Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4625/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilmə si” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4704/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” departamentinin Daşımaların tənzimlənməsi idarəsinin beynəlxalq daşımaların tənzimlənməsi şöbəsinə mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən xx.xx.2011-ci il tarixədək, yəni müəssisə ləğv edilənədək həmin müəssisədə müfəttiş vəzifəsində işləmişdir.
2. İddiaçı xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat Nazirl iyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yükdaşımalarının təşkili MMC-nin” yükdaşımalar üzrə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə öz ərizəsi əsasında vəzifəsindən azad edilmişdir.
3. İddiaçı xx.xx.2016-xx.xx.2018-ci il tarixlərində "xxxx" MMC-də mütəxəssis və böyük mütəxəssis vəzifələrində işləmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir.
4. İddiaçı xx.xx.2018-ci il tarixli N17-ş/h saylı əmrlə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Xidmətinin "xxxx" MMC-nin “Yükdaşımaların tənzimlənməsi şöbəsi”nə “Yük daşımaları üzrə fərqlənmə nişanlarının cəlbetmə bölməsi”nə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.
5. Azərbaycan Respubli kasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC-nin baş direktoru Natiq Dadaşovun "xxxx" MMC-nin Həmkarlar İttifaqı komitəsinin sədri Mübariz Namazəliyevə ünvanladığı təqdimatıda Azərbaycan Respublikası Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliiyi publik hüquqi şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin əməkdaşlarının əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bə ndi ilə xitam verilməsi zərurəti yarandığı bildirilib və buna müəyyən olunmuş müddətdə münasibət bildirilməsi xahiş olunmuşdur. 6. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli protokoluna əsasən, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada işçilərin hüquqlarının təminatı prinsiplərinə əməl edilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – “cavabdeh” və ya “Agentlik”) tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən "işçilərin sayı və ya ştatların ixtisarı" ilə əlaqədar ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmış və Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilmişdir.
8. Agentliyin sədrinin 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 83-cü maddəsinin 2-ci hiss əsinə, 84-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsi “05” yanvar 2023-cü il tarixindən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar ləğv edilmişdir.
9. İddiaçı 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmri mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 03/K saylı 05 yanvar 2023-cü il tarixli əmrinin etibarsız hesab olunması, işə bərpa edilməsi, işləmədiyi müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli Ə-58(X)Ə saylı xəbərdarlıq məktubu ünvanına daxil olmuşdur. Həmin məktuba cavab olaraq bildirmişdir ki, 2005-ci ildən "xxxx" MMC-nin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlb etmə bölməsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Himayəsində xx.xx.2006-cı il təvəllüdlü xxxvə xx.xx.2008-ci il təvəllüdlü adında uşaqları vardır. Həyat yoldaşı X1 evdar qadındır. Uşaqları Xətai rayonu 171 saylı orta məktəbdə təhsil alırlar. Əmək Məcəlləsinin 78-ci maddəsində işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər göstərilmişdir, öhdəsində iki və daha çox uşağı olanlar işdə saxlanmağa hüququ olan şəxs sayılır. Buna görə də işdə saxlanmasını xahiş edir.
12. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının müraciətinin təmin edilməsinə əsasların olmadığını bildirmişdir.
13. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrinin əmrin məzmununa daxil edilməsi əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan digər rəsmi sənədlər barədə isə əmrdə məlumat yoxdur. Əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun deyil. Cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsi yoxlanılmamış, müvafiq işə keçirilməyi imkanı araşdırılmamışdır. Cavabdehin iddiaçını işdən çıxarması nəticəsində işsiz qalmışdır, bu da özünün, ailəsinin rifahına və inkişafına, mənfi təsir göstərir.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 65, 70, 71, 78, 84 və 300cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.
15. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksəx Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Ləqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi", “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat", “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Səki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat’, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat” 14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Sumqayı t Şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 Şəxs yaradılmışdır; - Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin baş direktoru tərəfindən həmin MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanan 12 oktyabr 2022-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanına əsasən Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar əməkdaşların əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisarı nəzərdə tutulmuş əməkdaşların siyahısı təqdim edilməklə həmin Məcəllənin 80-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə münasibət bildirilməsi xahiş edilmişdir. Cəmiyyətin Həmkarlar İttifaqından Cəmiyyətin baş direktoruna ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş protokoldan da göründüyü kimi, Cəmiyyətin Həmkarlar İttifaqı əməkdaşların Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə etiraz etməmişdir; - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən 18 oktyabr 2022-ci il tarixdə təsdiq edilmiş Agentliyin strukturuna əsasən orada ləğv edilmiş "xxxx" MMC-nin Yük daşımaları tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin böyük mütəxəssisi ştatı yoxdur. Göründüyü kimi, məhz Agentliyin ştat cədvəli təsdiq edilməklə ölkə Prezidentinin fərmanına əsasən fəaliyyətlərini dayandırmış müəssisələrin ştatları, o cümlədən də iddiaçının ştatı ixtisara düşmüşdür və məhz bu səbəbdən İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ləğv edilmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir müavinin 1 - 3104/11329- 22 nömrəli 05 noyabr 2022-ci il tarixli məktubu ilə ixtisar ediləcək işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar işdən azad ediləcək əməkdaşların siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə təqdim edilmişdir; - işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b ” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilmələri qeyd edilmişdir; - qanunverici işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları struktur bölmələri ləğv etmək” işəgötürənin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur; - hazırkı mübahisənin hallarından da görünür ki, iddiaçının işlədiyi Cəmiyyət fəaliyyətini dayandırmış, onun işlədiyi vəzifə ştatı isə yeni yaradılmış qurumda nəzərdə tutulmayaraq, ümumiyyətlə, ləğv edi lmişdir. Məhz bu səbəbdən həmin ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da yoxdur; - həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş və iş stajına uyğun olaraq ona işdənçıxma müavinəti ödənilmişdir. Göründüyü kimi, cavabdeh əmək qanunvericiliyinə riayət etməklə iddiaçının əmək müqaviləsini ləğv etmişdir; - iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır; - iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlilləri formal mülahizələrdən ibarətdir, həmin dəlilləri təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1525/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Solmaz Ədilova)
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq işdən xaric edildiyini, əmək müqaviləsinə onun razılığı olmadan qanuna zidd olaraq xitam verildiyini, onun işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs olduğunu, cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılmadığını, müvafiq işə keçirilməyi imkanının araşdırılmadığını, i şçilərin sayının ixtisarı və ştatların ixtisarının fərqli anlayış olduğunu bildirsə də, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların, xx.xx.2023-cü il tarixli 03/K nömrəli əmrin etibarsız hesab edilməsinə əsas vermədiyi işin tədqiq olunan hallarına əsasən, öz təsdiqini tapmışdır.
18. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin olaraq hazırki mübahisə üzrə iddiaçının işdən çıxmasına əsas olan Agentliyinin 05 yanvar 2023cü il tarixli 03/K №-li əmrinin qanuniliyi yoxlanılmalıdır
19. Birinci instansiya məhkəməsi cavabdehlə olan əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilməsi tələbi ilə bağlı göstərmişdir ki, işəgötürən tərəfindən 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmri verilərkən Əmək Məcəlləs inin tələblərinin pozulmadığı müəyyən edilmişdir. Bu səbəbdən də əmrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.
20. Məlum olduğu kimi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır.
21. Bundan başqa, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçı Əmək Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsində göstərilmiş qaydada xəbərdarlıq edilmiş, iddiaçı xəbərdarlıqla tanış olmuş, həmin maddənin 3-cü hissəsində göstərilmiş qaydada iddiaçıya işdənçıxma müavinəti verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
22. İddiaçının cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılmaması, müvafiq işə keçirilməyi imkanının araşdırılmadığı ilə bağlı dəlilini qəbul etməyən birinci instansiya məhkəməsi bu barədə mövqeyinin belə əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə ma lik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
23. Belə olanda, birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı hə yata keçirilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçinin müəyyən edilməsi sərbəstliyi olmuş, yəni bundan ötrü hər hansı araşdırmaların aparılmalı olması əmək qanunvericiliyində mütləq, imperativ norma kimi təsbit edilməmiş, o cümlədən qanunvericilikdə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsi qeyd edilmişdir.
24. Bununla yanaşı, iddiaçının “işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs” olması dəlilinə münasibətdə birinci instansiya məhkəməsi vurğulamışdır ki, Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri iddiaçı tərəfindən düzgün təfsir olunmamışdır. Belə ki, sözügedən normadakı “öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan” müddəası işçinin hər bir halda işdə saxlanılmasında üstünlük hüququnun olması demək deyildir. Həmin normaya əsasən, qanunverici işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, işəgötürənə Əmək Məcəllənin 78.2-ci maddəsində sadalanan halları seçmək imkanını nəzərdə tutmuşdur. Belə olduğu halda isə iddiaçı özü ilə eyni ixtisas (peşə) və ya peşəkarlıq səviyyəsinə malik olan işçiyə münasibətdə onun öhdəsində iki azyaşlı övladının olmasına baxmayaraq, işəgötürən tərəfindən məhz özünün deyil, digər işçinin işdə saxlanılmasına istinad etmir, buna dair müvafiq sübutlar təqdim etmir.
25. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bu dəlili də əsassızdır.
26. Eyni zamanda iddiaçının 05 yanvar 2023-cü il tarixli 03/K №-li əmr verilərkən işçilərin sayının ixtis arı və ştatların ixtisarının fərqli anlayış olması nəzərə alınmaması, əmrdə işəgötürənin hüquqi ünvanı, əmri imzalayanın ata adı, əmrin hansı rəsmi sənədlərə əsasən verildiyinin göstərilməməsi barədə dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki bu dəlil iddiaçının Agentliyə qarşı sözügedən hallara istinad edərək, qanunvericiliklə müəyyən edilmiş prosedurlara əməl edilməklə, verilmiş əmrin etibarsız hesab edilməsi üçün hazırki halda əsaslı hesab oluna bilməz. Nə qədər ki işəgötürən mübahisələndirilən əmrin verilməsində qanun pozuntusuna yol verməmişdir, yuxarıda sadalanan nöqsanlar həmin əmrin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Belə ki, həmin sadalanan nöqsanlar o halda əmrin etibarsızlığına səbəb ola bilərdi ki, işəgötürən, ümumiyyətlə, işçi ilə əmək m ünasibətlərinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin normalarını kobud şəkildə pozmuş olsun. Başqa sözlə, iddiaçının tələblərinə baxılarkən, bütün sadalanan hallar bütünlüklə qarşılıqlı təhlil edildikdən və hüquqi qiymət verildikdən sonra məhkəmə tərəfindən kobud pozuntu kimi qəbul edilə və müvafiq əmr etibarsız hesab edilə bilərdi.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 (b), 77, 78, 80-ci maddələrinin müvafiq hissələri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsasland ırılmış və əlavə olaraq aşağıdakılar göstərilmişdir: - "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli protokolunun “qərara alındı” hissəsində əmək müqaviləsinə xitam verilməsinə razılıq verildiyi qeyd edilməmişdir. Protokolun “Qərara aldı” hissəsi tam deyil, anlaşılmazdır və protokolun surəti müvafiq qaydada təsdiq edilməmişdir. Protokolun qərar hissəsi tam olmadığından etibarsızdır və surəti MPM-nin 89-cu maddəsində göstərilən qaydada təsdiq edilmədiyindən sübut kimi qəbul edilməsi yol verilməzdir; - bundan əlavə məhkəmə nəzərə almamışdır ki, digər işçinin işdə saxlanıldığı barədə cavabdeh iddiaçıya rəsmi məlumat verməz və işdə kimlərin saxlanıldığı barədə sübut təqdim etmək isə onun vəzifəsi deyil; - əmrdə işəgötürənin hüquqi ünvanı, əmri imzalayanın a ta adı, əmrin hansı rəsmi sənədlərə əsasən verildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrinin əmrin məzmununa daxil edilməsi əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. - əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan digər rəsmi sənədlər barədə isə əmrdə məlumat yoxdur; - əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun deyil; - mülki işin 36-cı vərəqində “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” vardır. Həmin bildirişdən məlum olur ki, Nümayəndə2 müddətli əmək müqaviləsinin qurtardığı müddət xx.xx.2023-cü il tarixdir. Məhkəmə əmək müqaviləsinin müddəti qurtarmış şəxsi cavabdehin nümayəndəsi kimi işə cəlb edərək onun iştirakı ilə qətnam ə çıxarmış, qanun pozuntusuna yol vermişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4704/2023 nömrəli, iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elşən Kazımov)
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu baxımdan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır. İşəgötürən mübahisələndirilən əmrin verilməsində qanun pozuntusuna yol verməmişdir.
32. İddiaçı tərəfindən apellyasiya şikayətində sadalanan nöqsanlar həmin əmrin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Belə ki, həmin sadalanan nöqsanlar o halda əmrin etibarsızlığına səbəb ola bilərdi ki, işəgötürən, ümumiyyətlə, işçi ilə əmək münasibətlərinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin normalarını kobud şəkildə pozmuş olsun.
33. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Cəmiyyətin Həmkarlar İttifaqından Cəmiyyətin baş direktoruna ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş protokoldan da göründüyü kimi, Cəmiyyətin Həmkarlar İttifaqı əməkdaşların Əmək Məcəlləsinin 70-ci m addəsinin “b” bəndi ilə xitam verilməsinə etiraz etməmişdir.
34. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən 18 oktyabr 2022-ci il tarixdə təsdiq edilmiş Agentliyin strukturundan da görünür ki, orada ləğv edilmiş "xxxx" MMC-nin Yük daşımaları tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarına cəlbetmə bölməsinin böyük mütəxəssisi ştatı yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli fərmanına əsasən fəaliyyətlərini dayandırmış müəssisələrin ştatları, o cümlədən də iddiaçının ştatı ixtisara düşmüş və məhz bu səbəbdən iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ləğv edilmişdir. İddiaçının işlədiyi Cəmiyyət fəa liyyətini dayandırmış, onun işlədiyi vəzifə ştatı isə yeni yaradılmış qurumda nəzərdə tutulmayaraq, ümumiyyətlə, ləğv olunmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini göstərmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
37. Cavabdehin nümayəndəsinin səlahiyyəti ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinin müddəti qurtarmış şəxsin nümayəndə kimi məhkəmə iclasında iştirak etməsi hazırkı qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz. O cümlədən həmin nümayəndə haz ırkı apellyasiya instansiya məhkəməsində də cavabdehin hüquqlarını müdafiə etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mötəbər sübutlara əsaslanmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli protokolunun “qərara alındı” hissəsində əmək müqaviləsinə xitam verilməsinə razılıq verildiyi görünmür. Protokolun “Qərara aldı” hissəsi tam deyil, anlaşılmazdır, protokolun surəti müvafiq qaydada təsdiq edilməmişdir. Protokolun qərar hissəsi tam olmadığından etibarsızdır və sübut kimi qəbuledilməsi yol verilməzdir; - apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılmaması, müvafiq işə keçirilməyi imkanının araşdırılmaması ilə bağlı dəlilinə münasibətdə Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsini səhv təfsir etmişdir. Cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin müəyyən edilmədən işdən çıxarılması Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbinin pozulması deməkdir; - apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Məhkəmə iddiaçıya irad tutur ki, o, işəgötürən tərəfindən məhz iddiaçının deyil, digər işçinin işdə saxlanılmasına istinad etməmiş, buna dair müvafiq sübutlar təqdim e tməmişəm. Məhkəmə nəzərə almamışdır ki, digər işçinin işdə saxlanıldığı barədə cavabdeh iddiaçıya rəsmi məlumat verməz və işdə kimlərin saxlanıldığı barədə sübut təqdim etmək iddiaçının vəzifəsi deyil; - bundan başqa, ixtisar real olmalıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin strukturu”nun XV bölməsində mütəxəssis vəzifəsi nəzərdə tutulmuşdur. Bu onu göstərir ki, ştatların ixtisarı real olmamışdır. Məhkəmə kollegiyası isə bu ştatın olmadığını göstərir; - cavabdeh əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsasını pozduğuna, həmin Məcəllənin 65, 71, 78, 84-cü maddələrində göstərilən tələblərə əməl etmədən əmək münasibətinə xitam verdiyinə görə qanunsuzluğa yol vermişdir; - iddiaçı birinci instansiya məhkəmə sinin yol verdiyi hüquq pozuntularını apellyasiya şikayətində göstərmişdir. Məhkəmə kollegiyası isə apellyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etməklə tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 63 (1). Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Maddə 70 (b). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 77 (1). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı tə qvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Maddə 80 (1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsas larla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83 (1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə m üəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışın ın hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyi ndən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
46. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
47. Belə o lan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
48. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçının işlədiyi ştat ixtisar edilmiş, iddiaçı qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi barədə qanununla müəyyən edilmiş müddətdə xəbərdar olunmuş, bununla bağlı iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlara cavabdeh tərəfindən əməl edilmiş, həmkarlar təşkilatını razılığı alınmışdır.
49. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görmərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
50. Göründüyü kimi, iş mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının tutduğu ştatın ixtisar edilməsi ilə bağlı işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişlər. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər işin faktiki halları ilə bağlı olub iddianın məhz təmin edilməsinə yönələn dəlillər kimi iş mahiyyəti üzrə sübutlar əsasında baxan məhkəmələr tərəfindən qəbul edilməyib. İşin faktiki halları ilə bağlı olan dəlillərə isə kassasiya instansiyası məhkəməsi qiymət vermir.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4704/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.