kimi işin müəyyən edilən halları ilə apellyasiya şikayətinin dəlillərində göstərilənlər ziddiyət təşkil edir.

17. Cavabdehin izahatına münasibətdə isə məhkəmə qiymət verərək qeyd etmişdir ki, onun izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 21.2, 385, 386.1, 445.1, 567, 601.1, 601.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2 Novruz oğlu) kassasiya şikayəti verərək qətnamə nin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Cavabdeh adından yazılmış ərizə onun tərəfindən yazılmamış, imzalanmamışdır. Həmin ərizədəki imza onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmçinin İş materiallarında olan Cavabdeh adından yazılmış qəbz Cavabdeh tərəfindən yazılmamış, imzalanmamışdır. Həmin qəbzdəki imza Rac Salmaov tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Məcəllənin 442 və 600.1-ci maddəsi düzgün tətbiq edilməmiş, məhkəmə sübutların tətqiqi zamanı prosessual pozuntuya yol vermişdir. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

25. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

26. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmə nin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. İş materiallarında olan ərizədə və qəbzdəki imzaların ona məxsus olmaması, məhkəmənin bu halı araşdırmaması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu barədə etiraz və yaxud müvafiq vəsatətlə işin hallarını araşdırma səlahiyyəti olan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsinə müraciət edə bilərdi. Cavabdehin belə müraciəti olduğu halda həmin halın araşdırılmaması, prosessual hüquq normalarının pozuntusu kimi kassasiya baxışının predmetini təşkil edə bilərdi. Lakin işdən cavabdehin belə bir etirazla apellyasiya instansiya məhkəməsinə müraciət e tməsi müəyyən edilmir. Ona görə də, belə bir etirazın kassasiya şikayətində göstərilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və verilməyən etiraz üzrə məsələnin apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmaması prosessual hüquq normasının pozulmasıl kimi qiymətləndirilə bilməz.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-632/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar