Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4655/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4216/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 (Cavabdeh5) tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı 1.Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.Şossesi döngə 1, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən alınmışdır. İddiaçı mübahisəli fərdi yaşayış evini aldıqdan sonra hazırkı mübahisə yaranana qədər orada yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 (Cavabdeh5) və Cavabdeh6 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 1-də yerləşən 18 saylı evdən cavabdehlərin çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəh ərində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq iddiaçı, mülkiyyətində olmuş və Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi, 87-saylı evin 7 saylı mənzilini, 2015-ci ildə binanın söküntüsünü həyata keçirən Şirkətə təhvil vermiş və bunun müqabilində ona 50.000 manat kompensasiya verilmişdir. Bundan sonra iddiaçı, iddia ərizəsində qeyd edilən evi X6 adlı şəxsdən 25.000 manata satın almışdır. Ev, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi qeydiyyata alınmamışdır. Bu səbəbdən də evin alğı-satqısı qeyrirəsmi olaraq həyata keçirilmişdir. Evə aid Bakı Şəhər Sovetinin Texniki İnventarizasiya Bürosunun 1961-ci ildə X5 adlı şəxsin adına verdiyi “Texniki pasport” var. Həmin evin əvvəllər kimə məxsus olması barədə iddiaçının məlumatı yoxdur. İddiaçı yalnız Nağı Məmmədovu tanıyır. Nağı Məmmədov hazırda da evdə yaşayış yeri üzrə qeydiyyatdadır. X9 aldıqdan sonra iddiaçı evə köçərək evdə yaşamağa başlamışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinə və Sabunçu Rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək evin təmiri və yaşayış şəraitinin yaxşılaşdırılması üçün köməklik istəmişdi. Təkbaşına, köməksiz, yaşlı qadın olduğuna görə ona yardım edilmişdir. İddiaçı, Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının qəbuluna gedərək, evin həyətində əlavə otağın tikintisinə icazə verilməsini xahiş etmiş və onun müraciət təmin olunmuşdur. Həmin icazəyə əsasən iddiaçı, özünün topladığı pul vəsaiti və bankadan aldığı kredit hesabına həyətdə əlavə otaq inşa etdirmiş, evi təmir etdirmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Qəmər Mə mmədova iddiaçının bacıları, Cavabdeh4 Cavabdeh1 əri, cavabdehlər Nurxan və Aytən İlhamənin və Qurbanın övladları, Cavabdeh6 isə cavabdeh Qəmər Məmmədovanın övladıdır. Cavabdeh Qəmər Məmmədova və onun qızı, Cavabdeh6 Rusiya Federasiyasının vətəndaşları olmaqla, orada yaşayırlar. Onlar Rusiyadan Bakıya gələndə onun evində 2-3 ay qonaq qalırdılar, daha sonra isə çıxıb gedirdilər. Cavabdehlər İlahə Rəfiyeva, Cavabdeh4 və onların övladları Nurxan və Aytən isə özlərinə məxsus başqa evdə yaşayırlar. Evin təmiri başa çatdıqdan sonra cavabdeh Qəmər Məmmədova iddiaçıya demişdir ki, evi sənədləşdirmək lazımdır və iddiaçının savadsız olmasını əsas gətirərək evə aid nə sənəd varsa, o cümlədən kommunal xərclər ilə bağlı sənədlərin ona verilməsini təklif etmişdir. İddiaçı, doğma bacısı olan Qəmər Məmməd ovun ona ziyan vurmayacağına inanaraq evə aid mövcud olan bütün sənədləri Qəmər Məmmədovaya vermişdir. 2022-ci ili iyun ayında isə iş üzrə cavabdehlər iddiaçıya məxsus evə gələrək, evdə yaşamağa başlamışlar. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, Qəmər Məmmədova evin sənədlərin özündə olmasından istifadə edərək, evi Sabunçu Bələdiyyəsinin sədri Həsənovun köməkliyi ilə İlahə Rəfiyevanın adına sənədləşdirməyə hazırlaşır. İddiaçı bunu və cavabdehlərin evdən çıxmaq istəmədiklərini gördükdə bununla bağlı öz etirazını bildirmiş və bu zəmində xx.xx.2022-ci il tarixdə aralarında mübahisə yaranmışdır. Cavabdehlər iddiaçını döyərək, evdən qovmuşlar. İddiaçı cavabdehlər tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin “102” çağrı mərkəzinə məlumat vermişdir. Buna baxmaya raq iddiaçı cavabdehləri evdən çıxarmağa və mənzilə köçməyə nail ola bilməmişdir. İddiaçı öz vəsaiti hesabına əldə etdiyi evdən məhrum olmuşdur. İddiaçının başqa yaşayış yeri yoxdur. İddiaçıya məxsus bütün əşyalar mübahisəli evdə qalmışdır. Yaşlı və xəstə olan iddiaçı, məcburiyyət qarşısında qalaraq qardaşının arvadına məxsus evdə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehlər iddiaçının tənha olmasını əsas gətirərək evin onlara verilməsini iddiaçıdan tələb edirlər. İddiaçı evdə yaşadığı dövrdə evin kommunal xərclərini özü ödəmişdir. Evin qaz, elektrik və su sayğacları iddiaçının adına olmuşdur. İddiaçı, axırıncı dəfə, paltarlarını götürmək üçün rəfiqəsinin qızı ilə evə gedərkən həyətinin hasarla bölündüyünü, darvazanın yerinin dəyişdirildiyini, ayrı pilləkən qoyulduğunu, kombinin kəsilərə k yerinin dəyişdirildiyini və.s. görmüşdür.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1183/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia qismən təmin edilərək, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlərin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev iddiaçının yaşayış yeridir. Cavabdehlərin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var.
6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilm işdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hər hansı bir hüquq müəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 (iddiaçının bacısı), Cavabdeh2a, Cavabdeh3, Cavabdeh4 (Cavabdeh1 ailə üzvləri) yaşayış yerləri vardır və onlar mübahisəli fərdi yaşayış evinə iddiaçının razılığı ilə daxil olmuş, hazırda isə iddiaçı tələb etsə də o evdən çıxmırlar. Həmin cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı yaşayış yerindən məhrum olmuşdur. Həmçinin, onlar mübahisəli fərdi yaşayış evində qanunsuz qalmaqla, həmin evdə iddiaçı ilə birgə yaşayışı dözülməz vəziyyətə gətirmişlər. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsində əsaslıdır və təmin edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nigar X1r və daimi olaraq Rusiya Federasiyasında yaşayır. Cavabdeh6 ilin müəyyən günlərində mübahisəli evə qonaq kimi gəlib gedir, lakin iddiaçının mübahisəli evdən döyülərək qovulmasında iştirak edərək orada yaşamasına o da maneə törətmişdir.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh6 mübahisəli evdə mütəmadi yaşamasa belə onun tərəfindən idd iaçının mübahisəli evdə yaşamasına maneə törədildiyindən, iddia Cavabdeh6 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində də təmin edilməlidir.
11. Məhkəmə, cavabdeh Qəmər Məmmədovanın ünvan 3 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evindən çıxarılması hissəsində iddia tələbini əsassız hesab etmişdir. Belə ki, məhkəmə dinləmələri zamanı cavabdeh Qəmər Məmmədova mübahisəli fərdi yaşayış evinin onun vəsaiti hesabına tikildiyini iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar isə mübahisəli evin məhz həmin pul vəsaiti hesabına inşa edilməsini təsdiq etməmişdir.
12. Məhkəmə, cavabdeh Qəmər Məmmədovanın ünvan 3 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evindən çıxarılması hissəsində iddianı əsassı z hesab edir. Belə ki, məhkəmə dinləmələri zamanı cavabdeh Qəmər Məmmədova mübahisəli fərdi yaşayış evinin onun vəsaiti hesabına tikildiyini iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar mübahisəli evin məhz həmin pul vəsaiti hesabına inşa edilməsini təsdiq etməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə əsasən mübahisəli fərdi yaşayış evinin cavabdeh Qəmər Məmmədova tərəfindən inşa etdirildiyi, həmin evin tikintisi və usta xərclərinin onun tərəfindən ödənildiyi müəyyən edilmişdir. İddiaçı, bu halları inkar etsə də, əksini sübut edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız mülahizə xarakterli izahat verməklə kifayətlənmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki M əcəllənin 180.1, 180.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və cavabdeh Qəmər Məmmədovanın ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, mübahisəli evin ona məxsus olmasını və cavabdeh Qəmər Məmmədovanın həmin evdən çıxarılması üçün əsasların olmasını nəzərə almamışdır.
17. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4216/2023 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçı tərəfindən irəli sürülmüş “yaşayış sahəsindən cavabdehləri çıxarılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi tələbi barədə” iddiasının cavabdeh Qəmər Məmmədovaya aid hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmetini təşkil edən iddia tələbinin təmin edilməsi, cavabdeh Qəmər Məmmədovanın Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şə hər Şossesi, döngə 1-də yerləşən 18 saylı evdən çıxarılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli evin iddiaçı tərəfindən alınması cavabdeh Qəmər Məmmədova tərəfindən etiraf edildiyindən, artıq əldə olunmuş evin sökülərək, yerində yeni evin inşasının və təmirinin cavabdeh Qəmər Məmmədovanın vəsaiti hesabına həyata keçirilməsini sübuta yetirmək vəzifəsi məhz Qəmər Məmmədovanın üzərinə düşür. Lakin o, bu halı təsdiq edə biləcək və ciddi hesabat blanklarına aid olan sənədləri (çek, qəbz və sair) məhkəmələrə təqdim etməmişdir. Cavabdeh Qəmər Məmmədova tərəfindən təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar da, qeyd edilən halları təsdiq etmir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Qəmər Məmmədova tərəfindən təqdim olunmuş pul köçürmələrinə dair ç ıxarışlar da, qeyd edilən halları təsdiq etmir.
20. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ciddi hesabat blanklarına aid olan sənədlərlə təsdiqlənə biləcək halları, şahid ifadələri ilə təsdiq edilmiş hesab etməklə MPM-nin 81-ci maddəsinin tələbini də pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianın cavabdeh Qəmər Məmmədovaya aid hissəsini həmçinin ona görə təmin etməmişdir ki, mübahisəli ev cavabdeh Qəmər Məmmədovanın yaşayış yeri sayılır. Lakin, apellyasiya instansiyası məhkəməsi bu yanaşmanı səhv hesab edərək, qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh X8 Federasiyanın vətəndaşıdır və onun Azərbaycan Respublikasında olan müvəqqəti yaşayış yeri mübahisəli evə aid ünvan deyil, başqa ünvandır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli ev cavabdeh Qəmər Məmmədovanın daimi yaşayış yeri sayılmır, həmin ev onun müvəqqəti (qonaq kimi) yaşadığı yer sayılır və onun mübahisəli evdə bu qaydada yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin təsiri altına düşmür. Cavabdeh Qəmər Məmmədovanın mübahisəli evdə yaşamasının hüquqi əsası yoxdur.
23. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Qəmər Məmmədovaya aid hissədə təmin etməməklə səhv və işin müəyyən edilmiş hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Müzakirə edilən iddia tələbi əsaslıdır. Həmin tələbin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməd ən verilmiş apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşımır.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Qəmər Məmmədova (Cavabdeh5) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi nəzərə almamış və qeyd etmişdir ki, mübahisəli evin cavabdeh Qəmər Məmmədova tərəfindən inşa və təmir edilməsi barədə ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikasında mal satışını insanların çoxu qeyri-rəsmi həyata keçirir, eyni zamanda hər hansı fəhlə özünə VÖEN açmaqda maraqlı deyil ki, sonra onun əsasında vergi ödəsin. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyəti olan bütün halları nəzərə almamış, nəticədə əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə
43. Hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavab deh Qəmər Məmmədova (Cavabdeh5) tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Cavabdeh Qəmər Məmmədova (Cavabdeh5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisəli evin iddiaçı tərəfindən alınması cavabdeh Qəmər Məmmədova (Cavabdeh5) tərəfindən etiraf edildiyindən, artıq əldə olunmuş evin sökülərək, yerində yeni evin inşasının və təmirinin onun vəsaiti hesabına həyata keçirilməsini sübuta yetirmək vəzifəsi məhz Qəmər Məmmədovanın üzərinə düşür. Lakin o, bu halı təsdiq edə biləcək və ciddi hesabat blanklarına aid olan sənədləri (çek, qəbz və sair) nə birinci, nə də apellyasiya instansiyası məh kəməsinə təqdim etməmişdir. Cavabdeh Qəmər Məmmədova (Cavabdeh5) tərəfindən məhkəməyə təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar da, qeyd olunan hallar öz təsdiqini tapmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh Qəmər Məmmədovanın (Cavabdeh5) kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdeh Qəmər Məmmədova (Cavabdeh5) tərəfindən təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar da, qeyd edilən halları təsdiq etmir.
42. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb həmçinin belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ciddi hesabat blanklarına aid olan sənədlərlə təsdiqlənə biləcək halları, şahid ifadələri ilə təsdiq edilmiş hesab etməklə MPMnin 81-ci maddəsinin tələbini də pozmu ş, düzgün olmayan nəticəyə gəlmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianın cavabdeh Qəmər Məmmədovaya (Cavabdeh5) aid hissəsini həmçinin ona görə təmin etməmişdir ki, mübahisəli ev cavabdeh Qəmər Məmmədovanın yaşayış yeri sayılır. Lakin, apellyasiya instansiyası məhkəməsi bu yanaşmanı səhv hesab edərək, qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh Qəmər Məmmədova (Cavabdeh5) Rusiya Federasiyanın vətəndaşıdır və onun Azərbaycan Respublikasında olan müvəqqəti yaşayış yeri mübahisəli evə aid ünvan deyil, başqa ünvandır.
44. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev cavabdeh Qəmər Məmmədovanın (Cavabdeh5) daimi yaşayış yeri sayılmır, həmin ev onun müvəqqəti (qo naq kimi) yaşadığı yer sayılır və onun mübahisəli evdə bu qaydada yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin təsiri altına düşmür. Beləliklə, cavabdeh Qəmər Məmmədovanın (Cavabdeh5) mübahisəli evdə yaşamasının hüquqi əsası yoxdur və iddia ona qarşı açıq-aşkar əsassız deyil.
45. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh Qəmər Məmmədovaya (Cavabdeh5) aid hissədə təmin etməməklə səhv və işin müəyyən edilmiş hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də iddia cavabdeh Qəmər Məmmədovaya (Cavabdeh5) münasibətdə əsaslı olduğundan təmin edilməlidir.
46. Göstəril ənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh Qəmər Məmmədovanın (Cavabdeh5) kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X2 (Cavabdeh5) kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4216/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.