Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4726/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin sədri X1, vəkili Vnın, Cavabdeh4 vəkili Rnun, Cavabdeh6 İsabala oğlunun və vəkili Xnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)478/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(046)1007/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yük avtomobillərinin qaytarılması, müqavilə üzrə yaranmış borcların və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Kamaz 5410 markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ODAZ 9370 markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Cavabdeh1 Əlisafa oğlundan, Kamaz 5320 markalı, **AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh3, Kamaz 5320 markalı, **AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh4, Kamaz 5511 markalı, **AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh5, K amaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh6, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin Cavabdeh7 alınaraq “xxxx” ASC-yə qaytarılması, 10800 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh1 Əlisafa oğlundan, 10120 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh3, 18300 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4, 13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış fayda Cavabdeh5, 20760 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh6 və 14300 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh7 alınaraq “xxxx” ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(046)1007/2019 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1007/2019 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək, qətnamənin nəticə hissəsində hər bir avtomobilə münasibətdə “istismara yararlı texniki vəziyyəti saz olan” ifadəsi sözləri kimi qeyd edilməsi və oxunması, qətnamənin nəticə hissəsində KRAZ256B-1 sözündən sonra maraklı sözü kimi qeyd edilməsi və oxunması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, Ə.Məcidov, M.Əsədli) xx.xx.2020-ci il tarixli, 2(107)-478/2020 nömrəli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinin tam, Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmi n edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(046)-1007/2019 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh4 və Cavabdeh6 münasibətdə qismən yəni- “20760 manat əldən çıxmış faydanın Cavabdeh6 alınaraq “xxxx” ASC-nə verilməsi və 18300 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4 alınaraq “xxxx” ASC-yə verilməsi hissələrində” ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, yeni qətnamə ilə iddia tələbi “18300 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4, 20760 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh6” alınaraq “xxxx” ASC-yə qaytarılması hissələrində təmin edilməməsi, qətnamənin Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh4 və Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh6 alınaraq “xxxx” ASC-yə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “xxxx” ASC iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yük avtomobillərinin qaytarılması, müqavilə üzrə yaranmış borcların və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun (birlikdə dəyəri on iki min manat) və 15900 manat borcun Cavabdeh1 Əlisafa oğlundan, Kam az 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun (birlikdə dəyəri on iki min manat) və 15000 manat borcun Cavabdeh2, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 18760 manat borcun Cavabdeh3 Polad oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 21030 manat borcun Cavabdeh4, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 14400 manat borcun Cavabdeh5, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 23700 manat borcun Cavabdeh6, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri yeddi min manat) və 14300 manat borcun Cavabdeh7 alınaraq “xxxx” ASC-yə qaytarılması, əmlakın naturada qaytarılması mümkün olmadıqda cavabdehlər - Cavabdeh1 Əlisafa oğlundan, Cavabdeh2, Cavabdeh3 Polad oğlundan, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 avtomobillərin dəyəri olan pulun alınaraq “xxxx” ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Cavabdeh1 Əlisafa oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh3 Polad oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh4, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh5, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh6, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin Cavabdeh7 alınaraq İddiaçı ASC-yə qaytarılması, 5100 manat məbləğində icarə haqqının və 10800 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh1 Əlisafa oğlundan, 8640 manat məbləğində icarə haqqının və 10120 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh3, 2730 ( ikmanat məbləğində icarə haqqının və 18300 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4, 900 manat məbləğində icarə haqqının və 13500 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh5, 2940 manat məbləğində icarə haqqının və 20760 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh6 və 14300 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh7 alınaraq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul olunmasını, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun icarədarı Cavabdeh2 heç bir tələb olmadığı üçün onu cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “xxxx” ASC-nin sədri X2 və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işin həqiqi halları ondan ibarətdir ki, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, QDAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bu hal hər iki instansiya məhkəməsi tərəfindən qəbul edilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələrdə sübut olunmuşdur ki, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və QDAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh1 Əlisafa oğlunun, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh4, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh5, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh6, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh7qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı ilə cavabdehlər arasında bağlanmış icarə müqavilələrinə əsasən müəyyən edilmiş müddət başa çatmış, cavabdehlər iddiaç ının mülkiyyətində olan əmlakı qanunsuz istifadə edərək icarə haqqını ödəmədikləri və əmlakı geri qaytarmadıqları üçün iddiaçı mülkiyyətində olan nəqliyyat vasitələrini cavabdehlərin qanunsuz sahibliyindən tələb edir və bu tələbində haqlıdır.Cavabdehlər izahat verərək nəqliyyat vasitələrinin onların istifadəsində olmasını etiraf etmişlər və bu səbəbdən də cavabdehlər texniki vəziyyəti saz olan nəqliyyat vasitələrini iddiaçıya qaytarmalıdır. Çünki tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdehlər nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək vəzifələrini üzərlərinə götürmüşlər.Cavabdeh4la bağlanmış bir aylıq müqavilənin müddətinin xx.xx.2014-cü il tarixdə, Gülhəsən Surxavevlə bağlanmış bir aylıq müqavilənin müddətinin isə xx.xx.2010-cu ıl tarixdə bitdiyini göstərəna pelyasiya instansiyası məhkəməsihəmin müddətdən sonra nəqliyyat vasitələrini özlərində saxlayan cavabdehlərin mülkiyyətçiyə bu müddət ərzində həmin nəqliyyat vasitələrindən istifadə etməklə fayda əldə etməsindən məhrum etdiklərini nəzərə almamışdır. İcarə haqlarının dəyişməsinin (artırılması və ya azaldılması) birtərəfli qaydada əmrlə deyil, müqavilə münasibətləri ilə tənzimlənməli olmasını qeyd edən apelyasiya instansiyası məhkəməsi iddiaçıya əldən çıxmış fayda kimi dəyən zərəri cavabdehlərlə bağlanmış icarə müqavilələrindəki məbləğə uyğun olaraq belə təmin etməmişdir. Halbuki apelyasiya instansiyası məhkəməsi təqribi riyazi hesablama apararaq Cavabdeh4 müqavilə müddətindən 6 il (72 ay), Cavabdeh6 müqavilə müddətinin sonundan isə 9 il 1 ay (109 ay) keçdiyini nəzərə alıb həmin illəri də icarə haqqına, yəni 120 manat məbləğə vurmaqla müvafiq olaraq 8640 manat, digərininki isə 13080 manat hesablamışdır. Apellyasiya məhkəməsi Cavabdeh6 yaşına və səhhətinə görə sözügedən Kamaz markalı avtomaşını idarə etməklə qazanc əldə etməsinin heç də inandırıcı və aqalabatan görünmədiyini qeyd edir. Halbuki Cavabdeh6 nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində hakimlərin tələb etməsinə baxmayaraq xəstəliyi barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin insanın yası və xəstəliyi onun avtomobil idarə etməsini qadağan etmir. Cavabdeh6 avtomaşını idarə etməklə qazanc əldə etməsinin inandırıcı və ağlabatan qörünməməsi onun iddiaçıya aid nəqliyyat vasitəsini təhvil verməməklə sonuncuya zərər vurmasını istisna etmir.Apelyasiya MəhkəməsiCavabdeh4 ona verilmiş Kamaz m arkalı avtomaşının icarə müqaviləsinin müddəti bitdikdən sonra təyinatı üzrə işlədə bilməməsi nəticəsində yolun kənarında saxladığını və istənilən vaxt iddiaçıya qaytara biləcəyini qeyd etmiş, cavabdehlərin mübahisəli Kamaz markalı maşınlardan təyinatı üzrə istifadə edə bilmədiklərini, bununla bağlı onların əlində hər hansı hüquq olmadığını (etibarnamə və ya icarə müqaviləsi), həmin maşınların iddiaçıya qaytarmaq niyyətində olduqlarını, lakin iddiaçının qəbul etmədiyini bildirmələrini nəzərə almışdır. Halbukicavabdehlər izahatlarında göstərdiklərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunmasını iddiaçının birbaşa vəzifəsi hesab edən apelyasiya məhkəməsinin, cavabdehlərin təqd im etdikləri hansı sübutlara əsasən onların apellyasiya şikayətini qismən təmin etdiyi bəlli olmur. İddiaçı ilə cavabdehlər arasında bağlanmış icarə müqavilələrinin müddətinin xeyli müddət əvvəl bitməsi və tərəflərin heç birinin həmin müqavilənin müddətinin uzadılması barədə iradə ifadəsinin iş materiallarından görünməməsi iddiaçının mülkiyyətində olan əmlakdan cavabdehlərin təqsiri üzündən istifadə edə bilməyib itirdiyi faydanın əvəzi olaraq tələb etdiyi zərərin təmin edilməməsinə əsas ola bilməz. Beləliklə apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)478/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üç ün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin sədri X2 və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili R kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Şə ki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-478/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 İsabala oğlu və vəkili X kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-478/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh4 və Cavabdeh6 tərəfindən apelyasiya şikayəti veril diyindən məhkəmə araşdırması da yalnız onlara münasibətdə aparılmalıdır. Apelyasiya şikayəti vermiş cavabdehlər yalnız özlərinə münasibətdə qətnaməni mübahisələndirdiklərindən, digər cavabdehlər isə sözügedən qətnaməni mübahisələndirmədiklərindən sonunculara münasibətdə araşdırma aparılmasına zərurət yoxdur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan mübahisəli avtomaşınlar mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan iddiaçı həmin avtomobillərə münasibətdə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir və birinci instansiya məhkəməsi də avtomaşınların iddiaçıya qaytarılması hissəsində düzgün qənaətə gəlmişdir Apelyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə “əldən çıxmış fayda” ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ö dənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda hissəsini qismən təmin edilməsi qənaətinə gələrkən, tərəflər arasında bağlanmış icarə müqavilələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz qətnaməsində əsaslandırmışdır ki, cavabdehlər əldən çıxmış faydanıın məbləğinin çox olduğunu bildirsələr də bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırmasına tənqidi yanaşaraq qeyd etmişdir ki, əvvəla iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir ki, cavabdeh də buna qarşı öz etirazının əsaslarını təsdiq etsin. İş materiallarından isə göründüyü kimi iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə öz mülahizələri əsasında bunu əsaslandırmağa çalışmışdır. Çünki cavabdehlər Cavabdeh4la bağlanmış bir aylıq müqavilənin müddəti xx.xx.2014-cü il tarixdə, Cavabdeh6lə bağlanmış bir aylıq müqavilənin müddəti isə xx.xx.2010-cu il tarixdə bitmişdir. Təqribi riyazi hesablama aparılmalı olsa, Cavabdeh4 müqavilə müddətindən 6 il (72 ay), Cavabdeh6 müqavilə müddətinin sonundan isə 9 il 1 ay (109 ay) k eçmişdir. Həmin illəri də icarə haqqına, yəni 120 manat məbləğə vurulsa müvafiq olaraq 8640 manat, digərinki isə 13080 manat olmuş olar. Birinci instansiya məhkəməsi hansı riyazi hesablama ilə qeyd olunan məbləğləri hesablamışdır başa düşülən deyil. İş materiallarına əlavə edilmiş 03 və 05 saylı əmrlərə (səhifə 102-103) gəldikdə isə cavabdeh tərəfin həmin əmrlərə tanış olması, əmrlərin cavabdeh tərəfə təqdim olunması, sonuncuların buna öz razılıqlarının bildirməsi sübut olunmur. Ümumiyyətlə bu kimi icarə haqlarının dəyişməsi (artırılması və ya azaldılması) bir tərəfli qaydada əmrlə deyil, müqavilə münasibətləri ilə tənzimlənməlidir. Buradan da göründüyü kimi iddiaçı tərəf öz üstün mövqeyindən çıxış etməklə sözügedən formal əmrlər vermişdir. İkincisi, birinci instansiya məhkəməsi mübahisəli Kamaz markalı avtomobillərin işlək vəziyyətdə olub-olmamasını, müqavilə müddətlərinin xeyli müddət bundan əvvəl bitməsinə, icarə müqavilələrinin hansı səbəbdən uzadılmamasına, bu müddət ərzində iddiaçının mübahisəli Kamaz markalı avtomobilləri və ya əldən çıxmış qazancının tələb etməməsini araşdırmamış, iddiaçı tərəf də tələbin bu hissəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, apelyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, apelyasiya şikayəti vermiş Cavabdeh6 icarə müqaviləsi ilə ona verilmiş Kamaz markalı avtomaşını icarə müqaviləsinin müddəti bitdikdən sonra, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində müqavilə müddətinin uzadılmasının qeyri-mümkün olduğundan iddiaçıya məxsus olan saxlanc yerinə aparmışdır. Bundan əlavə son uncunun bu yaşda, həm də səhhətində promler olduğu bir vəziyyətdə sözügedən Kamaz markalı avtomaşını idarə etməklə qazanc əldə etməsi heç də inandırıcı və ağalabatan görünmür. Digər cavabdeh isə ona verilmiş Kamaz markalı avtomaşının icarə müqaviləsinin müddəti bitdikdən sonra təyinatı üzrə işlədə bilməməsi nəticəsində yolun kənarında saxladığını və istənilən vaxt iddiaçıya qaytara biləcəyini qeyd etmişdir. Göründüyü kimi cavabdehlər mübahisəli Kamaz markalı maşınlardan təyinatı üzrə istifadə edə bilmədiklərini, bununla bağlı onların əlində hər hansı hüquq olmadığını (etibarnamə və ya icarə müqaviləsi), həmin maşınların iddiaçıya qaytarmaq niyyətində olduqlarını, lakin iddiaçı qəbul etmədiyini bildirmişlər. Dördüncüsü, ötən bu qədər müddət ərzində cavabdehlərin mübahisəli avtomaşınlardan “ təyinatı üzrə istifadə edərək qazanc əldə etdikləri halda” iddiaçı tərəfin susması, öz əmlakını və əldə edə biləcək qazancını geri tələb etməməsi kollegiya tərəfindən heç də inandırıcı və ağlabatan görünmür. İş materiallrına (səh. 54-63) əlavə edilmiş teleqramlara münasibətdə kollegeya tənqidi yanaşaraq qeyd edir ki, (Cavabdeh6 göndərilmiş teleqram ümumiyyətlə imzalanmamışdır. səh. 61) həmin teleqram surət olmaqla, eyni zamanda cavabadeh tərəfə çatdırılması görünmür. Beşincisi, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlid ir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Buradan da göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin apelyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə “əldən çıxmış fayda” hissəsi ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilmişdir. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər arasında bağlanmış icarə müqavilələrinin müddəti xeyli müddətdir ki, bitmiş və tərəflərin heç birinin həmin müqavilənin müddətinin uzadılması barədə iradə ifadəsi iş materiallarından görünmür. İddiaçının nümayəndəsinin “iddiaçı bununla bağlı bir neçə dəfə cəhd etmiş və humanistlik göstərmişdir” deməsinə gəldikdə isə apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfin bu dəlili iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, iddia tələbinin bu dəlilləri kifayət qədər ziddiyyətli olmasını, yəni konkret olaraq cavabdeh tərəfin iddiaçıya maddi ziyan vurmasını təsdiq etmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillə rinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Yalnız apelyasiya kollegiyasının qeyd etdiyi kimi, öz üstün mövqeyinə uyğun tərtib etdiyi əmrlərə istinad etmişdir ki, bununla bağlı tərəflər arasında hər hansı müqavilə münasibəti mövcud olmamışdır. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apel yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-478/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4726/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4726/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver