Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4689/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4689/2022 Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, likvid qiymət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-265/2022 nömrəli, 6 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12.07.2016-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 2300-xx-xx-2016-QC-BZ saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 2. 14.07.2016-cı il tarixli, 2300-xx-xx-2016-TF-BZ №-li kredit müqaviləsi ilə, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 10 faiz ödənilməsi şərti ilə 240 ay müddətinə 127150 manat məbləğində kredit verilmişdir. 3. 27.07.2016-cı il tar ixli ipoteka müqaviləsi ilə, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77, giriş 2, mənzil 117 banka ipoteka ilə yüklü edilmiş, ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmışdır.
4. Borcalan və zamin kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmiş və onların banka borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 bankın xeyrinə müştərək qaydada 127150 manat əsas, 23557.36 manat faiz, 68817.84 manat cərimə borcu olmaqla cəmi 219525.20 manat borcun və ipoteka qoyulmuş əm laka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.9 kv/m olan mənzilin ilkin satış qiyməti müəyyən edilməklə, boşaldılaraq açıq hərracdan satılması və nəticədə əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, Cavabdeh1 və onunla birlikdə yaşayan digər şəxslərin ipotekaya qoyulmuş mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin c avabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmış və dəyişdirilmişdir).
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlər Kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də borcun təminatı kimi ip otekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir.
7. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək 127150 manat əsas borcu, 20117,23 manat faiz borcu, 22659,19 manat cərimə borcu, 30 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, cəmi borcu 169956,82 manat təşkil edir.
8. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək 127150 manat əsas borcu, 23557,36 manat faiz borcu, 68817,84 manat cərimə borcu, 30 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat komissiya haqqı təşkil edir.
9. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 61 saylı rəydən görünür ki, B akı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, ev 77, giriş 2, mənzil 117-in bazar dəyəri 130000 manat, likvid dəyəri 120000 manatdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-100/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 127150 manat əsas, 23557,36 manat faiz, 200 manat cərimə, cəmi 150907,36 manat, habelə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 77 saylı evin, giriş 2, 117 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 130000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" ASC-yə ödənilməsi, mənzil satıldıqdan bir ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.
12. Məhkəmə iddiaçını n təqdim etdiyi sonuncu maliyyə arayışını nəzərdən keçirdib hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcu hissədə (127150 manat əsas, 23557,36 manat faiz) əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə dəbbə pulu hissədə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən 68817,84 manat cərimə borcunu əsas borca tənasübsüz yüksək hesab edib dəbbə pulunun məbləğini 200 manat azaltmışdır.
14. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsində də iddia tələbi əsaslı hesab etmiş, ipoteka predmetinin ilkin satış qiymətini məhkəməyə təqdim edilmiş rəyə uyğun olaraq 130000 manat müəyyən etmişdir.
15. Tələbin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qal anının ümumi qaydada icra edilməsi hissəsini məhkəmə qeyri-müəyyən hesab etmiş və bu səbəbdən tələbin həmin hissəsinin rədd edilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə eyni zamanda cavabdehlərin girov qoyulmuş mənzildə istifadə hüquqlarının itirilməsi barədə iddia tələbinin təmin edilməsini mümkün hesab etməyərək hesab etmişdir ki, bu cür tələbin irəli sürülməsi hüququ mənzilin mülkiyyətçisinə məxsusdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 295, 385.1, 386.1, 442, 445.2.1, 472.1, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İdddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamə ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
19. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəbbə pulunu azaltmaqla düzgün nəticəyə gəlməmişdir.
20. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamə ləğv olunmasını, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası və borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirilməsini, ekspert rəyi ilə müəyyən ediləcək borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 240000 manat təşkil edir.
22. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 241500 manat təşkil edir.
23. Apellyasiya icraatı zamanı məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadları ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi və ipoteka predmetinin qiymətləndirilməsi üçün müətəxəssis rəyinin alınması qərara alınmışdır.
24. Məhkəməyə təqdim edilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5119 nömrəli rəyinə görə xx.xx.2021-ci tarixə əsas borcun məbləği 127150 manat, faiz borcunun məbləği 22382,16 manat təşkil edir.
25. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ipoteka predmetinin likvid dəyəri 220000 manat təşkil edir.
26. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır.
27. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsinı dair” rəyə görə mənzilin bazar dəyəri 145000 manat, likvid dəyəri isə 135000 manat təşkil edir.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-265/2022 nömrəli iş üzrə 6 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək faiz borcunun məbləği 22382,16 manat müəyyən edilmiş, əsas və cərimə borcuna aid hi ssədə qətnamə dəyişdirilməmiş, tutulmalı olan cəmi borcun məbləği 149732,16 manat müəyyən edilmiş, qətnamə ipoteka predmeti olan, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev № 77, giriş № 2-də yerləşən 117 №-li mənzilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək ilkin satış qiyməti 135000 manat müəyyən edilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə borcun tutulması ilə bağlı hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli rəyinə görə xx.xx.2021-ci tarixə əsas borcun məbləği 127150 manat, faiz borcunun məbləği 22382,16 manat təşkil edir. Birinci instansiya məhkəməsi əsas borcun məbləğini düzgün, faiz borcun məbləğini isə artıq müəyyən edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, qətnamə əsas borcun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalı, faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək həmin borcun məbləği 22382,16 manat müəyyən edilməlidir.
30. Dəbbə borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cərimənin məbləğini müəyyən edilərkən tənasübü nəzərə alıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, cəriməyə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. İpoteka ilə bağlı hissədə məhkəmə qeyd etmişdir, borcalan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın mənzilə yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqq ında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur.
32. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına görə mənzilin bazar qiyməti 130000 manat, ilkin satış (likvid) qiyməti 120000 manat təşkil edir. Birinci instansiya məhkəməsi 130000 manatı ilkin satış qiyməti kimi qətnamədə göstərib. Cavabdeh bu qiymətin real qiymətdən aşağı olduğunu bildirdiyinə görə apellyasiya icraatı zamanı yenidən qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə görə mənzilin likvid dəyəri 220000 manat təşkil edir. İddiaçı t ərəf bu qiymətin real qiymətdən yüksək olduğunu bildirdiyinə görə yenidən qiymətləndirmə keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsinı dair” rəyinə görə mənzilin bazar dəyəri 145000 manat, likvid dəyəri isə 135000 manat təşkil edir.
33. Göründüyü kimi, iş üzrə icraat zamanı likvid qiymətin müəyyən edilməsi üçün məhkəmənin 3 qərardadı əsasında 3 rəy alınıb: 1-ci rəydə likvid qiymət 120000 manat, 2-ci rəydə likvid qiymət 220000 manat, 3-cü rəydə likvid qiymət 135000 manat müəyyən edilib. Məhkəmə hesab etmişdir ki, 2-ci rəydə göstərilən qiymət 2 rəydə (1-ci və 3-cü rəydə) göstərilən qiymətdən kəskin fərqlən diyinə görə qiymət həmin rəyə əsasən müəyyən edilə bilməz. 1-ci və 3-cü rəydə göstərilən qiymətlər arasında fərq böyük deyil, 3-cü rəy sonuncu rəy olduğuna və dövlət orqanı tərəfindən verildiyinə görə, habelə 3-cü rəy dövlət orqanı tərəfindən verildiyindən qiymət 3-cü rəyə əsasən müəyyən edilməlidir.
34. Qeyd edilənlərə əsasən məhkəmə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ilkin satış qiyməti 135000 manat müəyyən edilməlidir.
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317, 319, 425, 427, 439, 448, 467 və 739-cu maddələrinə, İpoteka haqqında” Qanunun 34 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
36. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan rəylər arasında ziddiyətlər olsa da tam araşdırılmayıb, rəylər arasında kəskin fərq olduğu məhkəmə tərəfindən nəzərə alınmayıb. Bununla da cavabdehin, əmlakı real bazar qiymətindən gələcəkdə ucuza satılmaqla qalıq borcu qalacaq və cavabdeh əlavə olaraq yüklənəcək.
38. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyi düzgün əsaslandırılmamış və təkrar əlavə ekspertiza keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir.
39. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək MPM-nin 88-ci maddəsini n tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
44. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiymə ti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadı 46. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Prosessual Məcəllə
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə (borcla bağlı hissədə tələbin təmin edilən hissələrinə m ünasibətdə) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirm ək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəməyə təqdim edilmiş rəylərdəki ziddiyətlərə qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır.
61. Belə ki, işdən göründüyü kimi, iş üzrə icraat zamanı likvid qiymətin müəyyən edilməsi üçün məhkəmənin 3 qərardadı əsasında 3 rəy alınıb: 1-ci rəydə likvid qiymət 120000 mana t, 2-ci rəydə likvid qiymət 220000 manat, 3-cü rəydə likvid qiymət 135000 manat müəyyən edilib.
62. Apellyasiya instansiya məhkəməsi bu ziddiyətli qiymətlərə qiymət verərək qeyd etmişdir ki, 2-ci rəydə göstərilən qiymət 2 rəydə (1-ci və 3-cü rəydə) göstərilən qiymətdən kəskin fərqləndiyinə görə qiymət həmin rəyə əsasən müəyyən edilə bilməz. 1-ci və 3-cü rəydə göstərilən qiymətlər arasında fərq böyük deyil, 3-cü rəy sonuncu rəy olduğuna və dövlət orqanı tərəfindən verildiyinə görə qiymət 3-cü rəyə əsasən müəyyən edilməlidir.
63. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır.
64. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayəti nin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
65. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir.
66. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır.
67. Belə ki, MPM-i n 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-265/2022 nömrəli, 6 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,