Məhkəmə qərarları › İş №2(102)-4725/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4725/2020

15.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4725/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, vəkili Vnun və cavabdeh Pnin nümayəndəsi və vəkili Rnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-670/2020 nömrəli qətnaməsindən cavabdeh P tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx.xx.2019-cu il tar ixli, 2(039)-2470/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil şöbəsinə və Pnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı işdən azad edilməsinə dair Yevlax rayon Təhsil şöbəsinin xx.xx.2019-cu il tarixli, 69/4 saylı əmrinin və Pnin xx.xx.2019-cu il tarixli, 225 saylı əmrinin ləğv edilməsi, İddiaçı Pndə məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə, həmçinin həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, Ə.Məcidov, M.Əsədli) xx.xx.2020-ci il tarixli, 2(107)-670/2020 nömrəli qətnaməsi ilə cavabdeh P tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2470/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh P iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil şöbəsinə və Pnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsinə dair Yevlax rayon Təhsil şöbəsinin xx.xx.2019-cu il tarixli, 67/3 saylı əmrinin ləğ v edilməsi, onun Əkşəm kənd tam orta məktəbində məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, onun işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsinə dair Yevlax rayon Təhsil şöbəsinin xx.xx.2019-cu il tarixli, 69/4 saylı əmrinin və Pnin xx.xx.2019-cu il tarixli, 225 saylı əmrinin ləğv edilməsi, onun Pndə məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə, həmçinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməsi, onun məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Pnin nümayəndəsi və vəkili R kasasiya şikayətini onunla əsaslandırmışdır ki,işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri işi hərtərəfli araşdırmamış, tərəflərindən təqdim olunmuş sübutlara baxmayaraq işin mahiyyətinə düzgün qiymət verməmiş, tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, iş üzrə həqiqətə nail olmağa çalışmamış nəticədə əsassız, qanunsuz, ədalətsiz və onların konstitusion hüquqlarını pozan qətnamə qəbul etmişdir. İşə baxan məhkəmələrtələb üzrə iddiaçının heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq onun iddiasını təmin etmiş və mübahisəyə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş tətbiq edilən prosessual hüquq normalarını səhv tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iddiadan kənara çıxaraq iddiaçının iddia ərizəsində mübahisələndirdiyi Yevlax Rayon Təhsil Şöbəsinin xx.xx.2019-cu il tarixli 67/3 nömrəli əmrinə qiymət verməli olduğu təqdirdə ümumiyyətlə iddia ərizəsində adı çəkilməyən başqa bir əmri ləğv etmiş, bununla da ədalət mühakiməsinin həyata keçirilməsinin əsaslarını və Mülki Prosessual Məcəllənin əsas prinsiplərini pozmuşdur.Eyni zamanda işə baxan məhkəmələr maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri qətnaməni onunla əsaslandırmışlar ki, İddiaçı işdən azad edilməsinə dair əmrlər verilərkən həmkarlar şurasının iclasının keçirilməsi barədə ona məlumat verilməmiş, həmkarlar şurasına məktəb direktoru təqdimatla müraciət etməmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatı n daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin işə baxan məhkəmələr mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işi tam və obyektiv araşdırmamış və nəticədə tətbiq olunmayan maddi hüquq normasını tətbiq etmişlər.İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Təhsil Haqqında Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nı və Yevlax Rayon Əkşəm kənd orta məktəbinin Nizamnaməsinin bir sıra normalarını pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən hərəkətlərə yol verdiyi üçün İddiaçı ilk olaraq töhmət verilmişdir. Sonradan verilən töhmətdən heç bir nəticə çıx armamasını görən kollektiv xx.xx.2019-cu il tarixində iclas keçirərək 9 saylı protokolla İddiaçı əmək vəzifələrinin yerinə yetirməməsi üçün məsələnin Yevlax Rayon Təhsil X2 çıxarılmasını qərara almışdır. Eyni zamanda, həmin iclasda məsələnin xx.xx.2019-cu il tarixində Əkşəm kənd tam orta məktəbin Həmkarlar Təşkilatının müzakirəsinə çıxarılması da qərara alınmışdır. Bu barədə İddiaçı yazılı və telefonla məlumatlar verilmişdir. Lakin Əkşəm kənd tam orta məktəbin Həmkarlar Təşkilatının xx.xx.2019-cu il tarixində keçirilən iclasında İddiaçı iştirak etməmiş və Təşkilatın 8 saylı qərarı ilə məktəbin tədris işləri üzrə direktor müavini İddiaçı xx.xx.2019-cu il tarixindən işdən azad olunmasına razılıq verilmişdir. Həmin gün Yevlax Rayon Təhsil X1 9 saylı qərarı ilə İddiaçı tutduğu vəzifədən azad o lunması barədə qərar qəbul olunmuşdur. Bundan sonra Yevlax Rayon Təhsil Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 69/4 əmri ilə 67/3 nömrəli əmr ləğv edilərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, xx xxxxxx 2019-cu il tarixində Yevlax Rayon Əkşəm kənd orta məktəbinin pedoqoji şurasının iclası keçirilmiş və iddiaçının işdən azad olunması barədə qərar qəbul olunmuşdur. Həmin iclas barəsində İddiaçı yazılı və telefonla məlumatlar verilməsinə baxmayaraq o, iclasda iştirak etməkdən imtina etmişdir. Belə olan halda, Əkşəm kənd orta məktəbin direktorunun əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin işə baxan məhkəmələr işin xronoloji ardıcıllığına düzgün qiymət verməyərək, işi obyektiv və hərtərəf li araşdırmadan, əmək müqaviləsinə xitam verilməsinin səbəblərini araşdırmadan 2 əmri ümumiləşdirərək Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinin pozulması qənaətinə gəlmişlər. Belə ki, birinci instansiya məhkəməsi iddia predmetindən (yəni 67/3 saylı əmr) kənara çıxaraq bu əmrləri məhkəmə qətnaməsində ümumi adla “Əmr”lə birləşdirərək ona təqdim olunmuş yazılı və şifahi sübutları tədqiq etməmişdir. İş materiallarında Əkşəm kənd tam orta məktəbin direktorunun məktəbin Həmkarlar Təşkilatına ünvanlandırdığı arayışı, İddiaçı ünvanlanmış yazılı məktubları, İddiaçı iclasın keçirilməsi barədə telefonla xəbərdar edən və həmin zaman onun yanında olan şahidlərin izahatlarını ümumiyyətlə tədqiq etməmişdir. Əgər göstərilən sübutlar tədqiq olunsaydı Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmaması aydın görünərdi. Beləliklə, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri tətbiq edilməli olmayan Əmək Məcəlləsinin 80-ci maddəsini tətbiq etməklə, tətbiq edilməli olan Təhsil Haqqında Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxx 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın və Yevlax Rayon Əkşəm kənd orta məktəbinin Nizamnaməsinin normalarını tətbiq etməməklə Yevlax Rayon Əkşəm kənd tam orta məktəbin 40-a yaxın əməkdaşının hüquqlarını pozmuşdur. Göründüyü kimi apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri düzəltmək əvəzinə özü heç bir qanunvericiliyə və məntiqə sığmayan nəticəyə gələrək qətnaməni qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən o, Şəki Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-670/2020 nömrəli qətnaməsinin ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil şöbəsi məhkəməyə teleqram ünvanlayaraq, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Pnin nümayəndəsi və vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-670/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinin ləğvi zamanı Əmək Məcələsinin 80-ci maddəsinin müddəalarına da düzgün əməl edilməmişdir. Belə ki, həmin Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci bəndlərində təsbit edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 69/4 №li və xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmrlərdən çıxarışdan görünür ki, işçi İddiaçı Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq həmin məktəbdə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə işəgötürən tərəfindən təqdimat verilmədən, eləcə də iddiaçıya qabaqcadan Həmkarlar Təşkilatının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən ləğv edilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv etmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsində həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqı təşk ilatının qabaqcadan razılığının alınması tələb olunmur. Göründüyü kimi qeyd olunan normalarla bağlı Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılığının alınması qanunvericilikdə imperativ norma göstərilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin apelyasiya kollegiyasının araşdırması zamanı müəyyən edilmişrdi ki, əmək müqaviləsinin ləğvindən xeyli müddət keşməsinə baxamayaraq ƏM-in 83.2-ci maddəsinin tələbl ərinə də düzgün riayət edilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən,

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.

2. Bu maddənin birinci hissəsində nəzər də tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən isə işçinin hüquqlarını və qanuni mənafeləri ni pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən dilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq saziş inin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra müddəalarına imperativ qaydada riayət etməli olduğu halda etməmişdir. Məhz cavabdeh tərəf işdən azad olunma, müqavilənin ləğvi barədə əmr verərkən əmək funksiyasının və vəzifə təlimtalarının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Bel ə ki, işəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, (halbuki təqdimata əsaslandırma sənədlər də əlavə edilir), Həmkarlar ittifaqı təşkilatı da bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda buna riayət etməmişdir. Göründüyü kimi işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Həmkarlar təşkilatının iclası və işçinin işdən azad olunması barədə əmrlər işəgötürənin özünün mülahizələri əsasında həyata keçiri lmişdir. İkincisi, cavabdeh tərəf apelyasiya şikayətində iddiaçıya lazımi qaydada rəsmi məlumat verildiyini, işəgötürən tərəfindən Həmkarlar Təşkilatına lazımi qaydada Təqdimat verildiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, şikayətin bu dəlilini yalnız öz formal izahatları ilə əsaslandırmağa çalışmışlar. Cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə hər hansı bir formada təsdiq edilmir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətində birnici instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq mübahisələndirilmiş əmri deyil, digər əmri ləğv etmiş, apelyasiya kollegiyası isə bu hala qi ymət verməmişdir. Cavabdehin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (səh 71) məhkəməyə müraciət etmiş və həmin ərizədə mübahisələndirdiyi əmrlər üzrə məhkəmə araşdırması həyata keçirilmiş, bu zaman hər hansı iddia tələbindən kənara çıxılması halına yol verilməmişdir. Ümumilikdə cavabdehin kasasiya şikayətinin dəlilləri əsasında apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İş materiallarından da müəyyən edilir ki, işəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, Həmkarlar ittifaqı təşkilatı da bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda buna riayət etməmişdir. Beləliklə, işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh P tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)670/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar