Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4632/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2322/2020 saylı qətnaməsindən qarşılıqlı iddiaçılar Cavabdeh1 və qeyriləri tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş № 2(010)-4701/2019) İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı tikilidən çıxarılması, həmin sahədən istifadəyə dair törədilən maneələrin aradan qaldırılmas ı, qanunsuz tikililərin sökülməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərin N qəsəbəsində yerləşən 59/67-537/545 nömrəli bağ evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan “A” tikilisindən çıxarılmaları, tikilinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi və tikilidən istifadəyə maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı qarşı xx xxxxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin həmin müqavilə üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxxxx 2008-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında daşınmaz əmlakın alqı-satqısına dair notariatda təsdiq olunmuş müqavilə bağlanmış və həmin müqaviləyə əsasən N qəsəbəsində yerləşən 59/67-537/546 nömrəli bağ evinin Cavabdeh1 mülkiyyətində olan iki otaqlı “A” tikilisi onun tərəfindən İddiaçı 32.260 manata satılmışdır. İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bununla əlaqədar onun adına xx xxxxxx 2008-ci il tarixli Dövlət Reyestrindən Çıxarış ver ilmişdir. 2019-cu ilin avqust ayında İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan evin “A” tikilisini alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almasına baxmayaraq onun ailə üzvləri ilə birlikdə tikilini boşaldıb ona təhvil verməkdən boyun qaçırmasını əsas göstərməklə cavabdehlərin həmin tikilidən çıxarılmaları, tikilinin boşaldılaraq ona təhvil verilməsi və tikilidən istifadəsinə törədilən maneələrin aradan qaldırılması, cavabdehlər tərəfindən orada inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin hər birindən mənəvi ziyana görə 10.000 manat olmaqla cəmi 40.000 manatın onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək tikilinin alqı-satqısı ilə əlaqədar razılaş dıqları 33.000 manat məbləğində puldan İddiaçı tərəfindən ona cəmi 9.000 manatı ödəməsini, həmin pulun əvəzində ona 10.000 manat qaytarmasını, İddiaçı ona tikiliyə görə 34.000 manat ödəməli olmasını əsas göstərməklə həmin məbləğin İddiaçı onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılana qədər Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcmini artıraraq İddiaçı eyni zamanda mənəvi ziyana görə 30.000 manat, ona məxsus 33.000 manatı 11 il ərzində qanunsuz saxlamasına görə faizlərin ödənilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddiaçılar Cavabdeh1 və qeyriləri kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, səthi araşdırılmış sübutlar əsasında çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4 və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə bağlanmış, müqavilə notariat orqanında təsdiq edilmiş və yaşayış sahəsinin müqavilədə göstərilən dəyəri İddiaçı tərəfindən notariat kontoruna mədaxil olunmaqla ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı həmin müqavilə əsasında yaşayış sahəsinə mülkiyyət hüququ əldə etməklə və bu hüquq dövlət qeydiyyatına alındığından o, həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanuns uz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən olunmuş yuxarıda göstərilən halları və istinad olunan maddi hüquq normaları İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ verdiyindən məhkəmə onun iddia tələbini qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) İşdən görünür ki, Cavabdeh1 2008-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə məhkəmədə 2019-cu ildə, yəni təxminən 11 ilə yaxın müddət keçdikdən sonra iddia qaldırmışıdır. Qanunun göstərilən norması əqdin etibarsızlığının 11 ildən sonra mübahisəlndirilməsinə yol vermədiyindən, məhkəmə həmin normaya əsaslanıb qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4632/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4632/2020
15.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver