Məhkəmə qərarları › İş №2(102)-4634/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4634/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4634/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Nofəl qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tutulması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Nofəl qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə y önəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-596/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı LPO Zaminbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən Bank tərəfindən borcalan Cavabdeh1 illik 7% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 115.000 (bir yüz on beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Bankla dig ər cavabdehlər Cavabdeh2 arasında onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7, Cavabdeh4 Nofəl qızı arasında onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68-də yerləşən 16 saylı mənzilin və Cavabdeh3 arasında onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə dair müqavilələr bağlanmışdır. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və nəticədə onun bank qarşısında borcu yaranmışdır. İpoteka predmeti olan əmlaklardan biri - Cavabdeh4 Nofəl qızının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68-də yerləşən 16 saylı mənzil 2018-ci ildə alqı-satqı müqaviləsinə əsasən başq a şəxsin adına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4 Nofəl qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 41.144,37 (qırx bir min bir yüz qırx dörd manat otuz yeddi qəpik) manat əsas borcu, müqavilə müddəti bitən tarixə 15.903,10 (on beş min doqquz yüz üç manat on qəpik) manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.4 33,94 (bir min dörd yüz otuz üç manat doxsan dörd qəpik) manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi qərarına əsasən hesablanan 366,65 (üç yüz altmış altı manat altmış beş qəpik) manat olmaqla, ümumilikdə 58.848,06 (əlli səkkiz min səkkiz yüz qırx səkkiz manat altı qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, mənzil 7, Cavabdeh4 Nofəl qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 68, mənzil 16 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracdan satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin passport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Zaminbank“ Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 7% ödənilmək şərtilə, 115.000 (bir yüz on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, mənzil 7, Cavabdeh4 Nofəl qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 68, mənzil 16 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 89, mənzil 40 "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasan öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çata nadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 41.144,37 (qırx bir min bir yüz qırx dörd manat otuz yeddi qəpik) manat əsas borcu, müqavilə müddəti bitən tarixə 15.903,10 (on beş min doqquz yüz üç manat on qəpik) manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.433,94 (bir min dörd yüz otuz üç manat doxsan dörd qəpik) manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi qərarına əsasən hesablanan 366,65 (üç yüz altmış altı manat altmış beş qəpik ) manat olmaqla, ümumilikdə 58.848,06 (əlli səkkiz min səkkiz yüz qırx səkkiz manat altı qəpik) manat məbləğində borcu mövcuddur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)-134/20 saylı qətnaməsi (hakim. G.Əsədova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 22 noyabr 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsinə əsasən 39.257,18 (otuz doqquz min iki yüz əlli yeddi manat on səkkiz qəpik) manat məbləğində əsas, 2.167,87 (iki min bir yüz altmış yeddi manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə borcu və iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği üzrə 196,28 (bir yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat olmaqla, ümumilikdə 41.921,33 manat (qırx bir min doqquz yüz iyirmi bir ma nat otuz üç qəpik) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 10/1 nömrəli evin 7 nömrəli mənzilinə və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 89 nömrəli evin 40 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə realizə edilməsi, mənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait müvafiq olaraq hər birinə ayrı-ayrılıqda mülkiyyətlərinə münasibətdə Cavabdeh2 və Cavabdeh3 ve rilməsi, ipoteka predmetləri olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi 10/1 nömrəli evin 7 nömrəli mənzilinin ilkin satış qiymətinin 46.300 (qırx altı min üç yüz) manat və Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 89 nömrəli evin 40 nömrəli mənzilinin ilkin satış qiymətinin 125.500 (bir yüz iyirmi beş min beş yüz) manat müəyyən olunması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi 10/1 nömrəli evin 7 nömrəli mənzilin və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 89 nömrəli evin 40 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qərara alınmaqla, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pu lun Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat (üç əmlak hər biri ayrılıqda 300 (üç yüz) manat olmaqla) pulun Cavabdeh1 tutulub “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 442, 443.1, 448.2, 467; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 11.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sərlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı LPO Zaminbank ASC-nin lşğvedi cisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)-134/20 saylı qətnaməsi Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 3 ünvanında yerləşən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş; Həmin mənzilin ilkin satış qiyməti 104.000 (yüz dörd min) manat məbləğində müəyyən edilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 442, 443.1, 448.2, 467; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə istinad etmişdir.

8. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti kas sasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasını, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

11. Əlavə olaraq qeyd edilmişdir ki, borcun məbləği ilə bağlı ekspert rəyi ilə razılaş mamışdır. Belə ki, ekspertin hesablama zamanı hansı metoddan istifadə etməsi məyyən deyil, rəy aydın deyil. Ekspertin rəyi əsassızdır. Ödənilən bütün məbləğ faiz və cəriməyə silinmişdir. İpoteka predmetinin ilkin satış qiyməti də dyzgyn müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Maddə. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

19. Maddə. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Maddə. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

21. Maddə.

467. Məhkəmə iş in hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir

22. Maddə. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

23. Maddə.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

24. Maddə.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

25. Maddə. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka mü qaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.

26. Maddə. 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

27. Maddə. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;

28. Maddə. 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldi lməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

29. Maddə. 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

30. Maddə. 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzin də tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Kassasiya şikayətinin məzmunundan belə qənaət hasil olur ki, iddiaçı qətnaməni borc və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirir.

35. Apellyasiya instasniya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı LPO Zaminbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən Bank tərəfindən borcalan Cavabdeh1 illik 7% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 115.000 (bir yüz on beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Bankla digər cavabdehlər Cavabde h2 arasında onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin, Cavabdeh4 Nofəl qızı arasında onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68-də yerləşən 16 saylı mənzilin və Cavabdeh3 arasında onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə dair müqavilələr bağlanmışdır. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və nəticədə onun bank qarşısında borcu yaranmışdır. İpoteka predmeti olan əmlaklardan biri - Cavabdeh4 Nofəl qızı arasında onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68-də yerləşən 16 saylı mənzil 2018-ci ildə alqı-satqı müqaviləsinə əsasən başqa şəxs in adına özgəninkiləşdirilmişdir.

36. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği, həmçinin hesablanmış faiz və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 5% məbləğ işə baxan birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir.

37. Apellyasiya instasniya məhkəməsi bu dəlilə görə müvafiq ekspertiza təyin etmiş və haqqlı olaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğlə eynilik təşkil edir (əsas borc 39.257,18 manat, faiz borcu 2.167,87 manat). İddiaçı həmin borc məbləğinin düzgün hesablanmadığını iddia etsə də, bunu təsdiq edəcək, həmçinin ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı öz apellyasiya şikayətində cərimənin və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 5% məbləğin düzgün müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

38. Bundan əlavə iddia tələbində göstərilən 1433,94 manat cərimə borcu işin faktiki halları və tərəflərin əmlak mənafeyi baxımından tünasübsüz surətdə yüksək olmuşdur və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 300 manat cərimə məbləği işin həqiqi hallarına uyğundur.

39. HMəhkəmə illik 5% məbləği qismən təmin edərkən işin o halına əsaslanmışdır ki, həmin məbləğ iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinə hesablanmış məbləğ olduğundan və əsas borc məbləği qismən təmin edildiyindən, gecikməyə görə hesablanmış 5% borcun məbləği də qismən təmin edilməlidir. Bu əsasla məhkəmə həmin məbləği azaldaraq 196,28 manat həddində müəyyən etmişdir. Borc məbləğinin gecikdirilməsinə görə tələb edilən 5% məbləğin əsas borcun qismən təmin edilmiş hissəsinə mütənasib olaraq azaldılması düzgün olmuşdur və apellyasiya şikayətinin bu dəlili əsassızdır.

40. Son olaraq apellyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış dəyəri barədə dəlilə munasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyini nəzərə almaqla, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin i lkin satış qiymətini 46.300 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətini isə 125.000 manat müəyyən etmişdir. İddiaçı bu məbləğlərə etiraz etsə də, apellyasiya şikayətində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin ilkin satış qiymətinin 46.300 manat olmasını özü də təsdiq etmişdir.

41. İpoteka predmeti olan digər mənzilin ilkin satış qiyməti ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin mənzilin ilkin satış qiymətini müəyyən edərkən əmlakın qiymətləndirilməsinə dair 26.09.2019-cu il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Qeyd edilən rəydən isə müəyyən olunur ki, qiymətləndirici tərəfindən əmlakın likvid qiyməti deyil, o rta bazar dəyəri müəyyən edilmişdir.

42. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni tərəflər arasında həmin ipoteka predmeti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan başqa mülki işlə bağlı həmin əmlakın satış qiymətinin müəyyən edilməsi məqsədilə əmlakın qiymətləndirilməsi keçirilmişdir. Həmin iş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən əmlakın bazar dəyəri 112.000 manat, likvid dəyəri isə 104.000 manat təşkil edir. Tərəflər qeyd edilən qiymətləndirmə rəyində müəyyən edilmiş ilkin satış qiymətinin məbləğinə etiraz etmədiklərini bildirmişlər.

43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya insta nsiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-596/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar