Məhkəmə qərarları › İş №2(102)-4703/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4703/2022

11.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4703/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin mövcud olub-olmaması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızından və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-511/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) "xxxx" MMC şirkətində xx.xx.2009-cu ildə qeydiyyatdan keçib və Məsləhətçi kimi fəaliyyət göstərib. 2011-ci ildə "xxxx" MMC şirkətinin müvəffəqiyyət planına əsasən 15% Menecer dərəcəsinə qədər yüksəlib və çalışıb. Fəaliyyətini dayandırdığı üçün 14 sentyabr 2013-cü il tarixində "xxxx" MMC şirkəti tərəfindən 190370 qeydiyyat kodu rəsmi olaraq bağlanmışdır. 2. “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2017-ci il tarixli qərarının surətinə əsasən Cavabdeh (bundan sonra-cavabdeh) İddiaçı "xxxx" şirkətində satışın dövriyyəsini genişləndirmək məqsədi ilə pul götürmüş və həmin pulun bir hissəsini ödəmiş, qalan hissəsini isə şirkət ziyana işlədiyindən ödəyə bilməmişdir. Bu xüsusat tərəflərin öz iz ahatları ilə tam təsdiqini tapmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı, X3, X4, X1 və X2 Cavabdeh qarşı” pul tələbi” barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 180 0 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat olan malların, həmin malları vermədiyi halda onların dəyərinin, 30 manat köçürdüyü dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi «Orifleym» kosmetik mallarının satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Cavabdeh 2015-ci ildə ona bildirdi ki, nəğd ödəniş əsasında ona nisbətən aşağı qiymətə satmaq üçün kosmetik mallar təşkil edə bilər. O, cavabdehə inanaraq pulunu da qabaqcadan ödəmək şərti ilə cavabdehə aşağıdakı çeşidlərdə kosmetik mallar sifariş vermişdir: 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər bir i 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat. Cavabdeh bu malların pulunu ondan alsa da, həmin malları sonradan ona çatdırmamış və ona bu illər ərzində əsassız bəhanələr gətirməklə gözlətmiş, lakin sonda isə ona bildirm işdir ki, işlədə bilmədiyi üçün şirkət müflis olub və bu səbəbdən də həmin malları ona verə bilməyəcəkdir. Ona sonradan o, da məlum oldu ki, cavabdeh yalnız onu deyil, ondan başqa da bir çox şəxsləri aldatmış və onlara mallar verəcəyi adı ilə aldatmaqla pullarını əllərindən almış və qaytarmamışdır. Onlar bu qadının əməlləri ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə şikayət etmiş və həmin şikayətləri əsasında aparılmış araşdırma zamanı cavabdeh mal satmaq məqsədi ilə ondan pul aldığını qismən etiraf etmişdir. Halbuki cavabdeh ondan mal vermək adı ilə yanaşı ondan borc pul da almış, lakin həmin pulun verilməsi ilə bağlı qəbz olmadığı üçün onu məhkəmədə təsdiq edə bilmədiyindən həmin pul tələbinə dair iddiası təmin olunmamışdır.

6. İş materiallarında olan xx.xx.2011-ci il tarixli əlyazmanın su rətinə əsasən iddiaçı xx.xx.2011-ci il tarixdə 1370 manat, xx.xx.2011-ci il tarixdə 1800 manat, xx.xx.2011-ci il tarixdə 1000 manat, xx.xx.2011-ci il tarixdə 1280 manat, xx.xx.2011-ci il tarixdə 1350 manat, xx.xx.2011-ci il tarixdə 150 manat, xx.xx.2011-ci il tarixdə 1100 manat, xx.xx.2011ci il tarixdə 50 manat olmaqla, ümumilikdə 8100 manat aldığını öz imzası ilə təsdiq etmişdir.

7. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, № xx-xx/4010 saylı arayışının surətinə əsasən cavabdeh xx.xx.2011-ci il tarixində "xxxx" ASC Sumqayıt filialından götürdüyü 6000 ABŞ dolları məbləğində krediti üzrə iddiaçı və X3 zamini olmuş və bu kredit üzrə 210,12 ABŞ dolları faiz, 6000 ABŞ dolları əsas borc ödənilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməs i) 03 noyabr 2021-ci il tarixli, 2(060)-8177/2021 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin ondan ümumi dəyəri 24300 manat məbləğində kosmetik malların pulunu alsa da, həmin malların ona çatırmadığını bildirsə də, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan sələmə 5000 manat pul aldığını və aldığı borca görə ümumilikdə 8100 manat ödədiyini qeyd etmiş və izahat iddiaçı tərəfindən imzası ilə təsdiq edilmiş əlyazmadanda sübuta yetirilir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 9.1,9.3, 14.2, 77.1, 80, 88, 106.1-ci maddələrinə, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, “Vəkil şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-511/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi),A.H.Hüseynzadə və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əs assız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur.

15. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında pul tələbi ilə bağlı əvvəllər mübahisə olmuş və qüvvədə olan məhkəmə aktına əsasən iddiaçının bu tələbi təmin edilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 567, 568, 598, 599-ci və MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator Azərbaycan R espublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 10911093 və Mülki Prossesual Məcəlləsinin 77, 88-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, qarşı tərəf özü iddiaçıdan və digər şəxslərdən pul aldığını etiraf etmiş, lakin məhkəmə onun etirafını mötəbər sübut kimi qiymətləndirməmişdir. Bundan başqa məhkəmə tərəflər arasında iddia olunan məhsulların alqı-satqısı ilə bağlı aparılan yazışmaları və cavabdehin öz xətti ilə qeydləri də nəzərə almamış və başqa bir məhkəmə qətnaməsinə istinad etməklə mübahisəyə düzgün qiymət verməmişdir. Halbuki həmin yazışmalarla cavabdehin iddiaçıdan sifariş olunan məhsullara görə pul alması öz təsdiqini tapır, xəttin cavabdehə məxsus olmasının bir daha təsdiq edilməsi məqsədi ilə id diaçı məhkəmədə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsadət versə də məhkəmə həmin vəsadəti təmin etməmiş, iddiaçının təqdim etdiyi sübutları yetərli hesab etməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 567 Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasport u, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

25. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

27. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

28. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əş yanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

29. Maddə 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın.

30. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

31. Maddə 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzi fəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

32. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

33. Maddə 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 416.1 Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq et miş, prosessual qanun pozuntularına yol verməmişdir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-511/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar