Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4654/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)2392/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından cavabdeh 2 Season MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbin ə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4168 (dörd min yüz altmış səkkiz) manat pulun, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat, mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat, maddi zərərin əvəzi kimi 10.000 (on min) manat, cəmi 64230.08 (altmış dörd min iki yüz otuz manat səkkiz qəpik) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC və vəkili və nümayəndəsi X1 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ayrıca akt şəklində əsaslandırılmış qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 nömrəl i, xx.xx.2022ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh MMC-nin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi haqqında ərizənin rədd edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş üzrə İddiaçı fərdi sahibkar statusuna malik deyildir. Hazırki mübahisə fiziki şəxslə hüquqi şəxs arasında bağlanmış xidməti müqavilədən irəli gəlir. Cavabdeh MMC (Vəkil2) qərardaddan şikayət verib, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)-2392/2022 nömrəli qərardadının ləğv edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir, şikayəti onunla əsaslandır mışdır ki, sözügedən işin ümumi məhkəmədə həll edilməsi qanunvericiliyin tələblərinin pozulması deməkdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hazırki iş məhkəmə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosaessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş üzrə Cavabdeh MMC təşkilatihüquqi forması səhmdar cəmiyyəti olmaqla kommersiya hüquqi şəxsidir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla müvafiq dövlət orqanında vergi ödəyicisi kimi qeydiyyatda olduğundan müvafiq eyniləşdirmə nişanı – VÖEN-* ********* vardır. Həmçinin tərəflər arasında yaranan hazırki mübahisə Cavabdeh MMC-nin sırf sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq, yəni bu fəaliyyəti realizə etməsi ilə meydana gəlmişdir. Beləliklə, tərəflər arasındakı mübahisə premdeti iqtisadi-kommersiya məfhumludur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(004)2392/2022 qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3942/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarına əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikd ə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərardadı ilə şıkayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh MMC yenidən şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətə əlavə edilmiş ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişd ir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(004)2392/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022ci il tarixli qərardadından şikayət verilməsi müddəti bərpa edilmiş, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla m üəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahi bkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə tərkibi qeyd edir ki, müqavilə münaisbətlərindən irəli gələn müahisələrin kommersiya məhkəməsinə aid olması üüçn həmin müqavilə hər iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməlidir. Hazırki işdə isə iddiaçı sahibkar deyil, digər tərəfin xidmətindən istifadə edən fiziki şəxsdir. Buna görə də, hazırki mübahisə kommersiya mübahisəsi hesab edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhk əmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)-2392/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh MMC-nin (vəkil X1) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)2392/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4654/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4654/2022
01.08.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver