Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4647/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(001)262/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əq din etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”sinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”sinin etibarsız hesab edilməsi barədə müki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “mül ki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi” barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə fərdi sahibkar statusuna malik olan cavabdehlər tərəfindən bağlanmış və bilavasitə onların sahibkarlıq fəaliyyətindən irəli gəlir. Lakin iddiaçı həmin müqavilənin tərəfi olmamış və cavabdehlərdən fərqli olaraq fərdi sahibkar statusuna malik deyil. Bu müqavilə üzrə onun cavabdehlər, cavabdehlərin isə onun qarşısında fərdi sahibkarlıq fəaliyyətindən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır. İddiaçı həmin müqavilənin predmetini təşkil edən torpaq sahəsinin və tikililərin müqavilənin tərəfi olan həyat yoldaşı, yəni Cavabdeh1 ilə birgə nigahda olan dövrdə alındığ ını (inşa edildiyini) iddia edir. Bu baxımdan onun tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir və bilavasitə əmlak mənafelərinin qorunması məqsədini daşıyır. Hüquqi nəticə etibarı ilə mübahisənin predmetini təşkil edən tələb cavabdehlərin qarşılıqlı sahibkarlıq fəaliyyəti ilə bağlıdır. İddiaçıya münasibətdə isə ailə-nikah münasibətlərindən irəli gələn mübahisənin həlli məqsədini daşıyan tələbdir. Bununla belə, hazırki mübahisənin xüsusiyyətləri hüquq münasibətinin xarakteri və işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından onun kommersiya məhkəməsinə aidiyyətini istisna edir. İddiaçı (Vəkil1) qərardaddan kassasiya şikayəti verib, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)-262/2022 nömrəli qərardadının ləğv edilməsini və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsızlığına dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülki iş üzrə tərəflər vergi ödəyiciləri olmaqla sahibkarlıq fəaliyyətilə məşğul olduqlarından və mübahisə həmin fəaliyyətə dair bağlanmış müqavilə öhdəliyindən irəli gəldiyindən müqavilənin etibarsızlığına dair iddia tələbinə dair mülki iş Bakı kommersiya məhkəməsinə göndərilməli və iddiaçı Cavabdeh2 cavabdeh R.Allahverdiyevə qarşı pul tələbinə dair mülki işlə bir icraatda baxılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardad ı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 yenidən şikayəti vermiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-262/2022 nömrəli qərardadının ləğv olunmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətə əlavə olunan ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-262/2022 nömrəli q ərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2022 nömrəli, xx.xx.2022 tarixli qərardadı ilə ərizə təmin edilmiş, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv t ərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Məhkə mə iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflərdən iddiaçı fərdi sahibkar deyildir, onun iki sahibkar arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddiası sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar deyil, iddiaçıya münasibətdə ailə-nikah münasibətlərindən irəli gələn mübahisənin həlli məqsədini daşıyan tələbdir. Buna görə də, hüquq münasibətinin xarakteri, habelə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından mübahisə ümumi məhkəməyə aiddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MP M-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı (Vəkil1) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)262/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qəra
Məhkəmə qərarları › İş №2(102)-4647/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4647/2022
01.08.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver