Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4629/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq ona qaytarılması tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4629/2022 (Açar sözlər: işin ərazi aidiyyəti üzrə göndərilməsi) Bakı şəhəri 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq ona qaytarılması tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı tələbinə dair mü lki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-784/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Cvabdeh İbrahimov X1 Ramin Vaqif oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.
3. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilk iddia tələbinin qismən təmin edilməsi, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 0,5708 hek tar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi; 0,5708 hektar torpaq sahəsinin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması; torpaq sahəsinin dəyəri kimi ödənilmiş 17.000 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, İddiaçı iddia tələbinin digər hissədə təmin edilməməsi; Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 11.000 manat tutularaq Cavabdeh2 ödənilməsi; Cavabdeh2 qarşılıqlı iddia tələbi 25.000 manat məbləğin qalan 14.000 manatdan ibarət hissəsi və 14.000 ABŞ dolları məbləğində borc pulun İddiaçı tutulmasına dair hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özünə aid edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin hər iki iddia tələbinə aid hissələrdə eyni vaxtda icra edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələblərinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Cavadova) 21 iyun 2022-ci il tarixli, 2(107)-784/2022 nöm rəli qərardadı ilə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılqılı iddiaları üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya i nstansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi hazırki iddia tələblərinə mahiyyəti üzrə baxmaqla ərazi aidiyyəti qaydalarını pozmuşdur.
7. Belə ki, işin müəyyən edilmiş hallarından, həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 ünvan 1 ünvanda, Cavabdeh2 ünvan 2 ünvanda, iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) isə ünvan 3ömrəli mənzildə qeydiyyatdadırlar.
8. İlk iddia tələbinin mahiyyətindən də göründüyü kimi tərəflər arasındakı mübahisənin predmeti heç də Oğuz rayonu, Xalxal kəndində yerləşən torpaq sahəsi deyil, həmin torpaq sahəsi ilə bağlı notariat qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsızlığı və bu mübahisədən irəli gələn pul tələbidir.
9. Mülki Prosessual Məcəllədə 39. 1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi həmin maddənin təsiri dairəsinə düşmür.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, alqı-satqı müqaviləsinin predmetini təşkil edən torpaq sahəsi Oğuz rayonu, Xalxal kəndində yerləşsə də, həmin torpaqla bağlı yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsinə ehtiyac olmadığından işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün iddia tələbinə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi hazırki qərardadı ilə ərazi aidiyyəti məsələsini həll edərkən, iş üzrə mövcud olan mübahisəli hüquq münasibətlərindən irəli gələn hallara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməmiş, bu zaman “əqdin etibarsızlığına dair” tələbin, əqd üzrə alınmış torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması tələbini də ehtiva etdiyini nəzərə almamışdır. Qeyd edirik ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiy yət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin, Mülki qanunvericiliyin tələbinə görə ( AR MM-nin 337.5-ci maddəsi), əqd etibarsızolduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hər bir halda Qanun, əqdin etibarsızlığı halını əqd üzrə alınmış əşyanın geri qaytarılması ilə şərtləndirir və bunlar bir-biri ilə qarşılıqlı əlaqə və vahidlik təşki l edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi:
14. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
15. Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
16. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir
17. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. İşdən görünür ki, cavabdehlər hər iki Bakı şəhəri Nərimanov rayonu ərazisində qeydiyyatdadırlar, mübahisənin predmeti isə daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir.
27. Qanunverici daşınmaz əşya kimi t ikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. ( Konstitusiya Məhkə məsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı )
28. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və iddianın predmetinin əqdin etibarsız hesab edilməsi olduğunu nəzərə alıb hesab edir ki, bu tələb yuxarıda qeyd edilən daşınmaz əmlaka dair iddia növləri sırasına aid olmadığından müstəsna aidiyyət qaydaların əsasən baxıla bilməz.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 35 və 39-cu maddələrinin tələbləri pozulmamışdır, qərardadın ləğvi üçün heç bir əsas yoxdur.
30. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21iyun 2022-ci il tarixli ərazi aidiyyəti haqqında qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edi lmədən saxlanılmalıdır.
31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli 2(107)784/2022 nömrəli ərazi aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.