Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4630/2020 06.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İsmayıl Xəlilov, İddiaçı2 Cavabdeh1 qarşı çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsi, dövlət qeydiyyatının ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək M ü ə y y ə n e t d i m: İddiaçı2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və eyni tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmla kın dövlət reyestrində müvafiq qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılmasının cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh1 birinci instansiya məhkəməsinə vəsatət verərək, məhkəmə aidiyyatı qaydaları pozulduğundan mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işə inzibati icraat qaydasında baxılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim T.Məmmədov) vəsatət təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim T.Məmmədov) cavabdehin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2 019-cu il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması və xx xxxxxx 2019-cu il qərardadı ilə (sədrlik edən hakim T.Məmmədov) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qət edilmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim E.Nəbiyev) şikayət təmin edilib, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli q ərardadı ilə (sədrlik edən hakim T.Məmmədov) şikayət təmin edilməyib apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim X.Mərdanova) şikayət qeyri-mümkün hesab edilib, yenidən birinci instansiya məhkəməsinə göndərilmişdir ki, prosessual qanunvericiliyə edilən dəyişikliklərə görə məhkəmə aidiyyəti məsələlərinə kassasiya instansiyası məhkəməsi baxmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim T.Məmmədov) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, qanunvericiliyə görə kassasiya şikayəti mütləq vəkil tərəfindən tərtib olunmalıdır. Qanunvericilik bu qaydanı müəyyən etmişdir ona görə ki, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə hüquqi məsələlərə baxıdığı üçün həmin şikayətin də vəkil tərəfindən tərtib olunması vacibdir. Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinin tələbinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətin adı çəkilən prosessual normaların tələblərinə cavab verməməsi onun Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş şikayət icraata qəbul edilməməli və mülki iş şikayətlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1.3, 407.3, 408.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Cavabdeh1 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4630/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4630/2020
06.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver