Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4653/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – avtomobilin qaytarılması, qarşılıqlı iddia - birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması, əmlakın İxtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütənasib surətdə bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhmə d Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-709/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yasamal Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(004)-5862/2018 saylı qətnaməsindən məlum olur ki, tərəflər arasında nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanmış və uşaqların saxlanmaları üçün cəmi 308 manat aliment qət edilmişdir. Azərbaycan Respublikası D axili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12.06.2019-cu il tarixli 52807-1219 saylı məktubundan məlum olur ki, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Qeydiyyat kompyuter uçot bazasına görə XXX markalı, AZ **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14.01.2013-cü il tarixdə ünvan qeydiyyatda olan 26.09.1972-ci il təvəllüdlü X3 adına qeydiyyata alınmışdır. 15.09.2015-ci il tarixdə qeyd olunan nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında XXX adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı dəyişdirilmədən ünvan qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü X1 adına təkrar dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə iddiaçı İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh XXX minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək mübahisəli avtomobil onun adına qeydiyyatda olsada da, hazırda maşının cavabdehlərdə olduğunu, avtomobili 16000 manata alındığını, cavabdehin avtomobili gizlətdiyini və dəfələrlə avtomobilin üzə çıxarılması, həmçinin avtomobilin dəyərini müəyyən edilməsi üçün avtomobili ekspertə təqdim edilməsi tələb olunmasına baxmayaraq cavabdeh cürbəcür bəhanalər ilə avtomobili ortalığa çıxarmaq istəmədiyini, Ailə Məcəlləsinin tələbinə görə uşaqların mənafeləri daha çox üstün tutulmaqla uşaqlar kimin himayəsindədirlərsə ona birgə nikah dövründ ə əldə olunmuş əmlakdan daha çox pay düşməli olduğunu bildirərək ona məxsus XXX markalı AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona 2/3 hissədə Cavabdeh isə 1/3 hissədə pay müəyyən edilməsini, avtomobilin qiymətləndirilərək paylara uyğun bölünməsi, avtomobil tapılmadıqda, ya da tam yararsız vəziyyətdə tapıldığı halda avtomobilin alış məbləği olan 16000 manat tərəflər arasında paylara uyğun bölünməli olduğunu, uşaqlar onun himayəsində olduğu üçün, həmçinin cavabdehin uşaqların saxlanması üçün aliment kəsildiyi halda aliment ödəmədiyini nəzərə alınmasını məhkəmədən xahiş edərək ona avtomobildən uşaqları nəzərə alaraq daha çox pay bölünməsini, cavabdehin avtomobili gizlətdiyinə görə və ekspertə təqdim etməkdən imtina etdiyinə görə avtomobilin alış qiyməti olan 16000 manat tərəflər arasında paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, onun Cavabdeh ilə aralarında olan 09.09.2015-ci il tarixli nikahları 04.12.2018-ci il tarixdə Yasamal rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda ayrılmış, bir yerdə yaşamırlar. O, XXX minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürmək üçün etibarnamə vermişdir. Lakin hazırda cavabdehlə ayrı yaşadıqları üçün maşınını cavabdehdən tələb etsə də o, maşını ona qaytarmaqdan imtina etmişdir. Avtomobili nikaha daxil olandan dərhal sonra 16000 manata almışdırlar. O, istəmir ki, onun mülkiyyətində olan maşından kimsə istifadə etsin, o insan səhər o maşınla cinayət də edə bilər, çünki o, bu insanla artıq yad adamlardırlar. X XX markalı, AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.09.2015-ci il tarixində alqı-satqı müqaviləsi əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Sözü gedən avtomobil atasının və anasının şəxsi vəsaiti ilə alınmış və ona hədiyyə olunmuşdur. Lakin onun sürücülük vəsiqəsi olmadığından sürücülük vəsiqəsi alanadək həmin avtomobili 16.09.2015-ci il tarixdən Cavabdeh istifadə etməsinə etibarnamə ilə icazə vermişdir. 23.01.2019-cu il tarixdən cavabdehin istifadəsinə verilməsi barədə etibarnaməyə xitam verilmişdir. 04.12.2018-ci ildə cavabdehlə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları rəsmi pozulduğu tarixdən 1 il əvvəl Cavabdeh və ailəsi onu iki körpə uşaqla evdən qovmuşdur. Evdən qovulduğu vaxtdan 2 ildir ki, cavabdehdən əmlakı geri qaytarılmasını tələb etmişdir. Cavabd eh əmlakını qanunsuz olaraq ona qaytarmadığı üçün əmlakından məhrum olmuş və bu səbəbdən mülkiyyət hüququ pozulmuşdur. Hazırda o ona məxsus avtomobili cavabdehdən tələb edir. O həmçinin bildirdi ki, XXX maşını ona satmaqla öz hissəsini də ona satmışdır. Ona görə də Cavabdeh ona qarşı qarşılıqlı iddiası əsassızdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması və əmlakın ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləği tərəflər arasında onların payına mütənasib surətdə bölünməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş XXX minik markalı, **DR-*** dövlət qeydiyyat nişanlı avtomaşında payların müəyyən olunması və əmlakın ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək məhkəmədən XXX minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşında 5\6 hissədə onun, 1\6 hissədə cavabdehin payının müəyyən olunması və avtomaşının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə 2015-ci i ldə ailə qurmuşdur. Mübahisəli maşını isə 15.05.2013-cü ildə etibarnamə əsasında almışdırlar. Maşının alınması üçün 13000 manat pul vermişlər. Keçmiş həyat yoldaşı şəhər qeydiyyatında olduğuna görə maşın onun adına keçirilmişdir. Maşın hal-hazırda Sumqayıtdadır. O, Türkiyəyə getməmişdən əvvəl maşınla qəza törətdiyi üçün maşını Sumqayıtda olan təmir mərkəzinə qoymuşdur. Aralarında mübahisə olarkən o, iddiaçını evdən anası evinə mübahisəli maşınla aparmışdır. İddiaçı iddia edir ki, güya maşın ona atası tərəfindən alınmışdır. Bu tamamilə yalandır. Çünki onların toyu olmamışdan əvvəl maşın onda olmuşdur. Toyları ərəfəsində hazırlıqlarla bağlı harasa getmək lazım olduğunda həmin maşından istifadə etmişdir. Ona görə də o iddianın ləğv olunması və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmi şdir. Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova, iş № 2(034)-18/2020) ilkin iddia ərizəsinin təmin edilməsi, 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB XXX, XXX markalı AZ **-DR-*** dövlət qediyyat nişanlı avtomobilə İddiaçı qızının 2/3 hissədə payın və Cavabdeh 1/3 hissədə payların müəyyən edilməsi, avtomobilin satılması və satışdan əldə edilən pulun tərəflər arasında İddiaçı qızına 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə paylara bölünməsi, avtomobilin tapılmadığı halda, ya da tam yararsız vəziyyətdə tapıldığı halda avtomobil üçün sərf olunan 16.000 manatın müəyyən olunmuş paylara uyğun tərəflər arasında bölünməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə 09.09.2015-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə XXX markalı, AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Tərəflərin nikahları 04.12.2018-ci il tarixdə Yasamal rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda tərəflər ayrılmış, bir yerdə yaşamırlar. İddiaçı uşaqlarla birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh isə uşaqların saxlanmasında iddiaçıya heç bir köməklik göstərmir və hətta aliment ödəmədiyi üçün cavabdeh Abşeron rayon məhkəməsinin qərarı ilə 10 günlük inzibati həbs də olunmuşdur. İddiaçı XXX minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürmək üçün etibarnamə vermişdir. Lakin hazırda cavabdehlə ayrı yaş adıqları üçün maşınını cavabdehdən tələb etsə də o, maşını ona qaytarmaqdan imtina etmişdir. XXX markalı, AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.09.2015-ci il tarixində alqı-satqı müqaviləsi əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi mübahisəli avtomobilin 15.09.2015-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alqı-satqı müqaviləsinə əsasən X2 adına alınması tam sübuta yetirilmişdir. Məhkəmə, tərəflərin və şahidlərin ifadəsi ilə mübahisəli avtomobili 16000 manata satın alınması müəyyən olunduğunu, həmçinin Cavabdeh avtomobili gizlədib ekspertə təqdim etməsindən imtina etməsini və iddiaçının himayəsində olan iki azyaşlı uşaqların mənafeini nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia təmin olunmalı və X2 adına qeydiyyatda olan XXX markalı AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı qızının 2/3 hissədə payı və Cavabdeh 1/3 hissədə payları müəyyən edilməli, avtomaşın satılmalı və satışdan əldə edilən pul tərəflər arasında, İddiaçı qızı 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə paylara bölünməlidir, avtomobil tapılmadığı halda, ya da tam yararsız vəziyyətdə tapıldığı halda avtomobil üçün sərf olunan 16000 manat müəyyən olunmuş paylara uyğun bölünməlidir. Qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov, iş № 2(105)-709/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB XXX, XXX markalı AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ərlə arvadın nikah dövründə və ya nikah müddətində qazandıqları əmlak üzərində birbaşa birgə mülkiyyəti yaranmır. Həmin əmlak üzərində birgə mülkiyyət yalnız o halda yarana bilər ki, ərlə arvadın birgə nikah dövründə və ümumi birgə gəlirləri hesabına əldə edilmiş olsun. Hər hansı əmlakın və ya onun dəyərinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməsi üçün həmin əmlakın birgə nikah dövründə qazanılmış vəsait hesabına alınması zəruridir. Bunun üçün tərəflərdən birinin işləmədiyinin (qazanc əldə etməməsinin) əhəmiyyəti yoxdur. Bu maddi hüquq normasında ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulmuşdur. Lakin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda əmlakdakı payların qeyri-bərabər bölünməsi mümkün olur ki, bu zaman da əmlakın bərabər bölünməsini arzulamayan şəxs payının daha çox bölünməsi üçün əsas olan hallar barədə məhkəməyə sübut təqd im etsin. Tərəflərin birgə nikahından 31.05.2016-cı il təvəllüdlü XXX və 19.06.2017-ci il təvəllüdlü XXX adlı övladlarının anaları iddiaçının himayəsində qalmasını, tərəflər valideyn kimi bərabər məsuliyyət daşısalar da, övladlarının gündəlik tələbatlarının ödənilməsi ilə hər iki valideyn deyil, ana tərəfindən təmin edilməsi nəzərə alınarsa, uşaqların mənafeyi baxımından tərəflərin əmlak üzərində payların bölgüsü zamanı bərabərlik prinsipindən kənara çıxılmalıdır. Çünki valideyn kimi övladları qarşısında birgə məsuliyyət daşımalarına baxmayaraq, Cavabdeh ilkin iddiaçı ilə birgə övladlarının gündəlik maddi və mənəvi tələbatının ödənilməsində iştirak etməməsi, övladlarının maddi və mənəvi tələbatının ödənilməsində ananın üstünlüyü diqqətə layiq hal kimi dəyərləndirilməlidir. Bu baxımdan məhk əmə kollegiyası hesab edir ki, 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB XXX, XXX markalı AZ **-DR-*** dövlət qediyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobilə payların müəyyən edilməsi hissəsində İddiaçı 2/3, Cavabdeh 1/3 hissədə payı müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-709/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməs inin ləğv edilərək mülki işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, payları qeyri-bərabər bölərkən məhkəmə ən azından onun hazırda ilk iddia üzrə iddiaçıya uşaqların saxlanması üçün hər ay aliment ödədiyini nəzərə almalı idi. O da valideyn kimi övladlarının saxlanmasında və övladlarının gündəlik maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak edir. Lakin məhkəmə göstərilənləri nəzərə almadan uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak etmədiyini göstərir. Məhkəmə ümumi əmlakın qeyri-bərabər bölərkən bu bölgünün motivini mütləq qətnamədə göstərməli və əsaslandırmalıdır. Lakin baxılan işdə bu tələbə əməl olunmamışdır. İddiaçı əmək qabiliyyətli şəxsdir və əmək fəaliyyəti ilə məşğul olur. Əmlakın qeyri-bərabər bölüməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, əmlak birgə nikah müddətində deyil, nikahdan əvvəl onun vəsaiti əsasında alınmış və yalnız nikahdan sonra iddiaçının Bakı şəhərində qeydiyyatda olmasına əsaslanaraq onun adına keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçı İddiaçı izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız ilk iddia üzrə Cav abdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəillərinə uyğun olaraq tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, h abelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar kimin adına əldə olunma sından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyi nə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci ma ddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh kassasiya şikayətində dəlillər olaraq mübahisəli nəqliyyat vasitəsi üzərində payları qeyri bərabər bölünməsi zamanı işin hallarının nəzərə alınmaması və maddi hüquq normasının düzgün təfsir edilməməsi və ümumiyyətlə həmin əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak olmamasına istinad edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı ilk tələbə qarşı qarşılıq tələb irəli sürmüş və mübahisəli əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak olmasını qəbul etmiş, lakin paylar müə yyən edilərkən qeyri bərabər (1/6, 5/6) bölünməsini mümkün saymışdır. Bu baxımdan mübahisəli əmlakın nikah müddətində əldə olunmamasına dair dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq əsassız hesab edilmişdir. Kasatorun digər dəlili ilə bağlı isə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi birgə nikah müddətində əldə olunmuş əmlak üzərində ər-arvadın payını qeyribərabər bölərkən mövqeyi ondan ibarət olmuşdur ki, «… Tərəflərin birgə nikahından 31.05.2016-cı il təvəllüdlü XXX və 19.06.2017-ci il təvəllüdlü XXX adlı övladlarının anaları iddiaçının himayəsində qalmasını, tərəflər valideyn kimi bərabər məsuliyyət daşısalar da, övladlarının gündəlik tələbatlarının ödənilməsi ilə hər iki valideyn deyil, ana tərəfindən təmin edilməsi nəzərə alınarsa, uşaqların m ənafeyi baxımından tərəflərin əmlak üzərində payların bölgüsü zamanı bərabərlik prinsipindən kənara çıxılmalıdır. Çünki valideyn kimi övladları qarşısında birgə məsuliyyət daşımalarına baxmayaraq, Cavabdeh ilkin iddiaçı ilə birgə övladlarının gündəlik maddi və mənəvi tələbatının ödənilməsində iştirak etməməsi, övladlarının maddi və mənəvi tələbatının ödənilməsində ananın üstünlüyü diqqətə layiq hal kimi dəyərləndirilməlidir.» Apellyasiya instansiası məhkəməsi payların qeyri-bərabər bölünməsi zamanı Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinad etmişdir, həmin maddənin dispozisiyasından aydın olur ki, məhkəmə 1. yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya), 2. ərin (arvadın) diqqətəlayiq mənafeyini, 3. o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya 4. birg ə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göstərilən maddənin məzmunundan aydın olur ki, istinad olunanlar (dispozitiv əsaslar) faktiki olaraq bir-biri ilə bağlı olan qarşılıqlı təminatlandırılmış hallar olmaqla bunların birlikdə və əksər hissəsinin mövcudluğu halı müstəsna hal olaraq qəbul edilərək payların qeyri-bərabər bölünməsi əsası kimi çıxış edə bilər. Baxılan iş üzrə isə faktiki olaraq uşaqların analarının yanında qalması, onunla daha çox ünsiyyətdə olmaları və ana tərəfindən maddi və digər təminatlarının təmin edilməsi (faktiki olaraq bunlar iddiaçının valideyn olaraq vəzifələrinə aiddir) qeyri bərabər bölünmənin əsasları kimi qəbul edilərkən, iş üzrə istinad olunan dig ər hər hansı əsasların mövcudluğunun təsdiq olunmaması və ilk iddiaçının bunlarla bağlı müvafiq dəlillərə və sübutlara malik olmaması və məhkəmə tərəfindən təsdiq olunmaması nəzərə alınmamışdır. Belə olan halda isə maddi hüquq normasının tətbiqində pozuntuya yol verilməsi müəyyən olunur. Bu baxımdan məhkəmə kollegiyası hazırkı mübahisənin Ailə Məcəlləsinin 37.1-ci maddənin tələbinə uyğun (ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.) həll olunmasını qanuni və tərəflərin diqqətəlayiq mənafeləri baxımından ədalətli hesab edir. Bu isə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yaradır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-709/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB XXX, XXX markalı AZ **DR-*** dövlət qediyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilsin. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4653/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4653/2021
19.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver