Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4714/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun, qiymətləndirmənin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı “hərracın nəticələrinə dair protokolun, qiymətləndirmənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-2916/2022 nömrəli iş üzrə 15 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı cəmi 43850 məbləğində borcun iddiaçı Azərbaycan Respublikası Bankı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, bina № 7-də yerləşən 45 №-li mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 86000 manat olmaqla ixtisaslaşdırılmış müəssisəsi vasitəsilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı Ağasan qızına qaytarılması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlərin mənzildən çıxarılması qət edilmişdir.
2. Əmlaka dair sənədlər Səbail rayon İcra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac mərkəzinə göndərilmiş və "xxxx" MMC tərəfindən keçirilmiş əmlakın alıcısı olmadığından ipoteka predmeti təkrar olaraq hərracdakı qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 54825 manata ABB ASC-nin mülkiyyətinə keçirilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2-2(113)-321/2020) görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə cavabdeh) Bankın (hazırki iş üzrə cavabdeh) Hə rrac Mərkəzinə qarşı irəli sürdüyü “protokolun təsdiq edilməsi və alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasının təmin edilməsi, (hazırki iş üzrə mübahisənin predmeti olan) mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun tərtib edilməsi və Bank ilə alğı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin Hərrac Mərkəzinin üzərinə qoyulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(009)-305/2018 №-li iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamənin icrası ilə əlaqədar ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Ba damdar qəsəbəsi, Neftçilər küçəsi, bina № 7-də yerləşən 45 №-li mənzilin ilkin satış qiyməti 86.000 manat olmaqla açıq hərracdan satılması məqsədilə cavabdeh Hərrac Mərkəzi tərəfindən keçirilmiş təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54.825 manata cavabdeh Banka satılmasının etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair Banka verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Reyestrdən çıxarın” ləğv edilməsi və mənzilin ona (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə məşğul olan İcra Şöbəsinin sifariş məktubuna əsasən cavabdeh Hərrac Mərkəz mənzilin açıq hərracdan satılması pro seduruna başlamış, lakin Hərrac Mərkəzi və Bank saxta hərraclar təşkil edərək həmin hərraclarda ilk növbədə İddiaçı iştirakını təmin etmək üçün ona bildirişlər göndərməmiş, mənzilin hərracdan satılmaması əsası ilə mənzilin qiymətini 25 faiz aşağı salmış və nəticədə, Bank, İddiaçı kredit borcunun əvəzi olaraq mənzili 54.825 manata hərracdan quya almışdır. Nəticədə, müharibə veteranının arvadı və məcburi köçkün olan İddiaçı hüquqları pozulmuşdur.
6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı iddianın əsası kimi keçirilən hərracdan onun xəbərinin olmamasını göstərmişdir. Onlar tərəfindən məhkəməyə bildirişlərin rəsmi qaydada iddiaçının ünvanına göndərilməsi və şəxsən onun tərəfindən alınmasının təsdiq edən sübutlar təqdim olu nmuşdur. Ona görə də iddiaçının hərracın keçirilməsi barədə məlumatsız olması əsassızdır. İki hərrac keçirildikdən sonra bank ipoteka predmetini əldə etmək niyyətini hərrac mərkəzinə bildirdikdə onlara deyilmişdir ki, xidmət haqqı kimi pul ödənilməsə, hərracın nəticələri haqqında yekun protokol tərtib edilməyəcək və onlara satılmayacaq. Ona görə də bank tərəfindən hərrac mərkəzinə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış, qətnamə ilə yekun protokol və alqı-satqı müqaviləsinin onlara verilməsi "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmuşdur. Həmin qətnamə icraya yönəldikdən sonra xx.xx.2021-ci il tarixdə hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilərək onlara təqdim edilmiş, onun əsasında bank ipoteka predmeti ü zərində mülkiyyət hüququ əldə etmişdir. Hesab edir ki, hərrac qanuni əsaslarla keçirildiyindən qaldırılan iddia əsassızdır və təmin edilməməlidir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 28 yanvar 2022-ci il tarixli, 2(009)-220/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı "xxxx" MMC tərəfindən keçirilmiş hərracda əmlakın alıcısı olmadığından ipoteka predmeti təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54825 manat "xxxx" ASC-nin mülkiyyətinə keçirilməsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına tərtib olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin iddiaçıya qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-305/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar Səbail rayon icra şöbəsi tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ MMC-yə sifariş verilmiş, həmin sifariş əsasında iddiaçının mülkiyyətində olan və üzərinə məhkəmə qətnaməsi ilə tutma yönəldilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 86000 manat olmaqla hərraca çıxarılmış, ilkin hərracda alıcı olmadığı üçün təkrar hərracda mənzilin satış qiyməti əvvəl 15% aşağı salınmış və təkrar hərracda da alıcı olmadığı üçün mənzilin 25% aşağı qiymətə, yəni 54825 manata banka təklif olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçının iddia tələbinin əsası kimi gətirdiyi hallar, yəni hərracın keçirilməsi barədə bildirişlərin ona təqdim edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən iddiaçıya bildirişlərin göndərilməsi və həmin bildirişlərin “İddiaçı” soyadlı şəxs tərəfindən qəbul edilməsi müəyyən edilmişdir.
10. Məhkəmə öz mövqeyini, "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.5, 43.7-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, “hərracın nəticələrinə dair protokolun, qiymətləndirmənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nətic ə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması səbəbindən qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2916/2022 nömrəli iş üzrə 15 aprel 2022-ci il tarixli qətnaməsi (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan mübahisəli əmlakın açıq satılması ilə bağlı keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və k eçirilmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi, bunun nəticəsi olaraq mənzilə dair Bankın adına verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi və mənzilin iddiaçıya qaytarılması üçün əsaslar yoxdur. İddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı hərra cın nəticələrinə dair protokolun, qiymətləndirmənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mülki işin həlli zamanı İpoteka haqqında AR qanununun 42.1, 43.7.1-ci maddələrini pozmuşdur. Hüquq ədəbiyyatında maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təsvir etsin. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı kontekstindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
19. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
20. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəli yi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
22. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
23. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilə r, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
24. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərini n ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi hərracın etibarsızlığı barədədir və iddiaçı tələbini əsası kimi hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə, hərracın keçirilməsi barədə bildirişlərin ona təqdim edilməməsinə istinad edib. iddiaçı hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
35. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, iddiaçıya bildirişlərin göndərilməsi və həmin bildirişlərin “İddiaçı” soyadlı şəxs tərəfindən qəbul edilməsi təsdiq edilmişdir.
36. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya in stansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətin təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2916/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.