Məhkəmə qərarları › İş №2(102)-4631/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4631/2020

30.07.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4631/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı1" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "İddiaçı1" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsi üzrə 76345.88 manat əsas, 13390.22 manat faiz və 13390.22 manat cərimə olmaqla, cəmi 103126.32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyəlindəki, ünvan 1 ünvanındakı 34 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanındakı 34 saylı fərdi yaşayış evinə istifadə hüquq larının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-76/2020 nömrəli qərardadı ilə (sədrlik edən hakim K.Əmirxanova) Cavabdeh1 qeyd edilən mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. İş üzrə Cavabdeh1 hesab edir ki, həmin işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə soununcuya verilmiş kredit sahibkarlıq məqsədli təmir-tikinti üçün verilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2006-cı ildən vergi ödəyicisi kimi uçota alınmışdır və bu barədə ona ********** saylı VÖEN verilmişdir. AG Bank ASC kommersiya hüquqi şəxsidir və ********** saylı VÖEN-i vardır, hazırda mübahisə predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cu il tarixli müqavilə üzrə soununcuya verilmiş kreditin sahibkarlıq məqsədli təmir-tikinti üçün verilməsidir. Cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2006-cı ildən vergi ödəyicisi kimi uçota alınmışdır və bu barədə ona ********** saylı VÖEN verilmişdir. AG Bank ASC kommersiya hüquqi şəxsidir və ********** saylı VÖEN-i vardır. Lakin buna baxmayaraq iddiaçı tərəfindən iddia düzgün olmayaraq ümumi məhkəmə olan Bakı şəhəri, N ərimanov Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilən halla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi üçün məhkəmə həmin mülki işi səhvən icraata götürərək məhkəmə baxışına təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc münasıbətləri yaranmışdır. Müqaviləni bankın nümayəndəsi və fiziki şəxs kimi cavabdeh bağlamış, həmin vaxt müqavilə tərəfi özünü sahibkar kimi təqdim etməmiş, kreditin sahibkarlıq fəaliyyəti ilə bağlılığı barədə iradə ifadəsi olmamışdır. Sadəcə tərəflər kredit götürmək barədə razılığa gəlmişlər. Cavabdeh verilən borcu təmir-tikinti işlərinə sərf edəcəyi öhdəliyi götürmüşdür. Hazırki mübahisəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid etmək olmaz. Mübahisə tərəflərin bağlamış olduğu mülki hüquqi münasibətlərdən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki m əhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "İddiaçı1" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyət qaydalarına riayət edilməklə birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyindən Cavabdeh1 nümayəndəsi Vəkil mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəsatət işə mahiyyəti üzrə baxılmasını ləngitməyə hesablanmışdır. Cavabdeh tərəfin nəzərinə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə görə, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Həmin iş üzrə Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar