Məhkəmə qərarları › İş №2(102)-4658/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4658/2022

10.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4658/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçınə və Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina edilməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı avtomobilin qeyri-qanuni sahiblikdən alınaraq iddiaçıya geri qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı avtomobil in özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçınə və Cavabdeh qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3026/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "X1" MMC Cavabdeh qarşı "avtomobilin qanunsuz sahiblikdən alınması tələbinə dair" iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, "XXX" minik markalı, XXX BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh "X1” MMC-yə qarşı "avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia verərək, "XXX” minik markalı, XXX BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3 iyun 2021-ci il tarixli özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı MMC və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “XXX” minik markalı, XXX BAN nömrəli **AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3 iyun 2021-ci il tarixli özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək 1/2 hissəsinə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-353/2022 nömrəli 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ilk iddia tələbi təmin edilmiş, “XXX" minik markalı, XXX BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınıb iddiaçı "X1" MMC-yə təhvil verilməsi, ödənilmiş 255 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməsi, iddiaçı Cavabdeh "X1” MMC-yə qarşı "avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər "X1” MMC-yə və Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun üçüncü şəxsə aid edilməsi qət olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152, 157.2, 385.1, 442, 445.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia əriz əsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3026/2022 nömrəli mülki iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirmiş və kassasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassator ərizəsini Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1, 410.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarand ığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

19. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

20. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassa siya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

21. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Cavabdeh tərəfindən məhkəməyə kassasiya şikayətindən imtina edilməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş ərizə daxil olmuşdur.

25. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən kassasiya qərarı çıxarılana kimi kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin müstəsna hüququdur.

26. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina barədə ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə şikayətdən imt ina qəbul edilməli və Cavabdeh münasibətdə kassasiya icraatına xitam verilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410, 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3026/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina qəbul olunsun və Cavabdeh münasibətdə işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar