Məhkəmə qərarları › İş №2(102)-4673/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4673/2020

19.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4673/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Abşeron Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehlər “Cavabdeh2.” MMC və Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 MMC cavabdehlər “Cavabdeh2.” MMC və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər “Cavabd eh2.” MMC-nin nümayəndəsi X3 və Cavabdeh1 məhkəməyə vəsatət (ərizə) göndərərək mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-783/2020 saylı qərardadı ilə (sədrlik edən hakim C.Səfiyeva) vəsatət təmin olunmamışdır. İşin halları: İddiaçınınCavabdeh2 MMC ilə bağlanmış bir neçə lizinq müqaviləsi üzrə və Cavabdeh1 ilə bağlanmış bir neçə lizinq müqaviləsi üzrə tələbləri var. Cavabdeh2 MMC ilə bağlanmış müqavilələrdə zaminlik müqaviləsi fiziki şəxs Cavabdeh1 ilə bağlanmış, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqavilələrində isə Cavabdeh2 MMC ilə zaminlik müqavilələri bağlanmışdır. Hazırkı işdə bütün müqavilələrlə bağlı bir iddia tələbi irəli sürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şikayət birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməyərək Mülki Prosessual Məcəllənin 31.2, 32.4, 32.5-ci maddələrinə istinad etmişdir və hesab etmişdir ki, hüquqi şəxs olan İddiaçı1 MMC ilə cavabdehlər “Cavabdeh2.” MMC və Cavabdeh1 arasındakı mübahisə cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, müqavilə öhdəliyindən yaranan münasibətlərdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 fikizi şəxs olsa da, digər cavabdeh “Cavabdeh2.” MMC hüquqi şəxsdir. Birinci instansiyası məhkəməsi həmin işi icraata qəbul edərkən MPM-nin 30-cu maddəsinin tələblərinə riayət etməmişdır. Həmin normaya görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Hazırkı işdə iddiaçı şirkətlə “Cavabdeh2.” MMC arasındakı mübahisə həm subyekt tərkibinə və həm də mübahisənin predmetinə görə kommersiya məhkəməsinə aiddir. Bir-biri ilə əlaqədar olan bi r neçə tələb birləşdirildiyindən və onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə (“Cavabdeh2.” MMC-yə aid hissədə) aid olduğundan həmin işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxan məhkəmə işin məhkəmə aidiyyəti məsələsini düzgün həll etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı: Cavabdehlər “Cavabdeh2.” MMC-nin və Cav abdeh1 şikayəti təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar