Məhkəmə qərarları › İş №2(102)-4691/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4691/2022

27.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4691/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil t ələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) qarşı hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3873/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 ASC-nin İddiaçı və X2 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(006)-27/2017 saylı qətnaməsi ilə iddia qism ən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1933/2019 saylı, 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4743/2019 saylı, 01 iyul 2019-cu il tarixli qərarı ilə X1 və İddiaçı kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

2. Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(006)-27/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, hərrac keçirilmiş və 27 dekabr 2019-cu il tarixli, 83\03-l nömrəli hərracın yekunları barədə protokolu ilə İddiaçı (bundan sonra- iddiaçı) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 29 saylı ev in 29 saylı mənzili (bundan sonra - mübahisəli mənzil) 328312,50 manat qiymətlə Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər "xxxx" MMC-yə (bundan sonra- birinci cavabdeh və ya MMC) və Cavabdeh2 ASC-yə (bundan sonra- ikinci cavabdeh və ya Bank) qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 29 saylı mənzilə (bundan sonra - mübahisəli mənzil) dair keçirilən 25 noyabr 2019-cu il tarixli hərracın etibarsız hesab edilməsi, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi”ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra- üçüncü şəxs) qismində iddia ərizəsinə əlavə etmiş və MMC tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli, 83/03-1 saylı hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və mübahisəli mənzilə dair Bankın adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-27/2017 saylı, 21 fevral 2017-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra Nəsimi rayon İcra və Probasiya Şöbəsinin qanuna zidd sifarişi ilə əmlak hərraca çıxarılmışdır. Belə ki, icraata başlamaq haqqında qərar-bildiriş iddiaçıya təqdim edilməmiş, tələbin könüllü icrasına dair qan unun tələbi pozulmuşdur. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya nə könüllü icra müddəti, nə də icraata başlamaq haqqında qərar barədə məlumat verilməmişdir. İddiaçıya borclu kimi heç bir məlumat verilmədən mübahisəli mənzil hərraca çıxarılmışdır. Belə ki, MMC-nin ona təqdim edilməsi üçün göndərdiyi bildirişlər iddiaçıya məlum olmayan ünvana göndərilmişdir. Halbuki, Bank iddiaçının dəqiq ünvanı barədə məlumatlıdır. Bankın yeganə məqsədi iddiaçının xəstəliyindən istifadə etməklə ona məxsus olan əmlakı qanunsuz olaraq ələ keçirmək olmuşdur. İddiaçı 20 oktyabr 2021-ci il tarixində MMC-yə müraciət edərək hərrac bildirişlərini, icra sənədini, hərrac protokolunu və s. sənədlərin ona verilməsini tələb etmişdir. MMC tərəfindən iddiaçıya yalnız hərrac bildirişləri və poçt qəbzl ərinin surətləri təqdim edilmişdir. Bununla yanaşı, iddiaçı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir və məhkəmə prosesinin başladığı 2017-ci il tarixindən, xarici dövlətlərdə xəstəliyinin müalicəsi ilə məşğul olmuşdur.19 oktyabr 2021-ci il tarixində Bank tərəfindən iddiaçıya telefon vasitəsi ilə məlumat verilərək mənzilin artıq Bankın mülkiyyətində olması və qısa müddətdə mənzilin boşaldılması tələb edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X4 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, ikinci cavabdeh ilə iddiaçı arasında 15 aprel 2014-cü il tarixli 100850-010\14 nömrəli və xx.xx.2014- cü il tarixli 100850-032\14 nömrəli kredit müqavilələri imzalanmışdır. Həmin kredit müqavilələrinin təminatı olaraq Bank i lə iddiaçı arasında 05 sentyabr 2014-cü il tarixli 100850-032\14 nömrəli sonrakı ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mübahisəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş icrada olduğu müddətdə iddiaçı dəfələrlə icrada və bankda olmuş, iş üzrə aparılan bütün proseslərdən, o cümlədən hərrac prosesindən məlumatlı olmuşdur. Həmin əmlaka dair Bankın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, 22 fevral 2021-ci il tarixdə çıxarış verilmişdir. Bundan əlavə, İcra orqanı tərəfindən iş üzrə keçirilmiş bütün icra hərəkətləri barədə bütün tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bütün icra prosesi müddətində iddiaçı, oğlu və həyat yoldaşı dəfələrlə bankda olmuş, borcun ödənilməsi və girovla bağlı onlarla söhbətlər aparılmış, onlar isə müxtəlif bəhanələrlə ödəniş etmək üçün vaxt almış, lakin heç bir nəticəsi olmamışdır. Belə ki, iddiaçı özü 18 yanvar 2019-cu il tarixdə Banka ərizə ilə müraciət edərək, 2019-cu ilin dekabr ayının sonuna kimi borcunu bağlayacağına söz vermiş, işin dayandırılmasını xahiş etmişdir. Göstərilənlər bir daha sübut edir ki, iddiaçının həm məhkəmə, həm də icra mərhələsində aparılmış bütün proseslərdən ətraflı məlumatı olmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsində göstərir ki, hərrac barədə bildirişlər ona məlum olmayan bir ünvana göndərilmişdir. Halbuki, iddiaçı ona məlum olmayan ünvan kimi təqdim etdiyi ünvan 1dır və bunu DİN-nin MAPS şöbəsindən alınmış arayış da təsdiq edir. Hərrac təşkilatı tərəfindən də hərrac barədə bildirişlər də həmin ünvana göndərilmişdir. Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərin heç bir əsası yoxdur, tələbinin əsasları barədə heç bir sübutu yoxdur.

6. İş materiallarına əlavə edilmiş MMC-nin hərracın keçirilməsi barədə 11 oktyabr 2019-cu il və 25 oktyabr 2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, iddiaçıya əmlakın 515.000 manat ilkin satış qiymətilə 12 noyabr 2019-cu il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə 15 noyabr 2019-cu il tarixli bildirişin surətindən görünür ki, iddiaçıya əmlakın 15% aşağı qiyməti ilə 437750 manata 12 noyabr 2019-cu il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. Hərracın yekunları barədə 27 dekabr 2019-cu il tarixli, 83/03-1 nömrəli protokoldan görünür ki, iddiaçıya məxsus olan mübahisəli mənzilin i lkin satış qiyməti 515000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 437750 manat, 25% aşağı olan dəyəri 328312,50 manat məbləğində müəyyən edilərək MMC tərəfindən hərraca çıxarılmışdır.

7. İş materiallarına daxil olan MMC-nin Banka ünvanlanmış məktubundan görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 17060-178769/2019-5-1 saylı 01 oktyabr 2019-cu il tarixli sifariş məktubuna əsasən iddiaçıya məxsus ipoteka yüklü mübahisəli mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 29 noyabr 2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir.

8. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 29 avqust 2019-cu il tarixli, 128769/2019-5-1 №-li tələbin könüllü icrasına dair bildirişindən görünür ki, qeyd edilən bildiriş və icraata başlamaq haqqında qərar iddi açıya təqdim edilmək üçün oğlu İbrahimov Anar tərəfindən qəbul edilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, mübahisəli mənzil 22 fevral 2021-ci il tarixdən Bankın mülkiyyətindədir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-353/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bildirişlərin yanlış ünvana göndərildiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş icra işinin mate rialları ilə müəyyən edilmişdir ki, iddiaçının oğlu tərəfindən icra işinin bildirişləri iddiaçıya təqdim edilmək üçün qəbul edilmiş, eyni zamanda bildirişlərin göndərildiyi ünvanda həmin vaxt qeydiyyatda olduğu müəyyən edilmişdir. Bundan əlavə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hərrac barədə lazımınca məlumatlandırılmış, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 415.1 və 415.2ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 39.2, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 44, 53.1, 53.2, 53.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. 1

5. İş materiallarına istinadən müəyyən olunmuşdur ki, icra məmurunun xx.xx.2019cu il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanladığı “Tələbin könüllü icrası haqqında” bildiriş onun oğlu Anar İbrahimov tərəfindən qəbul edilmiş, adı çəkilən şəxs bildirişdə onu İddiaçı çatdıracağı barədə qeyd yazmış, İddiaçı bankın rəhbərinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcu 2019-cu ilin dekabr ayına qədər ödəyəcəyini bildirməklə icra icraatının dayandırılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3873/22 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanunu düzgün tətbiq etmiş, sübutlara düzgün qiymət vermiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Məhkəmə iş materialları ilə müəyyən edilən hallara istinadən (§15) qeyd etmişdir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.5, 415.2, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 43-cü maddələrinə istina dla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin icra məmurunun iddiaçıya tələbin könüllü icrası barədə ünvanlandığı ünvan 4 oğlu Anar İbrahimov tərəfindən qəbul edilməsinə dair əsaslandırması düzgün deyildir. Çünki həmin bildiriş ünvana göndərilməmişdir. X3 tərəfindən təhvil alınmasına dair icra şöbəsində imza çəkdirilsə də, həmin sənədin surəti sonuncuya verilməmişdir. Sadəcə qəbul etdiyinə dair sənəd imzalatdırılmışdır. Bundan başqa, məhkəmə iddiaçının 18 yanvar 2019-cu il tarixdə bankın rəhbərliyinə yazdığı məktuba əsasən onun hərracdan xəbərdar olduğunu hesab etmişdir. Lakin 18 yanvar 2019-cu il və 25 oktyabr 2019-cu il tarixləri arasında 9 aydan çox vaxt vardır və icra məmurunun hansı səbəbdən 2019-cu ilin əvvəlində hərracı təşkil etmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin belə mövqeyi məhkəmə təcrübəsinin vahidliyini pozulmasına gətirib çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1393/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qərarında eyni məzmunlu mübahisə üzrə mövqeyini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipote ka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

23. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

24. Maddə

416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qayd aları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilm ə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İp oteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayə t qədər olsun 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ə rzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlin miş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3873/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar