Məhkəmə qərarları › İş №2(102)-4700/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4700/2020

25.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4700/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MəhkəməKollegiyası İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti, iş üzrə tərəflərin subyektiv tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi X1, İnzibati kollegiyanın hakimi X3 oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi nə dair iş üzrə Nəsimi rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim R.Xəlilov) İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə Cavabdeh1 mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi vəsatəti təmin olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olur və iddiaçı bank krediti cavabdehə kommersiya fəaliyyəti ilə məşğ ul olduğu uçun verdiyindən hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də kassator Nəsimi rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, mülki işin adiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş aidiyyət qaydaları pozularaq İddiaçı1 QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyat yeri üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə verilmişdir. Halbuki, iş materiallarından görünür ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olur və krediti kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. Bu səbəbdən hal-hazırki mülki iş kommersiya mübahisəsi olduğu üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Nəsimi rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, işdə olan kredit xətti müqaviləsi və əlavə sazişlərin məzmunundan görünür ki, həmin əqdlər üzrə tərəf qismində Cavabdeh1 fiziki şəxs olaraq çıxış etmiş, onun sahibkarlıq fəaliyyəti və yaxud hüquqi şəxsin nümayəndəsi olması barədə heç bir məlumat göstərilməmişdir. Cavabdehin həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr ba xır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, işin hallarından göründüyü kimi hazırkı iş üzrə tələbin yönəldiyi şəxslər, yəni Cavabdeh1 və qeyriləri fiziki şəxslərdir və onların fərdi sahibkar statusu yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar