Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4653/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh vəkili X37 iştirakı ilə. Cаvаbdеh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il il tarixli qətnaməsi ilə (hakim: N.A.Bağırov; 2(009)-3356/2018) iddia təmin edilmiş, cavabdeh 20.09.2018-ci il tarixli ************* saylı əmri ləğv edilmiş və iddiaçı tutduğu vəzifəyə bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və X.Ə.Sarıyev; 2(103)-3075/2019), cavabdeh аpellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Səbail rayon Məhkımısinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş,iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmişdir.Cavabdeh 20.09.2018-ci il tarixli 309 nömrəli əmri ləğv edilmiş, iddiaçı Aslanova X19 tutduğu vəzifəyə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı İddiaçı - Cavabdehna qarşı “qanunsuz əmrin ləğv edilməsi v ə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ********** institutunun direktoru X12 20.09.2018-ci il tarixli ********* əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh direktoru, ixtisası üzrə işləməyən fiziki-riyaziyyat üzrə fəlsəfə doktoru X21 qanunsuz və vəzifəsindən sui istifadə etməklə ******* saylı 20.09.2018-ci il tarixli əmri ilə AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən (AR ƏMnin 77-ci maddəsinin 3-cü hissəsinə sadalanan hal), elmi işlər üzrə direktor müavini E6 05.07.2018-ci il tarixli ****** saylı təqdimatı, ixtisar komissiyasının 10.07.2018-ci il tarixli qərarı, Həmkarlar təşkilatı sədrinin 19.07.2018-ci il tarixli çıxarışı və 20 iyul 201 8-ci il tarixli 245 №-li işçilərin və ştatların ixtisarı barədə əmrə əsasən onu işdən azad etmişdir. Hesab edir ki, həmin əmr tamamilə qanunsuz və əsassızdır. O 2006-cı il yanvarın 5-də Cavabdehna baş lobarant vəzifəsinə işə götürülmüşdür. 2005-ci ildən ************ institutunda «************** » şöbəsinin müdiri və fotoqraf vəzifəsini icra edən X21 2016-cı ilin mart ayında İnstituta direktor vəzifəsinə təyin edilmişdir. Cavabdeh direktor təyin olunandan sonra E6 ona qarşı şəxsi-qərəzliyi olduğuna görə 16.11.2016-cı il tarixdə onun vəzifəsini aşağı salıb texnik vəzifəsinə keçirtmişdir. Əsas kimi də onu göstərdi ki, onun ali təhsili yoxdur. Baxmayaraq ki, E6 əvvəl İnstituta rəhbərlik etmiş akademik M6 və *******nin müxbir üxvü İ6 onun bu vəzifədə işləməsini məqsədəuyğun hesab edirdilər. Ona tapşırılan bütün tapşırıqları vaxtında, keyfiyyətlə yerinə yetirib rəhbərliyə təqdim edirdi. O Maliyyə-kredit texnikumu (hal-hazırda İnstitutdur) bitirmiş və ailə vəzifətinə görə İncəsənət katibliklə bağlı işlər olub, həmişə də onların hörmətini qazanmışdır. İnstitutda işlədiyi müddətdə 2 kitabın texniki redaktoru olmuş və xaricdə çap olunmuş 10 məqalənin həmmüəllifidir. Onun 58 yaşı var, təqaüdə çıxmasına 5 il qalıb, bu yaşda o hara işə düzələ bilər? Həyat yoldaşı da təqaüdçüdür. İnstitutda ona tapşırılmış bütün tapşırıqların öhdəsindən gəlirdi. E6 direktor təyin olunandan sonra işdən çıxartdığı əməkdaşların yerinə özünün qohum və tanışlarını işə götürüb. İnstitutun kadrlar şöbəsinin müdiri X8 20.07.2018-ci ildə ona elan etdi ki, işdən çıxmaq əmri verilib və 2 ay müddətdən sonra, yəni 20.09.2018-ci ildə işdən azad olacaqdır. Soruşmuşdur ki, səbəbi nədir, o ona bir neçə səbəb demiş – laboratoriyada texniki işçi lazım deyil, Akademiyada ixtisaslar var, onun haqqında təqdimatlar, şikayətlər var. Ondan ixtisarlar haqqında sərəncamı ona təqdim etməsini istəmişdir. Bundan sonra o 07.08.2018-ci ildə X27 Xidmətinə şikayətlə müraciət etmişdir. 28.08.2018-ci il tarixdə Əmək Müfəttişliyindən ***** №-li cavab məktubunda yazılmışdır ki, «Cavabdeh 5 saylı region üzrə X22 təqdim etdiyi sənədlərdən məlum oldu ki, Sizinlə müəssisə rəhbərliyi arasında bağlanmış 01.07.2014-cü il tarixli əmək müqaviləsinə 20.09.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir». Əmək Müfəttişliyində ona demişdilər ki, X2 protokolundan çıxarışı əsasınd a onlar bu cavabı ona veriblər. Əlində müddətsiz müqaviləni görəndə çox təəcübləndilər, məsləhət gördülər ki, mütləq məhkəməyə müraciət etsin və əgər lazım olarsa onlarda məhkəmədə iştirak edib sənədlərlə bağlı rəy verə bilərlər. Əmək Müfəttişliyi əmək müqaviləsini görməmiş belə cavabı necə verə bilərdi. X2 iclası çağırılmadan, o iclasa dəvət olunmadan, onun haqqında qərar çıxarılıb. Həmkarlar təşkilatının sədri V8 direktorun qohumudur və analıq məzuniyyətində olduğu vaxtda onun haqqında saxta sənəd hazırlayıblar. Ondan əvvəl 2 elmlər doktorunu və başqalarını da bu cür saxta sənədlərlə işdən azad ediblər. Onun əlində hal-hazırda 16.11.2016-cı il tarixli müddətsiz müqaviləsi var. Göründüyü kimi əlində iki bir-birinə əks sənədlər var. Hərbir müəsissənin yeni il üçün büdcəsi cari ilin axırınd a hesablanır və həmin sənəddə bütün ştatda olan işçilər nəzərdə tutulur. İlinsonunda ştatda olan neçə əməkdaşın ixtisar olunacağı qabaqcadan məlum olur. Kadrlar şöbəsindən ona demişlər ki, laboratoriyaya texnik lazım deyil. Əgər laboraotriyaya texnik lazım deyilsə, onda onu bu vəzifəyə niyə təyin etmişdilər. Bunların hamısı ona qarşı olan şəxsi-qərəzlikdən irəli gəlib. 2018-ci ilin fevral ayından İnstitutun aparıcı əməkdaşları X13 təhqirlərinə, təzyiqlərinə, söyüşlərinə, kolleksiya materiallarının məhvinə, elmi ədəbiyyatların atılmağına, mükafatların mənimsənilməsinə və saysız hesabsız haqsızlarına dözməyərək birləşib aidiyyatı orqanlara şikayətləri göndərməyə başladılar. O da həmin müraciətlərə imza etmışdır. Halhazırda Səbail rayon Məhkəməsində ğüün müraciətlərinin müsxələri var. ******* *** İnstitutunun 82 illik tarixində ilk dəfə idi ki, əməkdaşlar aqressiv, adekvat olmayan, tərbiyyəsiz, qeyri-ixtisasçı, direktorun təzyiqlərinə məruz qalıb birləşib ölkə Prezidentindən kömək istəmişlər. Narazı əməkdaşlar İnstitutun əsas elmi potensialını təşkil edən alimlərdir, professorlardır, elmlər doktorları, fəlsəfə doktorları, elmi işçilərdir. Etdikləri müraciətlər əsasında *********** Prezidentinin sərəncamı ilə komissiya yaradılmış və həmin komissiya 28 mart – 20 aprel 2018-ci iltarixlərində institutda araşdırma apardılar. Araşdırmalar nəticəsində E.Y.Yusifovun bütün qanuna zidd əməlləri öz təsdiqini tapmış, lakin onun haqqında heç birciddi ölçü götürülmədi. Yalnız 29.06.2018-ci il tarixdə *********** Prezidentinin sərəncamına əsasən işdə yol verdikləri nöqsanlara grə E.F.Yusifo v və digər rəhbərişçilər haqqında intizam tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Belə yüngül cəzadan ruhlanan E.F.Yusifov qanuna zidd əməllərini davam etdirməyə başlamış və müraciətlərə imza atan əməkdaşları bir-bir işdən azad etmək haqqında əmr vermişdir.son üç ayda artıq 6 əməkdaş işdən azad edilmiş, digərləri də nəzarətə götürülmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi X28 iddianı qəbul etməyərək, iddiaya etiraz edərək izahatında bildirmişdir ki, institutun elmi işlər üzrə direktor müavini E.İ.Əhmədov 05.07.2018-ci il tarixli təqdimatla İnstitutda aparılan elmi tədqiqat işlərinin yerinə yetirilməsində strukturlarda çalışan laborantların iexniki işçilərin də vəzifələrinin yerin ə yetirdiyinə əsaslanaraq, institutda 4 texnik ştatının ixtirak edilərək 51 ştatdan 48 ştata qədər azaldılması barədə institutun direktoruna müraciət etmişdir. Bu təqdimat əsasında institut direktorunun 06.07.2018-ci il tarixli 197 saylı əmri ilə İnstitutda texniki ştatların ixtisarı ilə əlaqədar Komissiya yaradılmış və Komissiyanın 10 iyul 2018-ci il tarixli qərarına əsasən 4 texniki ştatı, o cümlədən İnstitutun «Quru onurğalar» laboratoriyasında texnik vəzifəsində işləmiş İddiaçı ştatı ixtisar olunmuşdur. X9 sədrinin İnstitutun direktoruna ünvanlanmış 19 iyul 2018-ci il tarixli təqdimatı ilə X9 da bu ixtisara etiraz etməmişdir. Qeyd edilənlərdən göründüyü kimi burada İnstitutun direktoru (işəgötürən) heç bir qanun pozuntusuna yol verməyərək AR ƏM-nin 11-ci maddəsində nəzərdə tutulmuş hüq uqlarından istifadə etmişdir. Belə ki, bu maddənin «ə» bəndinə görə, işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Bundan sonra AR ƏM-nin 77-ci maddəsinin tələblərinə uyğun olaraq İnstitutun direktorunun 20.07.2018-ci il tarixli 245 k/şəxs saylı əmri ilə G.M,Aslanovaya onunla öağlanmış əmək müqaviləsinin 20.09.2018-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin «b» bəndi ilə ləğv ediləcəyi barədə azı 9 həftə əvvəlcədən xəbərdarlıq elan edilmiş və İddiaçı İnstitutun direktorunun 20.09.2018-ci il tarixli 309 k/şəxs əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olmasına istinad ed ərək ixtisara düşməsini qanunsuz sayır. Lakin Əmək Məcəlləsində əmək müqaviləsinin müddətsiz olması əsası ilə işçilərin sayının və ya ştatların ixtisar edilməsini qadağan edən norma yoxdur. Beləliklə, İddiaçı işdən azad olunması qanunvericiliyin tələblərinə tam əməl edilməklə həyata keçirildiyinə görə onun iddiasını əsassız və qanunsuz hesab edirlər. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə 3-cü şəxs X27 Xidməti 5 saylı region üzrə X14 nümayəndəsi X10 iddianın təmin və ya rədd edilməsi məsələsinin həllinin məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiym ət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 16.11.2016-cı il tarixli ********* əmək müqaviləsinə əsasən İddiaçı İnstitutun «Quru onurğasızları» laboratoriyasının 8-ci dərəcəli texnik vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə Cavabdeh 06.07.2018-ci il tarixli *********** saylı əmrinə əsasən Cavabdeh müvafiq strukturlarında aparılan elmi tədqiqat işinin yerinə yetirilməsində strukturlarda çalışan laborantların da iştirakını nəzərə alaraqinstitutda elmitədqiqat işlərinin yerinə yetirilməsində iştirak edən 51 texniki ştat vahidinin 46 texniki ştat vahidinə qədər azaldılması məqsədilə komissiya yaradılmışdır. İşüzrə AR *********** X5 Təşkilatının 7 saylı protokolundan 19 iyul 2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh büro üzvləri 4 nəfər ştat vahidinin (X11, İddiaçı M8, X29 və X20 ) ixtisar olunmasına etiraz etmir. İş üzrə AR Cavabdeh 20.07.2018-ci il tarixli 245 ********* saylı əmrinə əsasən 4 ********** İnstitutun əməkdaşı X25 azı 9 təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq elan edilmişdir. İş üzrə AR Cavabdeh 20.09.2018-ci il tarixli 309 k/şəxs saylı əmrinə əsasən «Quru onurğasızları» laboratoriyasının 8-ci dərəcəli texniki X3 20.09.2018-ci il tarixdən AR ƏMnin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcələlsinin 77-ci maddəsinin 3cü hissəsinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxma müavinəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Cаvаbdеh kassasiya şikayətində apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214,386-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.5,337.1,319.1-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11,70,77,214-cü maddələrinin tələblərinin pozularaq, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа cavabdeh Cavabdeh vəkili şikayətinə uyğun izahat verərək, şikаyətin təmin еdilməməsini хаhiş еtdi. X37 kаssаsiyа Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası m əhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən o, cümlədən Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 16.11.2016-cı il tarixli ********** əmək müqaviləsinə əsasən İddiaçı İnstitutun «Quru onurğasızları» laboratoriyasının 8-ci dərəcəli texnik vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 06.07.2018-ci il tarixli ******** saylı əmrinə əsasən Cavabdeh müvafiq strukturlarında aparılan elmi tədqiqat işinin yerinə yetirilməsində strukturlarda çalışan laborantların da iştirakım nəzərə alaraqinstitutda elmi- tədqiqat işlərinin yerinə yetirilməsində iştirak edən 51 texniki ştat vahidinin 46 texniki ştat vahidinə qədər azaldılması məqsədilə komissiya yaradılmışdır. AR *********** Təşkilatının 7 saylı protokolundan 19 iyul 2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh büro üzvləri 4 nəfər ştat vahidinin (X11, İddiaçı Mirzəbala qızı, X29 və X20) ixtisar olunmasına etiraz etmir. AR Cavabdeh 20.07.2018-ci il tarixli ********* saylı əmrinə əsasən 4 ********** İnstitutun əməkdaşı X25 azı 9 təqvim həftəsi əvvəidən rəsmi xəbərdarlıq elan edilmişdir. AR *********** ************ İnstitutunun 20.09.2018-ci il tarixli ********* saylı əmrinə əsasən «Quru onurğasızları» laboratoriyasının 8-ci dərəcəli texniki X3 20.09.2018-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ştatiarın ixtisar edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcələlsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxma müavinəti verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 23.11.2018-ci il tarixli 34-0/460 saylı məktubdan görünür ki, Cavabdehna iyul və avqust aylarında 4 işçi işə qəbul ed ilmişdir:
1. X17 (tam orta məktub. Ağsu rayon Təcrübə Dayaq məntəqəsinə texnik vəzifəsinə işə qəbul edilib).
2. X15 (Ali təhsil. Böyük laborant vəzifəsinə işə qəbul edilib).
3. X8 (Tam orta məktəb. Aysu rayon Təcrübə Dayaq məntəqəsinə laborant vəzifəsinə işə qəbul edilib)
4. X16 (Tam orta məktəb. Laborant vəzifəsinə işə qəbul edilib) Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 23.11.2018-ci il tarixli 340/460 saylı məktubdan görünür ki, Cavabdehna sentyabr, oktyabr və noyabr ayları üzrə 5 işçi böyük laborant vəzifəsinə, 2 işçi isə kiçik elmi və elmi işçi vəzifələrinə işə qəbul edilmişlər. 2006-cı ilin yanvarın 5-də Cavabdehna başla laborant vəzifəsinə işə qəbul edilmişdir. 16.11.2016-cı il tarixdə iddiaçı 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. Cavabdehn 06.07.2018-ci il tarixli əmri ilə müvafiq strukturlarında aparılan elmi tədqiqat işinin yerinə yetirilməsində, strukturlarda çalışan laborantların da iştirakını nəzərə alaraq institutda elmi-tədqiqat işlərinin yerinə yetirilməsində iştirak edən 51 texniki ştat vahidinin 46 texniki ştat vahidinə qədər azaldılması məqsədilə komissiya yaradılmış, texniki ştatların ixtisarı ilə bağlı X6 müraciət olunmuş və Həmkarlar İttifaqının 10.07.2018-ci il tarixli qərarı ilə institutda fəaliyyət göstərən laboratoriyalarda texniki işçilərin üzərinə düşən vəzifələri laborantlar yerinə yetirdiyinə görə 4 texniki ştat vahidinin ixtisar edilməsi, ixtisar olunanların ali təhsilləri olmaması səbəbindən onların digər ştatlara keçirilməsi mümkün olmadığı üçün 4 texniki işçi, o cümlədən iddiaçı ixtisara salınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsiəmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafeiərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin oiunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -11-ci maddəsinin «ə» bəndinə əsasən bu Məcəilənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölməiəri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. - 70-ci maddə sinə əssən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. - 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmu şlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. - 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. - 16-cı maddəsinə görə, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictima i birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. - 80-ci maddəsinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə, bərpa edlməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaräq tərəfləfin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsası onun tutduğu ştatın ixtisarı ilə bağlı olsa da, iddiaçıya ixtisarla bağlı işəgötürən tərəfindən həm xəbərdarlıq edilməsindən, həm də onunla əmək müaaviləsinə xitam veri ldikdən sonra İnstituta texniki ştatlara çoxlu sayda işçilər qəbul edilmişdir. Belə ki, 2018-ci ilin iyul və avqust aylarında İnstituta böyük laborant və laborant vəzifələrinə 4 işçi, sentyabr, oktyabr və noyabr aylarında isə 5 işçi böyük laborant, 2 işçi isə kiçik elmi və elmi işçi işə qəbul edilmişlər. Göründüyü kimi, iddiaçının tutuduğu ştat ixtisar edilməmişdən əvvəl onun tutduğu vəzifəyə uyğun olaraq institutda boş ştatlar olmuş və cavabdeh ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda həmin ştatlara işçi qəbul etmişdir. Digər tərəfdən iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi və onu başqa vəzifəyə keçirilməsinin mümkün olmamasının əsası kimi rəhbər tutulmuş hal-onun ali təhsilinin olmaması da hazırki iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, yeni işçiləri n bəzilərinin ali təhsili olmadığı halda onlar müvafiq vəzifələrə- (Ş6 (tam orta təhsil ) texnik, A8 (tam orta təhsil) və E7 (tam orta təhsil) isə laborant vəzifələrinə işə qəbul edilmişlər.Beləliklə, cavabdeh iddiaçını ixtisara salarkən işdə saxlanılan və yeni qəbul edilən texnik, laborant vəzifələrində işləyən digər işçilərdən ixtisasının və peşəkarlıq səviyyəsinin nədə fərqli olmasını, aparılmış ixtisarın səbəbinin, zəruriliyinin iddiaçının işlədiyi peşə ilə bağlı səbəbli əlaqəsinin olmasını izah edə bilməməklə əmrin qanuni və əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, iddiaçı iddia edir ki, İnstitutun hazırki direktoru E6 əvvəl instituta rəhbərlik etmiş akademik M6 və ***********-nın müxbir üzvü İ6 onun bu vəzifədə işləməsini məqsədəuyğun hesab etmişlər. İşəgötürən iddiaçını n tutduğu peşəyə uyğun olmadığını araşdırmamış, onun ixtisasını,iş stajını və peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da ayrı-seçkiliyə yol verməklə iddiaçı ilə bağlanan əmək müqaviləsinə əsaslandırılmamış əmrinə əsasən xitam vermişdir. Cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar ediirnəsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verildiyi aşkardır. Bundan əlavə 10.07.2018-ci il tarixli protokoldan görünür ki, işəgötürən tərəfindən verilmiş «İnstitutun strukturunda çalışan texniki ştat vahidinin ixtisarı haqqında» təqdimatda yalnız 4 nəfər - V8, X8, M6 və E7 iştirak etmişdir. ********** İnstitutunun informasiya vasitəsi olan internet saytından görünür ki, V8 həmkarlar İttifaqı təşkilatının sədridir, M6, X8 və E7 isə büro üzvlər idir. ********** İnstitutunda xeyli sayda əməkdaş çalışdığı, onların əksəriyyətinin həmkarlar ittifaqı təşkilatına üzv olduqları halda texniki işçilərin ixtisarı barədə təqdimat, həmkarlar ittifaqında yalnız 4 nəfərin iştirakı ilə müzakirə edilmiş və müvafiq razılıq verilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq həmkarlar ittifaqının yetərsay olmadan qəbul etdiyi bu qərarın həmkarlar ittifaqına üzvlüyün məqsədinə uyğun hesab etməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının tutduğu ştatın ixtisarının Əmək Məcəlləsinin tələblərinin və iddiaçının əmək hüquqlarının pozulması ilə həyata keçirildiyindən iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, yekunda qəbul edilmiş qətnaməni MPM-nin 218-ci maddəsinin tələbinin pozulmas ı ilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya qydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, hazırki mübahisə üzrə iddiaaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması nəticəsinə gəlindiyindən ona 20.09.2018-ci il tarixdən işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verər ək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin olunmamalı, Səbail Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, CavabdehX1 direktoru E6 20.09.2018-ci il tarixli ****** nömrəli əmrin ləğv edilməli, iddiaçı X30 tutduğu vəzifəyə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.