Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4652/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Xankişiyev Yaşar Abdulla oğlunun iştirakı ilə, İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa olunmuş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsinin cavabdehin üzərinə qoyulması» tələ binə dair ilkin, iddiaçı Cavabdehlər Abşeron rayonu Xırdalan Bələdiyyəsinə, "xxxx" ASC-yə və Maraqlı şəxsnə qarşı «kompensasiya, pul» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2572/2020 nömrəli, 12.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əvşarova X3 Bələdiyyəsinin ərazisində özünə məxsus olan fərdi evdə yaşayır. Bələdiyyə hesab edir ki, qarşı tərəf ona məxsus olan torpaq sahəsini zəbt etmiş və ondan qanunsuz istifadə edir. Cavabdeh isə hesab edir ki, müvafiq icra hakimiyyəti orqanları onu qanuni istifadəsində olan torpaq sahəsini ictimai məqs ədlər üçün istifadə etməkdən ötrü həmin sahəni ondan geri almaq istəyirlər. Ona görə tərəflər bir-birinə qarşı iddia tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsi Cavabdeh qarşı zəbt edilmiş Xırdalan bələdiyyəsinə məxsus 355 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa olunan hasarın onun öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması, cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən cinayət işi qaldırılması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı Xırdalan Bələdiyyəsinin hüdudları d axilində heç bir torpaqayırma sənədləri olmadan qanunsuz 0,053 ha torpaq sahəsini zəbt edərək tikililər inşa etmişdir. Həmin tikililərə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən 73,6 kv.m yaşayış sahəsi, 66,8 kv.m köməkçi sahədən ibarət yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır. Lakin yaşayış evindən əlavə cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunan 355 kv.m torpaq sahəsi bələdiyyə torpağıdır və cavabdeh tərəfindən qanunsuz olaraq hasarlanmışdır. Hesab edirlər ki, cavabdeh qanunsuz zəbt etdiyi bələdiyyə torpağından çıxarılmalı, qeyd olunan hasar cavabdehin hesabına sökülməlidir. Cavabdeh zəbt etdiyi Xırdalan Bələdiyyəsinə məxsus 355 kv.m tor paq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa olunan hasarın onun öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması barədə qətnamə qəbul edilməsi, cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinə əsasən cinayət işi qaldırılması üçün xüsusi qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə, "xxxx" ASC-yə və Maraqlı şəxsnə qarşı "xxxx" açıq səhmdar cəmiyyətindən dövlət rüsumu kimi 30 manat, müdafiəçiyə ödədiyi 110 manat pulun, vuracaqları maddi ziyana görə kompensasiya olaraq "xxxx" açıq səhmdar cəmiyyətindən 150000 manat, Xırdalan bələdiyyəsindən 2000 manat pulun tutulub ona ödənilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ona qarşı qaldırdığı iddia ərizəsində göstərilən faktlar həqiqətə uyğun olmadığından iddianı qəbul etmir, rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməklə yanaşı qeyd edir ki, Xırdalan Bələdiyyəsi mülkiyyət hüququ əsasında ona məxsus olan ev və torpaq sahəsinin mövcudluğundan xəbərsiz kimi ona qarşı iddia qaldırmışdır. Halbuki, Bələdiyyənin özünün iddia ərizəsinə əlavə etdiyi (notarial qaydada alqı-satqı yolu ilə 2001-ci ildə aldığı) Maraqlı şəxs başçısının 27 mart 1997-ci il tarixli 66 nömrəli qərarına müvafiq olaraq 22951 nömrəli reyestr kitabına yazılmaqla 1493 nömrəli inventar aparılaraq qeydiyyat vəsiqəsinə əsasən onun adına rəsmiləşdirilmişdir. Qeydiyyat vəsiqəsi və ona əlavə edil miş texniki pasportdan göründüyü kimi, ona məxsus torpaq sahəsi cəmi 530 kv.m, o cümlədən tikililər 180 kv.m, boş torpaq sahəsi isə 355 kv.m-dən ibarətdir. Göründüyü kimi, notarial qaydada aldığı ev və torpaqda heç bir əlavə tikinti aparılmamış, texniki pasportla təsdiqlənmiş tikintilərə-hasara toxunulmamış, onlar tərəfindən əlavə heç bir torpaq sahəsi zəbt edilməmişdir. Bələdiyyənin hər il ona göndərdiyi “tədiyyə bildirişi” sənədindən də göründüyü kimi, həmin 530 kv.m sahənin torpaq vergisi tərəfindən tamamilə ödənilmişdir. Məsələ bundan ibarətdir ki, son bir il ərzində kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır. Layihəni həyata keçirən "xxxx" ASC, Maraqlı şəxs və Xırdalan Bələdiyyəsinin nümayəndələri dəfələrlə onlara gələrək tikintinin onların həyətindən keçəcəyini bildirməklə, ona məxsus torpaq sahəsində tikinti işləri aparmalı olduqlarını, bu məqsədlə onların daş hasarları, təsərrüfat binasını, darvazanı və həyətdəki dəmir konstruksiyanın uçurulacağına zərurət yarandığını bildirmişlər. Onlar bunun müqabilində aparılacaq tikililərin uçurulması və tikinti işlərinin müqabilində ona veriləcək ziyanın əvəzinin ödənilməsini tələb etmişlər. Lakin tikinti işləri nəticəsində onun həyəti dağılmalı, 20-25 metr uzunluğunda, 8 metr enində və 2 metr dərinliyində xəndək qazılmalı, 22 kv.m sahəli təsərrüfat binası, 35 metrə qədər daş hasar, darvaza, dəmir konstruksiya (talavar) sökülməli, həyətdəki çoxillik ağaclar, üzüm tənəkləri çıxarılmalıdır. Çəkiləcək ümumi kanalizasiya xətti onların yaşayış evindən 1,5 metr hündür səviyyədə keçdiyindən ev kanalizasiya xəttindən aşağıda qala caq və onların mənzili kanalizasiya xəttinə qoşulması xeyli maddi itkilərə başa gələcəkdir. Bütün dəyəcək ziyanın hesablanması üçün mütəxəssis rəyinin alınması, görüləcək işlərin smetasının tərtib edilməsi zərurəti yaranmışdır. Aparılacaq tikinti işləri ona külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Bələdiyyənin ona qarşı iddia qaldıraraq hətta ona - 2-ci qrup əlilə, yaşlı qadına qarşı cinayət işi qaldırılacağı ilə hədələməyi də özünə rəva bilmişdir. Bütün bunlar ona əsas verir ki, öz növbəsində bu şəxslərə qarşı qarşılıqlı iddia qaldırmaqla ona dəyəcək maddi ziyana görə kompensasiya ödənilməsini tələb etsin. İlkin hesablamalara görə həyətində aparılacaq tikinti işləri nəticəsində ona ümumilikdə 152.000 manata qədər ziyan dəyəcəkdir. Xırdalan Bələdiyyəsinin ona qarşı qaldırdığı g uya zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq üzərində inşa olunmuş hasarın sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını qəbul etmir, həyətində tikinti işləri aparılmasını planlaşdıran "xxxx" ASC-ni də cavabdeh kimi prosesə cəlb etməklə, ona və Xırdalan Bələdiyyəsinə qarşı 152.000 manat məbləğində qarşılıqlı iddia irəli sürür. Azərsu” ASC-dən dövlət rüsumu 30 manat, müdafiəçiyə ödədiyi 110 manat pulun, vuracaqları maddi ziyana görə kompensasiya olaraq "xxxx" ASC-dən 150.000 manat, Xırdalan Bələdiyyəsindən 2000 manat pulun tutulub, ona ödənilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Əhmədov) iddiaçı Abşeron rayonu Xırdalan bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa olunmuş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsinin cavabdehin üzərinə qoyulmasına dair ilk, Cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə və "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı kompensasiya və pul tələbinə dair qarşılıqlı iddiaları barədə mülki iş üzrə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi; 29-cu maddəsinin İİİ hissəsi; 31-ci maddəsinin İİ hissəsi; Mülki Məcəlləsinin: 157.2, 180.1, Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsi, 49-cu maddəsinin1-ci hissəsi, 66-cı maddəsinin2-ci hissəsi, 111.1-ci maddələrinə is tinad etmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 12.11.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Abasov və F.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, İş üzrə Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılı qlı iddia üzrə cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsi kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti apelyasiya şikayəti, iddia tələbində qeyd olunanlarla eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili Xankişiyev Yaşar Abdulla oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Maddə.
13. Hissə İ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə.
29. Hissələr İ və İV Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Mə cəlləsi:
19. Maddə. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
22. Maddə. 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
23. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
26. Maddə. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
27. Maddə.
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilm əsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” qanunu:
28. Maddə.
7. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunu:
29. Maddə
2. Hissə
1. Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verirlər. 30. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Az ərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli fərmanının 2-ci bəndində göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunu:
31. Maddə. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
32. Maddə. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasın ın torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
33. Maddə. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
34. Maddə. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəmsəinin mübahisə ilə bağlı mövqeyi ilə razılaşır.
40. Hazırkı icraatda Apelyasiya Məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmayan hissəsində yoxlanılır.
41. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Əvşarova X3 Bələdiyyəsinin hüdudları daxilində qanunsuz olaraq 0,053 ha torpaq sahəsini zəbt etməmişdir. Həmin tikililərə 73,6 kv.m yaşayış sahəsi, 66,8 kv.m köməkçi sahədən ibarət yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır. Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən A bşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi 11 küçəsində 73,6 kv.m yaşayış sahəsi, 66,8 kv.m köməkçi sahəsi olan, 4 otaqlı 71 nömrəli yaşayış evi Maraqlı şəxs başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli qərarı əsasında 22951 nömrəli reyestr kitabında, 1493 inventar nömrəsi ilə X1 adına qeydə alınmışdır. 2001-ci ilin sentyabrında təsdiq edilmiş Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi 11 küçəsində yerləşən, 22951 nömrəli reyestr kitabında 1493 inventar nömrəsi ilə X1 adına qeydə alınmış 71 nömrəli yaşayış evinin texniki pasportunda evin 530,0 kv.metr torpaq sahəsində yerləşdiyi, tikili altı sahəsinin 180,3 kv.metr olduğu göstərilmişdir.
42. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 470,0 ha yaşayış məntəqələrinin torpaqları mülkiyyət hüququ əsasında Abşeron rayonu Xırdalan bələdiyyəsinin adına 18.03.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır.
43. İş materiallarından da göründüyü kimi, Cavabdeh qeydiyyat vəsiqəsi 2001-ci ilin sentyabr ayında verilmiş, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 470,0 ha yaşayış məntəqələrinin torpaqları isə mülkiyyət hüququ əsasında Abşeron rayonu Xırdalan bələdiyyəsinə adına 18.03.2010-cu il tarixdə qeydi yyata alınmışdır. Bundan başqa, Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi 11 küçəsində 73,6 kv.m yaşayış sahəsi, 66,8 kv.m köməkçi sahəsi olan, 4 otaqlı 71 nömrəli yaşayış evinə dair Cavabdeh adına verilmiş qeydiyyat vəsiqəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir.
44. Kollegiya hesab edir ki, iddiaçı kassasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığını göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etməmişdir.
45. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməli, işə baxan məhkəmə isə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
46. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)2572/2020 nömrəli, 12.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.