Məhkəmə qərarları › İş №2(102)-4626/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4626/2020

06.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4626/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadından cavabdehin Cavabdeh ASC-nin verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə vəsatət verərək, mülki işin məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsin ə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadı ilə Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə vəsatəti rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 32-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Qeyd edilən Məcəllənin 67.1-ci maddəsinə əsasən, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icra ata qəbul edilir. Eyni zamanda MPM-nin 403-1.3-cü maddəsində göstərilir ki, kassasiya şikayətinə vəkilin orderi də əlavə edilməlidir. Yuxarıda göstərilən əsaslara görə hesab edirəm ki, vəkil tərəfindən tərtib edilmədiyindən kassasiya şikayəti kassasiya icraatına qəbul edilməməli və mülki işlə birlikdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh ASC-nin Yasamal Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti mülki işlə birlikdə kassasiya icraatına qəbul edilmədən Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar