Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4657/2023 18.12.2023 ALİ MƏHKƏMƏ xxxbaycan Respublikası adından xxxbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, maneələrin aradan qaldırılması, subyektiv hüquq) xxxbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış evinə köçürülmə, həmin evə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5155/2023 nömrəli, 1 2 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən 12 iyul 1990-cı il tarixli 135 saylı Əmrlə ona ayrılmış ünvan 1sovxozunda 0,03 ha torpaq sahəsinin üzərindəki hüquqlarını xx.xx.2092-ci il tarixədək İddiaçı1 vermişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X7 xxxbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X7 xxxbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsin də nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xxxbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Həmin hökmlə müəyyən olunmuşdur ki, X7 tanışı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, İddiaçı2 ünvan 1Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12000 manat pulu almış və həmin tarixdə İdd iaçı2 hüquqverən rəsmi sənədi, yəni X3 adından xx.xx.1990-cı il tarixli 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs İddiaçı2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 8 noyabr prospektində yerləşən yaşayış evində kirayədə yaşamışdır. Öz evi olmadığından, fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün "tap.az" sosial şəbəkəsində elanlarda olan bir ünvan diqqətini çəkmiş və həmin elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Özünü Emin kimi təqdim edən şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və son uncu xxx adlı şəxsin mobil nömrəsini vermişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb danışsın. 2022-ci ilin fevral ayının sonlarında xxx adlı şəxsə zəng vurub, torpaq sahəsinə baxmaq istəyini bildirmişdir. Bunun səhəri günü “Əhmədli” metrostansiyasının yaxınlığında xxxlə görüşmüş onun yanında sonradan adını bildiyi xxx adlı şəxs də gəlmişdir. xxx bildirmişdir ki, həmin torpaq sahəsi xxxə məxsusdur, həmin sahəni xxx satır və orada tikilmiş hasar və evi xxxlə birlikdə tikmişdir. Sonra onlarla birlikdə Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozuna getmiş və həmin evi görəndən sonra bəyənmişdir. Orada torpaq sahəsini tikililərlə birlikdə 12000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. Orada 12000 manatı sayıb xxxə, sonuncu da pulu ye nidən sayıb xxxə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmiş və orada xxxin adından onun həyat yoldaşı İddiaçı1 adına etibarnamə təsdiq etdirərək, ona təqdim etmişdir. X9 etibarnamədən başqa, Abşeron Rayon Donuz Kökəltmə Sovxozu üzrə əmrdən çıxarışın surətini də təqdim etmişdir. Bundan təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. Bir neçə gündən sonra aldığı evin əvvəlki sahibi onu axtarıb tapmış və o, üzünü Cavabdeh kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin şəxs ona torpaq sahəsinin sənədini göstərmiş və məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi Cavabdeh məxsus olmuşdur. Onda başa düşmüşdür ki, xxx və xxx adlı şəxslər onu aldadaraq, 12000 manat pulunu ələ keçirmişlər. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, onlar Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, nömrəsiz fərdi evdə ailələri ilə birlikdə yaşamışlar. İddiaçı2 fəhləliklə məşğul olaraq topladığı pulla özünə ev almaq qərarına gəlmişdir. xxx adlı şəxs vasitəsilə xxx adlı şəxslə tanış olmuş və xxx adlı şəxs ona ünvan 1Sovxozunda (Mehriban Qonşular) yerləşən torpaq sahəsində yarımtikili evlə birlikdə yaşayış evini 12000 manata xxx adlı şəxsdən almışdır. xxxlə birlikdə 12 saylı notariat ofisinə getmiş və xxxin adından İddiaçı1 adına həmin torpaq sahəsində yerləşən yarımtikiliyə dair etibarnamə verilmişdir.
7. Həmin vaxt xxx İddiaçı2 ünvan 1Sovxozu üzrə (Mehriban Qonşular) 135 saylı əmrdən xx.xx.1999-cu il tarixli 428 nömrəli çıxarışın əslini də təqdim etmiş və həmin etibarnamə də həmin sənəd əsasında İddiaçı1 adına verilmişdir. Bundan sonra, İddiaçı2 həmin evdə müəyyən tikinti işləri aparmış, elektrik sayğacını çəkdirmiş və həyətin darvazasını alıb qoymuşdur. Da imi evinə gedib gəlmiş, pul düzəltdikcə müəyyən təmir işlərini həyata keçirmişdir.
8. Təxminən 2 ay keçdikdən sonra Cavabdeh adında şəxs peyda olaraq, onun evinə qanunsuz girərək zəbt etmiş və onun evindən istifadəsini məhdudlaşdırmışdır. Cavabdeh adlı şəxs onun evinin darvazasını qanunsuz söküb evinə girən zaman Ülvi adında polis əməkdaşı orada olmuş və ona himayədarlıq etmişdir. Onun bu hərəkətlərinə son qoymasını tələb etdikdə isə sahə müvəkkili Ülvi evə dair hər hansı müdaxilə edəcəyi təqdirdə onu polis bölməsinə aparacağı ilə hədələmişdir. Belə ki, Cavabdeh sahə müvəkkili Ülvi adında şəxslə, həmçinin Coşqun və Mikayıl adlı şəxslərə birlikdə onun evindən istifadəsinə maneə törədərək qanunsuz hərəkətlər etmiş və evindən istifadəyə qanunsuz maneə törətmişdir. İsgəndər adlı şəxs guya evin onun tərəfindən alındığını bildirmişdir. İddiaçı isə ona etiraz edərək evin sənədinin ona məxsus olması, sənədin əslinin onda olması və həmin sənədə dair etibarnamənin onun həyat yoldaşı İddiaçı1 adına olması barədə sənədləri ona göstərsə də, o, iddiaçıya heç bir sənəd təqdim edə bilməmişdir. O da ona etiraz etdikdə polis əməkdaşı və digər ətrafında olan şəxslərlə birlikdə iddiaçını hədələmiş və ona məxsus evin darvazasının zorla sökərək zərər vurmuşdur.
9. Hazırda onların qanunsuz müdaxilə və maneələrinə görə evindən istifadə edə bilməmişdir. Həmin torpaq sahəsinin üzərində tikilmiş ev iddiaçılara məxsusdur. Bu səbəbdən cavabdeh və digər şəxslərə həmin yaşayış evinə müdaxilənin qarşısı alınmalı və onların həmin yaşayış evinə köçürülmələri təmin edilməlidir.
10. İddiaçılar iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 158.2-ci maddələrinə istinad etmişlər.
11. Birinci instansiya məhkəməsində İddiaçı2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli əmlaka dair sənədi əmrdən çıxarışdır, başqa sənədi olmamışdır.
12. Birinci instansiya məhkəməsində cavabdeh X2 iddiaya etiraz edərək, bildirmişdir ki, o, həmin torpaq sahəsini 2012-ci ildə almış, orada üç otaqdan, mətbəxdən, sanuzeldən və dəhlizdən ibarət 111 kv.m sahəsi olan ev tikdirmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün qapı-pəncərə qoya bilməmişdir. X14 Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yaşadığı üçün o, tez-tez oğlunun yanında gedib-gəlmişdir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasına getdiyi üçün evə gedə bilməmiş lakin, evə qonşusu Musa Bağırov baxmışdır. Təxminən 6-7 ay bundan əvvəl qonşusu Musa ona zəng edərək, Anar və Gülşən tərəfindən evinin ələ keçirildiyini bildirmişdir. O, tez Bakı şəhərinə gəlib evində bir işiq sayğacı və dəmir qapı olduğunu görmüşdür. Anarı tapıb ona evin ona məxsus olduğunu bildirmiş və bu barədə polisə məlumat vermişdir. Daha sonra o Anara zəng edib bildirmişdir ki, qapını söküb, gəlib aparsın, o da cavabdehdən maşın tapmaq üçün bir gün vaxt istəmiş, cavabdeh razılaşmış və qapını qonşunun həyətinə qoymuşdur. Anar da səhəri gün gəlib qapını oradan aparmışdır. Evində olan sayğacın çıxarılması ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-834/2023 nömrəli iş üzrə 8 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X4 tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı2 ünvan 1Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından suiistifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12000 manat pulu alması və həmin tarixdə İddiaçı2 hüquq verən rəsmi sənədi, yəni X3 adından xx.xx.1990-cı il tarixli, 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə aldadın ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12000 manat məbləğində pulunu vah id niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı müəyyən edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.
16. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmirbərpa işlərinin aparılmasını tələb etdiyi fərdi yaşayış ev inin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və saxta sənəd əsasında iddiaçılara satıldığını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsizdir. Belə ki, iddiaçıların həmin sahənin və yarımtikilinin saxta sənəd əsasında onlara satılmasından xəbərləri olmuş və zərərçəkmiş şəxs qismində İddiaçı2 məhkəmədə çıxış etmişdir. Bu halı təsdiq edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü iş materiallarında mövcud olmuşdur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bə rpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsələr də, mübahisəli ünvana dair onların hər hansı hüququnun olması təsdiq olunmamış, əksinə, torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsə ayrıldığı müəyyən olunmuşdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.3-cü maddəsi, xxxbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə xxxbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının xxxbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İ ddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ziddiyyətli izahatını araşdırmamışdır. Belə ki, cavabdeh evi gah tikdirdiyini, gah da hazır aldığını demişdir. Həmçinin cavabdeh evi 2013-cü ildə aldığını bildirsə də, heç bir əsası və aidiyyəti olmayan sənəd təqdim etmiş və həmin sənəd 12 noyabr 1990-cı ilə aid olmuşdur. Cavabdehdən bu məsələyə aydınlıq gətilməsini istəsələr də cavabdeh cavab verə bilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5155/2023 nömrəli, 1 2 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Namiq Cəfərov)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi xxxbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə xxxbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər ü zrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının xxxbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndir ilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir, evin heç bir hüquq müəyyənedici sənədi yoxdur və saxta sənəd əsasında iddiaçılara satılmış dır. Bu baxımdan, həmin ev mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti deyil.
25. Bundan əlavə, iddiaçıların həmin sahənin və yarımtikilinin saxta sənəd əsasında onlara satılmasından tam xəbərləri olmuşdur. Çünki hazırkı iş üzrə iddiaçı olan İddiaçı2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində bu halı təsdiq etmişdir.
26. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun olması təsdiq olunmamış, əksinə, torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh X1 ayrıldığı müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət belə əsaslandırılmışdır: - özbaşına tikil i olsa belə, mübahisəli ev iddiaçı tərəfindən faktiki əldə edilmiş və hüququ tanınmadığı halda belə özbaşına tikinti ona məxsus olmuşdur. Birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması arqumenti tamamilə əsassız olmuşdur. İddiaçının subyektiv hüququ olmuşdur. Bu həm işin faktiki halları, həm də maddi və prosessual hüquq normaları ilə təsdiq edilmişdir. İşin hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki sahibliyi iddiaçı etmişdir. Cavabdeh isə heç bir səlahiyyəti olmadığı halda, yalan və əsassız ifadələrlə onu bu sahiblikdən özbaşına məhrum etməyə cəhd etmişdir. Özü də bu hal özbaşınalıqla müşaiyət olunmuşdur; - mübahisəli evin, altında yerləşən torpaq sahəsinin ona məxsus olmasını iddia etdiyi h alda cavabdehin istər ev inşa edilərkən, istərsə də hazırki halda məhkəməyə müraciət etməməsi də onu deməyə əsas vermişdir ki, o, haqsız olduğunu başa düşmüşdür; - evin ona məxsus olmasını, onun inşa etməsini, yaxud torpağın ona məxsus olmasını, yaxud evi hazır şəkildə alması barədə heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir; - evə dair iddiaçının adına tərtib edilmiş eskiz-layihə də təsdiq etmişdir ki, mübahisəli ev iddiaçıya məxsus olmuşdur; - iddiaçı apellyasiya instansiyası məhkəməsində cavabdehin mübahisəli torpağa dair saxta və ümumiyyətlə, əsli olmayan sənədin kserosurətini təqdim etdiyini bildirmiş, sədrlik edən hakim “necə ola bilər ki, deyirsən evi 2013-cü ildə almısan, amma sənəd 1990-cı ilə aiddir?” sualına cavabdeh heç bir cavab verə bilməmiş, sənədin əsli ni tələb etdikdə, yenə də məhkəməni aldadaraq, “gətirərəm” sözlərini işlətmişdir. Lakin məhkəmə həmin sənədin əslini tələb etməmiş, ümumiyyətlə, faktiki hala hüquqi qiymət verməmişdir; - həmçinin, məhkəmə tərəfindən məhkəmə iclası zamanı cavabdehin səsləndirdiyi ziddiyyətli və yalan ifadələr araşdırılmamışdır. Belə ki, məhkəmə iclasları zamanı cavabdeh gah evi özünün tikdirdiyini, gah hazır tikili aldığını qeyd etmişdir; - Ali Məhkəmənin də son illər məhkəmə təcrübəsinin ümumiləşdirilməsi barədə praktikası məhkəmələrə tövsiyə etmişdir ki, eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə qərarlarının çıxarılması yolverilməzdir. İddiaçı tərəf olaraq, eyni xarakterli mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3529 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsini məhkəməyə təqdim etm əklə, həmin qətnamədəki işin hallarının hazırki mübahisə ilə eyni olduğunu göstərərək, məhkəmənin ədalətli yanaşmasını xahiş etsələr də, məhkəmə işin faktiki hallarına diqqət yetirməmiş, məhkəmə iclasında araşdırılan və sübuta yetirilən faktların heç birini qətnaməsində qeyd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xxxbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahib in qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 16 5.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. xxxbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə xxxbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının xxxbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya d igər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər element lərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. xxxbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Mad də 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
35. İddia tələbi Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular), ev 0004b ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədədir.
36. İddiaçı torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasını tələb etdiyi fərdi yaşayış evinə dair hər hansı sənəd təqdim etməmişdir.
37. Əksinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən X4 tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı2 ünvan 1Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından sui-istifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12000 manat pulu alması və həmin tarixdə İddiaçı2 h üquq verən rəsmi sənədi, yəni X3 adından xx.xx.1990-cı il tarixli, 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə aldadın ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır.
39. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması nəticəsinə gəlmişdir.
40. Mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki sahibliyi iddiaçının etməsi, cavabdehin isə heç bir səlahiyyəti olmadığı halda, yalan və əsassız ifadələrlə onu bu sahiblikdən özbaşına məhrum etməyə cəhd etməsi barədə kassasiya şikayətini dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin faktiki hallarının müəyyən edilməsinə aid olan bu barədə dəlillərini və müvafiq sübutlarını işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını araşdırmır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5155 /2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.