Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4628/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh vəkili Poladova Aytən Esman qızının iştirakı ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş 2(011)-10886/2017) İddiaçı Cavabdeh qarşı - cavabdehdən iddia ərizəsində göstərilən altı adda qızıl-zinət əşyalarının və yaxud onların dəyəri olan 8500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu pulun, cəmi 8530 manat pulun alınaraq ona verilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Vəliy ev və E.Həsənov, iş № 2(103)-3768/2018) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10886/2017 saylı 13 dekabr 2017-ci tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, 1.Qızıl dəst: sep, qolbağ, sırğa, üzük, ağ-sarı qızıl brilliant qaşlarla, sep sarı-qaşla (29,8 qram)- (6,54 karat) - 3827 manat; 2. “Həri” qızıl üzüyü, ağ qızıl, brilliant qaşlarla-(5,2 qram)- (3,8 karat)-(tək böyük qaş 4,5 sot) - 1500 manat;
3. Qızıl nişan üzüyü, ağ-sarı qızıl, brilliant qaşlı- (4,5 qram)-(2,5 karat) (tək böyük qaş 4 sot)-700 manat;
4. Qızıl qolbaq, sarı qızıl- (15 qram)-1000 manat;
5. Qızıl üzük “Versace”, sarı qızıl (3,5 qram)300 manat, cəmi 7327 manat dəyərində olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı verilməsi, sadalanan əmlaklardan hansısa qətnamə icra edilən zaman mövcud olmazsa həmin əmlakın (əşyanın) dəyəri pul şəklində cavabdehdən alınıb iddiaçıya verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 500 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-218/2019) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-3157/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasının qismən təmin edilməsi, 1.Qızıl dəst: sep, qolbağ, sırğa, üzük, ağ-sarı qızıl brilliant qaşlarla, sep sarı-qaşla (29,8 qram)- (6,54 karat) - 3827 manat; 2. “Həri” qızıl üzüyü, ağ qızıl, brilliant qaşlarla-(5,2 qram)- (3,8 karat)-(tək böyük qaş 4,5 sot) - 1500 manat;
3. Qızıl nişan üzüyü, ağ-sarı qızıl, brilliant qaşlı- (4,5 qram)-(2,5 karat) (tək böyük qaş 4 sot)-700 manat;
4. Qızıl qolbaq, sarı qızıl-(15 qram)-1000 manat;
5. Qızıl üzük “Versace”, sarı qızıl (3,5 qram)- 300 manat, cəmi 7327 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, sadalanan əmlaklardan hansısa qətnamə icra edilən zaman mövcud olmazsa həmin əmlakın (əşyanın) dəyərinin pul şəklində cavabdehdən alınıb iddiaçıya verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Poladova Aytən Esman qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegi yası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunmas ı vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı 18.12.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflər nikaha daxil olarkən cavabdeh tərəfindən iddiaçıya toy hədiyyəsi olaraq, qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Bir müddət sonra tərəflərin münasibətləri pisləşmiş və iddiaçı cavabdehin evini tərk etmişdir. İddiaçı tərəfindən imzalanmış 23.09.2 017-ci il tarixli bildirişə görə, nikahın pozulması tələbinə dair iş üzrə cavabdeh İddiaçı ona məxsus olan bütün əşyalarını, cehizlərini Cavabdeh yaşadığı, onun gəlin köçdüyü mənzildən aparılmasını öz imzası ilə təsdiq edir, əşyaları və cehizləri ilə bağlı heç bir maddi iddiası yoxdur. Əlavə olaraq, toy mərasimində ona bağışlanmış qızılların alınması ilə bağlı məhkəmə qaydasında iddia qaldırılacaqdır. İddiaçı özünə məxsus ata evindən gətirdiyi qızılları verilmişdir. X1, X4, X3, X6, X2 və X8 tərəfindən təsdiq edilmiş 23.09.2017-ci il tarixli akta görə, İddiaçı məxsus əşyaların və cehizlərin aparılmasında iştiraklarını öz imzaları ilə təsdiq edirlər. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişd ir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka ba şqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, (ər-arvadın hər birinin əmlaklarıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyy ətidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə iddia tələbinin rədd edilməsinin əsası kimi ona istinad etmişdir ki: 1) Cavabdeh iddiaçıya məxsus hər hansı əmlakın onun evində qalmasını təsdiq etməmişdir. Belə olduğu halda, tələb olunan əmlakın cavabdehdə qalmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tələbin qanuni əsasını müəyyən edən qızıl-zinət əşyaları tələb etmək hüququna dair müddəaya uyğun olaraq əsaslandıra bilməmişdir. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. 2) Bakı Apelyasiya Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(103)-3157/2019 saylı qərardadı ilə iddiaçının vəsatəti əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası t əyin edilmiş və ekspert idarəsi olmamasına baxmayaraq, əsassız rəy verilməsinə görə cavabdehdən ekspert xərci olaraq 500 (beş yüz) manat pul vəsaitinin tutulması qənaətinə gəlmişdir. Lakin hesab edirəm ki, həmin hissədə də hakim prosessual qanunvericiliyin tələbinə əməl etməmiş, əsassız olaraq 500 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul etmişdir. 3) Bakı Apelyasiya Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsini qəbul edərkən istinad etdiyi ekspert rəyi isə tamamilə qanunsuz və əsassız olmaqla, mötəbər sübut qismində qəbul edilməyəcək rəy olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında mübahisə İddiaçı Cavabdeh ilə nikaha daxil olarkən qızıl dəst: sep, qolbağ, sırğa, üzük, ağ-sarı qızıl brilliant qaşlarla, sep sarı-qaşla (29,8 qram)- (6,54 karat) - 3827 manat; 2. “Həri” qızıl üzüyü, ağ qızıl, brilliant qaşlarla-(5,2 qram)- (3,8 karat)(tək böyük qaş 4,5 sot) - 1500 manat;
3. Qızıl nişan üzüyü, ağ-sarı qızıl, brilliant qaşlı- (4,5 qram)-(2,5 karat) (tək böyük qaş 4 sot)-700 manat;
4. Qızıl qolbaq, sarı qızıl-(15 qram)1000 manat;
5. Qızıl üzük “Versace”, sarı qızıl (3,5 qram)- 300 manat, cəmi 7327 manat dəyərində olan qızıl-zinət əşyalarının hədiyyə edilib-edilməməsi, həmin qızıl-zinət əşyalarının tərəflər arasında münasibət pozulduqdan sonra iddiaçıda və ya cavabdeh tərəfdə qalması və onların dəyəri ilə bağlıdır. Cavabdeh kassasiya şikayətində qızıl-zinət əşyalarının dəyəri ilə bağlı ekspert rəyinin mötəbər olmamasına istinad etsə də, kassasiya şikayətində xahişində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdiyinə görə, əslində qızıl-zinət əşyalarının tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçıda qalmasına və ya ona ümumiyyətlə qızıl-zinət əşyaları hədiyyə edilməməsinə əsaslanır. Bu baxımdan qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin mötəbər olmaması barədə dəlil əslində kassatorun tələbi ilə möhkəm bağlılığa malik deyildir. İşə ilk dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılarkən də həmin ekspert rəyinin mötəbərliyinə şübhə yaradan əsaslar qeyd olunmuş və Məhkəmə kollegiyası həmin əsaslarla razılaşır. Bundan əlavə qızıl-zinət əşyaları mövcud olmadan, şəkillər əsasında dəyərinin müəyyən edilməsi real lığa uyğun deyildir. Bu baxımdan Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilini əsaslı hesab edir. Bununla belə qeyd edir ki, cavabdeh iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdiyinə görə onun ekspert rəyi ilə razılaşmaması kassasiya şikayətində irəli sürdüyü tələblə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qızıl-zinət əşyalarının dəyəri ilə bağlı mübahisə işdə mövcud olan ekspert rəyi əsasında deyil, digər meyarlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası aşağıda bu məsələyə münasibətini bildirəcəkdir və hesab edir ki, öncə İddiaçı nikaha daxil olarkən və nikah dövründə qızıl-zinət əşyalarının hədiyyə edilib-edilməməsi və tərəflər arasında nikah pozularkən qızıl-zinət əşyalarının kimdə qalması məsələsi həll olunmalıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq həmin məsələlər yəni işin faktiki halı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməlidir və apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı nikaha daxil olarkən və nikah dövründə qızıl-zinət əşyaları hədiyyə edilmiş və həmin qızıl-zinət əşyaları tərəflər arasında münasibətlər pozulduqdan sonra Cavabdeh qalmışdır. Kassator Cavabdeh apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamışdır. İddiaçı iddia ərizəsində, ondan sonrakı izahat və şikayətlərində həmişə eyni qaydada ona 8500 manat dəyərində qızıl-zinət əşyalarının hədiyyə edildiyini və həmin qızıl-zinət əşyalarının onlar arasında münasibətlər pozulandan sonra Cavabdeh qalmasını iddia etmiş və cavabdehdən həmin qızıl-zinə t əşyaları və ya onların dəyərini tələb etmişdir. Cavabdeh qeyd olunan xüsusat ilə bağlı mövqeyi müxtəlif və bir-birini təkzib edən sübutlarda ifadəsini tapmışdır. Belə ki, cavabdehin nümayəndəsi X4 20 noyabr 2017-ci il tarixdə məhkəmə iclasında qeyd etmişdir ki, “iddiaçı evi tərk etdikdən sonra ailəsi gəlib cehiz əşyalarını götürüb. Mən onların bizim evdən götürdükləri əşyalara qarışmamışam. Özləri nə gətiriblərsə onuda götürüblər. O əşyaların içində qızıl-zinət əşyalarının olmasından xəbərim yoxdur. ” Cavabdehin nümayəndəsi X4 Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2018-ci il tarixli iclasında da eyni məzmunlu izahat vermişdir. Eyni zamanda o iddiaçı tərəfindən yazılmış 23.09.2017-ci il tarixli bildirişin əslini məhkəməyə təqdim etmiş və bu barədə qeyd etmişdir ki, “bu b ildiriş mənə təqdim olunanda onu oxumamışdım. Belə ki, həmin vaxt şok vəziyyətində olduğumdan bildirişin məzmunu mənə aydın deyildir. Həmin bildiriş nümayəndəmiz tərəfindən tərtib olunmuşdur.” X4 Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli iclasında aşağıdakıları qeyd etmişdir. “rəylə razı deyiləm, məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, həmin qızıl əşyaların üzərindəki daşlar, hamısı adi daşlar idi, yəni onların dəyəri yox idi. İddiaçının qohumları cehizləri evdən apararkən, ata evindən gətirilən qızılların aparılması barədə bildirişdə qeyd olunmuşdur. Həmin bildiriş mənə təqdim olunmuşdur. Lakin, mən həyəcanlı olduğumdan həmin gün bildirişi oxumadan qəbul etmişəm. O ki, qaldı qızıl əşyalara onların hamısı bijuteriya idi. Bijuteriya olması barədə mənd ə hər hansı sübut yoxdur. Sadəcə olaraq mən, özümə sığışdırıb bu barədə gəlinə heçnə deməmişdim.” Cavabdeh 29.10.2018-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olan kassasiya şikayətində göstərmişdir ki, “iddiaçı evdən qaçarkən evdə cavabdehin nənəsi olmuş və iddiaçı qızılları öz saxlama qabından götürərək, evi dağıldaraq qaçmışdır. İddiaçı ilə cavabdeh nikaha daxil olarkən ona toy mərasimimdə el adətinə uyğun olaraq qızıl-zinət əşyaları hədiyyə edilmiş və həmin qızıl-zinət əşyaları daim iddiaçının özündə olmuşdur. Nə cavabdeh, nə də onun anası iddiaçının həmin əşyaları harada saxlamasından məlumatsız olmuşdur. Sonradan münasibətləri pozulduqdan sonra 23.09.2017-ci il tarixdə İddiaçı anası X2 və digər qohumları iddiaçının cavabdehlə birgə yaşadığı evə gələrək, İddiaçı məxsus bütün əş yaları və cehizləri aparmış və bu barədə tərəflər arasında şahidlərin iştirakı ilə akt tərtib edilmiş və həmin akt həm iddiaçı, həm də cavabdehin qohumları tərəfindən imzaları ilə təsdiq edilmişdir. Apelyasiya instansiya məhkəməsinin sübut olaraq istinad etdiyi 23.09.2017-ci il tarixlı bildiriş Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmiş, cavabdeh ümumiyyətlə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində işə baxılmasında iştirak etməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 isə həmin bildirişlə Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən tanış olmuş, bildirişlə tanış olduqdan sonra həmin bildirişə etiraz edərək, bildirişin yalnız İddiaçı tərəfindən imzalanması, digər 23.09.2017-ci il tarixli tərəflər arasında şahidlərin iştirakı ilə akt tərtib edilərkən, aralarında belə bir bildirişin yazılmamasını bildirmişdir.” Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli iclasında aşağıdakı kimi izahat vermişdir. “iddiaçı özünə məxsus cehiz əşyalarını və digər əmlakları cavabdehə məxsus mənzildən 23 sentyabr 2017-ci il tarixdə tərəflərin valideynlərinin və şahidlərin iştirakı ilə çıxarmışdır. İşin bu halı 23.09.2017-ci il tarixdə tərtib olunmuş və imzalanmış aktla təsdiq olunur. Aktı imzalayan şəxslər iddiaçıya məxsus əmlakların və əşyaların aparılmasında iştirak etdiklərini təsdiq etmişlər. Adı çəkilən aktda iddiaçıya məxsus hər hansı əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçıya məxsus evdə qalması, yaxud onun qaytarılmasından imtina edilməsinə dair hər hansı qeyd yoxdur. İddiaçı tərəfi ndən imzalanmış eyni tarixli bildiriş isə cavabdeh tərəfindən təsdiq olunmamış və imzalanmamışdır.” Hazırki kassasiya şikayətində isə Cavabdeh qeyd etmişdir ki, “Cavabdeh iddiaçıya məxsus hər hansı əmlakın onun evində qalmasını təsdiq etməmişdir. Belə olduğu halda, tələb olunan əmlakın cavabdehdə qalmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.” Beləliklə Cavabdeh və onun nümayəndəsini məhkəmə iclaslarında verdiyi izahatları, şikayətlərindəki dəlilləri bir-biri ilə ziddiyyət təşkil edir. Həmin izahat və şikayətlərdə İddiaçı gah qızıl-zinət əşyaları deyil, bijuteriya hədiyyə edilməsi, gah ona qızıl-zinət əşyaları hədiyyə edildiyi, lakin iddiaçının “qızılları saxlama qabından götürərək, evi dağıdaraq” qaçması, gah da qızıl-zinət əşyalarının dəyərinin düzgün müəyyən edilməməsi və nəha yət qızıl-zinət əşyalarının cavabdehdə olmasına dair sübutun olmamasına istinad edilmişdir. Cavabdehin bu cür ziddiyyətli məqamlara istinad etməsi onun dəlillərinin əsassız olmasına dəlalət edir. Bundan əlavə gəlinə qızıl-zinət əşyaları deyil bijuteriyanın hədiyyə edilməsi də inandırıcı deyil. Mülki işdə mövcud olan cehiz əşyalarının aparılması ilə bağlı akt və qızıl-zinət əşyaları ilə əlaqədar tərtib olunmuş bildirişin apelyasiya instansiyası məhkəməsi tərəfindən qızıl-zinət əşyalarının cavabdehdə qalmasını təsdiq edən sübut kimi qəbul edilməsi Məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilir. Belə ki, 23.09.2017-ci il tarixli akt cehiz əşyalarının qaytarılması ilə əlaqədardır və həmin aktda qızıl-zinət əşyalarının qaytarılması barədə qeyd yoxdur. Yəni həmin qızılzinət əşyaları akt tə rtib edənlərin iştirakı ilə qaytarılsaydı bu öz əksini aktda tapmalı idi. Ona görə də iddiaçı qızıl-zinət əşyaları ilə əlaqədar məhkəmədə iddia qaldıracağı ilə əlaqədar bildiriş imzalamış, həmin bildirişdə onun atası evindən gətirdiyi qızılların qaytarılması əlavə olunmuşdur. Bildirişin əslinin cavabdehdə olması və onun cavabdeh tərəfindən məhkəməyə təqdim olunması ona dəlalət edir ki, cavabdeh bildirişdə yazılanların həqiqiliyi ilə razılaşmışdır. Cavabdehin bildirişdə yazılanları oxumaması, məhkəməyə təqdim etdiyi bildiriş ilə yalnız məhkəmədə tanış olması inandırıcı deyildir. Bu baxımdan Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi işin faktiki halı, yəni İddiaçı qızıl-zinət əşyalarının hədiyyə edilməsi və tərəflər arasında münasibətlər pozulandan sonra onların cavabdehdə qalması ilə razılaşır. Qızıl-zinət əşyalarının dəyəri ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onların dəyərinin 8500 manat olmasını qeyd etmiş, cavabdeh qızıl-zinət əşyalarının dəyəri ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini 7327 manat dəyərində təmin etmişdir. İddiaçı bununla razılaşmış, ona görə də Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının dəyərinin 7327 manat olmasını qəbul edir, bununla bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin ekspertiza tədqiqatının dəyəri üçün cavabdehdən 500 manatın tutulmasının əsassız olması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyy ən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.