Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4714/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, apellasiya şikayətinin şikayəti verməyə hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh2 hüquqi varisi X vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3638/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadından Cavabdeh2 hüquqi varisi X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC "xxxx" MMC və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək kredit müqavilələri üzrə borcun yalnız cavabdeh "xxxx" MMC-dən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhk əməsinin 2(001)-5043/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia təmin edilmiş, 07.11.2014cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən 1.637.966.39 ABŞ dolları məbləğində əsas borc, 135.628.01 ABŞ dolları məbləğində faiz borcu və 30975 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 1.804.569.40 ABŞ dolları məbləğində pulun, 10.12.2014-cü il tarixli, kredit müqaviləsi üzrə 1.884.238.23 ABŞ dolları məbləğində əsas borc, 155.729.16 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2.040.738.08 ABŞ dolları məbləğində pulun ödəniş gününə Mərkəzi Bankın məzənnəsi uyğun olaraq manatla, "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka yüklü edilmiş olan əmlaklara yönədilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəm əsindəki birinci icraat
4. Qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-210/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2(001)-5043/2018 nömrəli qətnaməsi cavabdeh "xxxx" MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Qətnamədən cavabdeh "xxxx" MMC kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və Z.Əliyev) 2(102)-5825/2020 saylı, 25 noyabr 2020-ci il tarxili qərarı ilə kassasiya şikayəti təmin edilməmi ş, Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Cavabdeh2 qanun üzrə vərəsəsi Sadıqova Faida Salman qızının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsində apellyasiya şikayəti vermişdir. Şikayət 18.02.2021-ci ildə məhkəməyə daxil olmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3638/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh2 qanun üzrə vərəsəsi X Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilmi ş, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinə 04 oktyabr 2017-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş və cavabdeh qismində yalnız "xxxx" MMC-nin cəlb edilməsini göstərmiş, Cavabdeh2nın hüquqi varisi olduğu Cavabdeh2 münasibətdə iddiadan imtina etmişdir.
11. Belə olan halda, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələblərinə dair iddiası yalnız cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin olunmuşdur.
12. Göründüyü kimi bi rinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 maraqlarına hər hansı şəkildə toxunulmamışdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir.
14. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2).
15. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh2 ilkin olaraq cavabdeh qismində göstərilsə də, sonradan iddiaçı ərizəsini dəqiqləşdirərək iddianı yalnız cavabdeh MMC-yə qarşı qaldırmış, Cavabdeh2 qarşı iddiad an imtina etmiş, rayon məhkəməsi də 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianı məhz MMC-yə münasibətdə təmin etmişdir.
16. Bundan başqa, iş materiallardan görünür ki, cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil 23 noyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdimat verilməsinə dair ərizə ilə müraciət etmişdir.
17. Beləliklə də, işin hallarından göründüyü kimi cavabdehin hüquq varisi artıq həmin tarixdə, yəni 23 noyabr 2020-ci il tarixində birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrindən xəbərdar olmuş, lakin apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddəti ötürməklə vermiş, eləcə də müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etməmişdir.
18. Be lə ki, cavabdehin hüquqi varisi tərəfindən məhkəməyə göndərilən apellyasiya şikayətinin üzərinə vurulan “daxil olma” ştampından bəlli olur ki, şikayət 18.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
19. Bununla da müəyyən olunur ki, iddiaçının Cavabdeh2 münaisbətdə iddiadan imtina etməsi və rayon məhkəməsi tərəfindən qəbul olunan 23 noyabr 2018-ci il tarixli qətnamə ilə iddianın yalnız cavabdeh MMC-yə münasibətdə təmin edilməsinə, eləcə də hüquqi varisin nümayəndəsi və vəkili Vəkil 23 noyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdimat verilməsinə dair ərizə ilə müraciət etməsindən, beləliklə, rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən xəbərdar olmasına baxmayaraq, onlar tə rəfindən apellyasiya şikayəti 18 fevral 2021-ci il tarixdə verilmiş və şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasina dair ərizə təqdim edilməmiş, nəticədə qanunla müəyyən olunmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar (iddiaçının Cavabdeh2 münasibətdə iddiadan imtina etməsi və müddətin ötürülməsi) araşdırılmadan iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 hüquqi varisi Sadıqova Faida Salman qızı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyas iya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdeh2 hüquqi varisi X vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsə lələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində Cavabdeh2 hüquqi varisi X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xa hiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
29. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (maddə 130.1)
30. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. (maddə 130.3)
31. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (maddə 357.1)
32. Həmin hüquqa, işdə iştira k etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. (maddə 357.2)
33. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. (maddə 360)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 hüquqi varisi X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3638/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.